türkəçarə sözü azərbaycan dilində

türkəçarə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • türkəçarə • 90.7407%
  • Türkəçarə • 7.4074%
  • TÜRKƏÇARƏ • 1.8519%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Türkəçarə
Azərbaycan xalq təbabəti və ya Türkəçarə — azərbaycanlıların inanclarına və adət-ənənələrinə görə xəstəliklərin müalicəsi. == Tətbiqi == Xalq təbabəti inanmaya, nəsillər boyunca ötürülən biliklərə əsaslanır. Türklər arasında bu üsullar “türkəçarəlik”, onları tətbiq edən həkim isə “türkəçarə” adlandırılmışdır. “Loğman” adı İslamın qəbulundan sonra istifadə edilmişdir.Azərbaycan ziyarətgahlarının ruhi xəstələri sağaltması, dua vasitəsilə ağrıların azalması şamanizmə əsaslanır. Eyni zamanda cinçilərin və ruhları qovanların mövcudluğu da şaman inancı ilə bağlıdır. Türkəçarəlik 1930-cu illərdən sonra təqib edilsə də, yarpız, kəkotu, qarpız, müxtəlif ədviyyatlar vasitəsilə bir sıra narahatçılıqların (soyuqlama, öskürük, üşütmə, baş ağrıları, boğaz ağrıları, nəfəs daralması) müalicəsi davam etmişdir. Hal-hazırda geniş yayılmış üsullar banka atmaq, bitkilərin tüstüsünü vermə, həcəmət (çərtmə ilə qan alma), şəfalı sular, bitki tərkibli dərmanlar və s.-dir.Həcəmət atmaq iti bir alətlə qan çıxartmaq üsuludur. Həcəmət aləti heyvan buyunuzundan hazırlanır və qan buynuz vasitəsilə sorulurdu. İndi bu aləti banka əvəz etmişdir. Digər bir üsul yaz ayının gəlməsi ilə kirli, mikroblu qanın təbii üsulla zəli vasitəsilə sorulması idi.Türkçarəliyin bir qolu olan hanıxçıların (hənəkçilərin) sahəsi hesab edilən zökəm, tumov və göyöskürəyə tutulmuş xəstələrdə boğazın selikli qişası, boğaz badamcıqları iltihabı zədələnmələri müşahidə edilir, temperatur və yorğunluq olurdu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2003 •••••••••••••••••• 0.39
2009 •••••••• 0.16
2010 •••••••••••••••••••• 0.45
2011 •••••••••••••••• 0.34
2012 •••• 0.09
2013 ••••••• 0.15
2018 ••••••• 0.15

türkəçarə sözünün leksik mənası və izahı

  • 1 is. Xalq təbabətinin müalicə üsullarından biri; arahəkimliyi. Evdə Xanpəri, Gülpəri, Fatmanisə yığılıb, uşağın dərdini başa düşməzdilər, olmazın türkəçarə davaları ilə bu uşağın qarnını doldurardılar. H.Sarabski. [Dükançının] üstəlik türkəçarə ilə məşğul olan fırıldaqçı bir bacanağı vardı. Ə.Vəliyev. □ Türkəçarə etmək – türkəçarə yolu ilə müalicə etmək. [Məmmədin] arvadı Banuxanım əri üçün yer salıb, türkəçarə eləməyə başladı. “Aşıq Qərib”. [Rəşid:] Bir qədər türkəçarə edəndən sonra, belə məlum olur ki, guya Qurbanqulunun bacısı qorxmuş(dur). T.Ş.Simurq.

    Azərbaycan dilinin izahlı lüğəti / türkəçarə

türkəçarə sözünün sinonimləri (yaxın mənalı sözlər)

türkəçarə sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. способы простонародного лечения. Türkəçarə dərman düzəltmək готовить лекарства простонародными способами II прил. знахарский. Türkəçarə vasitələrlə müalicə лечение знахарскими способами

    Azərbaycanca-rusca lüğət / türkəçarə

türkəçarə sözünün inglis dilinə tərcüməsi

türkəçarə sözünün fransız dilinə tərcüməsi

türkəçarə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. халкьдин тӀибдалди, гъилин (тӀебии) дарманралди сагъардай къайда; ара духтурвал; türkəçarə etmək гъилин (тӀебии) дарманралди сагърун.

    Azərbaycanca-ləzgicə lüğəti / türkəçarə

"türkəçarə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#türkəçarə nədir? #türkəçarə sözünün mənası #türkəçarə nə deməkdir? #türkəçarə sözünün izahı #türkəçarə sözünün yazılışı #türkəçarə necə yazılır? #türkəçarə sözünün düzgün yazılışı #türkəçarə leksik mənası #türkəçarə sözünün sinonimi #türkəçarə sözünün yaxın mənalı sözlər #türkəçarə sözünün əks mənası #türkəçarə sözünün etimologiyası #türkəçarə sözünün orfoqrafiyası #türkəçarə rusca #türkəçarə inglisça #türkəçarə fransızca #türkəçarə sözünün istifadəsi #sözlük