Tyanşan sözü azərbaycan dilində

Tyanşan

Yazılış

  • Tyanşan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tyanşan
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. == Geoloji quruluşu == Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Tyanşan acıçiçəyi
Tyanşan acıçiçəyi (lat. Gentiana tianschanica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Tyanşan küknarı
Bu küknar Tyan-Şan dağlarında yayılmışdır. Rusiyada bütün Tyan-Şan dağlarında və Cunqar Alatausunda, Çinin rayonlarında yayılmış bitkidir. Şrenk küknarı dağ meşələri əmələ gətirir, onların aşağı sərhədi Orta Asiyanın isti yarımsəhraları və ya səhralarına qədər, yuxarı sərhədi isə 3200 m hündürlükdən keçərək buzlaqlara qədər çatır. Şrenk küknarı çox vaxt təmiz meşələr əmələ gətirir, bəzən Sibir ağ şamı ilə qarışır. Onun ensiz, sərvşəkilli çətiri xüsusilə özünəməxsusdur və küknarların digər növlərindən kəskin fərqlənir. Təbii bitmə yerlərində bu küknar gözəl landşaftlar yaradır. Torpağın tərkibinə həssas deyil. Bu növ müxtəlif tropaqlarda, qayaların çatlarında, bataqlıq yerlərdə bitir, ancaq quraqlığa və istiyə çox davamsızdır. İri ağacların hündürlüyü 40 m, gövdəsinin diametri 1 m-dir. Təbii şəraitdə Şrenk küknarı təmiz və qarışıq meşələr əmələ gətirir.
Tyanşan yemişanı
Tyanşan yemişanı (lat. Crataegus tianschanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada – Şərqi Tyanşanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan ağacdır. Cavan budaqları aşağıya doğru sallanır. Yarpaqları enli yumurtavari, parlaqdır. İyulun əvvəllərində çiçəkləyir, meyvəsi avqustda yetişir. Sarı rəngli meyvələri budaqların üzərində sıx yerləşir. Toxumla çoxaldılır. == Ekologiyası == İşıqsevən bitkidir.
Tyanşan zəlzələsi
Tanşan zəlzələsi (əsrin faciəsi) — 1976-cı il iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələ. 1976-cı il iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələnin nəticələri çox ağır olmuşdur. Tarixə XX əsr faciəsi kimi düşmüşdür. Çin rəsmiləri zəlzələnin 242 min nəfərin həyatına son qoyduğu barədə məlumat yaydılar. Ancaq dağıntı yerində xarici ölkə nümayəndələri azı 800 min nəfərin həlak oduğu qənaətinə gəldilər. Zəlzələ o qədər güclü idi ki, onun təsirindən nəinki Tanşan şəhəri yerlə yeksan oldu, həm də hadisə yerindən 140 kilometr məsafədə yerləşən Pekin və Tyanstzin şəhərində dağıntılar baş verdi. Ümumiyyətlə isə, zəlzələ 5,3 milyon evin dağılmasına yol açdı. Bu zəlzələ tarixdə həcminə görə, Şensi (1556-cı il) və Hind okeanında (2004) baş verən zəlzələlərdən sonra üçüncü ən böyük təbii fəlakət hesab edilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.24
2015 •••••••••••••• 0.17

Oxşar sözlər

#tyanşan nədir? #tyanşan sözünün mənası #tyanşan nə deməkdir? #tyanşan sözünün izahı #tyanşan sözünün yazılışı #tyanşan necə yazılır? #tyanşan sözünün düzgün yazılışı #tyanşan leksik mənası #tyanşan sözünün sinonimi #tyanşan sözünün yaxın mənalı sözlər #tyanşan sözünün əks mənası #tyanşan sözünün etimologiyası #tyanşan sözünün orfoqrafiyası #tyanşan rusca #tyanşan inglisça #tyanşan fransızca #tyanşan sözünün istifadəsi #sözlük