Təknəli (Qızıl Qoç)
Təknəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd. 1728-ci ildən mə’lumdur.
Rayon mərkəzindən 21 km məsafədə, Ellər dərəsində yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xərtiəsində qeyd edilmişdir.
Toponim dulusçuluqla, daşyonma ilə məşğul olan türk mənşəli təknəli etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Kokohovit qoyulmuşdur.