* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2007 | •••••••••••••••• | 0.42 |
2009 | •••••••••••• | 0.32 |
2010 | •••••••••••••••••••• | 0.54 |
2011 | •••• | 0.09 |
2012 | •••• | 0.09 |
2014 | ••••••••••••••••••• | 0.51 |
2016 | ••••••• | 0.17 |
1 [ər.] 1. is. Danlaq, məzəmmət. [Çopo:] Ceynizin gülüşündə mənim keçmiş ənənəpərəstliyimə qarşı bir tənə duydum. Çəmənzəminli. Xanpərinin ucundan [Mədədin] üzü çoxlu danlaq yeyib, qulağı hədsiz tənələr eşidibdir. Ə.Vəliyev. □ Tənə etmək – danlamaq, məzəmmət etmək. Axır elə oldum rüsvayi-aləm; Düşmən tənə eylər, dost qınar məni. Q.Zakir. // Birisinin gizli işini, nöqsanını, eybini və s. xoşagəlməz cəhətlərini üzünə vurma, demə, tən. □ Tənə etmək (vurmaq) – birisinin gizli işini, nöqsanını, eybini və s. xoşagəlməz cəhətlərini üzünə vurmaq, demək. 2. sif. Tənəli. Ov gəlsə ötürmərəm; Tənə söz götürmərəm; Yüz il ömrümdən keçsə; Səndən əl götürmərəm. (Bayatı). Çəkilib pünhana, deyir, dərdə döz; Cəhənnəm odundan pisdi tənə söz. Aşıq Ələsgər.
Azərbaycan dilinin izahlı lüğəti / tənə1 Ərəbcədir, “danlaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tənə2 1 сущ. 1. диал. ноздря (одно из двух наружных отверстий носа человека, животного) 2. разг. серьги; см. sırğa 3. диал. мочка (нижняя мясистая часть уха человека) 2 сущ. устар. укор, упрёк, укоризна. Tənələr eşitmək слышать упрёки, tənə ilə demək сказать с укором; tənə etmək kimə укорять, упрекать кого, tənə vurmaq бросать упрёки к ому, в чей адрес
Azərbaycanca-rusca lüğət / tənə1 i. reproach, reproof; ~ vurmaq to reproach (d. with); to upbraid (d. with, for); to scold (d.)
Azərbaycanca-ingiliscə lüğət / tənə1 [ər.] 1. сущ. тегьне, меземмет, ахмур; tənə etmək тегьне авун, меземмет авун, ахмурун; // ччинал лугьун, чиниз ягъун; tənə etmək (vurmaq) тегьне авун (гьалчун, ягъун), садан чинебан крар, нукьсанар, айибар ва мс. хушуниз текъвер жигьетар ччинал лугьун, чиниз ягъун; 2. tənəli прил. тегьне квай (мес. гаф).
Azərbaycanca-ləzgicə lüğəti / tənəSırğa. Gümüşdən aşırma, almasdan tənə, Başda Kişmir işi tirmə şal gərək. (“Qulam-Kəmtər”)
Azərbaycan dastanlarının leksikasıTƏ’NƏ ə. 1) qaxınc, şikayət, etiraz; 2) vurma (bıçaq, süngü, qılınc, nizə və s. ilə). Tə’nei-düşmən düşmən zərbəsi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiI (Şəmkir, Şuşa) qulağın yumşaq hissəsi. – Nənəm qulağımın tənəsini deşif, mən də sırğa taxajam (Şuşa); – Sırğeyi tənədən asallar (Şəmkir) II (Cəlilabad) burun deşikləri III (Daşkəsən, Gədəbəy, Qax, Qazax, Şəki, Şəmkir, Tovuz) bax tana II. – Qulağımı tənə incider (Qazax); – Qızdar qulağına tənə aser (Daşkəsən); – Qızın tənəsi itifdi, dünənnən ha çalışey tafsın, tapılmey əmə (Gədəbəy); – Qıza nişan gətirəndə üzüx’ də, tənə də qoyillər (Şəki)
Azərbaycan dilinin dialektoloji lüğəti.