Türkiyənin sözü azərbaycan dilində

Türkiyənin

Yazılış

  • Türkiyənin • 99.9478%
  • türkiyənin • 0.0293%
  • TÜRKİYƏNİN • 0.0211%
  • TÜrkiyənin • 0.0018%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Türkiyənin ilçələri
İlçə (türk. İlçe) — Türkiyənin inzibati-ərazi bölgüsünə əsasən ildən (vilayət) sonra gələn inzibati idarə vahididir yəni inzibati bölgüdə ilçə ikinci yeri tutur. İlçə daha çox rayon bölgü vahidinə yaxındır, çünki ilçələr də öz daxilində belde, kənd, qəsəbə, "mahalle" və "semtlerden" ibarət ola bilər. Ayrıca hər bir ilçəyə seçki yoluyla ilçə bələdiyyə başqanı seçilir. Vilayət (il) bir neçə ilçədən ibarət olur. Yeni bir ilçənin qurulması və ya var olanın ləğv edilməsi sadəcə qanunla ola bilər. Vilayət (il) mərkəzi də bir ilçəni təşkil edir və buna mərkəz ilçə deyilir. Böyükşəhər (Büyükşehir) qurulan vilayət mərkəzlərində mərkəz ilçə anlayışı olmur. Abdullah Gülün təsdiqlədiyi 6 mart, 2008 tarixli 5747 saylı qərarına əsasən əhalisi 2 min nəfərin altına düşən 862 bəldə ləğv olundu və 43 yeni ilçə quruldu. Bu qanunla Adanada 2, Ankarada 1, Antalyada 5, Diyarbakırda 4, Ərzurumda 2, Əskişəhərdə 2, İstanbulda 8, İzmirdə 2, Kocaelində 6, Mersində 4, Sakaryada 4 ve Samsunda 3 yeni ilçə qurulmuş oldu.
Türkiyənin iqlimi
Türkiyənin Egey və Aralıq dənizi ilə yuyulan sahil ərazilərində isti, quru yayları və mülayim-soyuq, rütubətli qışları olan Aralıq dənizi iqlimi hökm sürür. Ölkənin Qara dəniz suları ilə yuyulan sahil ərazilərində mülayim, rütubətli yayları və soyuq, rütubətli qışları olan dəniz iqlimi hökm sürür. Türkiyənin Qara dəniz sahili ən yüksək yağıntını qəbul edir və bu region ilboyu yüksək yağıntı alan yeganə regiondur. Bu sahilin şərq hissəsində illik ortalama 2500 mm yağıntı müşahidə edilir ki, bu da ölkə üzrə ən yüksək yağıntıdır. Türkiyənin Mərmərə dənizi ilə yuyulan və Egey və Qara dənizi birləşdirən sahil ərazilərində (İstanbul daxil olmaqla) mülayim Aralıq dənizi iqlimi və mülayim dəniz iqlimi arasında mülayim-isti, quru yayları və soyuq, rütubətli qışları olan keçid iqlim tipi hökm sürür. Mərmərə və Qara dəniz sahillərində, demək olar ki, hər il qar yağır, ancaq qar bir neçə gündən daha artıq qalmır. Digər tərəfdən, Egey dənizi sahil ərazilərində qar nadir, Aralıq dənizi sahil ərazilərində çox nadir müşahidə edilir. Şərtlər daxili quru hissədə daha kəskin ola bilir. Sahilə yaxın olan dağlar dəniz təsirlərinin daxili ərazilərə yayılmasının qarşısını alır və Türkiyənin daxili Anadolu yaylasına kəskin ziddiyyətli fəsillərlə rütubətli kontinental iqlim verir. Platoda qışlar xüsusi olaraq kəskindir.
Türkiyənin illəri
Türkiyənin illəri Anadolu yarımadası və Frakiya torpaqları üzərində qurulan Türkiyənin 81 vilayəti var. Vilayətlər (illər) Türkiyənin ən böyük inzibati əraziləridir. Bu 81 il 973 ilçəyə bölünür. Bu ilçələrə ən kiçik inzibati vahidlər olan məhəllə və kəndlər daxildir. İllərdə idarəetmə və icra vəzifəsi daxili işlər naziri tərəfindən tövsiyə edilən və Nazirlər Şurasının təsdiqindən sonra prezident tərəfindən təyin olunan qubernatorlar tərəfindən həyata keçirilir. Osmanlı imperiyasının dağılmasından və 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin rəsmi qurulmasından sonra inzibati sistemdə dəyişikliklər edildi. İki il sonra Ərdəhan, Bəyoğlu, Çatalca, Dersim, Ergani, Gelibolu, Gənc, Kozan, Oltu, Muş, Siverek və Üsküdar vilayətləri (illəri) ilçələrə çevrildi. 1927-ci ildə Şərqi Bəyazid ilçəyə çevrilərək Ağrıya birləşdirildi. 1929-cu ildə Muş yenidən il, Bitlis isə ilçə oldu. Dörd il sonra Aksaray, Cəbəlibərəkət, Hakkari və Şebinqarahisar ilçə olması, Mersin və Silifke birləşdirilərək İçel adlı yeni ilin yaradılmasıyla, Artvin və Rizə birləşdirilərək Çoruh adlı yeni bir ilin yarandılmasıyla sayı 56-ya düşdü.
Türkiyənin Kiprə müdaxiləsi
Kipr əməliyyatı (türk. Kıbrıs Harekâtı), həmçinin Türkiyənin Kiprə müdaxiləsi (yun. Τουρκική εισβολή στην Κύπρο) və ya Atilla əməliyyatı (türk. Attila Harekatı) — 20 iyul 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı və 14 avqust tarixində türk silahlı birləşmələrinin paytaxt Nikosiyaya daxil olması ilə nəticələnən əməliyyat. Türkiyə hökuməti bu əməliyyatın Sürix və London müqaviləsinin 4-cü maddəsinə istinadən yerinə yetirildiyini bildirmişdir. Buna baxmayaraq BMT və Avropa Şurası bunu işğal olaraq qiymətləndirmişdir. Avropa Şurası Parlament Assambleyasının 29 iyul 1974-cü il tarixli 573 saylı qərarında və Afinadakı Apelyasiya Məhkəməsinin 21 mart 1979-cu il tarixli qərarında Türkiyənin müdaxiləsinin qanuni olduğu vurğulanmışdır. Ancaq, beynəlxalq qərarların çoxu bunu "işğal" olaraq adlandırmışdır. Türklər və yunanlar arasında ilk hadisələr 1920-ci ildə, Osmanlı imperiyasının 1878-ci il tarixli 50 illik icarə müqaviləsi ilə adanı Böyük Britaniyaya verməsindən sonra, icarə müddətinin bitməsinə 8 il qalmış başladı. Bu hadisələr yalnız siyasi döyüşlər olsa da, silahlı toqquşmalar şəklini almayıb.
Türkiyənin Silahlı Qüvvələri
Türkiyə Silahlı Qüvvələri (türk. Türk Silahlı Kuvvetleri, TSK) — Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Jandarma və Sahil Mühafizə isə sülh dövründə daxili təhlükəsizlik qüvvələrinin tərkib hissəsi hesab olunur və Daxili İşlər Nazirliyinə tabedir. Müharibə şəraitində isə həmin qurumlar da Ordu və hərbi dəniz qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Türkiyə Prezidenti bütün silahlı qüvvələrin Ali Baş Komandanı hesab olunur. Silahlı Qüvvələrin hazırkı Baş Qərargah rəisi general Yaşar Gülərdi. Silahlı Qüvvələrə komandanlıq etmək və şəxsi heyətin döyüş hazırlığı, kəşfiyyat, əməliyyatlar, təşkilatlanma, təlim və lojistik xidmətlərlə əlaqədar siyasət və proqramların işlənib hazırlanması Baş Qərargahın məsuliyyətinə daxildir. Bundan əlavə olaraq, Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin NATO üzvü olan və başqa müttəfiq ölkələrlə hərbi sahədə əlaqələrini koordinasiya edir. Ordunun müasir tarixi Osmanlı İmperiyasının dağılmasından sonrakı dövrə təsadüf edir.
Türkiyənin baş nazirləri
CXP ANAP Refah DP Hərbi Bitərəf AP DYP DSP CGP AK Parti Daxili İşlər naziri Əhməd Fikri Tüzər, Rəfiq Saydamın iş başında vəfat etməsi üzərinə, Şükrü Saracoğlu 9 iyul 1942-ci ildə 13-cü hökuməti qurmadan önce 12-ci hökumətdə bir günlüyünə baş nazir vəzifəsini icra etdi. Emin Fəxrəddin Özdilək, 26 oktyabr 1961-ci ildə Camal Gürsəlin Prezident vəzifəsi başladığı üçün Baş Nazirlik vəzifəsini 27 oktyabr 1961–20 noyabr 1961 tarixləri arasında keçici olaraq icra etdi. Əli Bozər, Turqut Özalın 31 oktyabr 1989 tarixində Prezidentliyə seçilməsindən sonra boşalan vəzifəyə 9 noyabr 1989 tarixinədək vəkalət etdi. Ərdal İnönü, Süleyman Dəmirəlin Prezidentliyə seçilməsindən sonra boşalan yerinə 16 may 1993–25 iyun 1993 tarixləri arasında vəkalət etdi.
Türkiyənin coğrafi bölgələri
Türkiyə regionları — 6 iyun-21 iyun 1941-ci ildə Ankarada toplanan Birinci Coğrafiya Qurultayı tərəfindən təyin olunmuşdur. Qurultay ilk, orta və lisey məktəb tədris planı proqramları ilə dərs kitabları, coğrafiya terminləri və coğrafi adların yazılması, Türkiyə coğrafiyasının ana xəttləri və yerlərin adlandırılması üzərində çalışmaq məqsədiylə toplanmışdı. Bu çalışmanın nəticəsində Türkiyənin üç tərəfinin dənizlərlə çevrilmiş olması, dağların Anadolunun daxili seqmentlərini sahillərdən ayırması, iqlim, nəqliyyat və bitki örtüsü kimi ölçülər diqqətə alınaraq Türkiyənin coğrafi regionları təyin olunmuşdur. Türkiyə Birinci Coğrafiya Qurultayında Türkiyə coğrafi 7 regiona ve 21 bölməyə ayrılmışdır. Bu region və bölmələrin Türkiyənin idarə məsləhəti üçün zərrə bir hökmü yox lakin coğrafi elmi məna üçün əhəmmiyətli hökm edər. Təbiət, bəşəri və ekonometrika xüsusiyyətləri baxımdan sərhədləri daxilində bənzərlik göstəriş eden geniş sahələrə region deyilir. Sərhədləri daxilində bənzərlikləri olan ancaq bölgənin digər yerlərindən fərqli olan kiçik sahələrə isə bölmə deyilir. Aralıq dənizi regionu: Antalya bölməsi, Adana bölməsi Şərqi Anadolu regionu: Yuxarı Fırat bölməsi, Ərzurum - Qars bölməsi, Yuxarı Murat - Van bölməsi, Hakkari bölməsi Egey regionu: Egey bölməsi, Daxili Qərbi Anadolu bölməsi Cənub-şərqi Anadolu regionu: Orta Fırat bölməsi, Dicle bölməsi Mərkəzi Anadolu regionu: Konya bölməsi, Yuxarı Sakarya bölməsi, Orta Kızılırmak bölməsi, Yuxarı Kızılırmak bölməsi Mərmərə regionu: Yıldız bölməsi, Ergene bölməsi, Çatalca - Kocaeli bölməsi, Cənubi Mərmərə bölməsi Qara dəniz regionu: Qərbi Qara dəniz bölməsi, Orta Qara dəniz bölməsi, Şərqi Qara dəniz bölməsi Göllər daxil olmaqla Türkiyənin yekun ərəzisi 814.578 km².
Türkiyənin dövlət quruluşu
Türkiyənin dövlət quruluşu - 1982-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. Türkiyə Prezident formasında idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan Cümhuriyyət Günü (1923) 29 oktyabrda qeyd olunur. Ölkə konstitusiyası 1982-ci ildən (1987, 2007, 2010-cu illərdə düzəlişlər edilməklə) qüvvədədir. Türkiyə 957 ilçeni (rayon) birləşdirən 81 ildən (vilayət) ibarətdir. Qeyri-rəsmi olaraq 7 bölgəyə (Ege, Qara dəniz, Mərkəzi Anadolu, Şərqi Anadolu, Marmara, Aralıq dənizi və Cənub-Şərqi Anadolu) bölünür. Ölkə Konstitusiyasına edilmiş 21 oktyabr 2007-ci il tarixli düzəlişə əsasən Prezident xalq tərəfindən 5 il müddətinə iki dəfədən çox olmamaqla seçilir. Prezidentin fəaliyyət qabiliyyəti olmadıqda və ya vəfat etdikdə onun səlahiyyətlərini Türkiyə Böyük Millət Məclisinin sədri icra edir. Prezident Konstitusiyanın tətbiqinə, dövlət orqanlarının fəaliyyətinin qanuna uyğun olmasına nəzarət edir. Qanunvericilik, icra və məhkəmə fəaliyyətinə aid vəzifə və səlahiyyətlər daşıyır.
Türkiyənin hərb tarixi
Türkiyənin hərbi tarixi - Türkiyə Qurtuluş Savaşından sonra Türkiyə Cümhuriyyəti dönəmindən başlayan müasir silahlı qüvvələrin tarixidir. Türk inqilabçıları Mustafa Kamal Atatürkün başçılığı ilə Qurtuluş Savaşında qələbə qazanandan sonra Osmanlı İmperiyasının qəbul etdiyi Serv sülh sazişini rədd edərək, onu Lozan sazişi ilə əvəz edir və Ankarada oturan yeni hökumətin leqitimliyini bütün dünyaya qəbul etdirir. Məhz bu dövrdən sonra türk ordusunun müasir hərb tarixi başlayır.
Türkiyənin inzibati bölgüsü
Türkiyə inzibati və məhəlli şərtlər nəzərə alınmaqla müxtəlif inzibati hissələrə ayrılmışdır. Mərkəzi idarə quruluşu baxımından illərə (vilayət), ilçələrə (rayon), və kəndlərə bölünmüşdür. Bunlara “mülki idarə bölümlər”i deyilir. İnzibati hissələrin müəyyən coğrafi vəziyyətləri, iqtisadi şərtləri, ictimai xidmətlərinin gərəkləri və nəqliyyat vəziyyətləri diqqətə alınmaqdadır. Türkiyənin ən böyük inzibati vahidləri “il” olaraq adlanırlar. Bir ilin ərazisi il mərkəzi, “ilçə” mərkəzləri və ilçələrə tabe bütün kəndləri əhatə edir. İllərdə idarə etmə və icra vəzifəsini dövlətin təyin etdiyi valilər yerinə yetirir. Respublikanın ilk vaxtlarında 63 olan il sayı, dəyişən şərtlər və ehtiyaclara görə hazırda 81-ə çatmışdır. İnkişaf etmiş bir çox ilçə də il olmağı gözləyir. İldən daha kiçik inzibati vahidlərə “ilçə” deyilir.
Türkiyənin iqtisadi tarixi
Türkiyə iqtisadiyyat tarixi,Türkiyənin müxtəlif iqtisadi fəaliyyət və dəyişikliklərini Türkiyə tarixində mühüm yer alır. 24 iyul 1923 tarixində tərəflər arasında razılaşma ilə sona çatan və 23 avqust 1923 tarixində TBMM tərəfindən təsdiqlənərək qüvvəyə girən Lozanna müqaviləsi xaricilərə təmin edilən bəzi imtiyazları sona çatdırdı. Saziş çərçivəsində təşkil edilən ticarət müqaviləsi şərtlərinə görə 1916-ci ildən 1929-cu ilə qədər Osmanlı Dövlətinin gömrük tariflərini tətbiq etmək zəruriliyi yarandı. Bunun nəticəsində Türkiyə Cümhuriyyəti, Osmanlı dövlətinin borclarının% 62.5'ini ödəmək məcburiyyətində qaldı. 1928-ci ildə Millətlər Liqası tərəfindən bir miqdar azaldılmış borcların hamısının ləğvi 1954-cü ilə qədər davam etmişdir.1923-ci ildə İzmir İqtisad Konqresi Atatürk başçılığında toplandı. 26 avqust 1924 tarixində Türkiyə İş Bankı quruldu. 1927-ci ildə Sənaye Təşviq Qanunu qəbul edildi. 5 dekabr 1927-ci ildə ilk kağız pullar dövriyyəyə buraxılmış və köhnə kağız pullar dövriyyədən çıxarılmışdı. İqtisadi təchizat məqsədiylə Türkiyə 1930-cu ildə ABŞ-dən 10 milyon dollarlıq bir borc aldı. 1934-cü ildə Sovetlər Birliyindən alınan 8 milyon dollarlıq borcla Birinci Beş İllik Sənaye Planında yer alan fabriklərin bir qisimi tikildi.
Türkiyənin konstitusiya tarixi
Türkiyənin konstitusiya tarixi — 1876-cı ildə Osmanlı İmperiyasının ilk əsas qanununun qəbulu ilə başlayan Türkiyə hüquq tarixindəki dövr. Türkiyə Cümhuriyyətinin müasir konstitusiyası 1921-ci ildə təsdiqləndi, sonra 1924, 1961, 1982-ci illərdə və ən sonuncu dəfə 2010-cu ildə dəyişiliklər əlavə olunmuşdur. 2000-ci illərdə Türkiyənin Avropa Birliyinə üzv olmaq üçün siyasi meyarlara uyğun gəlməsinə imkan verən başqa bir konstitusiya dəyişilikliyi ilə bağlı məsələ yenidən qaldırıldı. Nəticədə, 2010-cu ildə konstitusiya referendumu keçirildi və yeni düzəlişlər təsdiqləndi. 2005-ci ildən bəri Ədalət və İnkişaf Partiyası Türkiyənin parlament idarəetmə formasından prezident respublikasına keçməsi üçün kampaniya aparırdı. 16 aprel 2017-ci il tarixində Konstitusiya referendumu keçirildi və seçicilərin çoxusu prezident respublikasının qurulması, baş nazir vəzifəsinin ləğvi, parlament üzvləri sayının artırılması və Hakimlər və Prokurorlar Şurasında islahatların başlamasına səs verdi. 1808: II Mahmudun dövründə Ələmdar Mustafa Paşa tərəfindən hazırlanan Sened-i İttifak, 29 sentyabrda Rumeli və Anadolu liderləri ilə Osmanlı dövləti arasında imzalanmışdır ki, mərkəzi hakimiyyət əyalətlərə hakim olsun. 1839: Mustafa Rəşid paşa tərəfindən noyabrın 3-də Əbdülməcid dövründə hazırlanmış Tanzimat fərmanı qəbul edildi. 1856: 1856-cı il tarixli Osmanlı İslahat fərmanı, Tanzimat fərmanını tamamladı və gücləndirdi. 1876: Osmanlı Konstitusiyası qəbul edildi və imperiyanın Birinci Məşrutiyyət dövrünü (1876–78) başlatdı.
Türkiyənin çaylarının siyahısı
Türkiyənin çaylarının siyahısı Yalak çayı Kocasu çayı (Uluabad gölündən sonra Koca çayı) Qaraərik çayı Aliova çayı Emet Suyu Simav çayı Kara çayı Kadıköy çayı Kocaafşur çayı Madra çayı Hənifə çayı Gölcük çayı Dombay çayı Killer çayı Dəyirmancıq çayı Keçi çayı Simav çayı Nilüfər çayı Gönen çayı Biga çayı Can çayı Yakacık çayı Mərmər çayı Uludərə Birgos çayı Koca çayı 1. Anadolu yaxasından tökülənlər Karamenderes çayı Tuzla çayı Havran çayı Bakırçay (Güzelhisar su bəndi) Gediz çayı Koca çayı Bağ çayı Büyük çayı Kiçik Menderes çayı Böyük Menderes çayı Kufi çayı Banaz çayı Yaver çayı/Demirler çayı Dandalaz çayı Akçay Çine çayı Qamış çayı Qarpızlı su bəndi) Madran çayı Koca çayı Azmak çayı 2. Avropa yaxasından tökülənlər i. Maritsa çayı Arda Tunca Erithropótamos (Luda Reka) Diavolorrema ii. Ergene çayı Vize (Ana) çayı Sakızköy (Poyralı) çayı Çorlu Suyu (çayı) Çiftlik çayı (cənub) Çiftlik çayı (şimal) Ana çayı Şeytan Büyük çayı Akar çayı Teke çayı (Süloğlu su bəndi) Kaysan çayı (Kadıköy su bəndi) iii.
Türkiyənin şəhərlərinin siyahısı
Türkiyə şəhərləri — Türkiyənin əhali sayına görə şəhərlərinin siyahısı. Siyahıda Türkiyənin əhali sayı 7 000 nəfərdən çox olan şəhərlərinin siyahısı verilib. == Əhali sayı milyon nəfərdən çox olan şəhərlər == Siyahıda 31 dekabr 2007-ci il tarixə əhalisi milyondan çox olan şəhərlərin siyahısı verilib. Siyahıda 21 oktyabr 1990-cı il və 22 oktyabr 2012-ci il tarixində olan siyahıyalmanın nəticələri nəzərə alınıb.
Türkiyənin qadın nazirlərinin siyahısı
Türkiyənin qadın nazirlərinin siyahısı (türk. Türkiye Cumhuriyeti'nin kadın bakanları listesi) - 26 mart 1971-ci ildə qurulan Türkiyənin 33-cü hökumətinə baş nazir Nihad Erim, ilk dəfə bir qadın naziri Türkan Akyolu hökumətə Səhiyyə və Sosial Yardım naziri kimi təyin edir. Akyol nazir olduğu gündən indiyədək Türkiyə hökuməti kabinetində 43 dəfə, 28 fərqli qadın yer alıb. Ən çox qadın təyin olunan nazirlik 15 təyinatla Dövlət Nazirliyi olduğu halda, 2011-ci ildə Dövlət Nazirliyinin ləğvi ilə Səlma Aliyə Kavaf sonuncu qadın dövlət naziri olub. Dövlət Nazirliyini 10 təyinatla müxtəlif adlar altında fəaliyyət göstərən Ailə və Sosial Xidmətlər Nazirliyi əvəz edib. Kabinetdəki ilk iki qadın nazir parlamentdən kənar seçildiyi halda, Aysel Çelikəl, Beril Dedeoğlu, Ayşən Gürcan, Zəhra Zümrüd Səlçuq, Ruhsar Pekcan və Dərya Yanıq istisna olmaqla, qalan qadın nazirlərin hamısı parlament daxilindən seçilib. Ən çox qadın naziri olan hökumət 4 qadın nazirlə 54-cü hökumət olub. Bu hökumətdə; Tansu Çillər həm baş nazir, həm də xarici işlər naziri, Meral Akşenər daxili işlər naziri, Ayfər Yılmaz və İşılay Sayqın isə dövlət naziri vəzifələrində olublar. Rəcəb Tayyib Ərdoğan 7 dəfə nazirliklərə qadın təyin edərək ən çox qadın nazir təyin edən prezident olub. Ondan sonra isə liderliyi hər biri 5 təyinatla Tansu Çillər və Nəcməddin Ərbakan qoruyub saxlayır.
Azərbaycanın sovetləşdirilməsində Türkiyənin müdaxiləsi
Azərbaycanın sovetləşdirilməsində Türkiyənin müdaxiləsi — Mustafa Kamal Paşanın rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisi hökuməti və Ənvər Paşanın rəhbərlik etdiyi "gənc türklər" qruplaşmasının Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələnən Aprel işğalına gedən yolda və işğal prosesində rolu. Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyası Antanta dövlətləri tərəfindən parçalanmışdı. Bundan sonra Türkiyədə Mustafa Kamal Paşanın başçılığı ilə milli azadlıq hərəkatı başlamışdı. Kamalçılar Sovet Rusiyası ilə ittifaqın qurulmasını dəstəkləyir və britaniyayameylli olduğunu ittiham etdikləri Müsavat Azərbaycanında bolşevik inqilabı istəyirdilər. Mustafa Kamal özü Osmanlının Azərbaycandakı fəaliyyətlərini tənqid etmiş və pantürkizmdən uzaqlaşaraq Türkiyəni birinci sıraya qoyan milliyətçilik növünə üz tutmuşdu. 1919-cu ildən başlayaraq Mustafa Kamal və Ənvər Paşa Azərbaycan vasitəsilə bolşeviklər ilə ittifaq qurmaq üçün mübarizə aparmağa başlamışdılar. Bu zaman kamalçı Fuad Sabit, Xəlil Paşa və "gənc türklər"dən Baha Səid Bakıda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin əleyhinə fəaliyyətə başladılar. Bu dövrdə Şərq cəbhəsi komandanı Kazım Qarabəkir bolşeviklərin maddi və silah yardımının intensivləşməsi üçün "Qafqaz səddi" adlandırdığı maneəni aradan qaldırmağı özünə hədəf qoymuşdu. Qarabəkir, eləcə də azərbaycanlı və türkiyəli kommunistlərin əhəmiyyətli bir qismi Qızıl Ordunun hərbi müdaxiləsini yox, Azərbaycanda daxili inqilab nəticəsində hökumətin dəyişməsini arzulayırdı. Buna baxmayaraq, Qarabəkirin səyləri uğursuz alınmışdı.
Azərbaycanın sovetləşməsində Türkiyənin müdaxiləsi
Azərbaycanın sovetləşdirilməsində Türkiyənin müdaxiləsi — Mustafa Kamal Paşanın rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisi hökuməti və Ənvər Paşanın rəhbərlik etdiyi "gənc türklər" qruplaşmasının Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələnən Aprel işğalına gedən yolda və işğal prosesində rolu. Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyası Antanta dövlətləri tərəfindən parçalanmışdı. Bundan sonra Türkiyədə Mustafa Kamal Paşanın başçılığı ilə milli azadlıq hərəkatı başlamışdı. Kamalçılar Sovet Rusiyası ilə ittifaqın qurulmasını dəstəkləyir və britaniyayameylli olduğunu ittiham etdikləri Müsavat Azərbaycanında bolşevik inqilabı istəyirdilər. Mustafa Kamal özü Osmanlının Azərbaycandakı fəaliyyətlərini tənqid etmiş və pantürkizmdən uzaqlaşaraq Türkiyəni birinci sıraya qoyan milliyətçilik növünə üz tutmuşdu. 1919-cu ildən başlayaraq Mustafa Kamal və Ənvər Paşa Azərbaycan vasitəsilə bolşeviklər ilə ittifaq qurmaq üçün mübarizə aparmağa başlamışdılar. Bu zaman kamalçı Fuad Sabit, Xəlil Paşa və "gənc türklər"dən Baha Səid Bakıda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin əleyhinə fəaliyyətə başladılar. Bu dövrdə Şərq cəbhəsi komandanı Kazım Qarabəkir bolşeviklərin maddi və silah yardımının intensivləşməsi üçün "Qafqaz səddi" adlandırdığı maneəni aradan qaldırmağı özünə hədəf qoymuşdu. Qarabəkir, eləcə də azərbaycanlı və türkiyəli kommunistlərin əhəmiyyətli bir qismi Qızıl Ordunun hərbi müdaxiləsini yox, Azərbaycanda daxili inqilab nəticəsində hökumətin dəyişməsini arzulayırdı. Buna baxmayaraq, Qarabəkirin səyləri uğursuz alınmışdı.
Azərbaycanın sovetləşməsində Türkiyənin rolu
Azərbaycanın sovetləşdirilməsində Türkiyənin müdaxiləsi — Mustafa Kamal Paşanın rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisi hökuməti və Ənvər Paşanın rəhbərlik etdiyi "gənc türklər" qruplaşmasının Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələnən Aprel işğalına gedən yolda və işğal prosesində rolu. Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyası Antanta dövlətləri tərəfindən parçalanmışdı. Bundan sonra Türkiyədə Mustafa Kamal Paşanın başçılığı ilə milli azadlıq hərəkatı başlamışdı. Kamalçılar Sovet Rusiyası ilə ittifaqın qurulmasını dəstəkləyir və britaniyayameylli olduğunu ittiham etdikləri Müsavat Azərbaycanında bolşevik inqilabı istəyirdilər. Mustafa Kamal özü Osmanlının Azərbaycandakı fəaliyyətlərini tənqid etmiş və pantürkizmdən uzaqlaşaraq Türkiyəni birinci sıraya qoyan milliyətçilik növünə üz tutmuşdu. 1919-cu ildən başlayaraq Mustafa Kamal və Ənvər Paşa Azərbaycan vasitəsilə bolşeviklər ilə ittifaq qurmaq üçün mübarizə aparmağa başlamışdılar. Bu zaman kamalçı Fuad Sabit, Xəlil Paşa və "gənc türklər"dən Baha Səid Bakıda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin əleyhinə fəaliyyətə başladılar. Bu dövrdə Şərq cəbhəsi komandanı Kazım Qarabəkir bolşeviklərin maddi və silah yardımının intensivləşməsi üçün "Qafqaz səddi" adlandırdığı maneəni aradan qaldırmağı özünə hədəf qoymuşdu. Qarabəkir, eləcə də azərbaycanlı və türkiyəli kommunistlərin əhəmiyyətli bir qismi Qızıl Ordunun hərbi müdaxiləsini yox, Azərbaycanda daxili inqilab nəticəsində hökumətin dəyişməsini arzulayırdı. Buna baxmayaraq, Qarabəkirin səyləri uğursuz alınmışdı.
ATV (Türkiyənin televiziya kanalı)
ATV — 1993-cü ildə İstanbulda Dinç Bilgin tərəfindən qurulmuş, 2002-ci ildə Ciner Grubu-na keçmiş və indi Turkuvaz Medya Qrupuna bağlı olaraq yayımını davam etdirən özəl televiziya kanalıdır. 12 iyul 1993-cü il tarixində normal yayıma keçmişdir. Bir çox ilklərin ünvanı olan "ATV" Türkiyə televiziya tarixinə "Kaliteden ödün vermeden zirvedeyiz" şüarı ilə girmişdi. Bu günə qədər reytinqli serialların çoxunda "ATV"-nin imzası var. Qurulduğu ilk illərdə Ayşenur Yazıcı kanalın simalarından biri olmuş, telekanalın introlarında onun üz cizgiləri olmuşdu. 2007-ci ildə ATV; ATV Avrupa və Sabah qəzetinin sahibi Merkez Yayıncılık, Çalık Holding-in sahibi Turkuvaz A. Ş.-yə satılmışdır. ATV Ana Haber Bültenini həftəiçi Cem Öğretir, həftəsonu isə Şebnem Sunar Küçük təqdim edirlər. 28 dekabr 2011-ci il tarixində ATV-nin bağlı olduğu Turkuvaz Medya Grubu, Ziraat Türkiye Kupası maçlarının yayım hüquqlarını almışdır. Maçlar ATV və A Xəbər kanallarında canlı yayımlanır. 4 sentyabr 2013-cü il tarixində 16:9 formatlı yayıma keçmişdir.
Now (Türkiyənin televiziya kanalı)
NOW — "The Walt Disney Company" adlı şirkətin tabeliyində olan, Türkiyədə yayımlanan televiziya kanalıdır. TGRT kanalının bağlanmasından sonra həmin kanalın tezliyində 24 fevral 2007-ci il tarixində yayıma başlamışdır. 24 yanvar 2024-cü il tarixində Disneyin FOX üçün aldığı ad haqqının dolması səbəbi ilə Türkiyədə 12 fevral 2024-cü il tarixindən etibarən NOW adını almışdır. "TGRT" İhlas Holdinqin tabeliyində olan "Huzur Radyo TV A. Ş." şirkətinə aid telekanal idi. 17 dekabr 2004-cü ildə İhlas Holdinq kanalın satıldığını açıqladı. Nəticədə şirkətin 56,5%-i satılmış oldu. "TGRT" kanalını satın alan ABŞ-nin media şirkətlərindən biri "News Corporation"ın sahibi Rupert Keit Murdoç idi. Daha sonra "News Corporation" digər hissədarları ilə də razılaşaraq bu şirkətin bütün hissələrini satın aldı. İhlas Holdinq "TGRT" kanalını satsa da, "TGRT Haber" və "TGRT Belgesel" kanallarını satmadı. "News Corporation" şirkəti bu işi Ahmet Ertegün vasitəsilə həll etdi.
Türkiyənin vilayətləri
Türkiyə inzibati və məhəlli şərtlər nəzərə alınmaqla müxtəlif inzibati hissələrə ayrılmışdır. Mərkəzi idarə quruluşu baxımından illərə (vilayət), ilçələrə (rayon), və kəndlərə bölünmüşdür. Bunlara “mülki idarə bölümlər”i deyilir. İnzibati hissələrin müəyyən coğrafi vəziyyətləri, iqtisadi şərtləri, ictimai xidmətlərinin gərəkləri və nəqliyyat vəziyyətləri diqqətə alınmaqdadır. Türkiyənin ən böyük inzibati vahidləri “il” olaraq adlanırlar. Bir ilin ərazisi il mərkəzi, “ilçə” mərkəzləri və ilçələrə tabe bütün kəndləri əhatə edir. İllərdə idarə etmə və icra vəzifəsini dövlətin təyin etdiyi valilər yerinə yetirir. Respublikanın ilk vaxtlarında 63 olan il sayı, dəyişən şərtlər və ehtiyaclara görə hazırda 81-ə çatmışdır. İnkişaf etmiş bir çox ilçə də il olmağı gözləyir. İldən daha kiçik inzibati vahidlərə “ilçə” deyilir.
Türkiyənin şəhərləri
Türkiyə şəhərləri — Türkiyənin əhali sayına görə şəhərlərinin siyahısı. Siyahıda Türkiyənin əhali sayı 7 000 nəfərdən çox olan şəhərlərinin siyahısı verilib. Siyahıda 31 dekabr 2007-ci il tarixə əhalisi milyondan çox olan şəhərlərin siyahısı verilib. Siyahıda 21 oktyabr 1990-cı il və 22 oktyabr 2012-ci il tarixində olan siyahıyalmanın nəticələri nəzərə alınıb.
Türkiyənin milli parkları
Türkiyədə milli parklar Türkiyədə Qorunan yerlərin 5/1-i Milli parklardır. Türkiyədə Milli Parkılar tam bir ərazinin 1%-ni əhatə edir.
Türkiyənin təhsil sistemi
Türkiyənin təhsil sistemi — Türkiyə Respublikası sərhədləri daxilində fəaliyyət göstərən ibtidai, orta, tam orta və ali təhsil müəssisələrində tədris edilən təhsil sistemi. Təhsil Nazirliyi, Türkiyə Respublikası Konstitusiyasında qəbul edilmiş mərkəzi hökumət siyasətinə uyğun olaraq bütün təhsil fəaliyyətlərinin həyata keçirilməsindən məsuldur. 1923-cü ildə Türkiyə Respublikasının, 1924-cü ildə Konstitusiyasının yaradılmasından sonra, təhsilin hər iki cins üçün icbari və pulsuz olmasını göstərən qanun qəbul edildi. Respublika dövründə təhsil sistemi hökumətin xüsusi nəzarəti altında olmuş, daim inkişaf etdirilmişdir. 1924-cü ildə qəbul edilmiş Təhsil Birliyi Qanunu ilə birlikdə Təhsil Nazirliyi yaradılmış və ölkədəki bütün elmi və təhsil müəssisələrini bir yerə toplanmış, bütün dini məktəblər ləğv edilmiş və xarici məktəblər dövlət nəzarətinə keçmiş və Qərbi Avropa modelinə əsaslanan yerli təhsil sistemi qurulmuşdur. 2012—13 tədris ilindən bəri Türkiyədə məcburi təhsil 12 ilə qaldırılmışdır. Təhsil səviyyələri məktəbəqədər, ibtidai, orta və tam orta təhsildən ibarətdir. Birinci səviyyə 4 illik ibtidai məktəb (1, 2, 3 və 4-cü siniflər), ikinci səviyyə 4 illik orta məktəb (5, 6, 7 və 8-ci siniflər) və üçüncü səviyyə 4 illik tam orta məktəb (9, 10, 11 və 12-ci sinif). İbtidai, orta və tam orta məktəb səviyyələrindən əlavə, xüsusi təhsil ehtiyacı olan şəxslər üçün məktəbəqədər təhsil səviyyəsi də məcburidir. Türkiyə Təhsil Nazirliyi tərəfindən 2017—18 tədris ilində ilk dəfə YKS adlı yeni bir ali məktəbə keçid imtahanı təqdim edilmişdir.
Türkiyənin xarici siyasəti
Türkiyənin xarici siyasəti — Türkiyənin beynəlxalq işlərdə ümumi kursudur. Xarici siyasət Türkiyənin digər dövlətlərlə münasibətlərini tənzimləyir. Siyasət Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. II Dünya Müharibəsi bitdikdən bəri, Sovet İttifaqını 590 kilometr ortaq sərhəddə olduğu beynəlxalq aləmdə əsas rəqib olaraq görür. 1952-ci ildə Türkiyənin Sovet siyasətindən qorxusu o qədər gücləndi ki, türk siyasətçilər ABŞ-yəvropa Kollektiv Müdafiə Sazişinə (NATO) qoşulmağa qərar verdi. NATO üzvlüyü, Türkiyəni beynəlxalq siyasətdə qırx il davam edən Soyuq Müharibədəki qarşıdurmanın tərəfinə çevirdi. 1960-cı illərdə Türkiyənin SSRİ ilə münasibətləri bir qədər istiləşdi və 1970-ci illərdə iqtisadi əməkdaşlıq haqqında bir sıra ikitərəfli müqavilələrin imzalanmasına səbəb oldu. Bununla birlikdə, 1979-cu ildə Sovetlərin Əfqanıstana işğalı, Türk siyasətçilərinin Sovet ekspansionizmi ilə bağlı qorxularını artırdı və beş ildən çox davam edən münasibətlərin soyumasına səbəb oldu. 1980-ci illərin ortalarından etibarən Türkiyə SSRİ ilə münasibətlərini tədricən bərpa etdi. Ankara və Moskva Sovet qaz yataqlarından Türkiyəyə təbii qaz nəqli planı da daxil olmaqla bir sıra müqavilələr imzaladılar.
Türkiyənin Avropa Birliyinə üzv olması
Türkiyənin Avropa Birliyinə qəbulu müharibədən sonrakı Avropada ən problemli mövzulardan biridir. Türkiyə Cümhuriyyətinin özündə də AB-yə üzv olmaq məsələsi son onilliklərin mühüm bir ictimai-siyasi, iqtisadi, şəxsiyyət və hətta ideoloji problemidir, baxmayaraq ki, zaman keçdikcə öz kəskinliyini itirir: 2015-ci ilə qədər Türkiyə vətəndaşlarının AB üzvlüyünə dəstək 75 %-dən 20 %-ə endi. Türkiyə 1999-cu ildən bəri AB üzvlüyünə namizəddir. MKİ təsnifatına görə, Türkiyə Avropa Şurasında yeddinci və dünyada on beşinci iqtisadiyyata sahib olan inkişaf etmiş bir ölkədir və Gömrük Birliyi müqaviləsinin qüvvəyə mindiyi gündən bəri AB ilə gömrük birliyinin üzvüdür. 1996-cı ildə Türkiyə və AB. Türkiyə İƏİT-in (1961), ATƏT-in (1971) qurucu üzvlərindən biridir və eyni zamanda 1992-ci ildən bəri Qərbi Avropa Birliyinin köməkçi üzvüdür. Bundan əlavə, Türkiyə, Avropa Birliyi ilə sıx əlaqələri olan Sənaye G20'nin (1999) qurucu üzvüdür. Ölkə eyni zamanda BMT-nin Qərbi Avropa və Digər Ştatların Regional Qrupunun bir hissəsidir. 1949-cu ildən bəri Türkiyə Avropa Şurasının qurucularından biridir və 12 sentyabr 1963-cü ildə imzalanan AİK ilə Türkiyə arasındakı Assosiasiya Sazişi sayəsində, 1964-cü ildən bəri Avropa Birliyi və sələflərinin “ortaq üzvü” olmuşdur. Ölkə rəsmi olaraq 14 aprel 1987-ci ildə üzv olmaq üçün müraciət etdi, lakin 1999 Helsinki zirvəsində namizəd statusu əldə etmək 12 il çəkdi. 17 dekabr 2004-cü ildə Brüsseldəki zirvədən sonra (2004-cü ildəki genişlənmənin ardından), Avropa Şurası, Türkiyənin qoşulması ilə bağlı danışıqların rəsmi tarixini 3 oktyabr 2005-ci ildə elan etdi.
Türkiyənin diplomatik missiyalarının siyahısı
Türkiyənin diplomitik missiyalarının siyahisı — Türkiyə Respublikasının ölkələr arasında 1924-cü ildə 39 diplomotik əlaqəsi olmasına baxmayaraq, hal-hazırda isə 228 rəsmi ölkələrlə diplomatik əlaqələri var. Bunlardan 134 konsulluq, 12 daimi nümayəndəlik, 81 baş konsulluq ofisləri fəaliyyət göstərir. Türkiyə Respublikası Ermənistanla hələ də heç bir diplomatik əlaqə qurmur.
Türkiyənin diplomatik nümayəndəliklərinin siyahısı
Türkiyənin diplomitik missiyalarının siyahisı — Türkiyə Respublikasının ölkələr arasında 1924-cü ildə 39 diplomotik əlaqəsi olmasına baxmayaraq, hal-hazırda isə 228 rəsmi ölkələrlə diplomatik əlaqələri var. Bunlardan 134 konsulluq, 12 daimi nümayəndəlik, 81 baş konsulluq ofisləri fəaliyyət göstərir. Türkiyə Respublikası Ermənistanla hələ də heç bir diplomatik əlaqə qurmur.
Türkiyənin kişilərdən ibarət milli basketbol komandası
Türkiyənin kişilərdən ibarət milli basketbol komandası — Türkiyəni beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası.
Star TV (Türkiyənin televiziya kanalı)
Star TV — 5 may 1990-cı il tarixində yayıma başlayan Türkiyənin ilk özəl televiziya kanalı. Yayım saatını əsasən xəbərlər, futbol matçları, yarışmalar, seriyallar təşkil edir. Günümüzdə "Doğuş Yayın Grubu" adlı şirkətin tabeliyindədir. Star TV Lixtenşteyndə 50.000 İsveçrə Frankı sərmayə hesabına 1 mart 1989-cu il tarixində qurulan, Magic Box Incorporated AG adlı şirkət tərəfindən Türkiyənin ilk özəl televiziya kanalı olaraq Magic Box Star 1 adı ilə yarandı və Almaniya ərazisində 5 may 1990-cı il tarixində test yayımına, 4 avqust 1990 tarixində isə normal yayıma başladı. Magic Box Incorporated AG-nin Türkiyə təmsilçisi olaraq 1990-cı ilin dekabr ayının əvvəlində qurulan Magic Box International-ın rəhbərləri isə Rumeli Holding-in sahibi, 31 yaşı olan Cem Uzan; Yapı ve Ticaret A.Ş., İmar Bankası və Adabank-ın sahibi olan atası Kemal Uzan və Turqut Özalın böyük oğlu Ahmet Özal idi. Konstitusiyanın 133-cü maddəsinə əsasən Türkiyədə radio və televiziya yayımları Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əlində olduğuna görə özəl televiziya qurula bilmirdi. Türkiyədə bütün ötürücülər TRT-də olduğuna görə ötürücü və tezlik almaq lazım idi. Buna görə 3517 saylı qanuna görə TRT-nin radio-televiziya ötürücüləri əvvəl PTT-yə, oradan da Star 1-ə verildi. Test yayımına başlayan Star 1 Almaniyanın Lüdviqshafen şəhərindən "AKK" studiyalarından "Eutelsat F-5" peyki ilə verdiyi görüntüləri bu şəhərdən Türkiyəyə ötürürdü. İlk vaxtlarda sadəcə özəl çanaq antenləri ilə izləmək mümkün idi.

Oxşar sözlər

#türkiyənin nədir? #türkiyənin sözünün mənası #türkiyənin nə deməkdir? #türkiyənin sözünün izahı #türkiyənin sözünün yazılışı #türkiyənin necə yazılır? #türkiyənin sözünün düzgün yazılışı #türkiyənin leksik mənası #türkiyənin sözünün sinonimi #türkiyənin sözünün yaxın mənalı sözlər #türkiyənin sözünün əks mənası #türkiyənin sözünün etimologiyası #türkiyənin sözünün orfoqrafiyası #türkiyənin rusca #türkiyənin inglisça #türkiyənin fransızca #türkiyənin sözünün istifadəsi #sözlük