təvazökar sözü azərbaycan dilində

təvazökar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təvazökar • 95.7064%
  • Təvazökar • 2.9086%
  • TƏVAZÖKAR • 1.3850%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təvazökar moda
Təvazökar moda və ya təvazökar sarğı termini, daha az açıq paltar geyinən qadınlarda, xüsusən inanc, din və ya şəxsi üstünlük səbəbiylə mənəvi və üslubi tələblərini təmin edəcək şəkildə bir moda trendini ifadə edir. 'Təvazökarın' dəqiq təfsiri mədəniyyətlərə və ölkələrə görə dəyişir. Hər bir ölkənin sosial-mədəni xüsusiyyətlərindən təsirləndiyi üçün birmənalı şərh yoxdur. Müxtəlif şərhlərin xaricində hamı təvazökar modanın geniş paltar, rahat geyinmə və bədən cizgilərini bildirməyən, insanın öz rahatlığına uyğun olaraq örtülmə mənasına gəldiyini bildirilir. == Tarixi == "Təvazökar" ifadəsi dini baxımdan fərqli şərhlərə sahib ola bilər. Oxşar xüsusiyyətləri ; məsələn, bir çox xristian, yəhudi və müsəlman qadın, baş örtüyünü tətbiq edir; xristian qadınlar baş örtüyü, yəhudi qadınlar tixel və müsəlman qadınlar hicab taxırlar. 28 iyul 2015-ci ildə təvazökar moda üçün təlimatların təyin edilməsi məqsədi ilə Turində bir dünya paneli keçirildi. Bu böyüyən fenomen London Moda Kollecindən İngilis professor Reina Lewis kimi alimlər tərəfindən öyrənilmişdir. Mövzuyla əlaqədar əsərləri arasında 'Təvazökar Moda: Styling Bodies, Mediating İnam' (2013) və 'Müsəlman Moda: Çağdaş Stil Kültürləri' (2015) adını çəkə bilərik. 2018-ci ilin sonlarında təvazökar moda 250 milyard dollarlıq bir sənaye olaraq qəbul edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.44 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 ••••••••••••••••• 5.51
2004 ••••••••• 3.03
2005 •••••••• 2.70
2006 •••••••• 2.48
2007 ••••••••••••••• 4.86
2008 •••••••••••••• 4.63
2009 •••••••• 2.40
2010 ••••••• 2.09
2011 ••••••• 2.32
2012 •••••• 1.89
2013 ••••••••• 2.77
2014 •••••••••• 3.26
2015 •••••• 2.04
2016 ••••• 1.56
2017 ••••• 1.63
2018 •••••• 1.95
2019 ••••• 1.39
2020 •••••• 1.99

təvazökar sözünün leksik mənası və izahı

  • 1 sif. [ər. təvazö və fars. …kar] bax təvazölü. Təvazökar adam. Təvazökar alim. – Bütün mülahizələrdən Firidun belə nəticəyə gəldi ki, Şəmsiyyə xanımla gələcək əlaqələrində mümkün qədər təvazökar (z.) dolanmalıdır. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / təvazökar

təvazökar sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ədəbli — sakit — sadə — dinc — utancaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / təvazökar
  • 2 TƏVAZÖKAR [Mədinə:] Xoşuma gələn odur ki, çox təvazökardır (M.İbrahimov); SADƏLÖVH Molla onun möcüzələrinə inanaraq öz dövlətini gümüşə dəyişmək üçün gətirən sadəlövh, avam əhalini əsli olmayan gümüşlə aldadıb talayır (Ə.Haqverdiyev); TÜRKƏSAYA(Q) (dan.) Yazıq türkəsaya adamdır, birdən keçər bir cüvəllağının əlinə.. (M.İbrahimov); ŞİKƏSTƏNƏFS Bu adam nə həqirdir, nə şikəstənəfsdir (C.Məmmədquluzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / təvazökar

təvazökar sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 TƏVAZÖKAR – LOVĞA O çox az danışan və təvazökar adamdı (S.Vəliyev); Elə buna görə də bəzən lovğa, özündən razı, qeyri-səmimi şəxslər böyük vəzifə tutur (İ.Fərzəliyev).

    Azərbaycan dilinin antonimlər lüğəti / təvazökar

təvazökar sözünün rus dilinə tərcüməsi

  • 2 I прил. скромный: 1. такой, который не любит выставлять напоказ свои достоинства, хвастать(ся) своими заслугами; лишенный тщеславия, высокомерия. Təvazökar alim скромный ученый 2. сдержанный в обращении, поведении, соблюдающий приличия в словах, поступках. Utancaq və təvazökar bir qız застенчивая и скромная девочка 3. свидетельствующий о сдержанности, благовоспитанности. Təvazökar görkəm скромный вид II нареч. скромно. Özünü təvazökar aparmaq вести себя скромно

    Azərbaycanca-rusca lüğət / təvazökar

təvazökar sözünün inglis dilinə tərcüməsi

təvazökar sözünün fransız dilinə tərcüməsi

təvazökar sözünün ləzgi dilinə tərcüməsi

təvazökar sözünün türk dilinə tərcüməsi

təvazökar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. və f. özünü sadə tutan.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"təvazökar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təvazökar nədir? #təvazökar sözünün mənası #təvazökar nə deməkdir? #təvazökar sözünün izahı #təvazökar sözünün yazılışı #təvazökar necə yazılır? #təvazökar sözünün düzgün yazılışı #təvazökar leksik mənası #təvazökar sözünün sinonimi #təvazökar sözünün yaxın mənalı sözlər #təvazökar sözünün əks mənası #təvazökar sözünün etimologiyası #təvazökar sözünün orfoqrafiyası #təvazökar rusca #təvazökar inglisça #təvazökar fransızca #təvazökar sözünün istifadəsi #sözlük