ucaboylu sözü azərbaycan dilində

ucaboylu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ucaboylu • 83.7079%
  • Ucaboylu • 14.0449%
  • UCABOYLU • 2.2472%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.40 dəfə / 1 mln.
2003 ••••••••••••• 0.79
2004 •••••• 0.34
2006 •••• 0.23
2007 •••••••••••••••••••• 1.27
2009 ••••••••••••• 0.80
2010 •••••••••••••••••• 1.09
2011 ••• 0.17
2012 ••••••••••• 0.69
2013 •••••••••••• 0.73
2014 ••••••••• 0.51

ucaboylu sözünün leksik mənası və izahı

  • 1 sif. Boyu uca, boylu-buxunlu, qədd-qamətli. Ucaboy oğlan. Ucaboy qadın. – [Əmi] ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. N.Nərimanov. Sona xala kişi təbiətli, ucaqamətli … bir qadın idi. S.S.Axundov.

    Azərbaycan dilinin izahlı lüğəti / ucaboylu

ucaboylu sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 boylu-buxunlu — yekə — yekəpər — gövdəli

    Azərbaycan dilinin sinonimlər lüğəti / ucaboylu
  • 2 UCABOYLU [Kərim:] Anam deyir ki, onların məktəbinə balacaboylu uşaqları qabaqda, ucaboyluları dalda oturdurdular, müəllimin yazdığını gərək hamı görə (M.İbrahimov); CAYDAQ (arıq, uzun) Tahir hələlik, – deyə gülə-gülə uzun, caydaq qıza əl elədi.. (M.Hüseyn); HÜNDÜR Camal atası kimi hündür, enlikürək bir oğlandı (S.Vəliyev); HÜNDÜRBOYLU Ağ xalatlı, hündürboylu, gövdəli bir gənc içəri girdi (Çəmənzəminli); SƏRVBOYLU (şair.) Hüsnünü yad eyləsəm, ay sərvboylu dilbərim; Firqətindən çeşmətək axar gözümdən yaşlar (Xətayi); ŞUMAL (məc.) Heybət qabaqdakı qıvrımsaçlı, qarayanız, şumal oğlana müraciət elədi (M.Hüseyn); UCA Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır.. (C.Məmmədquluzadə); UZUN Uzun motalpapaq bir çoban, Sərxanı heç saymır, ağlına gələni deyirdi (M.Hüseyn); UZUNBOY(LU) Uzunboy, ağbəniz, alagöz Gülbadamı qız ikən kənddə çox adam istəyirdi (N.Nərimanov); UZUNDRAZ (dan.) Uzundraz zabit Vəzirovu xüsusi salonda gözləyirdi (M.İbrahimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / ucaboylu

ucaboylu sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 UCABOYLU – BALACABOYLU Anam deyər ki, onların məktəbində balacaboylu uşaqları qabaqda, ucaboyluları dalda oturdurlar, müəllimin yazdığını gərək hamı görsün (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / ucaboylu

ucaboylu sözünün rus dilinə tərcüməsi

ucaboylu sözünün inglis dilinə tərcüməsi

ucaboylu sözünün fransız dilinə tərcüməsi

ucaboylu sözünün ləzgi dilinə tərcüməsi

  • 1 UCAQAMƏT(Lİ) прил. кьакьан буй (къамат) авай, кьакьан буйдин, буйдиз кьакьан, буй-бухун авай (мес. гада).

    Azərbaycanca-ləzgicə lüğəti / ucaboylu

"ucaboylu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ucaboylu nədir? #ucaboylu sözünün mənası #ucaboylu nə deməkdir? #ucaboylu sözünün izahı #ucaboylu sözünün yazılışı #ucaboylu necə yazılır? #ucaboylu sözünün düzgün yazılışı #ucaboylu leksik mənası #ucaboylu sözünün sinonimi #ucaboylu sözünün yaxın mənalı sözlər #ucaboylu sözünün əks mənası #ucaboylu sözünün etimologiyası #ucaboylu sözünün orfoqrafiyası #ucaboylu rusca #ucaboylu inglisça #ucaboylu fransızca #ucaboylu sözünün istifadəsi #sözlük