təbabəti sözü azərbaycan dilində

təbabəti

Yazılış

  • təbabəti • 83.2753%
  • Təbabəti • 16.7247%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xalq təbabəti
Xalq təbabəti (lat. medicina gentilitia) — xalq arasında xəstəliklərin müalicəsi üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəslə keçirilərək yaşadan qeyri-ənənəvi təbabət forması. Elmi təbabətdən fərqli olaraq xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə əsaslanmır. Həmin məlumatlat nəsildən-nəsilə şifahi yolla keçərək xalqın adət-ənənələrində, zərb məsəllərində, rəvayətlərdə öz əksini tapmış, bir sıra yazılı mənbələrdə toplanmışdır. İbtidai insan lar sınıqları müalicə etməyi, çıxmış oynağı yerinə salmağı, sarğı qoymağı bacarırdılar; ağrıkəsici bitkilərin (məs: xaşxaş) xüsusiyyətlərini bilirdilər, günəş şüalarının, suyun şəfaverici əhəmiyyətini başa düşürdülər. Xəstələnmənin qarşısını almaq üçün ildə bir dəfə qan alardılar, nəfəs yolları xəstəliklərində, mədə-bağırsaq spazmasında və meteorizm də razyana çayı, öskürəkdə heyva toxumu dəmləyib içərdilər. Soyuqdəymədə moruqdan, qanazlığında çiyələkdən, mədə-bağırsaq xəstəliklərində baldan və s.-dən istifadə edərdilər. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası (1987) 10.
Azərbaycan Təbabəti Muzeyi
Azərbaycan Təbabəti Muzeyinin yaranması, fəaliyyəti və inkişafı tibbin tarixi ilə bilavasitə əlaqədardır. == Tarixi == Muzey Respublika Səhiyyə Nazirliyinin (nazir Tələt Qasımov) 2 iyul 1984-cü il tarixli əmri ilə yaradılmışdır. 29 yanvar 1986-cı ildən rəsmi şəkildə fəaliyyət göstərir. == Ekspozisiyası == Ekspozisiya Asklepinin (qədim yunan mifologiyasında sağlamlıq tanrısı) təsviri olan barelyeflə başlayır. Girişdə qədim yunan mifologiyasına görə sağlamlıq tanrısı hesab edilən Asklepi və onun qızları Gigiyeya və Panatseyanın nəhəng barelyefləri var.Birinci zalda XII əsr Şərqinin ən böyük alimlərindən biri Əbu Əli ibn Sinanın büstü, onun bu günədək Avropanın bir çox tibb universitetlərində tədris edilən "Həkim elminin qanunu" əsərinin 1143-cü ilə aid əlyazmasının fotoşəkli nümayiş etdirilir. Bu zalda, həmçinin elmi tibbin əsasını qoyan Hippokratın büstü və onun məşhur andından bir parça təqdim olunur. Divar boyunca qədim yunan və Roma, orta əsrlər Azərbaycan, Şərq, Qərbi Avropa təbabətinin ayrı-ayrı elementləri nəfis şəkildə döymə üsulu ilə mis lövhələrə köçürülərək asılıb. İkinci zalda orta əsr cərrahlıq alətləri, XIII–XIX əsr həkimlərimizin əsli Əlyazmalar İnstitutunda saxlanan ayrı-ayrı tibbi traktatlarının surəti yerləşir. Burada, həmçinin Baba Qaibov Qarabaği, onun davamçıları olan Qaibovlar sülaləsinin fotoşəkilləri, müalicə məqsədilə istifadə etdikləri şəxsi əşyaları qorunub saxlanılır. XIX əsrdə Rusiyanın və Avropanın müxtəlif universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin – Əbdülxalıq Axundovun, Bakıda ilk pulsuz müalicəxananın təşkilatçısı Məmmədrza ağa Vəkilovun, ilk sanitar həkim Mustafa Şərifovun, İbrahim Rəhimovun , Kərim bəy Mehmandarovun, Bəhram bəy Axundovun portretləri, diplomları, monoqrafiyaları, dissertasiyaları bu zalda nümayiş etdirilir.
Azərbaycan xalq təbabəti
Azərbaycan xalq təbabəti və ya Türkəçarə — azərbaycanlıların inanclarına və adət-ənənələrinə görə xəstəliklərin müalicəsi. == Tətbiqi == Xalq təbabəti inanmaya, nəsillər boyunca ötürülən biliklərə əsaslanır. Türklər arasında bu üsullar “türkəçarəlik”, onları tətbiq edən həkim isə “türkəçarə” adlandırılmışdır. “Loğman” adı İslamın qəbulundan sonra istifadə edilmişdir.Azərbaycan ziyarətgahlarının ruhi xəstələri sağaltması, dua vasitəsilə ağrıların azalması şamanizmə əsaslanır. Eyni zamanda cinçilərin və ruhları qovanların mövcudluğu da şaman inancı ilə bağlıdır. Türkəçarəlik 1930-cu illərdən sonra təqib edilsə də, yarpız, kəkotu, qarpız, müxtəlif ədviyyatlar vasitəsilə bir sıra narahatçılıqların (soyuqlama, öskürük, üşütmə, baş ağrıları, boğaz ağrıları, nəfəs daralması) müalicəsi davam etmişdir. Hal-hazırda geniş yayılmış üsullar banka atmaq, bitkilərin tüstüsünü vermə, həcəmət (çərtmə ilə qan alma), şəfalı sular, bitki tərkibli dərmanlar və s.-dir.Həcəmət atmaq iti bir alətlə qan çıxartmaq üsuludur. Həcəmət aləti heyvan buyunuzundan hazırlanır və qan buynuz vasitəsilə sorulurdu. İndi bu aləti banka əvəz etmişdir. Digər bir üsul yaz ayının gəlməsi ilə kirli, mikroblu qanın təbii üsulla zəli vasitəsilə sorulması idi.Türkçarəliyin bir qolu olan hanıxçıların (hənəkçilərin) sahəsi hesab edilən zökəm, tumov və göyöskürəyə tutulmuş xəstələrdə boğazın selikli qişası, boğaz badamcıqları iltihabı zədələnmələri müşahidə edilir, temperatur və yorğunluq olurdu.
Ankara Universitetinin Baytarlıq Təbabəti fakültəsi
Ankara Universitetinin Baytarlıq təbabəti takültəsi — Ankarada yerləşən baytarlıq təbabəti məktəbidir. 1970-ci ilə qədər Türkiyədə təhsil və tədqiqat aparılan yeganə baytarlıq fakültəsi olmuşdur. == Tarix == Türkiyədə baytarlıq təbabəti təhsili ilk dəfə 1842-ci ildə İstanbuldakı Hərbi Baytarlıq Məktəbində başlamışdır. Daha sonra 1889-cu ildə Mülki Baytarlıq Məktəbi təsis edilmiş və bu iki qurum 1921-ci ildə Ali Baytarlıq Məktəbi adı altında birləşdirilmişdir. Türkiyə Respublikasındakı Ali Təhsil islahatları çərçivəsində 1933-cü ildə Baytarlıq Məktəbi bütün akademik və inzibati heyeti ilə birlikdə Ankaraya köçürülərək Ali Kənd Təsərrüfatı İnstitutuna daxil edilmiş, 1939-cu ildə isə Baytarlıq Təbabəti Fakültəsi adını almışdır. 1946-cı ildə Ankara Universitetinin təsis edilməsindən sonra Baytarlıq Təbabəti Fakültəsi 1948-ci ildə Ankara Universitetinə birləşdirilmiş və Universitetin qurucu fakültələrindən biri olmuşdur.Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi təməl fakültə olaraq yarandığı gündən etibarən, sonradan təsis edilmiş baytarlıq fakültələrinin əksəriyyətinin təhsil və tədqiqat fəaliyyətlərinə dəstək vermişdir.Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi 2007-ci ildə Avropa Baytarlıq Təhsili Müəssisələri Birliyinin (EAEVE) üzvü olmuşdur. Fakültə 2015-ci ildə Təhsil Müəssisələrinin və Baytarlıq Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Assosiasiyası (VEDEK) tərəfindən akkreditə edilmişdir. == Təsvir == Tədqiqat və təhsillə yanaşı, Fakültə Heyvan Xəstəxanası vasitəsilə ictimai xidmət göstərməkdədir. == Kafedralar == === Təməl Baytarlıq Elmləri === == Heyvan Xəstəxanası == Heyvan Xəstəxanasının binası 1933-cü ildə Ali Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinin binası olaraq tikilmişdir. Xəstəxana mədəni irs siyahısına daxil edilmiş və 2015-2017-ci illərdə restavrasiya edildikdən sonra Türkiyənin ən böyük heyvan xəstəxanalarından biri kimi xidmət göstərməkdədir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.76 dəfə / 1 mln.
2003 ••••••••••• 2.36
2004 •••••••••••••••••• 4.04
2005 •••••••••••••••••••• 4.72
2006 ••••••••••••••••••• 4.28
2007 •••••••••••• 2.75
2008 ••••••••••••••••• 3.90
2009 •••••••• 1.76
2010 ••••••• 1.45
2011 ••••• 1.12
2012 •••• 0.77
2013 •• 0.29
2014 0.17
2015 •••••••• 1.70
2016 ••••• 1.04
2017 •••••••••• 2.28
2018 ••••••••• 2.10
2019 •••••• 1.39
2020 •••••••••••• 2.65

"təbabəti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təbabəti nədir? #təbabəti sözünün mənası #təbabəti nə deməkdir? #təbabəti sözünün izahı #təbabəti sözünün yazılışı #təbabəti necə yazılır? #təbabəti sözünün düzgün yazılışı #təbabəti leksik mənası #təbabəti sözünün sinonimi #təbabəti sözünün yaxın mənalı sözlər #təbabəti sözünün əks mənası #təbabəti sözünün etimologiyası #təbabəti sözünün orfoqrafiyası #təbabəti rusca #təbabəti inglisça #təbabəti fransızca #təbabəti sözünün istifadəsi #sözlük