türkoloq sözü azərbaycan dilində

türkoloq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • türkoloq • 94.2953%
  • Türkoloq • 5.7047%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dmitri Vasilyev (türkoloq)
Dmitri Dmitriyeviç Vasilyev (rus. Дми́трий Дми́триевич Васи́льев; 11 oktyabr 1946, Moskva – 18 yanvar 2021, Moskva) — görkəmli rus türkoloqu və şərqşünası, tarix elmləri namizədi, Rusiya İctimai Elmlər Universitetinin professoru, Rusiya EA Şərqşünaslar Cəmiyyətinin vitse-prezidenti, Rusiya EA-nın müxbir üzvü, Tıva Respublikasının Əməkdar Elm xadimi, Atatürk Dil -Tarix Qurumunun fəxri üzvü == Bioqrafiya == Dmitri Dmitriyeviç Vasilyev 11 oktyabr 1946-cı ildə anadan olmuşdur. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Şərq dilləri fakültəsini bitirmişdir. 1983-cü ildə "Asiya bölgəsinin türk runik yazısı abidələrinin paleoqrafik sistemləşdirilməsi" ("Палеографическая систематизация памятников тюркской рунической письменности азиатского ареала") mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi adını almışdır. O, uzun müddət Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Şərq tarixi bölümünün başqanı kimi fəaliyyət göstərmişdir. 1995-ci ildə YUNESKO Beynəlxalq İnstitutu Elmi Şurasının Orta Asiyanın öyrənilməsi üzrə həmsədri seçilmişdir. 1996-cı ildə Rusiya-Türkiyə Tarixçiləri Komissiyasının məsul katibi seçilmişdir. O, həmçinin Rusiya İctimai Elmlər Universitetində professoru kimi fəaliyyət göstərmiş, burada Rus-Türk Təhsil və Araşdırma Mərkəzinin müdiri olmuşdur. Dmitri Vasilyev 18 yanvar 2021-ci ildə Moskvada koronavirus xəstəliyindən vəfat etmişdir. == Yaradıcılığı == Dmitri Vasilyev türkoloq və Orta Asiyanın köçəri türk xalqlarının tarixinin öyrənilməsində görkəmli mütəxəssis kimi tanınmışdır.
Elçin İbrahimov (türkoloq)
Elçin İbrahimov (Elçin Əli oğlu İbrahimov; 1985, Nehrəm, Babək rayonu) — türkoloq alim, filologiya elmləri doktoru, "Türk dünyasına xidmət", "Lev Tolstoy", "Dyula Nemet-130" medalları təltifçisi, "İlin gənc alimi" mükafatçısı, Türk Dil Qurumunun müxbir üzvü (2018), Türk Ədəbiyyatı Fondunun fəxri üzvüdür (2020). == Həyatı == Elçin İbrahimov 15 mart 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. BDU-nun Şərqşünaslıq fakültəsində bakalavriatura (2002–06), Qafqaz Universiteti Filologiya fakültəsində (Türk dili və ədəbiyyatı üzrə) magistratura (2006–09) təhsili almışdır. 2006–2016-cı illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışmışdır. 10 illik dövlət qulluğu stajına malikdir. 1 dərəcə dövlət qulluqçusudur. Qüsursuz fəaliyyət və nailiyyətlərinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir. 2016–2021-ci illərdə AMEA rəyasət heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışmışdır.. 2017-ci ildə "Türklər" arasında ortaq imla və əlifba problemləri" adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 2018–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir.
Tofiq Hacıyev (türkoloq)
Tofiq İsmayıl oğlu Hacıyev (1 may 1936, Soltanlı, Cəbrayıl rayonu – 27 noyabr 2015, Bakı) — Azərbaycan dilçisi, türkoloq-alim, filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (?—2015), Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri (?—2015), AMEA-nın həqiqi üzvü, akademik (2014), Azərbaycan Respublikasının maarif naziri (1993). Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub. Tofiq Hacıyevin "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb. "Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib.
Zemfira Əliyeva (türkoloq)
Əliyeva Zemfira Musa qızı (6 iyun 1950, Ucar rayonu)— azərbaycanlı dilçi-alim, türkoloq, filologiya elmləri doktoru. Əliyeva Zemfira Musa qızı 1950-ci ildə 6 iyunda Ucar rayonunda anadan olub. 1967-ci ildə Bakı şəhərindəki 190 № li məktəbi bitirmişdir. 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1973–1979-cu illərdə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri komitəsində redaktor və tərcüməçi işləyib. 1985-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirib. 1982-ci ildən 1992-ci ilə qədər Bakı Dövlət Universitetinin rus dilçiliyi kafedrasında müəllim işləyib. 1990-cı ildə "Развитие семантики качественных прилагательных в русском литературном языкe XVIII–XIX вв." mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1995-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasını bitirib. 1995-ci ildən bu günə qədər AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzəri və tətbiqi dilçilik şöbəsində çalışır.
Dmitri Dmitriyeviç Vasilyev (türkoloq)
Dmitri Dmitriyeviç Vasilyev (rus. Дми́трий Дми́триевич Васи́льев; 11 oktyabr 1946, Moskva – 18 yanvar 2021, Moskva) — görkəmli rus türkoloqu və şərqşünası, tarix elmləri namizədi, Rusiya İctimai Elmlər Universitetinin professoru, Rusiya EA Şərqşünaslar Cəmiyyətinin vitse-prezidenti, Rusiya EA-nın müxbir üzvü, Tıva Respublikasının Əməkdar Elm xadimi, Atatürk Dil -Tarix Qurumunun fəxri üzvü == Bioqrafiya == Dmitri Dmitriyeviç Vasilyev 11 oktyabr 1946-cı ildə anadan olmuşdur. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Şərq dilləri fakültəsini bitirmişdir. 1983-cü ildə "Asiya bölgəsinin türk runik yazısı abidələrinin paleoqrafik sistemləşdirilməsi" ("Палеографическая систематизация памятников тюркской рунической письменности азиатского ареала") mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi adını almışdır. O, uzun müddət Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Şərq tarixi bölümünün başqanı kimi fəaliyyət göstərmişdir. 1995-ci ildə YUNESKO Beynəlxalq İnstitutu Elmi Şurasının Orta Asiyanın öyrənilməsi üzrə həmsədri seçilmişdir. 1996-cı ildə Rusiya-Türkiyə Tarixçiləri Komissiyasının məsul katibi seçilmişdir. O, həmçinin Rusiya İctimai Elmlər Universitetində professoru kimi fəaliyyət göstərmiş, burada Rus-Türk Təhsil və Araşdırma Mərkəzinin müdiri olmuşdur. Dmitri Vasilyev 18 yanvar 2021-ci ildə Moskvada koronavirus xəstəliyindən vəfat etmişdir. == Yaradıcılığı == Dmitri Vasilyev türkoloq və Orta Asiyanın köçəri türk xalqlarının tarixinin öyrənilməsində görkəmli mütəxəssis kimi tanınmışdır.

türkoloq sözünün leksik mənası və izahı

türkoloq sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. тюрколог (специалист по тюркологии). Türkoloqların birinci qurultayı первый съезд тюркологов, türkoloqların simpoziumu симпозиум тюркологов

    Azərbaycanca-rusca lüğət / türkoloq

türkoloq sözünün inglis dilinə tərcüməsi

türkoloq sözünün fransız dilinə tərcüməsi

türkoloq sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#türkoloq nədir? #türkoloq sözünün mənası #türkoloq nə deməkdir? #türkoloq sözünün izahı #türkoloq sözünün yazılışı #türkoloq necə yazılır? #türkoloq sözünün düzgün yazılışı #türkoloq leksik mənası #türkoloq sözünün sinonimi #türkoloq sözünün yaxın mənalı sözlər #türkoloq sözünün əks mənası #türkoloq sözünün etimologiyası #türkoloq sözünün orfoqrafiyası #türkoloq rusca #türkoloq inglisça #türkoloq fransızca #türkoloq sözünün istifadəsi #sözlük