tövlə sözü azərbaycan dilində

tövlə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tövlə • 83.6257%
  • Tövlə • 16.0819%
  • TÖVLƏ • 0.2924%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tövlə
Tövlə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Coğrafiyası == Tövlə. Bu kənd uzun müddət Tola adlanıb. 1999-cu ildən bələdiyyələr yarananda kəndin adı Tövlə kimi rəsmiləşib. Toponimika elminə görə hazırkı adı düzdür və söz təhrif olunaraq xeyli vaxt əsas mahiyyətini itirmişdi. Yerli camaatın yozumuna görə Qədim Qəbələnin paytaxt olduğu zaman bu ərazidən tədarük olunan kənd təsərrüfatı malları və ərzaq ehtiyatı şəhərin tələbatını ödəyirmiş. Məhz adı da beləcə yaranıb. İndiki Çuxur Qəbələ kəndi ilə qədim şəhərin arasındadır. Ərazidən tapılan kərpic bişirən kürəxanalar hələ də araşdırılır və mühafizə olunan arxeoloji abidələr sırasına daxil edilib.
Tövlə bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Avgi tövlələri
Avgi — qədim yunan mifologiyasında bir neçə min baş mal-qarası olan Elida çarı. Avginin tövləsini ("Avgi tövlələri") yalnız Herakl təmizləyə bilmişdi. Avgi Herakla tövlələrin təmizlənməsi müqabilində öz mal-qara sürüsünün onda birini ona pay verəcəyini vəd edir. Herakl, qazıdığı kanal vasitəsilə Alfey və Peney çaylarının sularını Avgi tövlələrindən axıtmaqla onları bir gündə təmizləyir. Avgi tövlələri ifadəsi məcazi mənada həddən artıq bərbadlığı və səliqəsizliyi bildirir.
Tövlədərə
Tövlədərə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Zivel kənd Sovetindən Tövlədərə kəndi Çıraq kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb. == Toponimikası == Yaşayış məntəqəsi əvvəllər qonşu Çiraq kəndinin binə yerində salınmişdir. Kəndin yerləşdiyi dərədə mal-qara tövləsi olduğu üçün dərə Tövlədərə adlanmışdır. Sonralar bu ad kəndə də verilmişdir. Oykonim "tövləsi olan dərədə yerləşən kənd" mənasındadır.Bu kəndin ərazisində qış və yay aylarında mal-qoyun saxlamaq üçün çox əlverişli bir şərait olduğundan, bu ərazidə Çıraq kəndinin sakinləri tövlə tikib heyvandarlıqla məşğul olurmuşlar. Sonralar həmin yerdə yaşayış məskəni salıb adını tövlədərə, yəni tövlələr yerləşən dərə qoyublar. Kəndin bünövrəsini Məmmədalı adlı bir şəxs qoymuşdur.
Tövlədərə (Kəlbəcər)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.24 dəfə / 1 mln.
2003 •••••• 0.79
2004 ••••• 0.67
2005 ••••• 0.67
2006 •• 0.23
2007 ••••• 0.63
2008 ••••••• 0.97
2009 •••••••• 1.12
2010 •••••••••••• 1.72
2011 •••••••• 1.03
2012 •••••••••••• 1.72
2013 •••••• 0.88
2014 ••••• 0.69
2015 •••• 0.51
2016 •••••••••••••••• 2.26
2017 •••••••••••••••••••• 2.93
2018 •••••••••••• 1.65
2019 •••••••• 1.11
2020 •••••• 0.80

tövlə sözünün leksik mənası və izahı

  • 1 is. At, inək və s. ev heyvanlarının saxlandığı bina. İmarətin sol tərəfində tövlələr, anbarlar, mərəklər tikilmişdi. Çəmənzəminli. Bu zaman Nəriman əmi tövlədən yedəyində bir qaşqa ürkə çıxarıb ağaca bağladı. İ.Əfəndiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / tövlə

tövlə sözünün etimologiyası

  • 1 Türkmən dilində döle şəklində işlədilir. Damazlıq (əsli: damızlıq) sözü qabaq­lar tövlədə saxlanılan, döl vaxtı örüşə buraxılmayan (xüsusi bəslənilən) hey­van­larla bağlı işlədilib. Həm tövlə, həm də damazlıq (dam, ev) sözləri bilavasitə döllə bağlıdır. Döl heyvanı tövlədə (damda) bəsləndiyi üçün tövlə “döl evi” deməkdir. Bu sözü alınma söz hesab edənlər də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / tövlə

tövlə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 TÖVLƏ (mal-qara, qoyun-quzu, at-eşşək damı) [Rza:] Mənə elə gəlirdi ki, evimiz də, qalağımız da, tövləmiz də uçulacaq, hamısı alt-üst olacaqdı... (M.İbrahimov); DAM O, birdən irəli sıçrayıb, əlindəki tüfəngi yerə atdı, özü mal damına girdi (M.Hüseyn); QATIRXANA (yalnız qatır üçün tövlə) Bir nəfər qışqırdı: – Ağanın qatırxanası hər yerdən yaxşıdır... (A.Makulu); PƏYƏ Övrət: İzzət, doğrudan pəyədə ağlayan sən idin? (C.Məmmədquluzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / tövlə

tövlə sözünün rus dilinə tərcüməsi

  • 1 конюшня, стойло

    Azərbaycanca-rusca lüğət / tövlə
  • 2 сущ. 1. коровник (помещение для коров) 2. хлев (специальное помещение для домашнего скота) 3. конюшня (помещение для лошадей); mal tövləsi см. tövlə 1, 2; at tövləsi см. tövlə 3

    Azərbaycanca-rusca lüğət / tövlə

tövlə sözünün inglis dilinə tərcüməsi

tövlə sözünün fransız dilinə tərcüməsi

tövlə sözünün ləzgi dilinə tərcüməsi

"tövlə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tövlə nədir? #tövlə sözünün mənası #tövlə nə deməkdir? #tövlə sözünün izahı #tövlə sözünün yazılışı #tövlə necə yazılır? #tövlə sözünün düzgün yazılışı #tövlə leksik mənası #tövlə sözünün sinonimi #tövlə sözünün yaxın mənalı sözlər #tövlə sözünün əks mənası #tövlə sözünün etimologiyası #tövlə sözünün orfoqrafiyası #tövlə rusca #tövlə inglisça #tövlə fransızca #tövlə sözünün istifadəsi #sözlük