Murmansk təşəbbüsləri
Murmansk təşəbbüsləri — Sov.İKP MK-nın Baş katibi M. S. Qorbaçovun 1 oktyabr 1987-ci ildə Murmanskda irəli sürdüyü xarici siyasətlə bağlı təklifləri. Murmansk təşəbbüsləri Barens/Avro-Arktika regionunda əməkdaşlığa bir proloq rolunu oynamışdır.
Təşəbbüslərə aşağıdakılar daxildir:
Şimali Avropada nüvəsiz zonanın yaradılması;
Şimali Avropaya bitişik dənizlərdə dəniz fəaliyyətinin məhdudlaşdırılması;
Şimal və Arktika ehtiyatlarının rasional inkişafı üzrə dinc əməkdaşlıq;
Arktikanın elmi tədqiqi;
Şimalın ətraf mühitin mühafizəsi;
Şimal dəniz yolunun açılması.
Murmansk təşəbbüsləri xaricdə müsbət rəylər almışdır.