tərkibində sözü azərbaycan dilində

tərkibində

Yazılış

  • tərkibində • 96.5726%
  • Tərkibində • 3.4187%
  • TƏRKİBİNDƏ • 0.0087%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Sasanilər imperiyasının tərkibində
Atropatena (Pəhləvi dili: Ādurbādāgān/Āδarbāyagān) — e․ə․IV əsrdə yaranmış qədim Azərbaycan dövləti․ Paytaxtı Qazaka idi․ == Midiya satraplığı == Makedoniyalı İsgəndərin yürüşü ərəfəsində Əhəmənilər imperiyasının tərkibində olan Qərbi Midiya satraplığı iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi. Əhəmənilərin sonuncu hökmdarı III Daranın hakimiyyəti (e.ə.336-e.ə.330-cu illər) dövründə Atropat Midiya satrapı idi. Bu əyalətə Azərbaycanın dövlət xadimi Atropat başçılıq edirdi. Mənbələrdə bu ada ilk dəfə e.ə.331-ci ildə təsadüf edilir. Eyni zamanda Atropatın Midiya ordusuna ancaq Qavqamel savaşında (e.ə.331) başçılıq etməsi haqqında məlumat var. Atropat yeganə Əhəməni satrapı idi ki, İsgəndər onu vəzifədən kənar etmədi, əksinə bəzi qonşu dövlətlərin idarəsini də ona tapşırdı. İsgəndərin ölümündən sonra isə bu dövlət qurumu tam müstəqil siyasət yürüdən bir dövlətə çevrildi. == Sasanilər dövləti == III əsrin əvvəllərində Fars vilayətinin hakimi Ərdəşir Parfiyanın şimalına doğru hərəkət etdi. Sonuncu Parfiya Hökmdarı V Arbatannın ordusu ilə farslar arasında 224-cü ilin aprelində Suzian gölü yaxınlığında həlledici döyüş oldu. Parfiyanın paytaxtı Ktesifon ələ keçirildi.
Azərbaycan Əhəmənilər imperiyasının tərkibində
Kiçik Midiya – Əhəmənilər imperiyasının vilayəti. Madaylar fars Əhəmənilər sülaləsi tərəfindən devirildikdən sonra Midiya dövlətinə tabe olan ərazilərin böyük bir hissəsi Əhəmənilərin əlinə keçdi. İlk Əhəmənilər dövründə müasir Azərbaycan ərazisinin hansı hissəsinin fars dövləti tərkibinə daxil olduğunu bilmirik. Maraqlıdır ki, Madanın birinci satrapı Oybar "Nabonidin salnaməsi"ndə a"mçtpehat mat Gutium" adlanır. Sonuncu ad (Gutium) qədim Mada vilayətlərinə – Cənubi Azərbaycana, güman ki, qədim Urartuya da işarədir. Ksenofontun məlumatından aydın olur ki, Mada Kirin dövründə Ermənistan və kadusilərlə eyni canişinliyə daxil idi. Deməli, Cənubi Azərbaycan torpaqlarının xeyli hissəsi, bəlkə də onun bütün ərazisi bu dövrdə Mada satraplığına daxil idi. Herodot farsların hökmranlığının Qafqaz sıra dağlarınadək yayıldığını söyləyir, lakin bilmirik ki, onun dediklərini Kuruşun zamanınamı aid etmək lazımdır, yoxsa sonrakı dövrə. X, XI və XIV satraplıqların daxil olduğu vilayətlər hər halda e.ə. V əsrin birinci yarısından gec olmayaraq əsasən artıq farslara tabe idi.
Azərbaycan Ərəb Xilafətinin tərkibində
Azərbaycan İslam Xilafətinin tərkibində — VIII əsrdə Sasanilər imperiyasının fəth edilməsi ilə imperiyanın tərkibində olan Cənubi Azərbaycan, Qafqaz Albaniyasının fəth edilməsi ilə isə Şimali Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olmuşdur. == Azərbaycanın Xilafət tərəfindən fəthi == 637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yezdəgird Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639–640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639–640-cı ildə vətəninə qayıdır.Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639–640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi kitab yazmış IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi ilə 18 (639)-ci ildə Huzeyfə ibn əl-Yəmənin başçılığı ilə sülh yolu ilə alındığı barədə məlumat verir. == İlk hücumlar haqqında == Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Ğənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycan ərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı.
Qazaxıstan Rusiya imperiyasının tərkibində
Qazaxıstanın rus müstəmləkəçiliyi 1731-ci ildə Rusiyanın Gənc Kiçik Xan Əbülxairi ilhaq etməsi ilə başladı. Bu proses 130 ildən çox davam etdi və 1960-cı illərin ortalarında başa çatdı. 1731-1860-cı illərdə Qazaxıstan Rusiyaya, yalnız formal olaraq tabe idi, qəbilə və qəbilələrin hökmdarları müstəqil bir siyasət yürüdürdülər. Çar hökuməti xalq üsyanlarını vəhşicəsinə yatırsa da, ölkənin daxili işlərinə qarışmırdı (məhkəmə, qəbilələrarası məsələlər). Nüfuzlu insanlara və qəbilə rəhbərlərinə maaş və rütbələr verməklə, inzibati islahatlar aparmaqla və yerinə yetirməyənləri cəzalandırmaqla hakimiyyətini gücləndirdi. 1822 "Sibir qazaxlarının nizamnaməsi", 1824 "Orenburq Qazaxlarının Nizamnaməsi" Qazaxıstan torpaqlarının idarəetmə qaydasını müəyyənləşdirdi. Bu qanunlara görə Orta və Kiçik Juz xanlıqları ləğv edildi. Kiçik Juz xanlığını Rusiyadakına bənzər bir inzibati sistem əvəzlədi. Orta Juzda "böyük sultan" ın hakim vəzifəsi gətirildi. Daxili rayonlar yaradıldı.
Azərbaycan Yay Olimpiya Oyunlarında (SSRİ tərkibində)
Azərbaycan — ilk dəfə Yay Olimpiya Oyunlarında 1952-ci ildə SSRİ Komandasının tərkibində iştirak etdi. Finlandiyanın Helsinki şəhərində keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan 5 idmançı ilə təmsil olundu. Azərbaycan 1952 Yay Olimpiya Oyunlarında 1 gümüş medal qazandı. Həmin gümüş medalı Rəşid Məmmədbəyov qazandı.
Azərbaycan 1988 Yay Olimpiya Oyunlarında (SSRİ tərkibində)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 81.26 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 99.36
2003 •••••••••••••••• 77.56
2004 •••••••••••••••••••• 98.71
2005 •••••••••••••••••• 87.72
2006 •••••••••••••••• 78.38
2007 ••••••••••••••••• 85.63
2008 •••••••••••••• 71.38
2009 •••••••••••••••••••• 102.07
2010 •••••••••••••••••• 91.41
2011 ••••••••••••••••• 82.45
2012 ••••••••••••••• 72.45
2013 ••••••••••••••• 75.12
2014 ••••••••••••••••• 83.06
2015 ••••••••••••••••• 83.70
2016 •••••••••••• 57.96
2017 •••••••••••••••• 81.29
2018 ••••••••••••••••• 83.45
2019 ••••••••••••••••••• 92.77
2020 ••••••••••••• 64.85

"tərkibində" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tərkibində nədir? #tərkibində sözünün mənası #tərkibində nə deməkdir? #tərkibində sözünün izahı #tərkibində sözünün yazılışı #tərkibində necə yazılır? #tərkibində sözünün düzgün yazılışı #tərkibində leksik mənası #tərkibində sözünün sinonimi #tərkibində sözünün yaxın mənalı sözlər #tərkibində sözünün əks mənası #tərkibində sözünün etimologiyası #tərkibində sözünün orfoqrafiyası #tərkibində rusca #tərkibində inglisça #tərkibində fransızca #tərkibində sözünün istifadəsi #sözlük