* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Çirkini, ləkəsini yumaq və ya başqa yolla aparmaq, təmiz etmək; təmizləmə işi aparmaq. Ayaqqabının palçığını təmizləmək. – Quşlar yuvalarında oturub dimdiklərini təmizləyirdilər. N.Nərimanov. // Tərkibcə təmiz etmək, başqa şeyin qarışığından azad etmək. Qazı təmizləmək. Otağın havasını təmizləmək. // Çırpmaq, püfləmək və s. yolla üzərindəki tozdan, qardan və s.-dən təmiz etmək. …Marallarım … moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyib başlayırlar əzbərləməyə. Ə.Haqverdiyev. [Xosrov] əl-qolunu atıb qarı təmizlədi. B.Bayramov. // məc. Korlayan, xarab edən, pozan, yad ünsürlərdən azad etmək, təmiz etmək. Dili ehtiyac olmadan işlədilən yabançı sözlərdən təmizləmək. // məc. Mənəvi cəhətdən təmiz etmək. Əziz balalar! Bizə yemək-içməkdən başqa, ruhumuzu təmizləmək, ağlımıza sığal vermək lazımdır. N.Nərimanov. 2. Üz hissəsini, qabığını və s.-ni soyub atmaq, kənar etmək. Kartofu təmizləmək. Balığı təmizləmək. Yumurtanı təmizləmək. 3. Bir yerdən artıq, lazımsız, kənar şeyləri götürmək. Stolun üstünü təmizləmək. Otağı artıq şeylərdən təmizləmək. // Üstündəki lüzumsuz, mane olan şeylərdən azad etmək. Yolu təmizlədilər. Bir dəstə soldat Montini qazamatdan məhkəməyə gətirirdi. M.S.Ordubadi. 4. Bir yeri düşməndən, arzu edilməyən kənar adamlardan azad etmək. Səhər açılanda bizim hissələr cəbhənin bu sahəsini tamamilə düşməndən təmizlədilər. M.İbrahimov. 5. Yığışdırmaq, sil-süpür etmək. Otağı təmizləmək. – Hər gün saat beşdə doktorgildən qayıdan Xavər evi təmizlər, xörək hazırlar, çay qoyar(dı). M.İbrahimov. 6. məc. dan. Nə varsa hamısını aparmaq, oğurlamaq. Oğrular evi təmizləmişdilər. 7. məc. İçində olan şeyin hamısını yemək, yeyib qurtarmaq. Kasanı təmizləmək.
Azərbaycan dilinin izahlı lüğəti / təmizləmək2 ру очистка en cleaning de Reinigung fr nettoyage es limpieza it purificazione
Günəş energetikası terminləri lüğəti / təmizləmək5 1. TƏMİZLƏMƏK Bir yanda da bəziləri tüfəngini silib təmizləyir, bəziləri də tüfənglərini başlarının altına qoyub uzanmışdı (S.Rəhimov); PAK ELƏMƏK/ETMƏK Məsumə hər şeyi ikiqat böyüdən eynəyinin altından baxıb düyünün içindəki sılıfı, xırdaca daşları aydın görür, diqqətlə arıtlayırdı.. (B.Bayramov); TUMARLAMAQ [Vahid:] O yenə də makinadan əl çəkə bilmir, hey ora-burasını tumarlayırdı (B.Bayramov). 2. TƏMİZLƏMƏK Güləbətin hacının otağını təmizləyib qurtaran kimi xanım ona tapşınq verdi... (M.İbrahimov); SİL-SÜPÜR ELƏMƏK/ETMƏK [Qəndab] Sobanı sökdüm, atam öləndən bəri bağlı qalan otağın qurumunu aldım, sil-süpür elədim (B.Bayramov); SAHMANLAMAQ, SƏLİQƏ YARATMAQ.
Azərbaycan dilinin sinonimlər lüğəti / təmizləmək2 глаг. 1. чистить, очищать, очистить: 1) удалив грязь, пыль с чего-л., сделать чистым. Paltonu qardan təmizləmək очистить пальто от снега, tozdan təmizləmək очистить от пыли, pası təmizləmək очистить ржавчину 2) освободив от примесей, сделать чистым по составу. Havanı təmizləmək очистить воздух, spirti təmizləmək очистить спирт 3) освободить от чего-л. накопившегося, засоряющего. Dənizin dibini təmizləmək очищать дно моря, hovuzu təmizləmək очищать бассейн 4) освободить от чего-л. постороннего, привнесённого. Dili yabançı sözlərdən təmizləmək очистить язык от чуждых слов 5) удалить с чего-л. оболочку, верхний слой. Almanı təmizləmək очистить яблоко, yumurtanı təmizləmək очистить яйцо, balığı təmizləmək очистить рыбу 6) удалить, убрать откуда-л. всё лишнее, ненужное. Stolun üstünü təmizləmək очистить стол, otağı lazımsız şeylərdən təmizləmək очистить комнату от ненужных вещей, yolu təmizləmək очистить дорогу 7) освободить от присутствия кого-, чего-л. враждебного, нежелательного, постороннего. Meşəni quldurlardan təmizləmək очистить лес от разбойников 8) опорожнить что-л., съев содержимое. Nimçəni təmizlədi (он) очистил тарелку 9) обчистить, обворовать. Oğrular evi təmizləyiblər воры обчистили квартиру 2. чистить, вычищать, вычистить: 1) удалив грязь (пыль), сделать чистым. Xalçanı təmizləmək вычистить ковёр, dişlərini təmizləmək чистить зубы, şotka ilə təmizləmək чистить щёткой 2) удалив какой-л. налёт, навести глянец, блеск. Çəkmələrini təmizləmək вычистить сапоги, şüşələri təmizləmək вычистить стёкла, döşəməni təmizləmək вычистить пол 3. чистить, прочищать, прочистить: 1) вычистить внутренность, отверстие чего-л. Burnunu təmizləmək прочистить нос, bacanı təmizləmək прочистить дымоход, tüfəngin lüləsini təmizləmək прочистить ствол винтовки 2) расчищая, прорубая путь, сделать что-л. проходимым. Cığırı kol-kosdan təmizləmək прочистить тропинку от кустарников 4. чистить, расчищать, расчистить: 1) очистить, освобождая от чего-л. засоряющего, загромождающего, мешающего. Həyəti təmizləmək расчистить двор, sahəni təmizləmək расчистить поле, yolu təmizləmək расчистить дорогу 2) перен. освободить, избавить от кого-л. Torpağını düşmənlərdən təmizləmək расчистить свою землю от врагов
Azərbaycanca-rusca lüğət / təmizləmək1 f. 1. to clean (d.); to clean off (d.); to clear (d.); to clear off (d.); dırnaqlarını ~ to clean one’s nails; yolu qardan ~ to clear the road from the snow; stolu ~ (yığışdırmaq) to clear off the table; 2. (qazıyıb təmizləmək: qazanı və s.) to scour (d.); to scour out (d.); qazanı ~ to scour out a pan; 3. (şotka ilə) to brush (d.), to brush off (d.); paltarı ~ (şotka ilə) to brush clothes; dişini (özünün) ~ to brush / to clean one’s teeth; 4. (meyvə və tərəvəzi) to skin (d.), to peel (d.); (qozu və s.) to shell (d.); kartof ~ to peel potatoes; pomidor ~ to skin tomatoes; 5. tex. kim. to refine (d.), to purify (d.); spirti ~ to refine / to purify spirit(s); nefti ~ to refine oil; 6. (mədəni, bağırsağı) to evacuate (d.), to purge (d.); mədəni ~ to evacuate / to purge the stomach; bağırsaqları ~ to evacuate / to open the bowels
Azərbaycanca-ingiliscə lüğət / təmizləmək1 f. nettoyer vt ; débarasser vt, dégager vt ; brosser vt ; paltarı ~ (şotka ilə) brosser les vêtements ; éplucher vt, peler vt (meyvə və tərəvəzi) ; écaler vt (qozu və s) ; tex. kim. purifier vt, rectifier vt, raffiner vt, épurer vt
Azərbaycanca-fransızca lüğət / təmizləmək1 гл. 1. михьун, михьи авун, михьивун; 2. аладарун, алагъарун (мес. картуф, кака); 3. азад авун, михьивун (мес. душманрикай); 4. къакъажун, шуткун, михьун (мес. кӀвал); 5. пер. рах. михьивун, авай-авачир вири тухун, чуьнуьхун (мес. угърийри); 6. пер. михьивун, къене авайди михьиз тӀуьн, тӀуьна куьтягьун.
Azərbaycanca-ləzgicə lüğəti / təmizləmək