təlatüm sözü azərbaycan dilində

təlatüm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təlatüm • 74.7748%
  • Təlatüm • 23.4234%
  • TƏLATÜM • 1.8018%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təlatüm (film, 2006)
Filmdə hadisələr 1993-cü ildə baş verir. Telefilm orijinal formada başlayır. Törətdikləri cinayət əməllərinə görə məhkəmənin hökmü ilə cəza çəkənlər dövlət başçısının verdiyi ilk əfv fərmanından sevinirlər. İkinci dəfə həbsxana taleyi yaşayan Kamil Şabanov (Əjdər Həmidov) deyir: "Heç inana bilmirəm ki, bu gün azadlığa çıxıram... Doğrudan da, bağışlamaq qəlbin böyüklüyüdür". Məhbus-aktyorun tərəf-müqabili isə onun sevincini kədərə çevirmək istəyir: "Çıxıb neyləyəcəksən, onsuz da tezliklə yanımıza qayıdacaqsan. Bura artıq sənin doğma evindir". Lakin Kamil həvəsdən düşmür. O, həbsxananın dəmir qapısından çıxanda sanki işıqlı dünyanı təzəcə görür. İllər boyu intizar çəkən ana (Şəfiqə Qasımova) balasını köksünə sıxır, onun üzünə, saçlarına sığal çəkir.

təlatüm sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Tufan, bərk ləpələnmə, dalğalanma, coşma. Dənizdə … elə bir təlatüm var idi ki, heç deməyə gəlməz. Ə.Sadıq. □ Təlatümə gəlmək – bərk dalğalanmaq, ləpələnmək, coşmaq. Bir azdan sonra, bərk yel əsib tufan qopdu, dərya təlatümə gəldi. (Nağıl). Təlatümə gətirmək – bərk dalğalatmaq, ləpələndirmək, coşdurmaq. Gilavar dənizi təlatümə gətirdi. M.Hüseyn. // Obrazlı təşbehlərdə. Sənin varlığından bir an içində; Milyon təlatümlər, tufanlar keçir. N.Xəzri. Hisslər, döyüntülər təlatümündə; Üzür Cəmilənin fikri, xəyalı. B.Vahabzadə. 2. məc. Çaxnaşma, vəlvələ, həyəcan, keşməkeş. □ Təlatümə gəlmək – həyəcanlanmaq, coşmaq. Təlatümə gətirmək – həyəcana gətirmək, hərəkətə gətirmək, çaxnaşdırmaq, təlaşa salma. Bu dastan… Yavərin sinəsində arxayın yatan duyğuları təlatümə gətirdi. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / təlatüm
  • 2 şiddətlə dalğalanma; coşma.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / təlatüm
  • 3 ə. bir-birinə çarpma, şiddətlə dalğalanma; coşma.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / təlatüm

təlatüm sözünün rus dilinə tərcüməsi

  • 1 1. волнение, шторм; 2. перен. смятение;

    Azərbaycanca-rusca lüğət / təlatüm
  • 2 сущ. волнение: 1. движение волн на водной поверхности. Dənizdə böyük təlatüm var на море большое волнение 2. нервное возбуждение, сильное беспокойство, вызванное страхом, радостью, ожиданием. Dərin təlatüm keçirmək испытывать глубокое волнение 3. массовое выражение недовольства, протеста против чего-л. Təlatüm içində olmaq быть охваченным волнениями; təlatümə gəlmək волноваться, взволноваться. Dəniz təlatümə gəlib море взволновалось, ürəyi təlatümə gəlib сердце взволновалось

    Azərbaycanca-rusca lüğət / təlatüm

təlatüm sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. alarm; emotion; (dənizdə) choppiness; roughness; Dənizdə təlatüm var The sea is rough / choppy; 2. məc. commotion, perturbation; ~ə gətirmək to perturb (d.), to cause to worry greatly

    Azərbaycanca-ingiliscə lüğət / təlatüm

təlatüm sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. тӀурфан, кӀевиз лепе акьалтун, лепеяр сад-сада акьун, къизмиш хьун (гьуьл); təlatümə gəlmək а) кӀевиз лепе акьалтун, тӀурфан акьалтун, къизмиш хьун (гьуьл); б) пер. къалабулух акатун (кил. 2 манада); 2. пер. къалабулух, велвела, гъулгъула.

    Azərbaycanca-ləzgicə lüğəti / təlatüm

"təlatüm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təlatüm nədir? #təlatüm sözünün mənası #təlatüm nə deməkdir? #təlatüm sözünün izahı #təlatüm sözünün yazılışı #təlatüm necə yazılır? #təlatüm sözünün düzgün yazılışı #təlatüm leksik mənası #təlatüm sözünün sinonimi #təlatüm sözünün yaxın mənalı sözlər #təlatüm sözünün əks mənası #təlatüm sözünün etimologiyası #təlatüm sözünün orfoqrafiyası #təlatüm rusca #təlatüm inglisça #təlatüm fransızca #təlatüm sözünün istifadəsi #sözlük