təmənna sözü azərbaycan dilində

təmənna

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təmənna • 94.1748%
  • Təmənna • 4.8544%
  • TƏMƏNNA • 0.9709%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.63 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.18
2004 •••••••••••• 0.67
2005 •••••••••••• 0.67
2006 •••• 0.23
2007 •••• 0.21
2008 ••••• 0.24
2009 •••••••••••••• 0.80
2010 •••••••••• 0.54
2011 ••••••••••••••• 0.86
2012 ••••••••• 0.52
2013 •••••••••••••••••••• 1.17
2014 •••••••••••••••••••• 1.20
2015 •••••• 0.34
2017 ••••••••••• 0.65
2018 •••••••••• 0.60
2019 ••••••• 0.42
2020 •••••••••••••••• 0.93

təmənna sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Arzu, istək, dilək, xahiş. Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən; Şişməyə başladı indi üzü qarə cigərim. M.Ə.Sabir. Var idim çoxdan ol təmənnadə; Dolaşaydım çıxıb bu səhradə. A.Səhhət. □ Təmənna etmək – rica etmək, xahiş etmək. Vaqif durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu alagözlü həmdəmdən, görsünlər, ona bir xəbər … gətirə bilərlərmi? F.Köçərli. [Şamo:] Mən özüm şəxsən sizdən heç bir şey təmənna etmirəm. S.Rəhimov. 2. Müəyyən məqsədlə edilən yaxşılıq, kömək. O heç bir kəsin təmənnasını qəbul etmir. Ə.Vəliyev. // Arzu olunan şey, tələb, məqsəd. [Pristav Mürsələ:] Sənin Turaclıya nə təmənna ilə gəldiyin də mənə məlumdur. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / təmənna

təmənna sözünün etimologiyası

  • 1 Ərəb sözüdür, ərəblərdə təmənni kimi də işlədilir, “arzu”, “xahiş” demək­dir. Qərb dialektlərində təmənnaş sözü “xudahafizləşmək”, “görüşmək” anlamını da əks etdirir. M.Cümə yazır: Bircə gəlib təmənnaşıb əl-ələ vurdunmu heç?! / Görüşək, təmənnaşaq, / Əl verginən ələ, Əziz! (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / təmənna

təmənna sözünün sinonimləri (yaxın mənalı sözlər)

təmənna sözünün rus dilinə tərcüməsi

  • 1 желание, просьба

    Azərbaycanca-rusca lüğət / təmənna
  • 2 сущ. 1. желание (внутреннее стремление, влечение к осуществлению чего-л., к обладанию чем-л.) Təmənnası nədir? Какое у него желание? yazmaq təmənnasında olmamaq не иметь желания писать 2. просьба (обращение к кому-л., призывающее удовлетворить какие-л. надежды, какое-л. желание, исполнить, соблюсти что-л.). Sizdən bir təmənnam var у меня к вам одна просьба, təmənnasını yerinə yetirmək выполнить просьбу чью 3. умысел, желание сделать что-л. с намерением, с корыстью. Təmənna ilə yaxşılıq etmək kimə сделать добро к ому с умыслом 4. корысть (выгода, польза), корыстные цели, корыстные интересы. Təmənna xatirinə işləmək работать ради корысти, təmənna güdmək преследовать (иметь) корыстные цели (интересы); təmənna etmək: 1) желать, хотеть 2) устар. просить. Əyləşənlərdən təmənna etmək просить сидящих, sizdən təmənna edirik просим вас; təmənnada olmaq желать, хотеть чего-л. ◊ təmənnada olmamaq: 1. не претендовать на что-л.; 2. не преследовать корыстных целей

    Azərbaycanca-rusca lüğət / təmənna

təmənna sözünün inglis dilinə tərcüməsi

  • 1 i. request (for), wish (for), desire (for); ~sı olmaq to wish (d.), to desire (d.), to want (d.); Sizin təmənnanız nədir? What do you want? What do you wish to have?

    Azərbaycanca-ingiliscə lüğət / təmənna

təmənna sözünün fransız dilinə tərcüməsi

təmənna sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. мурад, тӀалаб, хагьиш, кӀани затӀ, кӀан хьун; təmənna etmək хагьиш авун; 2. са макьсад аваз авур хъсанвал, куьмек; макьсад.

    Azərbaycanca-ləzgicə lüğəti / təmənna

təmənna sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bax təmənni (1-ci və 2-ci mənalarda).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"təmənna" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təmənna nədir? #təmənna sözünün mənası #təmənna nə deməkdir? #təmənna sözünün izahı #təmənna sözünün yazılışı #təmənna necə yazılır? #təmənna sözünün düzgün yazılışı #təmənna leksik mənası #təmənna sözünün sinonimi #təmənna sözünün yaxın mənalı sözlər #təmənna sözünün əks mənası #təmənna sözünün etimologiyası #təmənna sözünün orfoqrafiyası #təmənna rusca #təmənna inglisça #təmənna fransızca #təmənna sözünün istifadəsi #sözlük