tərs sözü azərbaycan dilində

tərs

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tərs • 85.3526%
  • Tərs • 13.9241%
  • TƏRS • 0.7233%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tərs funksiya
Tutaq ki, y = f ( x ) {\displaystyle y=f(x)} , x ∈ D ( f ) {\displaystyle x\in D(f)} ədədi funksiya verilmişdir. Onda hər bir x 0 ∈ D ( f ) {\displaystyle x_{0}\in D(f)} ədədinə yeganə y 0 = f ( x 0 ) ∈ E ( f ) {\displaystyle y_{0}=f(x_{0})\in E(f)} ədədi uyğundur. Funksiyanın verilən y 0 {\displaystyle y_{0}} qiymətinə görə arqumentin uyğun qiymətinin tapılmasına, daha doğrusu f ( x ) = y 0 {\displaystyle f(x)=y_{0}} , y 0 ∈ E ( f ) {\displaystyle y_{0}\in E(f)} tənliyinin x {\displaystyle x} -ə nəzərən həllinə tez-tez rast gəlinir. Həmin tənliyin bir yox, bir neçə və hətta sonsuz sayda həlli ola bilər. y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının qrafiki ilə y = y 0 {\displaystyle y=y_{0}} düz xəttinin kəsişdiyi bütün nöqtələrin absisləri f ( x ) = y 0 {\displaystyle f(x)=y_{0}} tənliyinin Əgər f {\displaystyle f} funksiyası hər bir y 0 ∈ E ( f ) {\displaystyle y_{0}\in E(f)} qiymətini ancaq yeganə bir x 0 ∈ D ( f ) {\displaystyle x_{0}\in D(f)} qiymətində alırsa, onda o funksiya dönən adlanır. Belə funksiyalar üçün f ( x ) = y {\displaystyle f(x)=y} tənliyini istənilən y ∈ E ( f ) {\displaystyle y\in E(f)} qiymətində x-ə nəzərən birqiymətli həll etmək olar, daha doğrusu hər bir y ∈ E ( f ) {\displaystyle y\in E(f)} qiymətinə yeganə x ∈ D ( f ) {\displaystyle x\in D(f)} qiyməti uyğundur. Bu uyğunluq funksiya təyin edir, özü də f {\displaystyle f} funksiyasının tərsi adlanır və f − 1 {\displaystyle f^{-1}} simvolu ilə işarə olunur. Qeyd edək ki, hər bir y 0 ∈ E ( f ) {\displaystyle y_{0}\in E(f)} üçün y = y 0 {\displaystyle y=y_{0}} düz xətti dönən y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının qrafikini yeganə ( x 0 , y 0 ) {\displaystyle (x_{0},y_{0})} nöqtəsində kəsir, burada f ( x 0 ) = y 0 {\displaystyle f(x_{0})=y_{0}} . Tərs funksiyanın arqumentini x {\displaystyle x} hərfi ilə, onun qiymətini isə – y {\displaystyle y} hərfi ilə işarə edərək, f {\displaystyle f} funksiyasının tərs funksiyasını y = f − 1 ( x ) , x ∈ D ( f − 1 ) {\displaystyle y=f^{-1}(x),x\in D(f^{-1})} , şəklində yazırlar. Sadəlik üçün f − 1 {\displaystyle f^{-1}} simvolu əvəzinə g {\displaystyle g} hərfindən istifadə edəcəyik.
Tərs matris
Tərs matris — n tərtibli A kvadrat matrisinin tərsi elə bir B matrisinə deyilirki, A B = B A = E n {\displaystyle AB=BA=E_{n}} şərti ödənilsin. Burada En, n tərtibli vahid matrisdir. E n = ( 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋮ ⋮ ⋱ ⋮ 0 0 ⋯ 1 ) {\displaystyle E_{n}={\begin{pmatrix}\mathbf {1} &\mathbf {0} &\cdots &\mathbf {0} \\\mathbf {0} &\mathbf {1} &\cdots &\mathbf {0} \\\vdots &\vdots &\ddots &\vdots \\\mathbf {0} &\mathbf {0} &\cdots &\mathbf {1} \\\end{pmatrix}}} Tərs matrisi B=A−1 kimi işarələyirlər. Buradan belə nəticəyə gəlmək olar ki, A A − 1 = A − 1 A = E n {\displaystyle A{A^{-1}}=A^{-1}A=E_{n}} bərabərlik şərti ödənilməlidir.
Tərs qəfəs
Tərs qəfəs-mücərrəd üçölçülü bir fəzada qurulmuş nöqtəvi qəfəsdir. Bunun hansı fəzada necə qurulduğunu və ümumiyyətlə nəyə yaradığını yaxşı anlamaq üçün tərs qəfəs anlayışının bərk cisimlər fizikasındakı roluna nəzər salaq. Kristallik bərk cisimlərin bütün fiziki xassələri, əsas etibarı ilə iki faktor əsasında formalaşır. Bunlardan biri bərk cismi təşkil edən atomların quruluşu, ikincisi isə bərk cisimlərin öz kristal quruluşudur. Bir bərk cismin kristal quruluşa sahib olması nəzəri problemlərin həllində xüsusi əhəmiyyət kəsb edir. Beləki bərk cismin fiziki xassəsini ifadə edən və koordinatın funksiyası olan hər bir fiziki kəmiyyət koordinatın üçölçülü periodik funksiyası olur. Bu o deməkdir ki, bir nəzəri məsələnin həlli üçün yazılacaq tənliklərin bərk cismi təşkil edən bütün atomlar üçün deyil, periodun müəyyən elədiyi oblastda yer alan atomlar üçün yazılması kifayətdir. Period isə kristal qəfəsin köçürmə simmetriyasını müəyyən edən a → 1 , a → 2 , a → 3 {\displaystyle {\vec {a}}_{1},{\vec {a}}_{2},{\vec {a}}_{3}} vektorları ilə verilir. Bu vektorlara qəfəsin bazis vektorları və onların ədədi qiymətləri olan a , b , c {\displaystyle a,b,c} -lərə qəfəs sabitləri deyilir. Hər bir qəfəs üçün a → i {\displaystyle {\vec {a}}_{i}} vektorları üzərində qurulumuş paralepiped həmin qəfəsin elementar özəyi adlanır və onun həcmi V 0 = ( a → 1 [ a → 2 a → 3 ] ) {\displaystyle V_{0}={\Bigl (}{\vec {a}}_{1}[{\vec {a}}_{2}{\vec {a}}_{3}]{\Bigr )}} .
Tərs yer
Tərs yer — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Samanlıq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Tərs yer kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 138 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Tərs çay
Tərs çay və ya Tərs çay qışlağı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Dilican şəhəri yaxınlığında qışlaq. == Tarixi == Tərsa çayının sahilində salındığı üçün yaşayış məntəqəsinin adı «Tərs çay qışlağı» adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1897-ci ildə burada 10 nəfər azərbaycanlı, 18 erməni, 4 rus yaşamışdır. XX əsrin əvvəllərində ləğv edilmişdir.
Tərs A
Tərs A (böyük Ɐ, kiçik ɐ, riyazi simvol ∀) – A hərfinin tərsinə çevrilməsi ilə yaranan hərf və simvol. == Müasir istifadə == ɐ hərfi beynəlxalq fonetik əlifbada istifadə olunan simvollardan biridir. ∀ simvolu riyaziyyatda universal kvantifikasiyanı bildirmək üçün istifadə olunan məntiq simvoludur və "hamısı üçün" kimi tərcümə olunur. İlk dəfə Qerhard Qentsen tərəfindən 1935-ci ildə istifadə olunmuşdur. O, ilk dəfə Cüzeppe Peano tərəfindən istifadə olunmuş Ǝ simvolundan ilhamlanmışdır. == Tarixi istifadə == Tərs a hərfi Edvard Lluyd və Vilyam Prays tərəfindən Korn dili üçün fonetik simvol kimi istifadə olunmuşdur. Onların kitablarında Ɐ və ɐ simvolları istifadə olunmuşdur. Simvol XIX əsrdə riyaziyyatçı Çarlz Sanders tərəfindən məntiq simvolu kimi işlədilmişdir. 2023-cü ildə Azərbaycan ordusuna məxsus hərbi texnikanın üzərində yazılmış tərsinə A hərfi Ermənistanda Zəngəzur dəhlizinə müdaxilənin simvolu kimi qiymətləndirilsə də, Azərbaycan tərəfi bu simvolun sadəcə digər ölkəyə aid maşınlardan fərqləndirmək üçün istifadə olunduğunu bildirmişdir.Akrofoniya prinsipinə görə A hərfi protosinan yazısında öküz (alef) başını təmsil edən simvoldan yaranmışdır. Lakin vaxt keçdikcə simvolun yazıdakı istiqaməti və əsl mənası itmişdir.
Tərs triqonometrik funksiyalar
Tərs triqonometrik funksiyalar (dairəvi funksiya, arkfunksiya) — triqonometrik funksiyalar tərsinə çevrilə bilən riyazi funksiyalardır. Tərs triqonometrik funksiyalara əsasən altı funksiya daxildir: arksinus ( a r c s i n x ; a r c s i n x {\displaystyle \mathrm {arcsin} \,x;\mathrm {arcsin} \,x} — bu bucağın sinusu x {\displaystyle x} -ə bərabərdir) arkkosinus ( a r c c o s x ; a r c c o s x {\displaystyle \mathrm {arccos} \,x;\mathrm {arccos} \,x} — bu bucağın kosinusu x {\displaystyle x} -ə bərabərdir) arktangens ( a r c t g x {\displaystyle \mathrm {arctg} \,x} ; xarici ədəbiyyatlarda a r c t a n x {\displaystyle \mathrm {arctan} \,x} ) arkkotangens ( a r c c t g x {\displaystyle \mathrm {arcctg} \,x} ; xarici ədəbiyyatlarda a r c c o t x {\displaystyle \mathrm {arccot} \,x} və ya a r c c o t a n x {\displaystyle \mathrm {arccotan} \,x} ) arksekans( a r c s e c x {\displaystyle \mathrm {arcsec} \,x} ) arkkosekans( a r c c o s e c x {\displaystyle \mathrm {arccosec} \,x} ; xarici ədəbiyyatlarda a r c c s c x {\displaystyle \mathrm {arccsc} \,x} )Triqonometrik funksiyaların adının qarışındakı "arc" sözü( lat. arcus — ox, qövs, qövsəoxşar xətt) bu funksiyaları tərs triqonometrik funksiyaların adına çevirir. Bu onunla bağlıdır ki, tərs triqonometrik funksiyaların həndəsi qiyməti vahid çevrənin qövsünün uzunluğu ilə əlaqələndirmək olar. Tərs triqonometrik funksiyalar anlayışını Laqranj köməyi ilə Avstriya riyaziyyatçısı Karla Şerfer (alm. Karl Scherffer‎; 1716—1783) daxil etmişdir. == Əsas eyniliklər == arcsin ⁡ x + arccos ⁡ x = π 2 {\displaystyle \arcsin x+\arccos x={\frac {\pi }{2}}} arctg x + arcctg x = π 2 {\displaystyle \operatorname {arctg} \,x+\operatorname {arcctg} \,x={\frac {\pi }{2}}} == Arksinus funksiyası == Arksinus - m ədədinin x bucağının qiymətinə , radian ifadəsinə deyilir, hansı ki, sin ⁡ x = m , − π 2 ⩽ x ⩽ π 2 , | m | ⩽ 1. {\displaystyle \sin x=m,\,-{\frac {\pi }{2}}\leqslant x\leqslant {\frac {\pi }{2}},\,|m|\leqslant 1.} y = sin ⁡ x {\displaystyle y=\sin x} funksiyası bütün ədəd oxunda kəsilməz və məhduddur. y = arcsin ⁡ x {\displaystyle y=\arcsin x} funksiyası ciddi artandır. sin ⁡ ( arcsin ⁡ x ) = x {\displaystyle \sin(\arcsin x)=x\qquad } − 1 ⩽ x ⩽ 1 , {\displaystyle -1\leqslant x\leqslant 1,} arcsin ⁡ ( sin ⁡ y ) = y {\displaystyle \arcsin(\sin y)=y\qquad } − π 2 ⩽ y ⩽ π 2 , {\displaystyle -{\frac {\pi }{2}}\leqslant y\leqslant {\frac {\pi }{2}},} D ( arcsin ⁡ x ) = [ − 1 ; 1 ] {\displaystyle D(\arcsin x)=[-1;1]\qquad } (təyin oblastı), E ( arcsin ⁡ x ) = [ − π 2 ; π 2 ] {\displaystyle E(\arcsin x)=\left[-{\frac {\pi }{2}};{\frac {\pi }{2}}\right]\qquad } (qiymətlər çoxluğu).
Tərs yumurtavari səna
== Təbii yayılması == Əsasən Sudanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 metr olan yarımkol və ya koldur. Yarpaqları 5 cüt, yarpaqcıqları enli, tərs-yumurtavari, ucdan dəyirmidir. Ləçəkləri qeyri bərabərdir. Paxlası yastı, oraqvari, iri, 3-4 sm uzunluğundadır. Avqust ayında çiçəkləyir. == Ekologiyası == İşığa, istiyə, küləyədavamlı bitkidir. Torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Mədəni halda Abşeronda Dendrologiya İnstitutunun təcrübə sahəsində becərilir. == İstifadəsi == Yolların kənarlarında canlı çəpərlərin salınmasında, qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Tərs siyahılı verilənlər bazası
Tərs siyahılı verilənlər bazası ( ing. inverted list database ~ ru. база данных инвертированного списка ~ tr. ters listeli veritabanı) – relyasiyalı verilənlər bazasından aşağıdakı fərqləri olan verilənlər bazası: • Tərsinə çevrilmış siyahı cədvəlinin sətirləri (yazıları və ya kortejləri) hər hansı indeksləmə ardıcıllığından asılı olmayaraq müəyyən fiziki ardıcıllıqla yerləşir. • Ümumi verilənlər bazasını, bazanın cədvəlləri üçün qurulmuş müəyyən məntiqi birləşdirmə meyarlarından istifadə etməklə nizamlamaq olar. • Siyahının açarlarının sayı istənilən qədər ola bilər, həm də istər sadə, istərsə də mürəkkəb açarların əksinə olaraq, burada onlar istənilən sahə və ya sahələrin kombinasiyası ola bilər. • Bütövlüyə və ya unikallığa heç bir məhdudiyyət yoxdur. • Nə indekslər, nə də cədvəllər istifadəçiyə göstərilir. Belə verilənlər bazasının idarə olunması sistemindəki bu fərqlərə görə verilənlərin uzlaşmasını, bütövlüyünü və təhlükəsizliyini təmin etmək çox çətindir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kil İmperatorluq Tərsanəsi
Kil İmperatorluq Tərsanəsi (alm. Kaiserliche Werft Kiel‎) 1867-ci ildə Kil Krallıq Tərsanəsi (alm. Königliche Werft Kiel‎) adı ilə Kil şəhərində qurulan tərsanə. 1871-ci ildə tərsanənin adı dəyişdirildi. İlk olaraq Prussiyaya, daha sonra isə Almaniya imperiyasına xidmət edən tərsanə, 1918-ci ildə bağlanmışdır.
Tərsabad
Tərsabad (fars. ترس اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 539 nəfər. yaşayır (104 ailə).
Tərsimi həndəsə
Tərsimi həndəsə — riyaziyyatla texnikanın vəhdətini təşkil edən həndəsənin bölməsi. Həndəsənin bu bölməsində fəza cisimlərinin (hansı ki, nöqtələr, xətlər və səthlər çoxluğundan təşkil olunur) müstəvilər üzərində təsvir olunma (proyeksiyasının alınması) üsullarından və müstəvilər üzərindəki təsvirlər (proyeksiyalar) vasitəsi ilə cismin fəzadakı vəziyyətini müəyyən edilməsi qaydalarından bəhs olunur (ümumi halda bu deyilənlərə m ölçülü fəzanın n ölçülü fəzada təsviri kimidə baxıla bilər). Həmçinin, müstəvilər üzərində təsvir olunmuş cisimlərə aid həndəsi xarakterli məsələlərin qrafiki həll üsulları da bu bölmədə öyrənilir. Tərsimi həndəsə bölməsi mühəndis təhsilinin əsasını təşkil edən fənlərdəndir və onun əsas vəzifələrindən biri gələcək mühəndislərdə fəza təsəvvürünü inkişaf etdirməkdir. Tərsimi həndəsə bölməsində alınan bəzi nəticələr praktikada cizgilərin tərtibində geniş istifadə olunur. == Ədəbiyyat == Tərsimi həndəsə - MÜHƏNDİS QRAFİKASI, Ali məktəblər üçün dərslik ― Mustafayev M.R. , Qurbanov N.Ə., Mirzəyev S.H., Bağırov A.M. ― Bakı. 2003. 293səh.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərsinə çevrilmiş fayl
Tərsinə çevrilmiş fayl ( ing. inverted file ~ ru. инвертированный файл ~ tr. ters çevrilmiş dosya) – verilənlər bazasının idarəolunması sistemlərində: yazının açarından və ona göstəricidən ibarət olan fayl. Hər bir açar bənzərsiz şəklidə yazını tanıdır (identifikasiya edir), göstərici isə yazının verilənlər bazasında fiziki olaraq harada yerləşməsini proqrama göstərir. Faylın tərsinə çevrilməsi o anlamı verir ki, açarlar ardıcıl çeşidlənib, verilənlər bazasının bu faylla göstəricilər vasitəsilə bağlı olan yazıları isə ixtiyari qaydada (məsələn, yaradılma ardıcıllıqları ilə) yerləşə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərsinə çevrilmiş siyahı
Tərsinə çevrilmiş siyahı ( ing. inverted list ~ ru. инвертированный список ~ tr. ters çevrilmiş liste) – verilənlər yığını üçün alternativ göstəricilərin yaradılması üçün metod. Məsələn, avtomobillər haqqında məlumatların toplandığı faylda 3, 7, 19, 24 və 32 yazılarının RƏNG sahəsində “Qırmızı” qiyməti ola bilər. Tərsinə çevrilmiş siyahının (indeksin) RƏNG sahəsində 3, 7, 19, 24 və 32 nömrəli göstəricilərlə müşahidə olunan “Qırmızı” yazısı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərsinə çevrilən dünya (film, 2011)
"Tərsinə çevrilən dünya" — rejissor Ənvər Əblucun 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Sədrafilm" kinostudiyasında Azərbaycan və İranın birgə istehsalı ilə lentə aldığı tammetrajlı bədii film. == Məzmun == Filmdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində cinayətkar dəstənin fəaliyyətinə son qoyulmasından, eləcə də Azərbaycan və İran strukturlarının narkobizneslə birgə mübarizəsindən bəhs edilir. Ekran əsəri həmçinin gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına təkan verəcək maarifləndirici bir işdir. == Film haqqında == Film Azərbaycan və İranın ilk müştərək kino layihəsidir. Filmin premyera günündə daxili işlər nazirinin əmri ilə yaradıcı kollektivin bir qrupuna mükafatlar təqdim olunub.
Tərsəbulaq (Üşnəviyyə)
Tərsəbulaq (fars. ترسه بلاغ‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (38 ailə).
Tərsəçay
Tərsəçay Ermənistanda yerləşən bir çaydır. Ermənicə adı Getikdir. Çəmbərək rayonundan başlayaraq Qaraqoyunlu dərəsiylə axaraq Dilican rayonu ərazisində Ağstafaçaya tökülür. Mənbəyi dəniz səviyyəsindən 2450 metr yüksəklikdə yerləşir. Çayın uzunluğu 58 km-dir. Hövzəsinin ümumi sahəsi 581 km²-dir. Axım sürəti dəqiqədə 31,9 km-dir. Əsasən qar və yağış sularıyla qidalanır. Qaraqoyunlu mahalının Polad Ayrım, Salah, Qaraqaya (Qaraqoyunlu), Çaykənd (Qaraqoyunlu) və Gölkənd kəndləri Tərsəçayın sahilində yerləşir.
Xələç tərsanələri
Xələc tərsanələri (türk. Haliç Tersaneleri) — Türkiyədə İstanbul şəhəri daxilində, Qızıl buynuz (Xələç) buxtasında tərsanə. 1455-ci ildən fəaliyyət göstərən dünyanın ən qədim tərsanələrindən biri. Osmanlı imperiyası dövründə hərbi donanmanın əsas bazası. Hal-hazırda gəmi tərsanəsi, 1851-ci ildən fəaliyyət göstərən İstanbulda gəmi xidmətində ixtisaslaşmış, gəmiqayırma zavodunda təmir və təmir işləri aparan "Şehir Hatları A.Ş." nəqliyyat şirkətinə məxsusdur.. Xələc tərsanəsi, İstanbulun Beyoğlu səmtindəki Kasımpaşa məhəlləsində təxminən 70 hektar ərazidə yerləşir. Gəmiqayırma zavodu 475 metr dəniz sahiləni tutur, hazırda istifadə olunmayan üç dok və iki gəmiqayırma zavodundan ibarətdir. Gəmiqayırma zavodunun metal emalı həcmi ildə 3000 ton təşkil edir ki, bu da müxtəlif yerdəyişməli gəmilərə üç dokda xidmət göstərməyə imkan verir: 118.75 × 22.20 × 13.50 m, 83.50 × 16.00 × 10.50 m və 153.40 × 19, 20 × 9.56 m. 28 kruiz gəmisinə malik tərsanə sahibinin bütün donanmasına xidmətdən əlavə olaraq, İstanbul şəhər bələdiyyəsinin (İBB), Üsküdar bələdiyyəsinin ISTAÇ Bələdiyyə Tullantıları Müəssisəsi, Türk Dəmir Yolu (TCDD), Əsas Sahil Mühafizəsi, Ədliyyə Nazirliyi, digər dövlət qurumları, neft və qaz şirkəti BOTAŞ gəmilərinə və həmçinin şəxsi gəmilərə də xidmət göstərir. == Tarixi == Osmanlı Donanması Sultan II Mehmed tərəfindən yaradılmış və 1453-cü ildə Konstantinopolu almasına imkan vermişdi.
Tərsanə
Tərsanə və ya verf — gəmilərin tikintisi və ya təmiri üçün yer və ya müəssisə. Sovet dövründə bu cür müəssisələr üçün "gəmiqayırma zavodu" adından istifadə olunurdu. O, gəmilərin və gəmilərin tikintisi, konvertasiyası, modernləşdirilməsi, təmiri və utilizasiyası üzrə ixtisaslaşmışdır. == Etimologiyası == Tərsanə sözü Azərbaycan dilinə italyan dilindəki "tersaná" sözündən keçmişdir, bu söz isə öz növbəsində ərəb dilində "darüssəna" (ərəb. دَار اَلصِّنَاعَة‎‎, mənası – "sənaye evi") sözündən yaranmışdır. Verf sözü Niderland dilindəki "werf" sözündən keçmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Альфред Генрихович Нюберг. Верфь // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Tərsinə çevrilən dünya
"Tərsinə çevrilən dünya" — rejissor Ənvər Əblucun 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Sədrafilm" kinostudiyasında Azərbaycan və İranın birgə istehsalı ilə lentə aldığı tammetrajlı bədii film. == Məzmun == Filmdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində cinayətkar dəstənin fəaliyyətinə son qoyulmasından, eləcə də Azərbaycan və İran strukturlarının narkobizneslə birgə mübarizəsindən bəhs edilir. Ekran əsəri həmçinin gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına təkan verəcək maarifləndirici bir işdir. == Film haqqında == Film Azərbaycan və İranın ilk müştərək kino layihəsidir. Filmin premyera günündə daxili işlər nazirinin əmri ilə yaradıcı kollektivin bir qrupuna mükafatlar təqdim olunub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.45 dəfə / 1 mln.
2003 ••• 0.39
2005 ••••• 0.67
2006 •• 0.23
2007 ••••••• 1.06
2008 •••••••• 1.22
2009 •••••••• 1.28
2010 •••••••••••• 1.82
2011 ••••••••••• 1.63
2012 •••••• 0.95
2013 •••••••••••••••••••• 3.21
2014 •••••••••••••• 2.23
2015 ••••••••••••••••••• 2.89
2016 ••••••• 1.04
2017 •••• 0.49
2018 ••••••• 1.05
2019 •••••• 0.83
2020 •••••••••••••••• 2.52

tərs sözünün leksik mənası və izahı

  • 1 is. və sif. 1. Bir şeyin əks tərəfi, arxası, dalı. Nəzarətçi söyüş söydü və sağında dayanmış növbətçinin qırmızı yanağına əlinin tərsi ilə ağır bir şillə vurdu. M.Hüseyn. [Veys] …səliqəsiz qara bığlarını əlinin tərsi ilə silib, borc və nisyə dəftərlərini götürdü. Ə.Əbülhəsən. // Parçanın və s. dal üzü (avand əksi). Parçanın tərsi. 2. Biri o birisinin əvəzinə və ya əksinə olan. Ayaqqabını tərs geymək. 3. Öz dediyindən, öz əməlindən, öz xasiyyətindən əl çəkməyən, tərslik edən; inad, höcət. [Mehralı:] Musa çox tərs adamdır, sən onun dilini bilməzsən. S.Rəhman. [Qızyetər:] Rüstəm dayı əl qatmasa Şirzadın işi düzələn deyil. Elə bir tərsə rast gəlib ki!… M.İbrahimov. 4. Acıqlı, hirsli, qaşqabaqlı. Sarı özü də işlər müdirinin tərs baxışlarından bir növ mətləbi anlayırdı. S.Rəhimov. Mirzə yenə üzümə tərs baxdı. Mir Cəlal. 5. Əksinə, tərsinə. [Məhəmməd:] Ey müəllim, sən mənə neçə il dərs demisən; İndi belə görünür, hər şeyi tərs demisən. B.Vahabzadə. ◊ Tərs damarına düşmək (salmaq), tərs damarı (tərsliyi) tutmaq – tərsliyə başlamaq, tərslik eləmək, dediyindən, öz əməlindən, öz bildiyindən əl çəkməmək; inad etmək. [İmran:] [Ananın] tərs damarına düşdü, qurtardı. M.Hüseyn. [Rüstəm:] Görürsən tərs damarı tutub, danışma, çıx get, havası keçəndə qayıt… M.İbrahimov. [Nisə xanım Zakirova:] Nə qədər dedim ki, uşağa ayda bir-iki min cibxərcliyi göndər, saldın tərs damarına. Ə.Məmmədxanlı. Tərs damarını sındırmaq – tərslikdən vaz keçməsinə nail olmaq, yumşaltmaq, yola gətirmək, razılığına nail olmaq. [Xəlil:] …Yığsın başına dost-aşnanı, o Əliqulu kişinin tərs damarını sındırsın. S.Rəhman. Tərs kimi – elə bil, acıqdan, əksinə. [Mərcan bəy:] Tərs kimi kəbin pulu da beş min manat yazılıb. Ü.Hacıbəyov. Yumurtası tərs gəlmək – əl-ayağa düşmək, bir yerdə qərar tapa bilməmək, özünə yer tapa bilməmək. Yumurtası tərs gəlmiş toyuq kimi – bir yerdə qərar tapa bilməyən, özünə yer tapa bilməyən adam haqqında.

    Azərbaycan dilinin izahlı lüğəti / tərs

tərs sözünün etimologiyası

  • 1 Tovuz rayonunda (Alakol kəndində) qaratikan kolu basmış bir sahə vardı. Ona tərs yer deyirdilər. Buradakı tərs sözünün mənası “dönük” (превратный), “avand olmayan” deməkdir, amma bizim mövcud lüğətlərdə sözün bu anlamı əksini tapa bilməyib. Tərs yer –“fayda verməyən, xeyirsiz yer” kimi başa düşülür. Tərs sözü həm də “грубый”, “резкий” anlamlarında işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / tərs

tərs sözünün sinonimləri (yaxın mənalı sözlər)

tərs sözünün antonimləri (əks mənalı sözlər)

tərs sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 TƏRS I sif. İnad, höcət. Həm ürəyi yumşaqdır, sadədir, həm də tərsdir (M.İbrahimov). TƏRS II sif. O biri üzü. Yazıq! Bu arzular dönsə tərsinə; O öz hisslərinə qarışıb yenə; Həyatdan-nəşədən kənar qalacaq (S.Vurğun). TƏRS III zərf Əyri. Ərşir ona tərs bir nəzər salıb susdu (X.Hasilova).

    Azərbaycan dilinin omonimlər lüğəti / tərs

tərs sözünün rus dilinə tərcüməsi

  • 1 упрямый, упорный, своенравный, несговорчивый, неподатливый

    Azərbaycanca-rusca lüğət / tərs
  • 2 I прил. 1. обратный: 1) оборотный, противоположный внешней, верхней, лицевой стороне чего-л. Kağızın tərs tərəfi обратная сторона бумаги 2) мат. такой, при котором увеличение одного вызывает уменьшение другого и наоборот. Tərs mütənasiblik обратная пропорциональность, tərs funksiya обратная функция 2. тыльный (обращённый наружу, внешний). Əlinin tərs tərəfi ilə alnının tərini sildi тыльной стороной руки вытер пот со лба 3. изнаночный (оборотный, нижний, внутренний – о нелицевой стороне чего-л.). Parçanın tərs (astar) tərəfi изнаночная сторона ткани 4. перен. упрямый (стремящийся поступить по-своему, неуступчивый, строптивый, поступающий вопреки здравому смыслу, необходимости). Tərs uşaq упрямый ребёнок II сущ. 1. изнанка (оборотная, нелицевая сторона чего-л.) Parçanın tərsi изнанка ткани, paltarın tərsi изнанка платья, xalçanın tərsi изнанка ковра 2. упрямец, упрямица. Bu tərs heç kəsə qulaq asmır этот упрямец никого не слушается III нареч. 1. наизнанку. Köynəyi tərs geyinmək надеть рубашку наизнанку 2. наоборот. Çəkmələri tərs geyinmək надеть сапоги наоборот 3. косо. Tərs baxmaq kimə косо смотреть на кого ◊ tərs damarı tutub kimin заупрямился, заартачился, упёрся как бык кто; tərs damarına salmaq заупрямиться; tərs damarını sındırmaq kimin побороть упрямство чьё; tərs damarına düşüb см. tərs damarı tutub; işi tərs gətirdi не повезло к ому; tərs kimi как на грех, как назло; yumurtası tərs gəlmiş toyuq kimi суетливо, беспокойно, торопливо

    Azərbaycanca-rusca lüğət / tərs

tərs sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. stubborn, obstinate; persistent; ~ adam stubborn man*; ~ damarı tutmaq to be* obstinate / pig-headed; (at) to jib, to be* restive II. s.: ~ üzü the wrong side (of smth.) III. z. back to front, the wrong / the other way; O hər şeyi tərs edir He (she) does everything the wrong way round; ~ baxmaq to look sourly; ~ gəlmək to be* the wrong way about, to be* in the opposite direction; ~ getmək to go* wrong, to turn out badly

    Azərbaycanca-ingiliscə lüğət / tərs

tərs sözünün fransız dilinə tərcüməsi

tərs sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ., прил. 1. терс пад, акси пад; далу пад, далу (мес. гъилин); кӀан пад, чӀуру пад (парчадин ва мс.); 2. нареч. терсина; аксина; 3. терс, терсвал ийидай, терсе; гьуьжетдай, инадкар (мес. кас); 4. терс, хъел авай, хъел квай, ччин чӀуру, атӀугъай; // нареч. хъел аваз, хъел кваз, ччин чӀурна (мес. килигун); ** tərs damarına düşmək (salmaq), tərs damarı (tərsliyi) tutmaq терс тах (дам) къарагъун, терс дамуна гьатун, терсвал авун, вичиз чидайдалай, вичи лагьайдалай, вичин амалрилай гъил къачун тавун; гьуьжетун; tərs damarını sındırmaq хъуьтуьларун, рекьив гъун, терсвилелай гъил къачуз туна разивилиз гъиз хьун; tərs kimi къастунай хьиз, хъиляй хьиз, аксина; yumurtası tərs gəlmək кака галай верч хьиз хьун, са чкадал кьарай татун (акъваз тавун), вичиз вич тадай чка жугъун тавун, нарагьат хьун; yumurtası tərs gəlmiş toyuq kimi кака галай верч хьтин, са чкадал кьарай текъвер, вичиз вич тадай чка жигъин тийир (кас).

    Azərbaycanca-ləzgicə lüğəti / tərs

tərs sözünün türk dilinə tərcüməsi

tərs sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. qorxu.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"tərs" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tərs nədir? #tərs sözünün mənası #tərs nə deməkdir? #tərs sözünün izahı #tərs sözünün yazılışı #tərs necə yazılır? #tərs sözünün düzgün yazılışı #tərs leksik mənası #tərs sözünün sinonimi #tərs sözünün yaxın mənalı sözlər #tərs sözünün əks mənası #tərs sözünün etimologiyası #tərs sözünün orfoqrafiyası #tərs rusca #tərs inglisça #tərs fransızca #tərs sözünün istifadəsi #sözlük