Türkiyə-Energy sözü azərbaycan dilində

Türkiyə-Energy

Yazılış

  • Türkiyə-Energy • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Energy Star
Energy Star – ABŞ hökumətinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Environmental Protection Agency, EPA) 1992-ci ildə "Energy Star" adı ilə dərc etdirdiyi tövsiyələrə uyğun olaraq monitorların və fərdi kompüterlərin enerji sərfi. Bu tövsiyyələrə görə fərdi kompüter "yatma" rejimində 30 vattdan artıq enerji sərf etməməlidir. Bu proqramda iştirak könüllüdür. Bu tövsiyələrə əməl edən şirkət öz məhsullarını xüsusi işarə ilə damğalamaq (markalamaq) hüququ qazanır.
Hell Energy
Hell Enerji (ing. Hell Energy) — ilk növbədə Avropa və Asiyada yayılmış məşhur bir enerji içki markasıdır. Hell Enerji MMC, 2006-cı ilin aprel ayında xüsusi bir şirkət olaraq quruldu. Üç ildən sonra isə Macarıstanda bazar lideri oldu. Brendin populyarlığı üçün əhəmiyyətli dönüş nöqtəsi isə AT&T Williams Martini Formula 1 Yarış Komandası ilə iki illik sponsorluq müqaviləsi oldu. Burada, Hell Energy, Formula 1 Yarışında iştirakçılara sponsorluq etmiş olan ikinci enerji içkisi olmuşdur. Hell Energy, Rumıniya, Bolqarıstan, Slovakiya, Kipr və Azərbaycanda bazar lideridir və dünyanın 40-dan çox ölkəsində satış etməkdədir. Hell Energy'nin Macarıstan, Türkiyə, Rumıniya, Böyük Britaniya, Rusiya və Kiprdə mərkəzi ofisləri vardır. Hell Energy bir qutusunun kofein miqdarı 90 mg / 250 ml (32 mg / 100 ml) təşkil edir. Bu bir fincan qəhvə ilə eynidir.
Tesla Energy
Tesla Energy — baş ofisi Kaliforniya ştatının Frimont şəhərində yerləşən fotovoltaik sistemlər, batereya enerjisinin saxlanması məhsulları, eləcə də yaşayış, ticarət obyektləri üçün digər əlaqəli məhsul və xidmətlər istehsal edən, satan və quraşdıran avtomobil istehsalçısı Tesla Motors-un törəmə şirkəti.2021-ci ildə şirkət 2020-ci ilə nisbətən 68% artımla 345 meqavatlıq (MVt) günəş enerji sistemləri istehsal edirdi. == Tarixi == Şirkət 30 aprel 2015-ci ildə Tesla Motors-un icraçı direktoru İlon Mask tərəfindən qurulmuşdur. Tesla 2016-cı ilin noyabr ayında SolarCity-ni aldı və Tesla Energy ilə birləşdirdi.
CenterPoint Energy Plaza
CenterPoint Energy Plaza — Hyustonda yerləşən 226 m hündürlüyü olan 47 mərtəbəli binadır. Qüllənin tam tikilməsi 1996-cı ildə başa çatdırılmışdır.
Devon Energy Tower
Devon Energy Tower (başqa adı Two Allen Center) — 159 metr hündürlüyü olan ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn. Tikintisi 1978-ci ildə başa çatmışdı, binada 36 mərtəbə var. Hündürlüyünə görə şəhərdə 25-ci yeri tutur.
Reliant Energy Plaza
Reliant Energy Plaza - Texasın Hyuston şəhərində yerləşən göydələndir. Hündürlüyü 158 metrdir, binanın sahəsi 74,000 m². Bina 2001-ci ildən 2003-cü ilə qədər tikinirdi. Göydələndə 36 mərtəbə var, hündürlüyünə görə şəhərdə 27-ci yeri tutur.
Bluetooth Low Energy
Bluetooth Low Energy, həmçinin Bluetooth LE, əvvəllər Bluetooth Smart — səhiyyə, fitness, mayaklar, təhlükəsizlik və ev əyləncəsi sahələrində yeni tətbiqlərə yönəlmiş, "Bluetooth Special Interest Group" (Bluetooth SIG) tərəfindən dizayn edilmiş və bazara çıxarılmış simsiz şəxsi şəbəkə texnologiyası. Klassik "Bluetooth"dan müstəqildir və uyğunluğu yoxdur, lakin "Bluetooth Basic Rate/Enhanced Data Rate" (BR/EDR) və LE birlikdə mövcud ola bilərlər. Orijinal spesifikasiya "Nokia" tərəfindən 2006-cı ildə "Wibree" adı altında işlənib hazırlanmışdır. 2009-cu ilin dekabrında "Bluetooth Low Energy" adı ilə "Bluetooth 4.0"a inteqrasiya edilmişdir. Klassik "Bluetooth" ilə müqayisədə "Bluetooth Low Energy" oxşar rabitə diapazonunu qoruyur. Bu, əhəmiyyətli dərəcədə azaldılmış enerji istehlakı və xərci təmin etmək üçün nəzərdə tutulmuşdur. iOS, "Android", "Windows Phone" və "BlackBerry", həmçinin "macOS", "Linux", "Windows 8", "Windows 10" və "Windows 11" daxil olmaqla mobil əməliyyat sistemləri lokal olaraq "Bluetooth Low Energy"ni dəstəkləyirlər. == Uyğunluq == "Bluetooth Low Energy" əvvəlki (çox vaxt "klassik" adlanır) "Bluetooth Basic Rate/Enhanced Data Rate" (BR/EDR) protokolundan fərqlidir, lakin iki protokolun hər ikisi bir cihaz tərəfindən dəstəklənə bilər. "Bluetooth 4.0" spesifikasiyası cihazlardan hər hansı birini, ya da LE və BR/EDR sistemlərinin hər ikisini həyata keçirməyə icazə verir. "Bluetooth Low Energy" klassik "Bluetooth" ilə eyni 2,4 GHz radio tezliklərindən istifadə edir.
Türkiyə
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.Əhalinin təqribən 70–80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir.
El Paso Energy Building
El Paso Energy Building - 153 metr hündürlüyü olan Texasın Hyuston şəhərində göydələn. Tikintisi 1963-cü ildə bitmişdi, binada 33 mərtəbə var. Əvvəlcə binanın adı Tenneco idi. Bu göydələn Hyuston şəhərində hündürlüyünə görə 28-ci binadır.
ATV (Türkiyə)
ATV — 1993-cü ildə İstanbulda Dinç Bilgin tərəfindən qurulmuş, 2002-ci ildə Ciner Grubu-na keçmiş və indi Turkuvaz Medya Qrupuna bağlı olaraq yayımını davam etdirən özəl televiziya kanalıdır. 12 iyul 1993-cü il tarixində normal yayıma keçmişdir. Bir çox ilklərin ünvanı olan "ATV" Türkiyə televiziya tarixinə "Kaliteden ödün vermeden zirvedeyiz" şüarı ilə girmişdi. Bu günə qədər reytinqli serialların çoxunda "ATV"-nin imzası var. Qurulduğu ilk illərdə Ayşenur Yazıcı kanalın simalarından biri olmuş, telekanalın introlarında onun üz cizgiləri olmuşdu. 2007-ci ildə ATV; ATV Avrupa və Sabah qəzetinin sahibi Merkez Yayıncılık, Çalık Holding-in sahibi Turkuvaz A.Ş.-yə satılmışdır. ATV Ana Haber Bültenini həftə içi Cem Öğretir, həftəsonu isə Şebnem Sunar Küçük təqdim edirlər. 28 dekabr 2011-ci il tarixində ATV-nin bağlı olduğu Turkuvaz Medya Grubu, Ziraat Türkiye Kupası maçlarının yayım hüquqlarını almışdır. Maçlar ATV və A Xəbər kanallarında canlı yayımlanır. 4 sentyabr 2013-cü il tarixində 16:9 formatlı yayıma keçmişdir.
Ağcaqala (Türkiyə)
Ağcaqala (türk. Akçakale) — Türkiyənin Şanlıurfa ilində rayon və şəhər. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Təl-Əbyəz şəhərinə çevrilmişdir. == Coğrafiya == Ağcaqala Şanlıurfa şəhərinin 49 kilometr (30 mil) cənub-şərqində, Türkiyənin Suriya ilə olan sərhədində yerləşir. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Təl-Əbyəz şəhərinə çevrilmişdir. Şəhərin ilkin adı Təl-Əbyəz olmuşdur. == İqtisadiyyat == Ağcaqala rayonunun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur. Pambıq və buğda ən çox yetişdirilən məhsullar arasındadır. Həmçinin, rayon ərazisində əhəmiyyətli dərəcədə qarğıdalı becərilir.
Biləcik (Türkiyə)
Biləcik — Türkiyənin Biləcik ilinin inzibati mərkəzi.
Boomerang (Türkiyə)
«Boomerang» — «Turner Broadcasting System Europe» şirkətinin sahibləndiyi və uşaqlar üçün yayımlanan Türkiyə telekanalı. == Tarixçə == 13 aprel 2016-cı ildə «Turner Broadcasting System Europe» şirkəti 23 aprel 2016-cı ildə Uşaqların Beynəlxalq Müdafiəsi Günü səbəbilə, «Boomerang» telekanalının Türkiyədə yayımına başlayacağını açıqlamışdır. Telekanal Türkiyədə həmin tarixdə yayıma başlayan ilk telekanal olmuşdur. HD kanalı Türkiyədə yalnız «Tivibu» və «D-Smart» operatorlarında yayımlanır.
Dinar (Türkiyə)
Dinar — Afyonqarahisar ilinin bir ilçəsidir.
FOX (Türkiyə)
FOX — "News Corporation" adlı şirkətin tabeliyində olan, Türkiyədə yayımlanan televiziya kanalıdır. TGRT kanalının bağlanmasından sonra həmin kanalın tezliyində 24 fevral 2007 tarixində yayıma başlamışdır. == Tarixçə == "TGRT" İhlas Holdinqin tabeliyində olan "Huzur Radyo TV A.Ş." şirkətinə aid telekanal idi. 17 dekabr 2004-cü ildə İhlas Holdinq kanalın satıldığını açıqladı. Nəticədə şirkətin 56.5%-i satılmış oldu. "TGRT" kanalını satın alan ABŞ-nin media şirkətlərindən biri "News Corporation"ın sahibi Rupert Keit Murdoç idi. Daha sonra "News Corporation" digər hissədarları ilə də razılaşaraq bu şirkətin bütün hissələrini satın aldı. İhlas Holdinq "TGRT" kanalını satsa da, "TGRT Haber" və "TGRT Belgesel" kanallarını satmadı. "News Corporation" şirkəti bu işi Ahmet Ertegün vasitəsilə həll etdi. Ahmet Ertegünün "Atlantic Records" şirkəti ilə xatırlanan şirkət 2007-ci ilin fevralından etibarən "FOX" adı ilə icarəyə götürülən, əvvəl "Ət və Balıq Qurumu"na aid olan binadan yayımlanır.
Jandarma (Türkiyə)
Jandarma — (türk. Jandarma Genel Komutanlığı), Türkiyədə el və mahal bələdiyyə sərhədləri xaricində qalan yerlər ilə polis təşkilatı olmayan yerlərdə özünə 2803 saylı Jandarma Təşkilatı Vəzifə və Səlahiyyətləri Qanunu ilə 2559 saylı Polis Vəzifə və Səlahiyyət Qanununda və digər qanunlarda verilən vəzifələri yerinə yetirən Əsgəri təhlükəsizlik və qolluq qüvvətidir. Bu qurum Türkiyə sahəsnin 92 %-ini əhatə etməkdədir. Jandarmanın vəzifəsi təhlükəsizlik və asayiş ilə cəmiyyət nizamının qorunmasını təmin etmək, digər qanun və nizamların özünə verdiyi vəzifələri yerinə yetirməkdir. Jandarma personalı; zabit, ehtiyat zabit, mütəxəssis jandarma, mütəxəssis ərbaş, əsgəri şagird, ərbaş və çatlar ilə vətəndaş məmur və işçilərdən ibarətdir. Hərbi vəziyyət, Səfərbərlik və Döyüş hallarında lazımlı olan hissəsi ilə Türkiyə Silahlı Qüvvələri əmrinə girər, qalan hissəsi ilə Jandarma Ümumi Komandanlığı əmrində normal vəzifələrinə davam edər. Barış vəziyyətində təhlükəsizlik və asayiş vəzifələrindən ötəri Türkiyə Cümhuriyyəti Daxili İşlər Naziriyinə qarşı məsul olan Jandarma, silahlı qüvvələrlə əlaqədar vəzifələri təhsil baxımından isə Baş qərargah başçılığına qarşı məsuldur.2015-ci il 13 avqust tarixindən Jandarma Ümumi Komandanı vəzifəsinə ordu generalı Qalib Mendi təyin edilmişdir. == Haqqında == Jandarma emblemi qurulduğu 1839 tarixindən bu günə qədər 6 dəfə dəyişmişdir. Edilən ən son dəyişiklik 2004-cü ildə bugünkü istifadə edilən emblemde olan 1846 — quruluş ilinin 1839 — şəklində dəyişdirilməsidir. 2803 Saylı Jandarma Təşkilat, Vəzifə və Səlahiyyətləri Qanunu lazımınca Jandarmanın Vəzifələri; Mülkü, Ədliyə, Əsgəri və Digər Vəzifələr olmaq üzrə dörd ana başlıq altında toplanmaqdadır.
MTV Türkiyə
MTV Türkiyə - 23 oktyabr 2006 tarixində yaradılan musiqi kanalı.
NTV (Türkiyə)
NTV (Nərgiz TV) – Türkiyənin ilk xəbər kanalı. Təqaüddə olan siyasətçi və biznesmen Cavit Çağlar tərəfindən qurulmuş və ilk yayımını 1 noyabr 1996-cı il tarixində etmişdir. 1999-cu ilin yanvarında "Doğuş Qrupu" tərkibinə qatılmışdır. 2000-ci ildən ABŞ-nin MSNBC kabel televiziya kanalı ilə əməkdaşlıq edir.
Nickelodeon (Türkiyə)
Nickelodeon (Türkiyə) — 10 dekabr 1997-ci il fəaliyyətə başlayan rəqəmsal peyk və kabel televiziyası.Kanal Türkiyə və Şimali Kipr Türk Respublikasında 24 saat Türk dilində fəaliyyət göstərir. == Həmçinin bax == Nickelodeon Sonic Nickelodeon News Azerbaycan Nickelodeon News Rusya Nickelodeon News Turkey Nickelodeon Azerbaycan == Tarixçə == Nickelodeon, 10 dekabr 1997-ci ildə Türkiyənin RTV şirkəti tərəfindən açıldı və Discovery Channel Türkiyə ilə təkrar dolduruldu. 2001-ci ildə Multi Channel Developers Nickelodeonun lisenziyasını əlinə aldı və bununla da 24 saatlıq bir kanal halına gəldi. 31 mart 2010-cu ildə Nickelodeon yeni identlər və yeni bir loqotiplə böyük bir rebrend keçirdi. 22 may 2010-cu ildə Nickelodeon və MTV Türkiyə, çox güman ki, fikir ayrılığı səbəbindən Digitürkdən götürüldü. 2 iyun 2010-cu ildə MCD və Viacom arasındakı mübahisə səbəbiylə Nickelodeon və MTV Türkiyənin saytları bağlandı. 31 avqust 2011-ci ildə Viacom MCD-nin iki kanalın lisenziyasını dayandırdı və bununla da yerli kanallar bağlandı. Nickelodeon və MTV Avropa daha sonra D-Smart-da ingilis dilində yayımlanmağa başladı. 2012-ci ilin fevralında Viacom Digiturk ilə razılaşdı və Nickelodeon və MTV-ni Türkiyəyə gətirdi. 1 Mart 2012-ci il tarixindən başlayaraq Nickelodeon bu gün yenə də türk dilində yayımlanır.
Qaraman (Türkiyə)
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
SAT (Türkiyə)
SAT - Su Altı Taaruz SAS - Su Altı SavunmaDünyanın ən yaxşı xüsusi təyinatlılarından sayılan Türkiyənin məşhur Su Altı Taaruz (SAT) və Su Altı Savunma (SAS) xüsusi təyinatlıları istənilən şəraitdə, həm su altında, həm də üstündə əməliyyatlar aparmağa qadir birlik kimi özünü doğruldub. Ekranlarda ilk dəfə 1996-cı ildə görünən, SAT komandoları baş nazir Tansu Çillərin "o əsgər gedəcək, o bayraq enəcək", - deməsindən sonra kiçik qayıqlarla Kardak adasına yaxınlaşıb, oradakı qayalıqlara qaldırılmış yunan bayrağını endirdilər. Kardakda yenidən Türk bayrağı dalğalandı. İş o yerə çatdı ki, kiçik bir SAT komando qrupu ərazidəki yunan hərbi gəmilərinə təhdid yaratdı. Məsələ beynəlxalq səviyyəyə çıxdı. Sonradan SAT komandolarından biri mətbuata müsahibəsində bildirmişdi ki, Kardak əməliyyatını uğurla reallaşdıran SAT qrupu ərazidəki 2 yunan hərbi gəmisini zəbt etmək üçün komandanlığın əmrini gözləyirmiş. SAT-çılara 1999-cu ildə PKK-nın lideri Abdullah Öcalanı İmralıya aparmaq həvalə olundu. Bir neçə il əvvəl isə SAT/SAS birliyi İsrailin Livana təcavüzü zamanı Beyrutdakı 200 nəfər türkün bu ölkədən təxliyyəsini həyata keçirməklə öz adını dünyanın hərb tarixinə yazdı. == Dünyanın ən təhlükəli əsgərləri == Türkiyə SAT-ı özünü dünyaya duyurduğundan xarici hərbi nəşrlərdə "dünyanın ən təhlükəli əsgərləri" adlanmağa başlayıb. İlk dəfə 1963-cü ildə amerikanlar tərəfindən Sovetlər Birliyinə qarşı yaradılmış SAT/SAS birliyi elə hazırlanmışdı ki, lazım gəldikdə dənizin içində qurulmuş "məftil çəpərlərin" o biri tərəfinə keçməklə təhlükələrə anında qarşılıq verməli idi.
Survivor Türkiyə
Survivor Türkiyə ümumi adıyla Survivor — məşhur realiti yarışma proqramı olan Survivor-ın yayımının 9-cu ilində, yəni 2005-ci ildə Türkiyədə ilk dəfə Kanal D-də Pelin Akadın təqdimatı ilə yayımlanan yarışma proqramı. Proqram adı əvvəlcə Survivor Türkiyə: Böyük Macəra olmuş, buradakı rəqib komandalar Quzey ve Güney adlandırılmışdır. Fərqli keyfiyyətləri ilə ayrılmayan qarışıq rəqiblər, Quzey və Güney komandalarına bölündü və müxtəlif yarışlarda bir-birlərinə qarşı mübarizə apardılar. Uzun müddətdir davam edən detektiv janrında rol alan Qız Qalasındakı 'emosional' Survivor Uğur Pəktaşın müvəffəqiyyəti Arxa Küçələr lirə və yalnız sağ qalanların mükafatları ilə nəticələndi. 2014-cü ildə istehsal olunan Survivor Məşhurlar-Könüllülər konsepsiyasında finala qalan Gökhan Kəsər ikinci, Turabi Çamkıran çempion olmuşdu. 2015-ci ildə istehsal olunan Survivor All Star yarışmasında finalda olan Mərvə Aydın ikinci Turabi Çamkıran isə 2-ci dəfə Könüllülərin çempionu olmuşdu. Sonrakı ildə isə Survivor 2016 Məşhurlar-Könüllülər konsepsiyasında finala qalan Sərkay Tütüncü ikinci, Çağan Atakan Arslan isə çempion olmuşdu. 2017 ilində finala qalan Adəm Kılıççı ikinci, Ogeday Girişkən çempion olmuşdu. 2018-ci ilə gələndə isə Survivor All Star-Könüllülər konsepsiyası olmuş, daha sonra ise bu konsepsiya dəyişdirilərək Survivor Məşhurlar-Könüllülər konsepsiyası olmuş, və bu ildə Damla Can altıncı, Turabi Çamkıran beşinci, Hilmi Cem İntəpə dördüncü, Anıl Bərk Baki üçüncü, və son finala qalan Nagihan Karadere ikinci, Adəm Kılıççı çempion olmuşdur. 2019-cu ildə yarışma Türkiyə-Yunanıstan olaraq başlasa da sonradan Siyah Taqım-Bəyaz Taqım halında qarışıq komandalarla olmuşdur.
TV8 (Türkiyə)
TV 8 — 22 fevral 1999-cu il tarixində MNG Medya Grubu şirkəti tabeliyində yayıma başlamış televiziya kanalı. 2013-cü ildən etibarən Acun Medya və Doğuş Yayın Grubu ortaqlığı ilə yayımlanan kanalın mərkəzi İstanbul Sarıyerdə yerləşir. Xəbər kanalı olaraq yayıma başlamış TV 8 2003-cü ildə format və loqo dəyişdirərək əyləncəli kanallar sırasına daxil olmuşdu. Proqramlar Aramizda Kalmasin, O Ses Türkiye, Survivor, Yetenek Sizsiniz Türkiye, Ver Firina, Aile Doktoru, 3 Adam, Hülya Show, Kel Alaska, Arda'nin mutfagi, Aslinda melee oluyor?, 8'de8, Seffaf Oda, Para Bende, Pazar Magazin, Oynat Bakalim, Ninja Warrier Turkey, O Ses Çoçuklar, 100 kisiye Sorduk, Iste Benin Stilim, Ütopya.
Türkiyə (qəzet)
Türkiyə — Ənvər Örən tərəfindən 22 aprel 1970-ci ildən "Həqiqət" qəzeti adıyla nəşr etdirilən gündəlik qəzet. İhlas Holdinq şəbəkəsinin bir hissəi və ilk qurumudur. 29 mart 1972-ci ildən "Türkiyə" qəzeti adı ilə çap olunur. Dr. Ənvər Örənin 1978-ci ildə Yaponiyada qatıldığı FIEJ Konfransında tanış olduğu və "dünyanın ən çox satılan ikinci qəzeti" olan Asahi Şimbun qəzetinin "əldən-ələ yaymaq sistemi"ni tətbiq edən "Türkiyə" qəzeti 1980-ci ilə qədər axşam qəzeti kimi nəşr olunub. Əsasən İhlas Xəbər Agentliyinin inormasiyalarını yayan qəzet sağ meyilli elektoratın ən çox oxuduğu qəzetlərdən biridir. Türkiyədə ilk dəfə abunəlik sistemini tətbiq edən qəzetin 10 dekabr 1989-cu il tarixli sayının tirajı (1 424 350 nüsxə) bu günə qədər Türkiyədə qəzetlər arasında rekord tiraj olaraq qalmaqdadır.Qəzet 16 sentyabr 2013-cü ildə uzun illər istifadə etdiyi loqosunu dəyişmişdir. "Türkiye" yazısı sadələşdirilmiş, "t" hərfi ağ rənglə yazılmış və qırmızı dairənin içinə alınmışdır.
Türkiyə Cümhuriyyəti
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.Əhalinin təqribən 70–80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#türkiyə-energy nədir? #türkiyə-energy sözünün mənası #türkiyə-energy nə deməkdir? #türkiyə-energy sözünün izahı #türkiyə-energy sözünün yazılışı #türkiyə-energy necə yazılır? #türkiyə-energy sözünün düzgün yazılışı #türkiyə-energy leksik mənası #türkiyə-energy sözünün sinonimi #türkiyə-energy sözünün yaxın mənalı sözlər #türkiyə-energy sözünün əks mənası #türkiyə-energy sözünün etimologiyası #türkiyə-energy sözünün orfoqrafiyası #türkiyə-energy rusca #türkiyə-energy inglisça #türkiyə-energy fransızca #türkiyə-energy sözünün istifadəsi #sözlük