təxribat sözü azərbaycan dilində

təxribat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təxribat • 92.3159%
  • Təxribat • 7.6133%
  • TƏXRİBAT • 0.0708%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təxribat (1990)
Təxribat (film, 1989)
Filmin qəhrəmanı Zaur (Elxan Cəfərov) Əfqanıstanda öz "beynəlmiləlçilik borcu"nu yerinə yetirib doğma Bakıya qayıdır. O, neftayırma müəssisələrindən birində çalışan atasının (Həsən Məmmədov) həbs olunduğunu eşidəndə həqiqəti aydınlaşdırmağa çalışır... Hadisələrin sonrakı inkişafı prosesində qəhrəman həqiqəti üzə çıxarmaq naminə apardığı axtarışlar zamanı bir sıra çətinliklərlə qarşılaşmalı olur. Film laqeydlik haqqındadır. Bu, müasir dövrün bəlasıdır. Adamlar bir-birindən uzaqlaşırlar. Münasibətlərdə nəsə anlaşılmazlıqlar yaranıb. Nədir bunların səbəbi? Elə bil əvvəlki yaxınlıq, münasibət ərşə çəkilib. Ümumiyyətlə filmdə süjetlər çoxdur.
Təxribat (film, 1990)
Qleyvits təxribatı
Qleyvits radio stansiyasına hücum və ya Qleyvits təxribatı, həmçinin "Konserva" əməliyyatı (alm. Gleiwitz‎; pol. Prowokacja gliwicka) — SS tərəfindən 31 avqust 1939-cu ildə Almaniyanın Polşaya hücumu üçün bəhanə yaratmaq üçün genişmiqyaslı "Himmler əməliyyatı" çərçivəsində həyata keçirilmiş Qleyvits (indiki Qlivise) şəhərində Alman radiostansiyasına Polşa tərəfinin hücumunun səhnələşdirilməsi. Sərhəd münaqişəsinin planını Adolf Hitlerin əmri ilə Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəisi Reynhard Heydrix və onun tabeliyində olan VI-F qrupunun rəhbəri (təxribat) SS Şturmbannfüreri Alfred Nauyoks hazırlamışdı. Təxribatın məqsədi Almaniyanın Polşaya hücumunun yalnız Almaniyanın Polşa tərəfinin alman sakinlərinə qarşı zorakılıq aktlarına reaksiya göstərməsi kimi təqdim etmək idi. 1939-cu ilin avqustunda Polşa ordusunun formasını geyinən SS döyüşçüləri Qleivitsa şəhərində alman radio yayımçısına hücum etdilər. Beynəlxalq ictimaiyyətə öldürülmüş "polyak əsgərlərin" meyitləri təqdim edildi. Əslində qətlə yetirilən "polyak əsgərlər" Zaksenhauzen həbs düşərgəsində ölən əsirlər idi. 1 sentyabr 1939-cu il tarixində Alman qoşunları Polşaya hücum etdi və İkinci Dünya Müharibəsi başladı. SS-in Qleyvits təxribatına dair dəlillər SS Şturmbannfüreri Alfred Nauyoks tərəfindən 1945-ci ildə verilmişdir.
Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası
RSFSR Xalq Komissarları Soveti yanında Əksinqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası (rus. Всероссийская чрезвычайная комиссия по борьбе с контрреволюцией и саботажем при Совете народных комиссаров РСФСР, ВЧК при СНК РСФСР) və ya qısaca ÇK — SSRİ xüsusi təhlükəsizlik orqanı. Komissiya 7 dekabr 1917-ci ildə yaradılmışdır. 6 fevral 1922-ci ildə səlahiyyətlərin RSFSR XDİK-si yanında DSİ-yə verilməsi ilə ləğv edilmişdir. Robert Konkvestin məlumatına görə, 1917–1922-ci illərdə ÇK-nın inqilabi tribunallarının və məhkəmədənkənar iclaslarının hökmləri ilə ümumilikdə 140,000 adam güllələnmişdir. Sovet xüsusi xidmət orqanlarının tarixinin tədqiqatçılarından biri, polkovnik Oleq Mozoxin arxiv məlumatlarına əsaslanaraq bu rəqəmi tənqid etmişdir. Onun sözlərinə görə, “bütün qeyd-şərtlər və şişirtmələr nəzərə alındıqda ÇK orqanlarının qurbanlarının sayı 50 min nəfərdən çox ola bilməz". Komissiyanın ölkələrdə əksinqilabla mübarizə aparmaq üçün ərazi bölmələri var idi. "ÇK" abbreviaturasından "çekist" sözü yaranmışdır. Vladimir Lenin onun formalaşmasında əsas ideoloqdur.

təxribat sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “təxrib” söz. cəmi] 1. Müharibə, təbii fəlakət və s. nəticəsində dağıntı. Zəlzələnin törətdiyi təxribat. – …Vətəndaş müharibəsi zamanından qalan təxribatın cansıxıcı əsərləri gözə çarpırdı. H.Nəzərli. [Dünya] müharibəsi öz təxribatını get-gedə artırır, işlər cığırından çıxır, pozulur, dağılırdı. Qantəmir. 2. Xarici dövlət və sinfi düşmən təşkilatları agentinin (və ya agentlərinin) yanğın, partlayış və s. şəklində törətdikləri pozuculuq işi.

    Azərbaycan dilinin izahlı lüğəti / təxribat
  • 2 ə. «təxrib» c. t. 1) müharibə, təbii fəlakət və s. nəticəsində dağıntı; 2) dövlətin həyata keçirdiyi tədbirlərə müxtəlif gizli yollarla mane olma.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / təxribat
  • 3 Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma

    Terminlər lüğəti / təxribat

təxribat sözünün etimologiyası

təxribat sözünün rus dilinə tərcüməsi

  • 1 1. диверсия; 2. диверсионный;

    Azərbaycanca-rusca lüğət / təxribat
  • 2 I сущ. 1. устар. разрушения (повреждения, причиненные войной, стихийным бедствием и т.п.). Müharibənin təxribatları разрушения войны, zəlzələnin törətdiyi təxribat разрушения, причиненные землетрясением 2. диверсия: 1) разрушение, выведение из строя объектов военного, государственного значения в тылу у противника или в какой-л. стране агентами иностранного государства. Təxribat törətmək совершить диверсию, təxribatlar təşkil etmək устраивать диверсии, təxribat baş tutmadı диверсия не удалась 2) подрывная деятельность в какой-л. сфере государственного устройства. İdeoloji təxribatlar идеологические диверсии, gizli təxribat скрытая диверсия II прил. 1. диверсионный. Təxribat aktı диверсионный акт, təxribat hərəkətləri диверсионные действия 2. подрывной. Təxribat təbliğatı подрывная пропаганда

    Azərbaycanca-rusca lüğət / təxribat

təxribat sözünün inglis dilinə tərcüməsi

təxribat sözünün fransız dilinə tərcüməsi

təxribat sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. “təxrib” söz. cəmi] сущ. тахрибат (1. чукӀун, уьцӀуьн (зурзалагдин, дяведин ва мс. нетижада); 2. диверсия (са пачагьлугъдин дяведин ва майишатдин къуват зайифрун патал къастуналди адан къене чинебан душман тир тешкилатри, дестейри, агентри кьиле тухудай цӀаяр ягъунин, хъиткьинрунин ва мс. зиян гунин крар).

    Azərbaycanca-ləzgicə lüğəti / təxribat

təxribat sözünün türk dilinə tərcüməsi

"təxribat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təxribat nədir? #təxribat sözünün mənası #təxribat nə deməkdir? #təxribat sözünün izahı #təxribat sözünün yazılışı #təxribat necə yazılır? #təxribat sözünün düzgün yazılışı #təxribat leksik mənası #təxribat sözünün sinonimi #təxribat sözünün yaxın mənalı sözlər #təxribat sözünün əks mənası #təxribat sözünün etimologiyası #təxribat sözünün orfoqrafiyası #təxribat rusca #təxribat inglisça #təxribat fransızca #təxribat sözünün istifadəsi #sözlük