* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 bax tədricən. İnsan hər şeyə tədriclə alışır. – …Firiduna elə gəldi ki, onu da yavaş-yavaş, tədriclə çürütmək üçün [zindana] salmışlar. M.İbrahimov. Sahibsiz uşaqları tədriclə uşaq evlərinə yığacaqdılar. Ə.Sadıq.
Azərbaycan dilinin izahlı lüğəti / tədriclə2 I нареч. постепенно. Tədriclə təkmilləşdirmək постепенно усовершенствовать, tədriclə qaydaya salmaq постепенно навести порядок, tədriclə alışmaq (öyrəşmək) постепенно привыкнуть II прил. постепенный. Tədriclə soyuma постепенное охлаждение
Azərbaycanca-rusca lüğət / tədriclə