tərcüməçilər sözü azərbaycan dilində

tərcüməçilər

Yazılış

  • tərcüməçilər • 75.7180%
  • Tərcüməçilər • 24.2820%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beynəlxalq Tərcüməçilər Federasiyası
Beynəlxalq Tərcüməçilər Federasiyası (BTF, International Federation of Translators) müxtəlif ölkələrdə fəaliyyət göstərən yazılı və şifahi tərcüməçilərin, dilçilərin assosiasiyalarını bir araya gətirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Federasiyanın üzvü olan 100-dən çox peşəkar assosiasiya dünyanın 55 ölkəsindən olan 80000-dən çox tərcüməçini təmsil edir. Federasiyanın məqsədi təmsil etdiyi sahələrdə peşəkarlığı təşviq etməkdir. Tərcüməçilərin bütün ölkələrdə əmək şəraitini yaxşılaşdırmağa səy göstərən federasiya, həmçinin onların hüquqlarını və ifadə azadlıqlarını da qorumaqamalını güdür. Fransada qeydiyyata alınıb. Katibliyi İsveçrənin Cenevrə şəhərində yerləşir. == Məqsədlər == BTF-nin məqsədləri aşağıdakılardır: •Yazılı və şifahi tərcüməçilər, dilçilər assosiasiyalarını bir araya gətirmək və bunlar arasında körpu qurmaq •Assosiaspomların mövcüd olmadığı ölkələrdə onları yaratmaq üçün təşviq və yardım etmək •Üzv assosiasiyaları peşə ilə bağlı iş şəraiti barədə məlumatlandırmaq, onları texnoloji alətlər, ilkin və davamlı təlimlərlə təmin etmək •Müxtəlif assosiyasiyalar arasında tərcümə maraqlarına xidmət edən əlaqələri inkişaf etdirmək •Tərcüməçilərin maddi və mənəvi hüquqlarını təmin etmək •Cəmiyyətdə yazılı və şifahi tərcümə, terminologiya ixtisaslarının tanınmasını, onu elm və incəsənət kimi təşviq etmək. == İdarəedici orqan == BTF-nin ali şurası qanunla müəyyən edilmiş şəkildə 3 ildən bir keçirilən konqresdə müəyyən edilir. Bu seçki BTF-nin bütün üzvlərini bir araya gətirir, üzv assosiasiyalar öz növbəsində “Şura” üzvlərini seçir. Şura isə 3 il müddətinə “İcraedici Komitə”ni səs vermə yolu ilə təyin edir.
Beynəlxalq Tərcüməçilər Günü
Beynəlxalq Tərcüməçilər Günü — tərcüməçilərin peşə bayramıdır. == Bayram haqda == Çoxsaylı peşə bayramlarından biri də Beynəlxalq Tərcüməçilər Günüdür. Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə bu bayram 1991-ci ildən etibarən hər il sentyabrın 30-da qeyd edilir.Bu tarixin seçilməsi təsadüfi deyildir: Bibliyanı (Vulqatı) latın dilinə tərcümə etmiş və ənənəyə görə tərcüməçilərin hamısı hesab olunan İeronim Stridonski 420-ci il sentyabrın 30-da dünyasını dəyişmişdir. Çox zəngin intellekt sahibi olmuş çılğın xarakterli bu şəxs çoxlu səyahət etmiş, cavanlığında Müqəddəs Torpağı ziyarət etmişdir. Sonradan dörd il ərzində Halkid səhrasında tərkidünya dərviş kimi ömür sürmüşdür. Burada yəhudi və haldey dillərini öyrənmişdir. Özünün dediyinə görə bu dövrdə onun ətrafında canlı qismindən yalnız əqrəb və vəhşi heyvanlar olmuşdur. Səhrada yaşadığı dövrdə bir neçə dəfə Qiyamət Gününün çatmasını bildirən şeypur səsləri eşitmişdir. Qərbi Avropa rəssamları onu çox vaxt başının üstündə şeypur çalan mələkləri dinləyən vəziyyətdə təsvir edirlər. 386-cı ildə İeronim Vifleyemdə məskunlaşır.
Müqəddəs tərcüməçilər monastırı
Müqəddəs tərcüməçilər monastırı — Daşkəsən rayonunun Quşçu kəndində yerləşən qədim alban monasıtırı. Daşkəsən şəhərindən təxminən 14,5 kilometr məsafədədir. Məbədə gedən yolun 4,5 km qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Məbəd 487-ci ildə tikilmiş və təqribən 989-cu və 1845-ci illərdə bərpa olunmuşdur. Tikili hazırda qəza vəziyyətindədir və bir hissəsi dağılmışdır.
Müqəddəs tərcüməçilər kilsəsi (Qağartsi)
Müqəddəs tərcüməçilər kilsəsi — Xocavənd rayonunun Qağartsi kəndində yerləşən tarix-memarlıq abidəsi. == Tarixi == Kilsə XIX əsrin II yarısında inşa edilmişdir. XX əsrin əvvəllərində bu kilsədəki həyat ağacından hazırlanmış relikvariyada qədim gümüş xaç və şəkilli İncil əlyazması saxlanılırdı. Kitabənin qeydiyyat yerində xəbər verilir ki, o, yazar Hovannes tərəfindən köçürülmüşdür. == Memarlıq xüsusiyyətləri == Üçnefli bazilika quruluşuna malik olan kilsə, planda düzbucaqlı formasına malikdir. Kilsənin ölçüləri 18,75x12,60 metrə bərabərdir. Divarların hörgüsündə kobud yonulmuş daşlardan istifadə edilmişdir. İkitərəfli damla örtülmüş tağtavan yan divarlar və tağların əlaqələndirici sütunları üzərində dayanır. Apsida, pəncərə və qapı çərçivələrinin hazırlanmasında yaxşı yonulmuş daşlardan istifadə olunmuşdur.
Sinxron Tərcüməçilərinin Beynəlxalq Assosiasiyası
Sinxron Tərcüməçilərinin Beynəlxalq Assosiasiyası və ya AIIC (AIIC – fr. Association Internationale des Interprètes de Conférence) — 1953-cü ildə təsis edilmişdir. Assosiasiya 100-dən çox ölkədən olan 3000-dən çox üzvü təmsil edir.AIIC sinxron tərcüməçilərinin yeganə qlobal birliyidir. Assosiasiya yüksək keyfiyyətli tərcümə və peşəkarlığı təmin etmək məqsədi daşıyan, həmyaşıdların nəzərdən keçirilməsi sisteminə əsaslanan ciddi qəbul proseduruna malikdir. Namizədlər ən azı beş il AIIC üzvü olan tərcüməçilər tərəfindən maliyyələşdirilməlidir. AIIC üzvlərindən assosiasiyanın etik kodeksinə və onun peşəkar standartlarına riayət etmək tələb olunur. == Tərəfdaşlıqlar == AIIC bir sıra beynəlxalq təşkilatlarla (məsələn, Aİ və Birləşmiş Millətlər Təşkilatı ) əlaqə qurur və qeyri-üzvlər də daxil olmaqla, onların bütün tərcüməçiləri üçün iş şəraiti ilə bağlı danışıqlar aparır. AIIC-in məqsədləri tərcüməçilər üçün məqbul iş şəraitini təmin etmək, peşəkar tərcüməni təmin etmək və tərcüməçi peşəsi haqqında ictimaiyyətin məlumatlılığını artırmaqdır. AIIC Əfqanıstan qoşunlarında xidmət etmiş tərcüməçilərin uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün hökumətə təzyiq göstərmək məqsədilə Beynəlxalq Tərcüməçilər Federasiyası kimi qüvvələrlə birləşmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.27 dəfə / 1 mln.
2003 •• 0.39
2004 •••• 0.67
2005 •••••••••••••••••••• 4.05
2006 •••••••• 1.58
2007 •••••••••••••• 2.75
2008 •••••••• 1.46
2009 ••••••• 1.28
2010 ••• 0.45
2011 •••••••• 1.46
2012 ••••••••••• 2.07
2013 •••• 0.73
2014 •••• 0.69
2015 ••••••• 1.36
2016 ••••••••••••• 2.43
2017 ••• 0.49
2018 •••••• 1.05
2019 •••••• 1.11
2020 •••• 0.66

"tərcüməçilər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tərcüməçilər nədir? #tərcüməçilər sözünün mənası #tərcüməçilər nə deməkdir? #tərcüməçilər sözünün izahı #tərcüməçilər sözünün yazılışı #tərcüməçilər necə yazılır? #tərcüməçilər sözünün düzgün yazılışı #tərcüməçilər leksik mənası #tərcüməçilər sözünün sinonimi #tərcüməçilər sözünün yaxın mənalı sözlər #tərcüməçilər sözünün əks mənası #tərcüməçilər sözünün etimologiyası #tərcüməçilər sözünün orfoqrafiyası #tərcüməçilər rusca #tərcüməçilər inglisça #tərcüməçilər fransızca #tərcüməçilər sözünün istifadəsi #sözlük