udmaq sözü azərbaycan dilində

udmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • udmaq • 97.5410%
  • Udmaq • 1.6393%
  • UDMAQ • 0.8197%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.43 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 3.43
2003 •••••••• 1.57
2004 ••••• 1.01
2006 •••••••••••••• 2.70
2007 •••• 0.63
2008 •••••••••••••••• 3.17
2009 ••••• 0.96
2010 ••••••••• 1.72
2011 •••••••• 1.54
2012 •••••• 1.12
2013 ••••••••••••••••• 3.36
2014 •••• 0.69
2015 •••••••••••••••••••• 4.08
2016 •••••• 1.04
2017 ••••• 0.98
2018 ••••• 0.90
2019 0.14

udmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Oyunda, yarışda üstün gəlmək, aparmaq. Nərddə udmaq. Komanda 3:1 hesabı ilə rəqibini uddu. – [Rəsul] gördü ki, bu zalımlar udduqları pullarla kifayətlənməyib, üstəlik yatdıqları yorğan-döşək və balışları da aparmışlar. “Aşıq Qərib”. [Mərcan bəy:] Mən qumar oynamamışam ki, udam ya uduzam… Ü.Hacıbəyov. 2. Lotereya, loto, istiqraz oynanışında uduş əldə etmək, bəxtinə çıxmaq. Üçfaizli istiqraz bileti üzrə yüz manat udmaq. Pul-şey lotereyasında xalça udmaq. – İkinci tirajda da Ağaverdi bir şey uda bilmir. S.Hüseyn. 3. məc. Bir şeydə üstünlük qazanmaq, fayda, xeyir götürmək, xeyrinə həll olmaq. Hər halda bu məsələdə o uddu. Mübahisəni kim uddu? – Siyasət hər zaman bir oyuncaqdır; Kim usta tərpənsə, o udacaqdır. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / udmaq
  • 2 f. 1. Udlaq əzələlərinin hərəkəti ilə bir şeyi ağız boşluğundan qida borusuna və mədəyə ötürmək. Həbi udmaq. Bütöv tikəni udmaq. – Dəryalar tutdu məni; Naqqalar uddu məni; Əziz, istəkli dostum; Nə tez unutdu məni? (Bayatı). Qoca hülqumunda düyünlənən iri bir tikəni udan kimi oldu. M.Hüseyn. // məc. Öz içinə alıb yox eləmək, məhv eləmək, həmişəlik aparmaq. Arvad yerində qımıldandı: – Necə Ayaz gəlmədi?! Vay, kül mənim başıma, olmaya bu cəhənnəm uşağı da uddu!… M.İbrahimov. Ona çox görmə sən, gəl bu anları; Vuruş bəzən udur qəhrəmanları. M.Rahim. // məc. Ümumiyyətlə, məhv etmək, yox etmək, puç etmək. [Nigar xanım dedi:] Üç igidi udan dağlar; Dağlar, Eyvazı neynədiz?! “Koroğlu”. [Vaqif qapıçıya:] Bu torpaq [Qacarı] da udar. S.Vurğun. // məc. Çökmək, qaplamaq, qavramaq, içinə alaraq görünməz etmək. Çayın dilə gəlmiş suyu sürətlə ətrafa yayılır, o taydakı çəltik və pambıq əkinlərini yalayıb udurdu. Ə.Vəliyev. Ağır buludlar get-gedə yerə enir, elə bil hər şeyi udmaq istəyir. H.Seyidbəyli. 2. məc. Qanunsuz olaraq yiyələnmək, mənimsəmək, yemək, zora salıb almaq. Başqasının malını udmaq. – Rüşvət haramdır, – dedin, aldın, utanmadın! Mali-yetimə “od” deyə uddun da, yanmadın! M.Ə.Sabir. 3. məc. Dözmək, təhəmmül etmək, qatlaşmaq, dözərək sükut etmək, üzə verməmək. [Səkinə] dırnağına … batan iynənin ağrısını udub, uf da demədən yenə öz işi ilə məşğul idi. M.İbrahimov. // məc. Xoşagəlməz, təhqirli bir sözə, hərəkətə sakitcə, etirazsızca dözmək, ötürmək, cavabsız qoymaq, fikir verməmək. Belə sözləri daha ud, bəy! – deyə, Alagöz qışqırıb qaçmaq istərkən Müqim bəy qapının ağzını kəsdi. S.Rəhimov. [Zəhra] Həsənin ona əl qaldırmasını və təhqiranə sözlərini heç cürə uda bilmirdi. M.İbrahimov. [Yunis xalasına:] Əgər sən bilsəydin ki, mən nəyi udub danışmıram… Ə.Məmmədxanlı. 4. məc. Aydın, bütöv deməmək, yarımçıq demək, yaxud heç deməmək. Sözü udmaq. Həyəcandan cümlənin axırını udmaq. – Xəlilov dilinin ucuna gələn sözünü güclə uddu. M.Hüseyn. ◊ Acı həb kimi udmaq – bax udmaq1 3-cü mənada. Qurban sakitcəsinə bu zarafatlara və kəskin sözlərə dözür və hamısını acı həb kimi udurdu. T.Ş.Simurq. Qan udmaq – bax qan. Hava udmaq – təmiz havada dərindən nəfəs alaraq havanı içəri çəkmək, hava udmağa çıxmaq. Dağlarda təmiz hava udmaq. …havasını udmaq məc. – …havası ilə nəfəs almaq. Zəhər kimi udmaq – bax acı həb kimi udmaq. Hər kəs peşmançılığını bir zəhər kimi udmaq istəyirdisə də, bacarmır. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / udmaq

udmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 I UDMAQ Qoca hülqumunda düyünlənən iri bir tikəni udan kimi oldu (M.Hüseyn); HƏZM-RABEDƏN KEÇİRMƏK ..plovu, halvanı, küncələri həzm-rabedən keçirən dövlətlilər və mollalar idi (H.Sarabski). II UDMAQ Amma cütlər, doğrudan da dalbadal gəlir, bəzən özündən xeyli geri qalmış yoldaşı yenə udurdu (M.Hüseyn); BASMAQ (güləşdə) ..o basdığı uşaqlar tamam çolma-çocuq idilər.. (M.F.Axundzadə); QALİB GƏLMƏK/ÇIXMAQ [Sevinc:] Bu mübarizədə qalib çıxmaq üçün gərək ağlın iti olsun, qolun da güclü (Z.Xəlil); QƏLƏBƏ ÇALMAQ/QAZANMAQ Dilarada ədalətin, haqqın qələbə çalacağına möhkəm bir etiqad vardı (M.İbrahimov); APARMAQ (məc.) Sərvinaz Firuzəyə: Çəkişmirəm, aparsam da verməyəcəksən.. (İ.Əfəndiyev); MƏĞLUB ETMƏK.

    Azərbaycan dilinin sinonimlər lüğəti / udmaq

udmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. выиграть; 2. глотать;

    Azərbaycanca-rusca lüğət / udmaq
  • 2 1 глаг. 1. глотать, проглатывать, проглотить: 1) глотая, пропустить через глотку в пищевод и желудок. Həbi udmaq глотать пилюли, tikələri çeynəmədən udmaq проглотить куски не прожёвывая 2) выпить или съесть быстро, жадно, большими глотками. Bu qədər yeməyi əlüstü (bir anda) uddu столько пищи (он) вмиг проглотил 3) перен. выслушивать без всякого протеста что-л. неприятное, оскорбительное. Təhqiri udmaq проглотить оскорбление, acı sözləri udmaq проглотить колкие слова 4) перен. разг. сказать невнятно, не полностью. Axırıncı sözü uddu (он) проглотил последнее слово; o, adətən, sözün sonunu udur он обычно глотает конец слова 2. поглощать, поглотить: 1) вобрать, впитать в себя. Torpaq bütün rütubəti udub земля поглотила всю влагу, səxra sel sularını udub пустыня поглотила селевой поток 2) принять в себя, скрыть в своих недрах. Bu dəniz çox gəmilər udubdur это море поглотило много судов 3) разг. потребовать для себя больших затрат. Təmir bütün pulları uddu ремонт поглотил все деньги ◊ acı həb kimi udmaq (zəhər kimi udmaq) глотать как горькую пилюлю; hava udmaq дышать свежим воздухом; havasını udmaq haranın надышаться воздухом (какого-л. места, учреждения, организации); elə bil dilini udub будто язык проглотил 2 глаг. 1. выигрывать, выиграть: 1) приобрести игрой (в карты, лото и т.п.), получить при розыгрыше (тиража, лотереи и т.п.). Yüz min manat udmaq выиграть сто тысяч манатов, lotereya biletinə udmaq выиграть по лотерейному билету, istiqraz uddu облигация выиграла 2) одержать верх, победу в какой-л. войне, в каком-л. сражении, состязании, борьбе или в игре, в спорте и т.д. Vuruşmanı udmaq выиграть сражение, müharibəni udmaq выиграть войну, məhkəmə prosesini udmaq выиграть судебный процесс, turniri udmaq выиграть турнир, yarışlarda udmaq выиграть на соревнованиях, yoldaşlıq görüşünü udmaq выиграть товарищескую встречу, şahmat partiyasını udmaq выиграть шахматную партию, təsadüfən udmaq выиграть случайно, gözlənilmədən udmaq выиграть неожиданно 3) получить какую-л. выгоду, пользу, какие-л. преимущества от чего-л. Qiymətlərin düşməsindən əhali çox şey udur от снижения цен население выигрывает многое, torpaqların özəlləşdirilməsindən kəndlilər uddular от приватизации земель крестьяне выиграли 2. обыгрывать, обыграть кого-л. (одержать над кем-л. верх в какой-л. игре). Çempionu udmaq обыграть чемпиона, qrossmeysteri udmaq обыграть гроссмейстера ◊ vaxt udmaq выиграть время; mərci udmaq выиграть пари

    Azərbaycanca-rusca lüğət / udmaq

udmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. (müxt. mənalarda) to gain; (oyunda) to be* the winner; lotereyada / kartda ~ to win* in a lottery / at cards; bir kəsdən üç manat ~ to win* three manats of smb.; vuruşmada ~ to win* a battle; oyunda / mərcdə ~ to win* a game / a bet; rəqibini ~ to beat* one’s opponent; (yarışda) asanlıqla ~ to win* easily; d.d. to win* hands down; bir şeydə ~ to profit / to gain by smth.; (şahmatda) bir fiquru ~ to win* a piece; id. 2:0 hesabı ilə ~ to win* two goals to nil

    Azərbaycanca-ingiliscə lüğət / udmaq

udmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 I f. avaler vt ; gober vt ; dévorer vt ; bouffer vt ; engloutir vt II f. gagner vt ; tirer vt le bon lot (numéro) ; vuruşmada ~ remporter une victoire dans la bataille mərcdə ~ gagner le pari

    Azərbaycanca-fransızca lüğət / udmaq

udmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. тухун, кумукьарун, тун; damada udmaq тӀамадал тухун; 2. гъараюн, атун (къумарал ва мс. пул); 3. акъатун, бахтуниз акъатун (лотереядай ва мс.); 4. пер. тухун, винел пад къачун, файда (хийир) къачун, хийирдиз гьял хьун (са кар, месэла).

    Azərbaycanca-ləzgicə lüğəti / udmaq
  • 2 гл. 1. туькьуьнун, хъуьткъуьнун; həbi udmaq дарман туькьуьнун; ilan qurbağanı uddu гъуьлягъди къиб туькьуьнна; // пер. телеф авун, терг авун, пуч авун; 2. пер. къанунсуз рекьелди къачун, вичинди авун, мемекьуьрун, тӀуьн (чарадан мал); 3. пер. туькьуьнун, эхун, иливарун, сабур авун, кисун, фикир тагун; 4. пер. михьиз (вири, бегьем) талгьун, зуракӀ лугьун ва я гьич лугьун тавун, тӀуьн (мес. гаф ва я гафунин эхир); ** acı həb kimi udmaq кил. udmaq¹ 3); qan udmaq кил. qan; hava udmaq гьава къачун, дериндай нефес къачуна къенез гьава чӀугун, гьавадал (гьава къачуз) экъечӀун; ...havasını udmaq пер. ...гьава къачун, ...гьавадалди нефес къачун; zəhər kimi udmaq кил. acı həb kimi udmaq.

    Azərbaycanca-ləzgicə lüğəti / udmaq

udmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#udmaq nədir? #udmaq sözünün mənası #udmaq nə deməkdir? #udmaq sözünün izahı #udmaq sözünün yazılışı #udmaq necə yazılır? #udmaq sözünün düzgün yazılışı #udmaq leksik mənası #udmaq sözünün sinonimi #udmaq sözünün yaxın mənalı sözlər #udmaq sözünün əks mənası #udmaq sözünün etimologiyası #udmaq sözünün orfoqrafiyası #udmaq rusca #udmaq inglisça #udmaq fransızca #udmaq sözünün istifadəsi #sözlük