təmayül sözü azərbaycan dilində

təmayül

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təmayül • 85.5876%
  • Təmayül • 14.4124%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Peşə təmayüllü siniflərin təşkili" layihəsi
"Peşə təmayüllü siniflərin təşkili" layihəsi ― 2019-cu ildə Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlamış layihə. Hazırda "Peşə Təhsili üzrə Dövlət Agentliyi"-nin nəzdində fəaliyyət göstərir. == Məqsəd == X–XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir. == İstiqamətlər == "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi çərçivəsində 4 profil üzrə (kənd təsərrüfatı, xidmət, təmir-tikinti, İT) 10 peşə ixtisası tədris edilir — dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel ustası, aqronom, dərzi, İT, bərbər, qənnadçı.Layihə fəaliyyətə başladığı 2019–2020-ci tədris ilində 20 məktəbdə 20 sinif, 2020–2021-ci tədris ilində 35 məktəbdə 55 sinif, 2021–2022-ci tədris ilində isə 80 məktəbdə 124 sinfi əhatə etmişdir.Layihə siniflərinin təşkil edildiyi bütün məktəblərdə "STEAM" modulunun və karyera məsləhəti xidməti tətbiq edilir, bütün 11-ci sinifdə təhsil alan şagirdlər üçün isə "Sürücülük" modulu tədris edilir.
5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi
Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır. == Haqqında == Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər. == Maddi texniki bazası == Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizika və biologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.
Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey
Fizika-riyaziyyat və informatika təmayüllü lisey (FRİTL) — Bakıda lisey. == Tarixi == İstedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə internat məktəblər təşkil edilmişdir. Onların yaradılmasında Azərbaycanın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçirmək əsas məqsəd kimi qarşıya qoyulmuşdur. 1964-cü ildə 1 nömrəli internat məktəbin bazasında 1 nömrəli Fizika-Riyaziyyat və Kimya-Biologiya təmayüllü internat məktəbi yaradılmışdır. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılmış, 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu bazada isə 1 nömrəli Fizika-Riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirmişdir. Nazirlər Kabinetinin 2 noyabr 1991-ci il tarixli 472 nömrəli əmrinə əsasən məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika təmayüllü (internat tipli) lisey adlandırılmışdır və hal hazırda lisey bu adla fəaliyyət göstərir. == Haqqında == Hazırda Liseydə 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.
Kimya-biologiya təmayüllü respublika liseyi
Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır. == Haqqında == Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər. == Maddi texniki bazası == Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizika və biologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.44 dəfə / 1 mln.
2002 ••••••••• 3.43
2003 •• 0.39
2006 0.23
2007 0.21
2009 0.16
2010 0.36
2011 •• 0.43
2012 0.17
2013 •• 0.58
2014 0.17
2015 •••••••••••••••••• 6.80
2016 ••••• 1.74
2017 •••••••••••••••••••• 7.64
2018 ••••• 1.80
2019 ••••••••••• 4.03
2020 •• 0.53

təmayül sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Meyil. [Roza xanım:] Eh, sizdə heç yüksəliş təmayülü yoxdur. Çəmənzəminli. Xədicənin bu fəlakətini evdə eşitdikdə ona qarşı məndə bir təmayül hissi oyandı. S.Hüseyn. 2. məc. Partiyanın əsas xəttindən sapma, kənara çıxma. 3. Hər hansı bir ixtisaslaşma tərəfinə meyil, istiqamət. Texnikumda üç təmayül üzrə dənizçi hazırlanır.

    Azərbaycan dilinin izahlı lüğəti / təmayül

təmayül sözünün etimologiyası

təmayül sözünün sinonimləri (yaxın mənalı sözlər)

təmayül sözünün rus dilinə tərcüməsi

  • 1 1. тенденция; 2. уклон (в политических взглядах);

    Azərbaycanca-rusca lüğət / təmayül
  • 2 сущ. 1. тенденция, стремление, намерение, свойственные кому-, чему-л. Yüksəliş təmayülü тенденция роста 2. уклон: 1) отклонение, отход от основной линии партии. Sağ təmayül правый уклон, sol təmayül левый уклон 2) определённая направленность, устремлённость какой-л. деятельности к её специализации. Rayon təsərrüfatının pambıqçılıq təmayülü хлопководческий уклон районного хозяйства, riyaziyyat təmayülü математический уклон

    Azərbaycanca-rusca lüğət / təmayül

təmayül sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. tendency (to, towards); (mənfi mənada) obtrusive purpose; əsas ~ basic tendency; 2. inclination (baş xətdən kənara çıxma) rake; 3. bias; deviation; sağa / sola ~ right-wing / left-wing deviation; elmi ~ scientific bias

    Azərbaycanca-ingiliscə lüğət / təmayül

təmayül sözünün fransız dilinə tərcüməsi

təmayül sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. майил, майилвал; 2. пер. партиядин кьилин цӀарцӀяй къерехдиз ялун, къерехдиз экъечӀун; 3. са пешедиз майилвал.

    Azərbaycanca-ləzgicə lüğəti / təmayül

təmayül sözünün türk dilinə tərcüməsi

təmayül sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\. Bir obyektə bir varlığa qarşı hiss edilən duyğuların təyin etdiyi vəziyyət. Hisslərin təsiri altında müəyyən bir məqsədə yönəlmə.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) bir tərəfə əyilmə, meyil etmə; 2) m. əsas yoldan, əsas xətdən kənara çıxma.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"təmayül" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təmayül nədir? #təmayül sözünün mənası #təmayül nə deməkdir? #təmayül sözünün izahı #təmayül sözünün yazılışı #təmayül necə yazılır? #təmayül sözünün düzgün yazılışı #təmayül leksik mənası #təmayül sözünün sinonimi #təmayül sözünün yaxın mənalı sözlər #təmayül sözünün əks mənası #təmayül sözünün etimologiyası #təmayül sözünün orfoqrafiyası #təmayül rusca #təmayül inglisça #təmayül fransızca #təmayül sözünün istifadəsi #sözlük