türkcə-ingiliscə sözü azərbaycan dilində

türkcə-ingiliscə

Yazılış

  • türkcə-ingiliscə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İngiliscə
İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. İkinci dil kimi 1 milyard insan danışır (2007). BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir. Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir.
Türkcə
Türk dili və ya Türkcə (türk. Türkçe, Türk dili, Türkiye Türkçesi, Anadolu Türkçesi) — Türkiyə Respublikasının, Kipr Respublikasının və Şimali Kipr Türk Respublikasının rəsmi dili. Elmdə Altay dilləri qrupunun türk dilləri qoluna aid edilir. Alternativ adlandırma kimi türkologiyada Türkiyə türkcəsi (Anadolu türkcəsi) adı işlədilir. Azərbaycan türkcəsi türkmən və qaqauz dillərinə çox yaxındır. Bu dillər ümumi türk dilinin oğuz qrupuna aiddir. Təqribən 438 söz və şəkilçilərdə fərq vardır.[mənbə göstərin]Türk dili İraq, Suriya, Almaniya, Bolqarıstan və Yunanıstanda azlıqların dili qəbul edilir. Bolqarıstan və Yunanıstanda isə türkcə televiziya kanalları fəaliyyət göstərir. Ümumiyyətlə, türk dilinin (Anadolu türkcəsi) yayılma arealı Osmanlı imperiyasının idarə etdiyi ərazilər ilə üst-üstə düşür. Türk dilində ingilis, alman, fransız, ərəb və s.
İngiliscə Vikipediya
İngiliscə Vikipediya (ing. English Wikipedia) — Vikipediyanın ingilis dilində olan bölməsidir. Bu günə qədər 6.726.311 məqalə yaradılıb. 18 yanvar 2012-ci il tarixində sayta giriş ABŞ Konqresində müzakirədə olan yeni qanun layihəsinə qarşı etiraz əlaməti olaraq 24 saat müddətinə bağlanılmışdır. Bu barədə saytda aşağıdakı məzmunda müraciət yerləşdirilmişdir: "Son on il ərzində bəşəriyyətin tarixində ən böyük ensiklopediyanın yaradılmasına milyonlarla saat xərclədik. İndi ABŞ Konqresi azad və açıq internetə ciddi zərbə vura biləcək qanun layihəsinə baxır. Buna diqqəti cəlb etmək üçün, 24 saatlığa Vikipediya veb-saytını bağlayırıq".
Türkcə Vikipediya
Türkcə Vikipediya (türk. Türkçe Vikipedi)— Vikipediyanın türk dilində olan bölməsidir. Türk dillərində olan ən çox məqaləli bölmədir. == Tarix == 9 dekabr 2012 — 200 000 == Loqo == == Xarici keçidlər == Rüfət Əhmədzadə. “Eurovision”dan məyus olan ermənilər bayraqlarını qaldırmaq üçün “Wikipedia”nı seçiblər. 17.05.2011.
Əski türkcə
Qədim türk dili, Türk yazı dilinin ilk dövrəsidir. Bu dövrdə türk dilinin şivə, ləhçə kimi budaqlara ayrılmadığı qəbul edilir. Bu dövr, Göytürklər, Uyğurlar və Qaraxanlılar dövrünün bir hissəsi (13-cü əsrə qədər) olmaq üzrə təxminən səkkiz əsrlik dövrü əhatə edir; 8-ci əsrdən 13-cü əsrə qədərki dövrdür. == Xüsusiyyətlər == Qədim türkcə dövründəki Türkcənin bu günə görə bir çox fərqli tərəfi vardır. Bunlardan bir qismi bunlardır: "Edgü">> "iyi": Söz içində olan / d / səsi zamanla / y / səsinə çevrilmişdir. (Nümunə: edər> eđer> eyer; kadgu> kađgu> kaygu> qayğı) "Beg"> "beğ"> "bəy": Sözlərin sonunda olan / g / səsləri çoklukla / y / səsinə çevrilmişdir. "Tag"> "dağ": Söz başındakı / t / Orxon əlifbasında "" ilə göstərilən T səsləri Oğuz qrupunda yumuşayarak / d / səsinə çevrilmişdir. Bu ankı məlumatlarla Türkcənin ən köhnə yazılı mətni Orxon abidələri olaraq qəbul edilməkdədir. Orxon abidələri, Qədim türkcə dövrünə aiddir; bu dövrdə edilmişlər. Çünki Hunlar dövründə də bir "Hun dili" var idi.
Oksford İngiliscə Lüğəti
İngilis dilinin Oksford lüğəti (ing. Oxford English Dictionary, OED), Окsford lüğəti, Böyük Окsford lüğəti — ingilis dilinin dünyada ən məşhur və ən geniş akademik lüğəti«Oxford University Press» nəşrlər evi tərəfindən nəşr edilir. 2005-ci il nəşri 301 100 məqaləni əhatə edir (350 milyon çap işarəsi). Lüğət qeyri-rəsmi şəkildə «Mürre lüğəti kimi tanınır (Murray’s) (ilk baş redaktor — Ceyms Mürrenin adı ilə).
Ortaq Türkcə əlifbası
Ortaq türkcə əlifba (və ya Birləşmiş türkcə əlifbası / Birləşdirilmiş türk dilləri əlifbası) — Türk dillərindəki sadə səslər əsas alınaraq və eyni qaynaqdan çıxanlar təsnif bütün hərflərin göstərildiyi sistem. Hələ ortaq bir formaya qurulmamış olmasına baxmayaraq böyük nisbətdə formalaşmışdır. Türk Şurası (Türk Keneş) tərəfindən qəbul edilən Ortaq türk əlifbası 34 hərflidir. Uzun səslər: Â, Ê, Î, Ô, Û. == Səslərin təsnifatı == Türk dillərində istifadə edilən hərflər və səslər həm türkcənin özündən, həm də slavyan və ərəb dillərindən qaynaqlanar. Türkcə olan hərflərin bir qisimi də yalnız bəzi şivə tapılar, digərlərində iştirak etməz. Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər.
Türkcə quş dili
Türkcə quş dili Türkcənin yüksək səsli fit və melodiyalarla ötürülən bir formasıdır. Hal-hazırda Girəsun, Ordu və Gümüşhane olmaqla xüsusəndə Türkiyənin Şərqi Qara dəniz bölgəsində istifadə olunur. Yaşayış məntəqələrinin bir-birindən uzaq olduğu üçün, kələ-kötür ərazilərdə yaşayan insanların yüksək səsli fitdən istifadə edərək ünsiyyət qura bilməsi üçün hazırlanmışdır.
Vətəndaş, türkcə danış!
Vətəndaş, türkcə danış! — Mustafa Kamal dövrü Türkiyədə başladılan və türk dilinin işləkliyinin daha da artırılmasını məqsədləyn dövlət dəstəkli kampaniya. == Haqqında == Kampaniya 13 yanvar 1928-ci ildə hüquq tələbələri tərəfindən başladılmış və 1930-cu illər boyunca davam etdirilmişdir. Dövlət tərəfindən dəstəklənən kampaniyanın məqsədi bütün ölkə boyunca türk dilinin işləkliyini daha da artırmaq olmuşdur. Kampaniya boyunca bəzi bölgələrdə türkcədən başda dildə danışan insanlara müxtəlif pul cəzaları verilmişdir. Bəzi yazıçılar kampaniyanın Türkiyədəki sosio-siyasi türkləşdirmə hərəkatına önəmli şəkildə yardım etdiyini iddia etməkdədir.
Nizami Gəncəvinin türkcə divanı
Nizami Gəncəvinin türkcə divan — Nizami Gəncəviyə aid olduğu iddia olunan türkcə divan. == Haqqında == XV əsrdə Dövlətşah Səmərqəndi özünün "Təskirətül-şüəra" kitabında qeyd etmişdir ki, mən Nizaminin iyirmi minlik divanını və türkcə şerlərini görmüşəm. Misir də Xədiviyyə kitabxanasında olan əlyazmada ((Sultan Camal)) adında bir padşahdan söz gedir. Nizami Gəncəvinin türkcə divanı, nəşrə hazırlayan Sədyar Vəzifə Tehranda nəşr etdirdigim DİVAN NİZAMİ GƏNCƏVİ də S.40-də o mədh olan Sultan camal barəsində lazimi qədər söz gedir istərdim həmən mətni birdə gözdən geçirmiş olaq: (sultan Cəmal (-əldin) Şəhriyar-i növcəvan sultan əmal ol şah kim osrov-i ali ələmdir valiy-i vala himəm Belə nəzərə gəlir ki, beytdə adı gələn Sultan Cəmal, Atabəklərin Həmədanda höküm sürən və o sülalənin ədalətli əmirlərindən olan Cəmal-əldin olmuş olsun. Buna görə ki, Nizaminin dövründə o, (Cəmal-əldin Ay Abə) Həmədan əmirliyində hökumət edirdi. Onun haqqında “Rahət-əlsüdur və Ayət-əlsürur” kitabında kifayət qədər mə’lumat vardır. “Cəmal-əldin Ay Abə” və Nizami Gəncəvinin həyatı dövrü yazılan “Rahət-əlsüdur və Ayət-əlsürur”-da belə bir qeyd vardır: "... həmədan hakimligində ’adil padışah, məlekulüməra”cəmaladdin”ay Aabə "əzim ətabəki İzzənəsrə..." rahətəlsədur və ayətolsurur s.40) Bu Atabək Cəmal, Toğrul ibn-i Ərsalanın xas hacibi (dərbar vəziri) imiş (“Rahət-əlsüdur və Ayət-əlsürur”, səhifə 331) həmən qaynaqda qeyd olunur: "... padişah məlekoloməra"cəlaləddin"aybə ə’zəm ətabəki ki, zamanənin yeganəsi, dünyanin xoş xislətlisidir və əraq əmirliklərinin qalanida onunidi... == Nəşrləri == Nizami Gəncəvinin türkcə divanı, nəşrə hazırlayan Sədyar Vəzifə, Tehran, 2002, Əndişeyi Nv nəşriyyatı.
Qədim türkcə-azərbaycanca əlaqələri
Qədim türkcə–azərbaycanca əlaqələri
Qədim türkcə-azərbaycanca əlaqələri — qədim türkcənin xüsusiyyətlərinin Azərbaycan dilininin tarixi və müasir mərhələlərində, həmçinin dilin dialektlərində qorunub saxlanması. "Divanü Lüğat-it-Türk"də (XI əsr) və İbnü Mühənna lüğətində (XIII əsr) verilən məlumatlar qədim dillər ilə Azərbaycan dili arasında genetik əlaqədən xəbər verir. Ədəbi Azərbaycan dilinin inkişafının erkən dövründə dil oğuz qrupunun ümumtürk xüsusiyyətlərini saxlayır, həm türkmənlər, həm də Anadolu türkləri tərəfindən başa düşülürdü. == Dil qaydaları və leksika == Orxon abidələrində (VIII əsrin əvvəlləri) e və i arasında bir ė səsinin olması Azərbaycan türkçəsindən sübutlar gətirməklə izah edilmişdir: er "erkək" — ėr "erkən". Ancaq Azərbaycan dilində daha çox e kimi yazıldığı, bəzi hallarda i olduğu üçün e-i dəyişikliyi hər zaman başa düşülmür: bėl, dė. Azərbaycan dilindəki iki sözdə isə qədim türkçədəki e/ė-yə qarşılıq olaraq i görülür: iki, iyirmi. Bundan başqa Azərbaycan türkçəsində nəqli keçmiş -mış şəkilçisi qədim türkcədəki "ərmiş"-dən gəlmişdir.Qədim türkcədə k ilə başlayan sözlər Türkiyə türkçəsində k-g dəyişikliyinə məruz qaldığı halda (gibi, gönül, göç, göğüs), Azərbaycan dilində olduğu kimi qalmışdır (köç, könül, köç, köks). Qədim və orta türkcədən qərbi türkcəyə keçid zamanı baş verən t-d dəyişikliyi bəzi Azərbaycan sözlərində baş verməmişdir: tikmək, tökmək, toxunmaq.Azərbaycan dilinin dialektləri türk dillərinin söz varlığını qoruyub saxlaması baxımından çox vacibdir. Çünki bu dialektlərdə qədim türkcəyə aid bir çox arxaik ünsür vardır. Qədim türk dövrünə aid iki sözdən ibarət mürəkkəb sözlər (ikiləmələr) də canlı bir şəkildə Azərbaycan dilində qorunur (məsələn Ağcabədi ləhcəsində "düşünmədən danışmaq" mənasında "yencih-yencih" sözü).
Drakula (film, 1931, İngiliscə versiya)
"Drakula" (ing. Dracula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Drakula — Internet Movie Database saytında.
Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət
== Ön söz == İngilis dili dünyada çox müxtəlif cəmiyyətlərə və sahələrə xidmət edən əsas informasiya daşıyıcısı kimi sürətlə beynəlxalq dilə çevrilməkdədir. İngilis dili xəbər və yeniliklərin dünyada geniş yayılmasında da çox mühüm əhəmiyyət kəsb edir. O, indi dünyada sənaye və siyasət sahəsində aparıcı dildir. Buna görə də ingilis dilini öyrənməyə və bu dilin zəngin informasiya daşıyıcısı olan lüğətlərə böyük ehtiyac var. Məhz bu ehtiyac Xəzər Universiteti Lüğət və Ensiklopediya Mərkəzini və Xəzər Universiteti Nəşriyyatını ingiliscə-azərbaycanca 6 cildlik böyük və əhatəli bir lüğət hazırlamağa sövq etmişdir. == Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət == Bu lüğətə, yəni Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğətə (XİABL) təxminən 250 000 söz, külli miqdarda ifadə və nümunə cümlələr daxildir. Lüğətin başlıca məqsədi buraya daxil olan bütün baş sözlərin düzgün yazılışını, tələffüzünü və mənalarının dəqiq tərcüməsini verməkdir. Birinci və ikinci cildin tərtibçiləri Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyev dir. 3-6-cı cildlərin tərtibçiləri Hamlet İsaxanlı, Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyevdir. XİABL ilk növbədə ana dili Azərbaycan dili olanlar üçün nəzərdə tutulmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2012 ••••••••••••• 0.09
2020 •••••••••••••••••••• 0.13

Oxşar sözlər

#türkcə-ingiliscə nədir? #türkcə-ingiliscə sözünün mənası #türkcə-ingiliscə nə deməkdir? #türkcə-ingiliscə sözünün izahı #türkcə-ingiliscə sözünün yazılışı #türkcə-ingiliscə necə yazılır? #türkcə-ingiliscə sözünün düzgün yazılışı #türkcə-ingiliscə leksik mənası #türkcə-ingiliscə sözünün sinonimi #türkcə-ingiliscə sözünün yaxın mənalı sözlər #türkcə-ingiliscə sözünün əks mənası #türkcə-ingiliscə sözünün etimologiyası #türkcə-ingiliscə sözünün orfoqrafiyası #türkcə-ingiliscə rusca #türkcə-ingiliscə inglisça #türkcə-ingiliscə fransızca #türkcə-ingiliscə sözünün istifadəsi #sözlük