Təzəpir məscidi
Təzə Pir məscidi — Abşeron ərazisində yerləşən, bütün Şərqdə nadir gözəlliyi ilə diqqəti cəlb edən, yaşı bir əsrdən çox olan tikili.
Bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsi də məhz burada yerləşir. Bu əzəmətli tikilinin həm də maraqlı tarixçəsi var. Bu tarix isə bir daha sübut edir ki, Təzəpir məscidi ziyarətgah timsallı memarlıq abidəsidir. Buranın müqəddəsliyinə tapınan insanlar zaman-zaman bu yeri ziyarət ediblər. Qəbrin itməsinə baxmayaraq həmin türbə bu günə qədər də qorunub-saxlanılır. Müqəddəs türbəyə daxil olmaq üçün pilləkənlərlə məscidin altına düşmək lazım gəlir.
== Tarixi ==
Ziyarətgahın tarixi olduqca qədimlərə, XIV–XV əsrlərə gedib çıxır. Tədqiqatçılar təsdiq edirlər ki, məscidin dərin suxur qatları altında mövcud olan türbəsi, zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olub.