Təşkilatı sözü azərbaycan dilində

Təşkilatı

Yazılış

  • Təşkilatı • 50.9866%
  • təşkilatı • 48.9789%
  • TƏŞKİLATI • 0.0259%
  • TəŞkilatı • 0.0043%
  • təŞkilatı • 0.0043%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hümmət təşkilatı
Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində bir qrup azərbaycanlı ziyalının təşəbbüsü ilə Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Partiyanın sədrliyinə əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı. Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar. Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı. Bolşeviklərin proqramındakı millətlərin öz müqəddəratını təyinetmə prinsipinin cəlbediciliyi və ümumiyyətlə, sosial demokratiyanın mövcud hakimiyyətə müxalifliyi öz xalqını milli əsarətdən qurtarmaq ümidi ilə yaşayan ziyalıları onun sıralarına cəlb edirdi.
Kredit təşkilatı
Kredit təşkilatı — bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır.
Kütlə təşkilatı
Kütlə təşkilatı - tərkibində müəyyən sosial sinifi və ya müxtəlif sosial qatlardan gələn, eyni peşədən şəxsləri və ya cəmiyyətin eyni xüsusiyyətə sahib müəyyən ünsürlərini birləşdirən, təmsil etdiyi kütlənin iqtisadi-demokratik haqq və mənfətlərini müdafiə edən təşkilatlara verilən ad. == Haqqında == Kütlə təşkilatları kapitalist inkişafın və xüsusilə, monopolist kapitalizmin içində daşıdığı uyuşmazlığın ortaya çıxardığı nəticədir. Anlam və xüsusiyyət baxımından QHT-lərdən fərqlidirlər. QHT-lərin mühüm qismi məqsədli təşkilatlanma içərisində müəyyən mərkəzlərə bağlı fəaliyyət göstərməkdədirlər. Lakin, buna əks olaraq, kütlə təşkilatları kütlələrin məhsulu və səsidir. Bu məhsul demokratik prinsiplərin təşkilatlanmanın onurğasına yerləşmiş olmasından meydana çıxmışdır. Burda bəhs edilən demorkatiya xalqın birbaşa demokratiyasıdır. Yəni, xalqın öz təşkilatı içində özünü ifadə edə bilmə azadlığıdır. Kütlə təşkilatı termininin ingiliscə qarşılığı "Political movement"dir. Bu anlamda bütün siyasi hərəkatları özündə ehtiva edir.
Mücahid təşkilatı
İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi. === Fəaliyyəti === Partiya fərdi terror taktikasınıı qəbul etmişdi.
Həmkarlar ittifaqı təşkilatı
Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər istisna olmaqla, hər kəs birlik, o cümlədən həmkarlar ittifaqı yaratmaq və ya ona daxil olmaq, sərbəst fəaliyyət göstərmək hüququna malikdir. Heç kəs həmkarlar ittifaqlarına daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. == SSRİ-də == == Rusiyada == == Azərbaycanda == Həmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmkarlar ittifaqlarının Beynəlxalq hüquq normalarında və BƏT-nın konvensiyalarında hamılıqla qəbul edilmiş hüquqları nəzərdə tutulmuşdur. Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları, 1993-cü ildə həmkarlar ittifaqlarının qurultayında təsis edimiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) birləşirlər. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birlikdə BƏT-ında təmsil olunur, 2000-ci ildən Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. AHİK özündə otuza yaxın sahə həmkarlar ittifaqlarını birləşdirir. Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul edirlər və bu müqavilənin tərəfi kimi (digər tərəf işəgötürən olmaqla) çıxış edirlər.
Milli Kəşfiyyat Təşkilatı
Milli Kəşfiyyat Təşkilatı — Türkiyə Cümhuriyyətinin bölünməz bütövlüyünə, konstitusiya nizamına, varlığına, müstəqilliyinə, təhlükəsizliyinə və milli gücünü meydana gətirən bütün ünsürlərinə qarşı daxildən və xaricdən gələcək mövcud və olabiləcək təhdidlər haqqında məlumat yığmaq, tədbir görmək və lazımlı vəziyyətlərdə əlaqədar mövqeləri xəbərdar etməklə vəzifəli təşkilatdır. Təşkilat Türkiyə Prezidentinə tabedir. Büdcəsi 855 milyon Türk lirəsi təşkil edir. " … Müasir dövlətlərdə olduğu kimi, bizdə də müasir bir kəşfiyyat təşəkkülü qurmaq məcburiyyətindəyik… " (Mustafa Kamal Atatürk, 1925) Dövlətin milli təhlükəsizlik siyasətinin hazırlanmasıyla əlaqədar hər mövzuda kəşfiyyatın tək əldə toplana bilməsi məqsədiylə, 22 iyul 1965-ci il tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən 644 saylı qanun qəbul edilmiş və bu qanun ilə quruluşun adı Milli İstihbarat Təşkilatı (MİT) olaraq dəyişdirilmişdir. Qanun ilə MİT-in bir rəhbər tərəfindən idarə olunması və rəhbərin, qanun ilə təyin olunan vəzifələrin yerinə yetirilməsində yalnız Baş Nazirə qarşı məsul olması nəzərdə tutulmuşdur. MİT, təxminən 19 il davam edə ilə fəaliyyətlərini 644 saylı qanun hökmləri istiqamətində icra etmiş, ancaq sürətlə dəyişən və inkişaf edən şərtlərin işığında yeni bir qanuni tənzimləmənin ehtiyacı ortaya çıxmışdır. Bu məqsədlə, 1 noyabr 1983-cü il tarixində 2937 saylı "Dövlət Kəşfiyyat Xidmətləri və Milli Kəşfiyyat Təşkilatı Qanunu" çıxarılmış olub, qanun 1 yanvar 1984 tarixində qüvvəyə girmişdir. == Tarixi == Ölkələrin bir-birlərinə istiqamətli siyasi, ictimai, iqtisadi və hərbi fəaliyyətləri ilə gözləmələrinin əvvəldən müəyyən olunması ehtiyacının zaman içərisində gedərək artması, xəbər almağa dönük quruluşlanmaların varlığını zəruri etmişdir. Türkiyədə, sistemli və mütəşəkkil xüsusiyyətdə kəşfiyyat təşkilatı qurma cəhdləri, Osmanlı Dövlətinin son illərində başlamışdır. Siyasi birliyin qorunması, ayrılıqçı hərəkətlərin önlənməsi və xüsusilə xarici dövlətlərin Orta şərq üzərində mərkəzləşən fəaliyyətlərinin izlənilə bilməsi üçün fərdi əsasda və məhdud xüsusiyyətdə davam etdirilən kəşfiyyat işlərinin bir mərkəzdən mütəşəkkil şəkildə icra edilməsinə ehtiyac duyulmuş və 17 noyabr 1913 tarixində Ənvər Paşa tərəfindən Təşkilatı Məxsusa adlı kəşfiyyat təşkilatı qurulmuşdur.
Milli İstihbarat Təşkilatı

Müdafiə Sənayesi Təşkilatı
Müdafiə Sənayesi Təşkilatı (MST), əsas vəzifəsi İran İslam Respublikasının Silahlı Qüvvələrini lazımi istehsal gücü və texniki qabiliyyətlərlə təmin etmək olan və İran İslam Respublikası tərəfindən idarə olunan şirkətlər birliyidir. Son illərdə MST, İrana silah ixracatçısı olma imkanı verən ixrac yönümlü fəaliyyətə başlamışdır. == Tarix == 1963-cü ilə qədər İran hərbi sənayesi bir sıra müstəqil fabriklərdən ibarət idi. İranın hərbi sənayesi İranın son şahı Məhəmməd Rza Pəhləvi dövründə dünyaya gəlmişdir. 1973-cü ildə İran Elektronika Sənayesi (İES) xaricdən tədarük edilən silahların yığılması və təmiri üçün göstərilən səyləri birləşdirmək üçün qurulmuşdur. İslam inqilabından əvvəl İran silahlarının çoxunu ABŞ və Avropadan idxal edirdi. 1971–1975-ci illər arasında Şah silahlanma çılğınlığına başladı və yalnız ABŞ-dən 8 milyard dollarlıq silah sifariş etdi. Bu ABŞ-də bir çoxlarını həyəcanlandırdı və 1976-cı ildə silah ixracatı haqqında 1968-ci il qanununu gücləndirdi və onu Silah İxracatına Nəzarət Qanunu olaraq yenidən adlandırdılar. Yenə də ABŞ 1979-cu il İslam İnqilabına qədər İrana böyük miqdarlarda silahlar satmağa davam etmişdir. İranın hərbi potensialını yenidən qurmaq üçün ilk cəhdini edən Məhəmməd Rza Şah Hərbi Sənaye Təşkilatının (HST) yaradılmasına əmr verdi.
Müstəqil Azərbaycan Təşkilatı
Müstəqil Azərbaycan Təşkilatı — 1928-ci ildə Bakıda müsavatçılarla ittihadçıların yaratdığı təşkilat. == Tarixi == 1927-ci ildə gizli fəaliyyət göstərən müsavatçıların kütləvi həbsindən sonra partiyanın fəallığının zəifləməsi müşahidə olunurdu. Bu şəraitdə müsavatçılar ittihadçılarla ümumi təşkilat yaratmağa cəhd göstərdilər. Şəxsi tanışlıq əsasında bir-birinin mənzillərinə toplaşıb siyasi-ədəbi mövzularda söhbətlər edən müsavatçıları və ittihadçıları Sovet hökumətindən ümumi narazılıq birləşdirirdi. 1928-ci ilin mayında belə yığıncaların birində müsavatçılar və ittihadçılar Mirzə Cəlal Yusifzadə , Əli Heydər Babayev, Əhməd Hacıyev, Yusif Əli Əliyev, Yusif Nəcəfov, Məmməd Salayev və b. "Müstəqil Azərbaycan" adlandırdıqları təşkilatı təsis etmək üçün təşəbbüs mərkəzi yaratdılar. Təşkilatın əsas vəzifəsi Azərbaycan mühacirlərinin işi və beynəlxalq vəziyyət haqqında müntəzəm olaraq informasiya almaq üçün Müsavatın xarici Bürosu və onun İrandakı komitələri ilə əlaqə yaratmaq idi. 1928-ci il mayın axırlarında "Müstəqil Azərbaycan" təşkilatının üzvləri Yusifəli Əliyev və Ə. Hacıyev Türkiyənin Bakıdakı vitse- konsulu ilə əlaqə yaratmış və onun vasitəsilə Məhəmməd Əmin Rəsulzadə "Ocaq-Saz" qəzeti, antisovet xarakterli şerlər, M. Ə. Rəsulzadəni ailəsinin məktubunu və Bakıdakı müsavatçıların vəziyyətinə dair məktub göndərmişdilər. Təşkilat sürgündəki müavatçıların vəziyyətini yüngülləşdirmək və Sovet hakimiyyət orqanlarında ümumi vəziyyəti öyrənmək məqsədilə iki nəfər kommunisti öz tərəfinə çəkmişdi. 1928-ci ilin iyulunda kommunistlərdən biri təşkilatın keçirdiyi yığıncaqlarla əlaqədar hökumətin informasiyaya malik olması barədə xəbərdarlıq etmiş və həbslərdən yayınmaq üçün təşkilatın işini dayandırmağı təklif etmişdi.
Mərkəzi Müqavilə Təşkilatı
Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur. SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ ilə İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı. XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.
Bədr Təşkilatı
Bədr Təşkilatı (ərəb. منظمة بدر‎) — qeyri-rəsmi olaraq Bədr Briqadası və ya Bədr Korpusu da adlandırılan, İraqda Ayətullah Seyid Məhəmməd Baqir əl-Həkim tərəfindən qurulmuş bir siyasi partiyadır. Bədr Təşkilatı İran mərkəzli fəaliyyət göstərən Şiə İslam Partiyası tərəfindən idarə olunan İraq İslam Ali Şurasının hərbi qanadı idi. 2003-cü ildə ABŞ və müttəfiqlərinin İraqa müdaxilə etməsindən sonra Bədr döyüşçülərinin əksəriyyəti yenidən qurulan İraq ordusuna və polis qüvvələrinə qatıldılar. Siyasi cəhətdən, Bədr Briqadası və İraq İslam Ali Şurası 2003-cü ildən bəri bir tərəfdə sayılırdı, lakin hal-hazırda hər iki partiya qeyri-rəsmi olaraq ayrılmışdır. Bədr Briqadası qüvvələri və onların İranlı komandirləri 2014-cü ildən etibarən İraqda İraq Şam İslam Dövləti - İŞİD-ə qarşı vuruşmağa başladılar. Hal-hazırda Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsi olan partiyanın lideri İraqın keçmiş nəqliyyat naziri olmuş Hadi əl-Əmiridir. == Tarixi == === İraq İslam Ali Şurası === Təşkilat 1982-ci ildə İraqdakı İslam İnqilabı Ali Şurasının hərbi qanadı olaraq İranda yaradılıb. Səddam Hüseynnin hakimiyyəti dövründə 20 il ərzində İraq ərazisində fəaliyyət göstərdi və İran zabitləri tərəfindən idarə edildi. Əsası İran-İraq müharibəsində İran qoşunları ilə birlikdə vuruşan bir neçə min iraqlı sürgün və qaçqınlardan ibarət idi.
Qeyrihökumət təşkilatı
Qeyri-hökumət təşkilatı və ya qısaca QHT — vətəndaşların birgə məqsəd üçün könüllü qeyri-hökumət, qeyri-dövlət təşkilatları. Bəzən "üçüncü sektor" termini də işlənir. == Həmçinin bax == Transparency International QONQO == Mənbə == Общероссийский классификатор организационно-правовых форм (ОК 028-99 (в ред изменения N 1/99)) Arxivləşdirilib 2009-11-12 at the Wayback Machine Э.Феррис. Религиозные и светские гуманитарные организации Деннис Дeйкзёл, Маркус Моке. Стратегия информационной деятельности международных гуманитарных организаций В.Тишков.
Terror təşkilatı
Terrorçu təşkilat — terror aktları həyata keçirmək məqsədilə yaradılan və ya öz fəaliyyətində terrordan istifadənin mümkünlüyünü qəbul edən təşkilat. Terrorçu təşkilatların fəal dəstələri terror qrupları sayılır. Məhz belə qrupların fəaliyyəti sayısində təşkilat qarşısına qoyduğu məqsədlərə nail olur. == Terrorçu təşkilatlar kimi qəbul olunmuş təşkilatlar == === Avropa === == Mənbələr == Australian Government. "Listing of Terrorist Organisations". 2014-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-07-03. Public Safety and Emergency Preparedness Canada. "Entities list". 2006-11-19 tarixində orijinalından arxivləşdirilib.
Terrorçu təşkilatı

Tramp təşkilatı
The Trump Organization (azərb. "Tramp Orqanizeyşn"‎) — Donald Trampın sahib olduğu 500-ə yaxın biznesdən ibarət konqlomerat. Bu bizneslərdən təxminən 250-si Trampın adından istifadə edir. Konqlomerat 1923-cü ildə Donald Trampın nənəsi Elizabet Krist Tramp və atası Fred Krist Tramp tərəfindən "E.Trump & Son" olaraq quruldu. Konqlomerat müxtəlif təsis şirkətləri və ortaqlıqları sayəsində daşınmaz əmlakın inkişafı, sərmayə qoyuluşu, vasitəçilik, satış, marketinq və əmlak idarəçiliyində maraqlara sahib olmuşdur. Konqlomeratın subyektləri müxtəlif ölkələrdə yaşayış daşınmaz əmlakına, otellərə, kurortlara , yaşayış qüllələrinə və qolf sahələrinə sahiblik edir, sərmayə qoyur və inkişaf etdirirlər. Tramp adı altında inşaat, mehmanxana, qumarxana, əyləncə, kitab və jurnal nəşri, yayım mediası, model rəhbərliyi, pərakəndə satış, maliyyə xidmətləri, qida və içkilər, biznes təhsili, onlayn səyahət, ticarət, özəl aviasiya və gözəllik yarışmaları fəaliyyət göstərir. Konqlomeratın subyektləri, həmçinin "The Apprentice" canlı televiziya proqramının françayzinqini istehsal edən Nyu-York televiziya istehsal şirkətinə də sahibdirlər. Pərakəndə satış sahələrinə moda geyimləri, zərgərlik və aksesuarlar, kitablar, ev əşyaları, işıqlandırma məhsulları, vanna otağı aksesuarları, yataq dəstləri, ətir məhsulları, kiçik dəri məmulatları, araq, şərab, qab-qacaq, biftek, şokolad və qablaşdırılmış bulaq suyu daxildir. == Donald Trampın rəhbərliyi == Donald Tramp Pensilvaniya Universitetində oxuyarkən atasının şirkətində təcrübə keçdi və 1968-ci ildə rəsmi olaraq şirkətə qoşuldu.
Xeyriyyə təşkilatı
Xeyriyyə təşkilatı, ehtiyacı olanlara kömək etmək üçün qurulan qeyri-kommersiya təşkilatıdır. İnsanların pulsuz istifadəsi üçün bir xeyriyyə təşkilatı və ya xeyriyyəçi tərəfindən inşa edilən bulaq, məktəb və xəstəxana kimi tikililərə xeyriyyəçilik üçün tikilmiş binalar deyilir. Xeyr, ərəb dilindən Azərbaycan dilinə keçən bir söz olub, mənası "qarşılıq gözləmədən edilən yaxşılıq" deməkdir. == Fəaliyyət sahəsi == Xeyriyyəçilik təşkilatları çox geniş sahələrdə fəaliyyət göstərirlər. Məsələn, həm yaşlılara, həm küçə uşaqlarına, həm kasıblara, həm sahibsiz heyvanlara, həm qaçqınlara, həm müəyyən bir xəstəlikdən əziyyət çəkən insanlara həm maddi baxımdan, həm də mənəvi bacuny yardım etməyə çalışan xeyriyyə təşkilatları olduğu kimi, təbiətin və ətraf mühitin qorunması üçün fəaliyyət göstərən xeyriyyə təşkilatları da mövcuddur. == Maliyyə == Xeyriyyə təşkilatlarının fəaliyyəti, ümumiyyətlə, toplanan yardım və ianələr hesabına maliyyələşdirilir. Bundan əlavə, bəzi xeyriyyə təşkilatları hökumətlər və beynəlxalq təşkilatlar tərəfindəndə dəstəklənirlər. Bəzi xeyriyyə təşkilatlarının xərcləri onların adından yaradılan fondlar vasitəsilə təmin edilir.
İldırım təşkilatı
İldırım təşkilatı – 1942-ci ildə Azərbaycanda sovet işğalına qarşı yaradılmış gizli, millətçi tələbə təşkilatı. Təşkilat üzvlərinin hədəfləri Azərbaycan dilinin qorunması və istifadəsinin genişləndirilməsi, yüksək vəzifələrə azərbaycanlıların təyin edilməsi və müstəqil Azərbaycanın qurulması olub. 8 nəfərdən ibarət olan təşkilatın bütün üzvləri 1948-ci ildə həbs olunublar. Azərbaycan SSR Ali Məhkəməsi tərəfindən bütün əmlakları müsadirə olunmaq şərtilə 5 il seçki hüququndan və azadlıqdan məhrum olunublar. Onlardan 3 nəfərə 25 il qalan 5 nəfərə isə 10 il həbs cəzası verilib. Həbsdən azad olunduqdan sonra hər biri təhsillərini davam etdiriblər. Öz sahələrində yüksəlib müxtəlif elmi və fəxri adlara layiq görülüblər. == Haqqında == İldırım təşkilatı 1942-ci ildə İsmixan Rəhimov, Hacı Zeynalov və Gülhüseyn Hüseynoğlu tərəfindən yaradılıb. Daha sonra təşkilata Musa Abdullayev, Kamal Əliyev, Azər Ələsgərov, Aydın Vahidov və Kamil Rzayev də qatılıb. Universitet tələbələrindən ibarət olan təşkilatın ümumilikdə 8 üzvü olub.
Bilik təşkilatı
Bilik təşkilatı (ing. Knowledge Organization) — məlumatın və biliklərin strukturlaşdırılması, təsnif edilməsi, saxlanılması və istifadəsi prosesidir. Bu konsepsiya, insanların və ya sistemlərin müəyyən bir mövzuyla bağlı bilikləri necə təşkil etdiyini və bu bilikləri necə tapıb istifadə etdiyini araşdırır. Bilik təşkilatı kitabxanaçılıq, informasiya elmi, idarəetmə və təhsil kimi sahələrdə mühüm rol oynayır və effektiv məlumat mübadiləsi üçün əsasdır. == Əsas məqsədləri == === Məlumatın daha asan tapılması və əldə edilməsi === Yaxşı təşkil edilmiş biliklər məlumatın tez və asan tapılmasına imkan verir. Bu, kitabxana və ya verilənlər bazasında müəyyən bir kitabı, məqaləni və ya faylı tapmaq üçün təsnifat sistemlərinin yaradılması ilə həyata keçirilir. === İnformasiyanın idarə olunması və istifadəsi === Təşkil edilmiş biliklər həm fərdi, həm də təşkilati səviyyədə səmərəli idarə oluna bilər. Məsələn, korporativ məlumatlar düzgün təşkil edildikdə, işçilər lazımi məlumatı tez taparaq qərar qəbul etmədə daha səmərəli ola bilərlər. === Biliklərin paylaşılması və mübadiləsi === Təşkil edilmiş biliklər həm daxili, həm də xarici auditoriya ilə daha rahat paylaşılır. Məsələn, məlumatın yaxşı strukturlandığı bir şirkətdə işçilər bir-birilə daha səmərəli şəkildə bilik mübadiləsi edə bilirlər.
Qeyrihökümət təşkilatı
Qeyri-hökumət təşkilatı və ya qısaca QHT — vətəndaşların birgə məqsəd üçün könüllü qeyri-hökumət, qeyri-dövlət təşkilatları. Bəzən "üçüncü sektor" termini də işlənir. == Həmçinin bax == Transparency International QONQO == Mənbə == Общероссийский классификатор организационно-правовых форм (ОК 028-99 (в ред изменения N 1/99)) Arxivləşdirilib 2009-11-12 at the Wayback Machine Э.Феррис. Религиозные и светские гуманитарные организации Деннис Дeйкзёл, Маркус Моке. Стратегия информационной деятельности международных гуманитарных организаций В.Тишков.
Qarabağ Azadlıq Təşkilatı
Azad Vətən Partiyası — Azərbaycanda fəaliyyət göstərən və 6 sentyabr 2022-ci ildə rəsmi dövlət qeydiyyatına alınmış siyasi partiya. Sədri Akif Nağıdır. Partiya 27 avqust 1993-cü ildə Qarabağ Azadlıq Hərəkatı adı ilə yaradılmış, 28 yanvar 2000-ci ildən Qarabağ Azadlıq Təşkilatı adı ilə fəaliyyət göstərmiş təşkilatın 17 avqust 2022-ci il tarixli qurultayında siyasi partiyaya çevrilməsiylə yaranmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azad Vətən Partiyasının üzvlərinin 70%-i kişi, 30%-i isə qadın olmuşdur. == Tarixi == === Təşkilat dövrü (1993–2022) === Bu təşkilat 1993-cü il avqustun 27-də yaradılıb, ilk adı Qarabağ Azadlıq Hərəkatı olub, 2000-ci il yanvarın 28-də keçirilən qurultayda adın indiki forması qəbul olunub, yəni Qarabağ Azadlıq Təşkilatı. Təşkilatın əsas məqsədi Qarabağın azadlığı olmuşdur. Təşkilat "xalq diplomatiyası" nın əleyhinədir, hesab edir ki, yalnız müharibə bitdikdən sonra "xalq diplomatiyası"ndan istifadə etmək olar. Təşkilat Qarabağ məsələsinin danışıqlar yolu ilə həllinə inanmamışdır, məsələnin hərbi yolla həll ediləcəyi mövqeyində idi. Bu məqsədlə Təşkilat "Qələbə Modeli" adlı sənəd hazırlamışdır. === Partiya dövrü (2022-) === Qarabağa Azadlıq Təşkilatının 17 avqust 2022-ci ildə Bakı şəhəri Badamdar qəsəbəsinin Mədəniyyət Evində VI (yenidən təşkil) Qurultayı keçirilmişdir.
Qardaş Köməyi Təşkilatı
"Qardaş köməyi" təşkilatı — ictimai təşkilat. == Məqsədi == Birinci dünya müharibəsi (1914-1918) illərində Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmişdir. Təşkilatın əsas məqsədi müharibədə əsir düşmüş türk əsgərlərinə, kimsəsizlərə yardım etmək, müalicə olunmalarına kömək göstərmək, onları ərzaqla, geyimlə təmin edib vətənlərinə yola salmaq idi. Cəbhə bölgələrində sahibsiz qalmış türk uşaqlarını toplayıb uşaq evlərinə göndərirdi. == Fəaliyyəti == Təşkilatın Bakı şöbəsi Nargin adasında saxlanılan türk əsirlərinin azad olunmasında böyük şücaət göstərmişdir. Belə ki, gecələr kiçik qayıqlarda Nargin adasına yan alan azərbaycanlılar yüzlərlə əsiri azad edib Türkiyəyə yola salmağa nail olmuşdular. Əsirlərin bəziləri vətənlərinə qayıtmaqdan imtina edərək, Azərbaycanı özlərinə vətən seçmişdilər. O cümlədən, iki türk əsiri azad olunduqdan sonra Mərdəkanda qalmış, ailə qurmuş və XX əsrin sonlarınadək yaşamışlar. Onların törəmələri Mərdəkanda böyük bir nəsil halında yaşamaqdadır. Nağı Şeyxzamanlının verdiyi məlumata görə, təşkilat "Qardaş köməyi" adlı jurnal da nəşr etdirmişdir.
Qeyri-hökumət təşkilatı
Qeyri-hökumət təşkilatı və ya qısaca QHT — vətəndaşların birgə məqsəd üçün könüllü qeyri-hökumət, qeyri-dövlət təşkilatları. Bəzən "üçüncü sektor" termini də işlənir. == Həmçinin bax == Transparency International QONQO == Mənbə == Общероссийский классификатор организационно-правовых форм (ОК 028-99 (в ред изменения N 1/99)) Arxivləşdirilib 2009-11-12 at the Wayback Machine Э.Феррис. Религиозные и светские гуманитарные организации Деннис Дeйкзёл, Маркус Моке. Стратегия информационной деятельности международных гуманитарных организаций В.Тишков.
Qeyri hökumət təşkilatı

Türk Dövlətləri Təşkilatı
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
Türk Müqavimət Təşkilatı
Türk Müqavimət Təşkilatı(qısaca TMT) — Kiprdə 1958-ci il avqustun 1-də EOKA ilə mübarizə üçün silahlı bir təşkilat quruldu. Daha sonra EOKA onu EOKA-B ilə əvəzlədiyi zaman bu təşkilata qarşı vuruşdu. 1 Avqust 1976-cı ildə Kipr Türk Təhlükəsizlik Qüvvələri Komandanlığına çevrildi. Üzvlərinə "mücahid" deyilirdi. 20 iyul 1974-cü ildə Kipr Sülh Hərəkatı başlayanda TMT-nin 17151 üzvü var idi. == Tarixi == Yunan EOKA təşkilatı əvvəlcə İngilislərə qarşı mübarizə üçün 1955-ci ildə quruldu. Təşkilatın ideologiyası olan Enozis, adadakı türk varlığını tamamilə göz ardı etdi. EOKA İngilislərə qarşı mübarizəyə başlayanda İngilis rəhbərliyi çox sayda Kipr Türkünü polis qüvvəsinə cəlb etdi və EOKA hücumlarında Türk polisləri ilə Yunan EOKA-ları qarşı-qarşıya gəldi. EOKA-nın Enozis ideologiyasına söykənən hücumlarından narahat olan Kiprli Türklər və Türkiyə, buna qarşılıq olaraq Taksim ideologiyasını inkişaf etdirdi. Volkan, EOKA'nın Kipr Türklərinə etdiyi hücumlara cavab vermək üçün 1956-cı ildə quruldu.
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (ing. Organisation for the Prohibition of Chemical Weapons) — Mərkəzi Hollandiyanın Haaqa şəhərində yerləşən beynəlxalq təşkilat. Təşkilat, kimyəvi silahların istifadəsinə dair müqaviləyə imza atmış dövlətlərin qaydalara əməl etməsini və kimyəvi silahların istifadəsindən çəkindirilməsi ilə məşğuldur. Eyni zamanda təşkilat aktiv müharibə zonalarında mümkün kimyəvi silahlardan istifadə edilməsi hallarını araşdırır. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının fəaliyyət prinsipləri kimyəvi silahların istifadəsinə dair müqavilə də göstərilmişdir. Əsas orqanın iclası illik keçirilir və bütün üzv dövlət bərabər səsvermə hüququna malikdir. Üzv dövlətlər təşkil edilən görüşlərdə bir nəfər olmaqla nümayəndə və ya Hollandiyada yerləşən səfirliklərinin əməkdaşları hesabına qatılırlar. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının sədri vəzifəsini 2010-cu ildən etibarən Türkiyədən olan nümayəndə Əhməd Üzücü icra edir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT; rus. Организация Договора о коллективной безопасности, Organizacija Dogovora o kollektivnoj bezopasnosti, ODKB) — 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi. Yeni yaradılmış təşkilatın baş katibi vəzifəsinə Nikolay Bordyuja təyin olundu. 23 iyun 2006-cı ildə Özbəkistan KTMT-nin tam hüquqlu üzvü elan olundu və 28 mart 2008-ci ildə özbək parlamenti üzvlüklə bağlı qanunu ratifikasiya etdi. 2012-ci ildə isə Özbəkistan təşkilata üzvlükdən imtina etdi.
Koreya yarımadasında Enerji İnkşafı Təşkilatı
Koreya yarımadasında Enerji İnkşafı Təşkilatı — (ing. The Korean Peninsuala Energy Development Organization-KEDO) . KEDO-nun əsas fəaliyyəti Şimali Koreyada yüngül su reaktorlarının qurulmasına yönəlib. 1994-cü il ABŞ ilə Şimali Koreya arasında Çərçivə razılaşmasının yerinə yetirilməsi məqsədilə yaradılmışdır. 1995-ci il martın 15-də fəaliyyətə başlamışdır. Üzvləri ABŞ, Yaponiya və Cənubi Koreya.
Milli Kəşfiyyat Təşkilatı (Türkiyə)
Milli Kəşfiyyat Təşkilatı — Türkiyə Cümhuriyyətinin bölünməz bütövlüyünə, konstitusiya nizamına, varlığına, müstəqilliyinə, təhlükəsizliyinə və milli gücünü meydana gətirən bütün ünsürlərinə qarşı daxildən və xaricdən gələcək mövcud və olabiləcək təhdidlər haqqında məlumat yığmaq, tədbir görmək və lazımlı vəziyyətlərdə əlaqədar mövqeləri xəbərdar etməklə vəzifəli təşkilatdır. Təşkilat Türkiyə Prezidentinə tabedir. Büdcəsi 855 milyon Türk lirəsi təşkil edir. " … Müasir dövlətlərdə olduğu kimi, bizdə də müasir bir kəşfiyyat təşəkkülü qurmaq məcburiyyətindəyik… " (Mustafa Kamal Atatürk, 1925) Dövlətin milli təhlükəsizlik siyasətinin hazırlanmasıyla əlaqədar hər mövzuda kəşfiyyatın tək əldə toplana bilməsi məqsədiylə, 22 iyul 1965-ci il tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən 644 saylı qanun qəbul edilmiş və bu qanun ilə quruluşun adı Milli İstihbarat Təşkilatı (MİT) olaraq dəyişdirilmişdir. Qanun ilə MİT-in bir rəhbər tərəfindən idarə olunması və rəhbərin, qanun ilə təyin olunan vəzifələrin yerinə yetirilməsində yalnız Baş Nazirə qarşı məsul olması nəzərdə tutulmuşdur. MİT, təxminən 19 il davam edə ilə fəaliyyətlərini 644 saylı qanun hökmləri istiqamətində icra etmiş, ancaq sürətlə dəyişən və inkişaf edən şərtlərin işığında yeni bir qanuni tənzimləmənin ehtiyacı ortaya çıxmışdır. Bu məqsədlə, 1 noyabr 1983-cü il tarixində 2937 saylı "Dövlət Kəşfiyyat Xidmətləri və Milli Kəşfiyyat Təşkilatı Qanunu" çıxarılmış olub, qanun 1 yanvar 1984 tarixində qüvvəyə girmişdir. == Tarixi == Ölkələrin bir-birlərinə istiqamətli siyasi, ictimai, iqtisadi və hərbi fəaliyyətləri ilə gözləmələrinin əvvəldən müəyyən olunması ehtiyacının zaman içərisində gedərək artması, xəbər almağa dönük quruluşlanmaların varlığını zəruri etmişdir. Türkiyədə, sistemli və mütəşəkkil xüsusiyyətdə kəşfiyyat təşkilatı qurma cəhdləri, Osmanlı Dövlətinin son illərində başlamışdır. Siyasi birliyin qorunması, ayrılıqçı hərəkətlərin önlənməsi və xüsusilə xarici dövlətlərin Orta şərq üzərində mərkəzləşən fəaliyyətlərinin izlənilə bilməsi üçün fərdi əsasda və məhdud xüsusiyyətdə davam etdirilən kəşfiyyat işlərinin bir mərkəzdən mütəşəkkil şəkildə icra edilməsinə ehtiyac duyulmuş və 17 noyabr 1913 tarixində Ənvər Paşa tərəfindən Təşkilatı Məxsusa adlı kəşfiyyat təşkilatı qurulmuşdur.
Mərkəzi Аsiyа Əməkdaşlıq Təşkilatı
Mərkəzi Asiya İqtisadi Birliyi (1993–2005) — Mərkəzi Asiya regionunda inteqrasiya proseslərinin gücləndirilməsi məqsədilə yaradılmış İqtisadi İttifaq. == Tarixi == Mərkəzi Asiya inteqrasiya proseslərinin gücləndirilməsi məqsədilə 24 sentyabr 1993-cü ildə imzalanmış İqtisadi İttifaq yaradılması haqqında müqavilə əsasında Mərkəzi Asiya İqtisadi Birliyi yaradılmışdır. 1994-cü ilin yanvarında Qazaxıstan və Özbəkistan arasında "Vahid iqtisadi məkan yaradılması haqqında" müqavilə imzalandı. 1994-cü ildə bu müqaviləyə Qırğızıstan, 1998-ci ildə isə iki ildən artıq müşahidəçi statusunda olan Tacikistan qoşuldu. 2011-ci ilin yanvar ayından belə bir status Türkiyə, Gürcüstan və Rusiyaya verilmişdir. == Təşkilatın fəaliyyətinin təşkili == Mərkəzi Asiya İqtisadi Birliyinin işçi orqanı – İcraiyyə Komitəsinə malik Dövlətlərarası Şuradır. Dövlətlərarası Şuranın tərkibində baş nazirlər, xarici işlər və müdafiə idarələri rəhbərləri, şuraları fəaliyyət göstərir. Mərkəzi Asiya İqtisadi Birliyi çərçivəsində 1994-cü ildə Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında imzalanmış sazişə əsasən Mərkəzi Asiya Əməkdaşlıq və İnkişaf Bankı yaradıldı. Bank vasitəsilə hesablaşmalar dönərli valyuta, milli valyuta və Bank Şurası tərəfindən müəyyən olunmuş tərəflərin qarşılıqlı hesablaşmaları əsasında valyutanın məzənnələri ilə həyata keçirilir. == Fəaliyyətinin əsas istiqamətləri == 2001-ci ilin yanvarında keçirilən Almatı sammitində bu planın həyata keçirilməsi üçün ilk addımlar atmağa cəhd edildi: Mərkəzi Asiya İqtisadi Birliyinin iqtisadi forumu yaradıldı; Mərkəzi Asiyada sabitliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişafı və elm və texnika sahəsində əməkdaşlıq məsələlərinə baxıldı; terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə birgə səylər müəyyən edildi.
PKK təşkilatının həyata keçirdiyi teraktların siyahısı
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (1978-1989)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (1980-ci illər)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (1990-1999)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (1990-cı illər)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (2000-2009)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (2000-ci illər)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (2010-2016)
PKK təşkilatının həyata keçirdiyi teraktların xronologiyası (2010-cu illər)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) (ing. Organization of the Black Sea Economic Cooperation) — Qara dəniz regionunda əməkdaşlığın, sülhün, sabitliyin və rifahın gücləndirilməsinə yönəlmiş çoxtərəfli siyasi və iqtisadi təşəbbüslərə diqqət yetirən regional beynəlxalq təşkilat. 4 iyun 1992-ci ildə təsis edilmişdir. == Təsis edilməsi == 25 iyun 1992-ci ildə İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya , Türkiyə, Ukraynanın Dövlət və Hökumət Başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyənnaməsinin (sonradan İstanbul Bəyənnaməsi kimi istinad edilir) imzalanması ilə yaranmışdır. istanbul Bəyənnaməsi ilə bərabər 25 iyun 1992-ci il tarixində 11 ölkə Başçıları tərəfindən Bosfor Bəyənatı da imzalanmışdır. Bu Bəyənat İstanbul Bəyənnaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün vacibliyini ümumi cizgilərdə qeyd edir. 5 iyun 1998-ci ildə Yalta şəhərində iştirakçı dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ildə qüvvəyə minməsi ilə, əməkdaşlıq müxanizmi təşkilat statusu almışdır. Təşkilatın Nizamnaməsinə uyğun olaraq, üzv dövlətlər aşağıdakı sahələrdə əməkdaşlıq edirlər: Ticarət və iqtisadi inkişaf Bank işi və maliyyə Kommunikasiya Enerji Nəqliyyat, kənd təsərrüfatı və aqrar sənaye Səhiyyə və farmaseptika Ətraf mühitin qorunması Turizm Elm və Texnika Gömrük və digər sərhəd orqanları ilə əməkdaşlıq Mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, silah və radioaktiv materialların dövriyyəsi, terror aktları və qeyri-qanuni miqrasiya ilə mübarizə. QDİƏT-in yaradılması, Avropa vahid bazarının yaradılması vaxtı ilə üst-üstə düşmüşdü. Buna görə də, iki sistemin ölkələri arasında qarşılıqlı ticarətin həcmi az olmuşdur.

"təşkilatı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təşkilatı nədir? #təşkilatı sözünün mənası #təşkilatı nə deməkdir? #təşkilatı sözünün izahı #təşkilatı sözünün yazılışı #təşkilatı necə yazılır? #təşkilatı sözünün düzgün yazılışı #təşkilatı leksik mənası #təşkilatı sözünün sinonimi #təşkilatı sözünün yaxın mənalı sözlər #təşkilatı sözünün əks mənası #təşkilatı sözünün etimologiyası #təşkilatı sözünün orfoqrafiyası #təşkilatı rusca #təşkilatı inglisça #təşkilatı fransızca #təşkilatı sözünün istifadəsi #sözlük