təkamülçülük sözü azərbaycan dilində

təkamülçülük

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təkamülçülük • 77.7778%
  • Təkamülçülük • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təkamülçülük
Təkamül — bioloji populyasiyaların ardıcıl nəsillər boyunca irsi xarakteristikalarındakı dəyişiklik. Antropologiya elmi istiqamətində zaman baxımından ilkin yaranan nəzəri görüşlər özündə tərəqqi ideyalarını ehtiva edən təkamülçülük görüşləri ilə bağlıdır. Ümumiyyətlə, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində istər təbiət elmləri, istərsə də ictimai elmlər sahəsində əldə olunan biliklər təkamülçülük ideyalarının formalaşmasına səbəb olmuşdur. Təbiət elmlərində əsas iki amil bu ideyaların inkişafına rəvac vermişdir: XVIII əsrin sonu — XIX əsrin əvvəllərində günəş sistemi və Yer kürəsinin yaranması haqqında Kant və P. Laplas nəzəriyyəsi; XVIII əsrin əvvəllərində Çarlz Layel tərəfindən geoloji dövrlərin müəyyənləşdirilib əsaslandırılması, Yer kürəsi qabığının müəyyənləşdirilməsi. XIX əsrin əvvəllərində biologiyada canlı aləmin dəyişkənliyi haqqında Jan-Batist Lamarkın ideyaları da dünyagörüşünün müəyyən qədər dəyişməsində rol oynamış, o, ətraf mühitin dəyişməsinin canlı aləmin dəyişməsinə səbəb olduğunu əsaslandırmışdır. XIX əsrin II yarısı — XX əsrin əvvəllərində antropologiya elminin müəyyən sturukturları formalaşmağa başlayır və antropoloji fikir öz inkişafını davam etdirir. Faktiki olaraq XIX əsrin ortalarında antropologiyanın formalaşması təkamül təliminin yaranması ilə eyni vaxta düşür. Məhz sosial-mədəni antropologiya tarixində ilk nəzəriyyə təkamül təlimidir. Təkamülçülük ilk əvvəl biologiyada formalaşmışdır. Bu təlimin ilkin versiyası hələ XIX əsrin əvvəllərində Lamark və Erazm Darvin tərəfindən irəli sürülmüşdür.

təkamülçülük sözünün leksik mənası və izahı

təkamülçülük sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. эволюционизм (учение, согласно которому всё существующее находится в процессе постоянного развития, эволюции)

    Azərbaycanca-rusca lüğət / təkamülçülük

təkamülçülük sözünün inglis dilinə tərcüməsi

təkamülçülük sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#təkamülçülük nədir? #təkamülçülük sözünün mənası #təkamülçülük nə deməkdir? #təkamülçülük sözünün izahı #təkamülçülük sözünün yazılışı #təkamülçülük necə yazılır? #təkamülçülük sözünün düzgün yazılışı #təkamülçülük leksik mənası #təkamülçülük sözünün sinonimi #təkamülçülük sözünün yaxın mənalı sözlər #təkamülçülük sözünün əks mənası #təkamülçülük sözünün etimologiyası #təkamülçülük sözünün orfoqrafiyası #təkamülçülük rusca #təkamülçülük inglisça #təkamülçülük fransızca #təkamülçülük sözünün istifadəsi #sözlük