I Təhmasibin yürüşü (1552)
I Təhmasibin yürüşü (1552) — Səfəvi imperiyasının ikinci hökmdarı Şah Təhmasibin Sultan Süleymanın Səfəvi torpaqlarına edilən yürüşlərinə cavab olaraq həyata keçirilmiş yürüşü nəzərdə tutulur. Yürüşün məqsədi yağma həyata keçirmək, əsirlər əldə etmək və Osmanlı imperiyasının arxa cəbhəsini dağıtmaqla sülhə məcbur etmək olmuşdur.
== Arxa plan ==
Osmanlı hökmdarı Sultan Süleyman Təhmasibin bu yürüşünə qədər Səfəvi torpaqlarına 3 yürüş (1534, 1535, 1548) həyata keçirmişdi. Bu yürüşlər zamanı çox saylı Osmanlı ordusuna qarşı açıq meydan savaşına çıxmaqdan yayınmaq üçün Təhmasib fərqli taktika izləmiş və nəticədə hər dəfə Osmanlı yürüşlərinin böyük xərclər çəkilməsinə baxmayaraq, uğursuzluqla nəticələnməsinə nail olmuşdur. Bu yürüşlər nəticəsində Osmanlı imperiyası yalnız Bağdadı əlində saxlaya bilmiş və hər dəfə ələ keçirdiyi yerdə qalan torpaqları tərk etməyə məcbur olmuşdur. Sultan Süleymanın 1548-ci il yürüşündən sonra Şah Təhmasib Osmanlı ərazilərinə yürüş təşkil etdi və bu yürüşdə ona oğlu İsmayıl Mirzə yaxından yardım etdi.
== Yürüş ==
1552-ci ildə I Təhmasib Osmanlı ərazilərinə yürüşə başladı. Ərzurum hakimi İsgəndər paşanın Xoy ərazisinə yürüşü buna bəhanə oldu. 1552-ci ilin yayında Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər: 1) Ərciş və Bərkiyyə — (Məsum bəy Səfəvi, Allahqulu bəy Aycək oğlu, Əli Sultan Təkəli, Şəmsəddin xan Bidlisi, Xəlifəyi Ənsar, Həmzə bəy Talış, Uluqxan bəy Səədli və b.).