* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Doğulma, anadan olma, dünyaya gəlmə, doğum. Hacı Nəsir … oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqirfüqərasına pul və xörək payladı. S.S.Axundov. Təvəllüd tarixi heç bir yerdə qeyd edilmiş olmadığından [Rüstəmin] yaşını doğru bilən yox idi. T.Ş.Simurq. □ Təvəllüd şəhadətnaməsi (kağızı) – doğum kağızı, təvəllüdnamə. Realni məktəbin birinci sinfinə 11-12 yaşından yuxarı şagirdlər qəbul edilməyirdi, buna görə də yaş göstərən təvəllüd şəhadətnaməsi tələb olunurdu. T.Ş.Simurq.
Azərbaycan dilinin izahlı lüğəti / təvəllüd2 ə. 1) dünyaya gəlmə; doğulma, doğum; 2) hasil olma, zahir olma, meydana çıxma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / təvəllüd1 Ərəbcə övlad, valideyn, validə, mövlud sözləri ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / təvəllüd2 сущ. рождение (появление на свет). Uşağın təvəllüdünü şadlıq etmək устроить торжество по случаю рождения ребёнка, təvəllüd tarixi дата (год, месяц, день) рождения. Uşağın təvəllüd tarixini qeyd etdirmək зарегистрировать дату рождения ребёнка; təvəllüd şəhadətnaməsi свидетельство о рождении; hansı təvəllüddənsən? ты с какого года? (ты какого года рождения?); təvəllüd etmək рождаться, родиться
Azərbaycanca-rusca lüğət / təvəllüd1 I. i. birth II. s. birth; ~ günü birthday; ~ yeri birth-place
Azərbaycanca-ingiliscə lüğət / təvəllüd1 [ər.] сущ. тевеллуьд, дидедиз хьун, хун, дуьньядиз атун; təvəllüd şəhadətnaməsi (kağızı) тевеллуьддин шагьадатнама (ччар), метрика (хунухин, яшдин гьакъинда ччар).
Azərbaycanca-ləzgicə lüğəti / təvəllüd