təkamülü sözü azərbaycan dilində

təkamülü

Yazılış

  • təkamülü • 98.3380%
  • Təkamülü • 1.1080%
  • TƏKAMÜLÜ • 0.5540%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İnsanın təkamülü
İnsanın təkamülü — İnsanın əmələ gəlməsi haqqında təzadlı fikirlər mövcuddur. İnsanın heyvan mənşəli olması haqqında da çoxlu faktlar vardır. İnsanın heyvan mənşəli olmasına dair ilk fikirlər XVII əsrdə meydana çıxmağa başlamışdır. İlk dəfə Karl Linney insanı primatlar dəstəsində yerləşdirmişdir. Jan Batist Lamark insan əcdadının ağacdan yerə düşüb sürü halında yaşayan meymunabənzər heyvanlar olduğunu söyləmişdi. “İnsanın mənşəyi və cinsi seçmə” əsərində (1871) Ç.Darvin insanı təkamül zəncirinin son halqası hesab etmiş və müxtəlif dəlillərlə bunu sübut etməyə çalışmışdır. Onun fikirlərini Fridrix Engels “Meymunun insana çevrilməsində əməyin rolu” əsərində (1896) sübut etmişdir. İnsanın təkamülündə ictimai amillərin həlledici rol oynadığı sonralar öz təsdiqini tapmağa başlamışdır. İnsan məməlilər sinfinə daxil olaraq diafraqmaya, süd vəzilərinə, qulaq seyvanına, ixtisaslaşmış və xüsusi yuvalarda yerləşən dişlərə, plasentaya, üç cüt eşitmə sümüyünə, yeddi boyun fəqərəsinə malikdir. Hisləri ifadə edən mimiki əzələlər yalnız insanabənzər meymunlar və insana məxsusdur.
Bioloji inkişaf təkamülü
Bioloji inkişaf təkamülü — Həyat şəraitinin kəskin dəyişməsi nəticəsində iqlimi daha sərt olan yerlərdə qədim çılpaqtoxumlu bitkilərdən tədricən mükəmməl bitkilər əvəz edərək qədim iynəyarpaqlılar əmələ gəlmişdi. Sonralar bu bitkiləri müasir iynəyarpaqlı çılpaqtoxumlu bitkilər-küknar, şam, ağ şam əmələ gəlmişdi. Quru həyatında "məskunlaşan" bitkilərdə bir xətt özünü aydın göstərirdi, quruda yaşayan bitkilər arasında sporlarla çoxalan bitkilər öz yerini toxumlarla çoxalan bitkilərə verdi. Sporlarla çoxalan bitkilərdə su əsas rol oynayır. Quru şəraitində suyun lazımi dərəcədə olmaması yuxarıda qeyd etdiyimiz ikinci çoxalma şəraitinə gətirib çıxardı. Qədim çılpaqtoxumlu bitkilərin əcdadları olan örtülütoxumlu bitkilər Yer üzərində təqribən 130–120 milyon il bundan əvvəl meydana gəlmişdir. Ən mühüm fərq ondan ibarətdir ki, yalnız örtülütoxumlu bitkilərdə çiçəklər var idi. Kiçik bir bioloji dönəmdə örtülütoxumlu bitkilər tezliklə yer kürəsinin hər tərəfinə yayıldı və olduqca müxtəlif yaşayış mühitini əhatə etdi. Artıq 60 milyon ildən çoxdur ki, örtülütoxumlular Yer kürəsinin üzərində üstünlük təşkil edir. Sonrakı bioloji inkişaf təkamülündə yeni bitki növləri əmələ gəlmiş, iqlimə daha uyğun növlər öz əvvəlki əcdadı üzərində mürəkkəb bitki florası əmələ gətirmişdir.
Dünya valyuta sisteminin təkamülü
Təkamülün dönməzlik qanunu
Dollo qanunu və ya Təkamülün dönməzlik qanunu – 1893-cü ildə Belçika paleontoloqu Lui Dollo tərəfindən verilmiş qanun. Qanuna görə istənilən orqanizm təkamül nəticəsində heç vaxt öz keçmiş formasına (hətta eyni mühit şəraiti olsa belə) qayıda bilməz. Riçard Dokinz Dollo qanunu belə izah edir ki, Dbu qanuna görə təkamülə təsir edən parametrlər o qədər çoxdur ki, baş verən dəyişikliyin təkrarlanması və ya bütünlüklə əvvəlki vəziyyətinə dönməsi ehtimalı statistik olaraq mümkünsüzdür. Stiven Cey Quld isə Dokinzə nisbətən məsələyə daha yumşaq yanaşmış və Dollo qanununu "dönməyən proses" mənasında ehtimallar kainatından seçilən bir ehtimalın digər ehtimalları məhv etməsi ilə izah etmişdir. Yəni qarşıya A, B, C, D ehtimalları mövcuddursa və A seçilərsə, digər 3 ehtimal normal olaraq ortadan qalxır. Qulda görə Dollo bu qanunda "dönməyən prosesi" izah etməyə çalışmışdır. Şimali Amerikadakı Gastrotheca guentheri növündəki qurbağaların alt çənələrindəki dişlərin 200 milyon il sonra yenidən atalarındakı vəziyyətə təkamül keçirməsi "geriyə təkamül" ilə izah olunur. Sudan quruya çıxan heyvanların bəzilərinin su mühitinə qayıtması da misal kimi çəkilə bilər. Dollo qanunu təkzib edən misallardan digəri də tikanbalıqlarıdır. Tikanbalıqlarının əcdadları güclü pulcuqlara, zirehə və üç xətli tikanlara sahib heyvanlar olmuşdur.

"təkamülü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təkamülü nədir? #təkamülü sözünün mənası #təkamülü nə deməkdir? #təkamülü sözünün izahı #təkamülü sözünün yazılışı #təkamülü necə yazılır? #təkamülü sözünün düzgün yazılışı #təkamülü leksik mənası #təkamülü sözünün sinonimi #təkamülü sözünün yaxın mənalı sözlər #təkamülü sözünün əks mənası #təkamülü sözünün etimologiyası #təkamülü sözünün orfoqrafiyası #təkamülü rusca #təkamülü inglisça #təkamülü fransızca #təkamülü sözünün istifadəsi #sözlük