tısbağaları sözü azərbaycan dilində

tısbağaları

Yazılış

  • tısbağaları • 89.7436%
  • Tısbağaları • 10.2564%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bataqlıq tısbağaları
Emys (lat. Emys) — heyvanlar aləminin tısbağalar dəstəsinin şirinsu tısbağaları fəsiləsinə aid heyvan cinsi. Orta ölçüyə malik olan və suda yaşayan tısbağalardır. Cins 2 növə bölünür: Emys orbicularis — Bataqlıq tısbağası Emys trinacris Avropa bataqlıq tısbağası (Bataqlıq tısbağası) Avropa, Qərbi Asiya və Şimali Afrika ərazilərində geniş yayılmışdır. Emys trinacris növü isə 2005-ci ildə Siçiliya adasında qeydə alınmışdır. Bu cinsə (Emys) əvvələr 140 növ daxil idi.. Amerika bataqlıq tısbağaları əvvələr bu cinsə daxil edilsələrdə sonradan Emydoidea cinsinə aid edilmişdir Onlar digər tısbağalara nisbətdə sayları kifayyət qədərdir. Üstəlik qişlamanı rahat keçirirlər. Qışda yerin altında gizlənirlər. Eynən yayın isti vaxtlarıda bu addımı atırlar.
Dəniz tısbağaları
Dəniz tısbağaları (lat. Chelonioidea) — tısbağalar dəstəsinə aid heyvan fəsiləüstü. == Xüsusiyyətləri == Daim su mühitində yaşamağa uyğunlaşmış iri sürünənlər (zirehinin uz. 1,4 m-ədək, kütləsi 400 kq-a qədər olur). Zirehi hündür deyil, sürüşgən qərni qalxancıqlarla örtülüdür. Sümükdən olan bel qalxanı qabırğalar və kənar qatlar arasında deşiklərin əmələ gəlməsi hesabına yüngülləşmişdir. İri başı və kürəkşəkilli ətrafları çanağa yığılmır, yoğun və qısa boynu isə qismən yığılır. Dəniz tısbağaları ətrafların (xüsusilə arxa ətraflara nisbətən çox iri ön ətrafların) kürəkvarı hərəkəti ilə yaxşı üzür və suya baş vururlar. Yalnız birləşmiş vəziyyətdə olan 1-3-cü barmaqlarda qısa caynaqlar var. Əksəriyyəti balıqlar, mollyusklar, dərisitikanlılar, xərçəngkimilər, bağırsaqboşluqlular və süngərlərlə qidalanır; ən irisi sayılan yaşıl tısbağa (Cheloniamydas) yosunlarla qidalanır.
Quru tısbağaları
Quru tısbağaları (lat. Testudinidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə 11–13 cins, 40 növ daxildir. Bəzi tısbağalar kiçik olur və uzunluqları cəmi 12 sm olur. Bəzi növlər isə hətta 1 metr və daha uzun olur. Onlara Afrika, Asiya, Cənubi Avropa rast gəlmək olar. Xüsusi ilə səhra, yarımsəhra, savanna və rütübətli meşələrdə daha çox yayılmışdır. Tısbağalar uzun ömürlü olurlar. Növündən asılı olaraq 50–100 il yaşaya bilirlər. Bəzi növlər var ki, 150-200 il yaşayır.
Su tısbağaları
Su tısbağaları (lat. Mauremys) — Asiya şirinsu tısbağaları fəsiləsinə aid tısbağa cinsi. Onların canağları çox hamar olur. Bura daxil növlər əsasən Yaponiya, Çin, Vyetnam, Yaxın Şərq, Cənubi Qafqaz, Türkmənistan, Cənubi Avropa və Şimali Afrika ərazilərində yayılmışdır.
Amerikan şirinsu tısbağaları
Amerikan şirinsu tısbağaları (lat. Emydidae) — Tısbağalara aid fəsilə. Onlar kiçik və orta ölçülərə malik olurlar. Bir sıra növlərinin başları rəngərang olur dəriləri isə hamardır. Fəsiləyə aid növlər geniş arealda yayılmışdır. Onlara Şimali Amerika, Cənubi Amerika, Avropa və Asiya ərazilərində rast gəlinir. Bu fəsiləyə daxil olan növlər əsasən lal axan su tutarlarında yaşayırlar. Bir sıra heyvan və bitki növləri növləri ilə qidalanırlar. Bir çox növlər isə sırf bitkilərlə qidalanır.
Aralıq dənizi tısbağaları
Aralıq dənizi tısbağaları (lat. Testudo) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinə aid heyvan cinsi. Bu cinsə dörd nadir tısbağa növü daxildir ki, onlarında 35 sm uzunluğu vardır. Onlar əsasən Cənubi Avropa, Şimali Afrika, Qərbi Asiya ərazilərində yayılmışdır. == Növləri == Kənarlarıdişvari quru tısbağası (Testudo marginata) обитающий на Пелопоннесе подвид иногда рассматривают как отдельный вид Testudo weissingeri Aralıq dənizi tısbağası (Testudo graeca) bu növə 13 yarımnöv daxil edilir; bəzən isə Testudo graeca müstəqil növlər ayrıllır: Testudo zarudnyi, Testudo terrestris, Testudo perses, Testudo nabeulensis, Testudo buxtoni, Testudo floweri, Testudo antakyensis Balkan tısbağası (Testudo hermanni), bəzən növ başqa cinslərə aid edilir Eurotestudo, bura daxil yarımnövlər isə müstəqil növ hesab edilir Eurotestudo hermanni və Eurotestudo boettgeri Misir tısbağası (Testudo kleinmanni) şərq yarımnövü, Misir və İsraildə yayılmışdır. Bəzən ayrı növ hesab edilir Testudo werneri Ortaasiya tısbağası (Testudo horsfieldii), Qərb alimləri bu növü Testudo cinsinə daxildir.
Asiya şirinsu tısbağaları
Asiya şirinsu tısbağaları (lat. Geoemydidae) — gizliboyun tısbağalar yarımdəstəsinə aid heyvan fəsiləsi.

"tısbağaları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tısbağaları nədir? #tısbağaları sözünün mənası #tısbağaları nə deməkdir? #tısbağaları sözünün izahı #tısbağaları sözünün yazılışı #tısbağaları necə yazılır? #tısbağaları sözünün düzgün yazılışı #tısbağaları leksik mənası #tısbağaları sözünün sinonimi #tısbağaları sözünün yaxın mənalı sözlər #tısbağaları sözünün əks mənası #tısbağaları sözünün etimologiyası #tısbağaları sözünün orfoqrafiyası #tısbağaları rusca #tısbağaları inglisça #tısbağaları fransızca #tısbağaları sözünün istifadəsi #sözlük