tərcibənd sözü azərbaycan dilində

tərcibənd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tərcibənd • 84.6154%
  • Tərcibənd • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tərcibənd
Tərcibənd (ərəbcə: tərci və farsca: bənd ) — Mövzu və vəzn etibarilə bir olub, birinci bəndin bütün misraları həmqafiyə, ikinci bəndin son beyti istisna olmaqla bütün misraları, axırda isə birinci bəndin son beyti nəqərat kimi təkrar edilən klassik şeir formalarından biri. Tərkibənd kimi şairin öz müşahidələri əsasında yazılır. Tərcibəndin məzmununu şair təsirləndiyi, mənasını duyduğu sahələrdən götürür. Eyni zamanda, bu janrın tutumu, ölçüsü, qafiyə sistemi tərkibbənddən az fərqlənir. Tərcibəndlər adətən şeirlərdə beytlərə və bəndlərə ayrılır. Müxtəlif tarixi kəsmlərdə yazılan tərcibəndlərin strukturu bir-birindən fərqlənir. Bəzi tərcibəndlərin ilk iki misrası öz arasında, sonrakı sətirlər isə misraaşırı qafiyələnmişdir. Yaxın məzmunlu, yaxın ölçülü, oxşar ahəngli tərcibəndlərdə final beytləri təkrar olunur. Nəsiminin tərcibəndlərində ilk iki misra öz aralarında qafiyələnir, sonrakı beytlərin birinci misraları sərbəst buraxılır, ikinci misralar isə birinci beytin son misraları ilə həmqafiyə ( aa ba qa da va ...) olur. Nəsiminin tərcibəndləri 13 -15 beytdən çox olmayıb.

tərcibənd sözünün leksik mənası və izahı

  • 1 is. [ər. tərci və fars. bənd] ədəb. Mövzu və vəzn etibarilə bir olub, birinci bəndin bütün misraları həmqafiyə, ikinci bəndin son beyti istisna olmaqla bütün misraları, axırda isə birinci bəndin son beyti nəqərat kimi təkrar edilən klassik şeir formalarından biri. Füzulinin “Mən kiməm? – Bir bikəsü biçarəvü bixaniman” tərcibəndi.

    Azərbaycan dilinin izahlı lüğəti / tərcibənd

tərcibənd sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. лит. тарджибанд (в азерб. поэзии: одна из форм классического лирического стиха, в конце каждой строфы которой повторяется не только рифмовка завершающего бейта, но и весь бейт)

    Azərbaycanca-rusca lüğət / tərcibənd

tərcibənd sözünün ləzgi dilinə tərcüməsi

"tərcibənd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tərcibənd nədir? #tərcibənd sözünün mənası #tərcibənd nə deməkdir? #tərcibənd sözünün izahı #tərcibənd sözünün yazılışı #tərcibənd necə yazılır? #tərcibənd sözünün düzgün yazılışı #tərcibənd leksik mənası #tərcibənd sözünün sinonimi #tərcibənd sözünün yaxın mənalı sözlər #tərcibənd sözünün əks mənası #tərcibənd sözünün etimologiyası #tərcibənd sözünün orfoqrafiyası #tərcibənd rusca #tərcibənd inglisça #tərcibənd fransızca #tərcibənd sözünün istifadəsi #sözlük