Uill sözü azərbaycan dilində

Uill

Yazılış

  • Uill • 98.4962%
  • uill • 1.5038%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Uill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. == Həyatı == Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Uill Rayt
Vill Ralf Rayt (ing. Will Ralph Wright, 20 yanvar 1960[…], Atlanta, Corciya) — Amerikalı proqramist və videooyun dizayneri. Oyunların rəqəmsal satışı üzrə yaradılmış Maxis və Syner Entertainment şirkətlərinin yaradıcısıdır. Ən məşhur SimCity, The Sims oyun seriyası və Spore kompüter oyunlarının orijinal dizayneri olaraq tanınır. == Tarixçə == Vill Rayt ABŞ, Atlanta, Corciyada anadan olub, atası Vill doqquz yaşında olarkən vəfat edib. Sonradan anası ilə Luiziana ştatındakı Baton-Roj şəhərinə köçürmüşdür. 16 yaşında məktəbi tərk etdikdən sonra Rayt Luiziana Universitetinə daxil oldu, sonra Luiziana Texnologiya Universitetinə, daha sonra isə Yeni Məktəbdə təhsil almışdır. Memar, daha sonra mexaniki mühəndis kimi təhsil almağa başlayan Rayt kompüterlər və robotlarla maraqlanmışdır. Beş illik kollec təhsilindən sonra Vill Rayt təhsili dayandırdı.2003-cü ilin fevralında nəşr olunan bir reportajda Rayt oyunların ona çox vaxt apardığını və bəlkə də inkişaf etdirilən oyunların onun üçün yaxşı bir yol olduğunu qərar verdi. Raytın ilk oyunu, Commodore 64 olmuşdur.1986-cı ildə videooyun sənayesinə maraq göstərən investor Ceff Braun ilə tanış oldu.
Uill Smit
Villard Kristofer Smit kiçik (25 sentyabr 1968[…], Filadelfiya, Pensilvaniya) — tanınmış Amerika aktyoru. Forbes jurnalının versiyasına görə, Hollivud ulduzları arasında ən çox qazanan aktyor Vill Smitdir. Onun illik qazancı 80 milyon dollar təşkil edir. Smiti "Hollivudun ən zəhmətkeş aktyoru" adlandırırlar. Aktyora isə ötən il ən çox şöhrət qazandıran Varner Brosun "Mən əfsanəyəm" filmi olub. Smit cari ildə Hollivudun özünəməxsus rekordunu müəyyənləşdirib. O, hər birinin xəzinə yığımı 100 milyon dolları keçən 8 filmdə çəkilib. Hollivud milyonçularının siyahısında ikinci yerdə "karib piratı" Conni Depp gəlir. == Həyatı == Vill Smit səhnədən getməyə hazırlaşmasa da, artıq özünə varis hazırlayıb. Onun varisi oğlu Ceyden olacaq.
Uill Çalker
Vill Çalker (doğ. 7 mart 1980, Şərqi Sasseks, İngiltərə) — tanınmış ingilis Top-Model və peşəkar boksçu. Models.com's saytının "Money Guys" siyahısında 15-ci yeri tutur. == Karyera == Vill model karyerasına 20 yaşında (2000-ci ildən) başlamışdı. Çalker 2003-cü ildə Paco Rabanne kompaniyasının Black XS parfümünün reklamının çəkilişlərindən sonra çox populyarlaşmışdı. O vaxtdan bəri o J.Crew, YSL, Perry Ellis, Wormland, Valentino, Mark O'Polo, Zara, Bottega Veneta, Louis Vuitton, Shiatzy Chen, Dsquared2, Gap, Ermenegildo Zegna və Paul Smith kimi bir çox reklam kampaniyaların çəkilişlərində iştirak etmiş, GQ, l'Uomo Vogue, i-D, Wallpaper, Esquire və Upstreet jurnalların üz qabığını bəzəmişdi. O, British Fashion Awards'un "Ən yaxşı Kişi-Model" nominasiyası üzrə namizədliyi irəli sürülmüş ilk insandır. === Maraqlı faktlar === Vill Çalkerin anketi: Boyu : 185 sm Çəkisi : 75 kq Sinə ətrafı : 102 cm Beli : 83 cm Omba genişliyi : 98 cm. Saçlarının rəngi : Sarışın Gözlərinin rəngi : Yaşıl Ayaqqabı ölçüsü : 45 Paltar ölçüsü : == Fiziki xarakteristikalar == Vill öz qüsursuz bədəninə, dar ombasına, kişi kimi üz cizgilərinə görə model biznesində çox populyardı. == Şəxsi həyatı == Villın şəxsi həyatı haqda məlumatlar o qədər də çox deyil.
Uill Keyt Kelloq
Vill Keyt Kelloq (ing. Will Keith Kellogg; 7 aprel 1860[…], Batl-Krik[d], Miçiqan – 6 oktyabr 1951[…], Batl-Krik[d], Miçiqan) — "W.K.Kellogg Foundation" fondunun qurucusu; ABŞ-nin ən böyük filantroplarından biri; həyatda daha çox taxıl sənayesi nəhəngi və korifleksi kəşf edən adam kimi məşhur olub. == Həyatı == Vill 7 aprel 1860-cı ildə anadan olmuşdur. Cəmi altı illik formal təhsil almışdır. 1951-ci il oktyabrın 6-da vəfat edərkən isə böyük varidata malik olub və həm öz həmşəhərlilərinin, həm də bütün dünyada milyonlarla insanın varlanmasına səbəb olub. == Fəaliyyəti == Taxıl məhsulları şirkətinin və öz adını daşıyan Fondun qurucusu olan U.K.Kelloq "Batl Krik"də və bütün dünyada məşhur olanadək üç peşə həyatını yaşayıb. Dünyaca ünlü xeyriyyəçi və taxıl sənayesi lideri həyat fəaliyyətinə "Batl Krik Sanitarium"da klerk kimi başlayıb. O, məhz burada xəstələr üçün vegeterian dietası sahəsində araşdırmalar apararkən korifleksi kəşf edib. Onun ilk işi uşaqlıqda mal otarmaq olub, yeniyetməliyinin son illərində isə səyyar süpürgə satıcısı həyatını yaşayıb. Nəhayət, gənc yaşlarında "Batl Krik" sanatoriyasında işə düzəlib: böyük qardaşı Con Carvi Kelloq bu sanatoriyanın baş həkimi idi.
Ağıllı Uill Hantinq (film, 1997)
Bryus Uillis
Volter Brüs Uillis (19 mart 1955[…], İdar-Oberşteyn[d], Reynland-Pfalts, Qərbi Almaniya) — Amerika aktyoru, dörd filmin prodüseri. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı. Habelə "Qızıl Moruq" aldı ("Armageddon", "Merkuri təhlükədədir" və "Mühasirə" filmlərinə görə). Karyerası 1980-ci illərdə başladı. "Möhkəm qoz" film trilogiyası ilə Hollivud aktyoru kimi meydana gəldi. 1987-ci ildə Demi Mur ilə evlənmişdir. Ondan üç uşağı var. "Hollivud Şöhrət Zalı"nda 2006-cı ildə etibarənn ulduzu vardır. == Həyatı == Amerika aktyoru, dörd filmin prodüseri Volter Brüs Uillis 1955-ci il 19 mart ayında Almaniyanın İdar-Oberşteyne şəhərində dünyaya gəlib. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı.
Brüs Uillis
Volter Brüs Uillis (19 mart 1955[…], İdar-Oberşteyn[d], Reynland-Pfalts, Qərbi Almaniya) — Amerika aktyoru, dörd filmin prodüseri. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı. Habelə "Qızıl Moruq" aldı ("Armageddon", "Merkuri təhlükədədir" və "Mühasirə" filmlərinə görə). Karyerası 1980-ci illərdə başladı. "Möhkəm qoz" film trilogiyası ilə Hollivud aktyoru kimi meydana gəldi. 1987-ci ildə Demi Mur ilə evlənmişdir. Ondan üç uşağı var. "Hollivud Şöhrət Zalı"nda 2006-cı ildə etibarənn ulduzu vardır. == Həyatı == Amerika aktyoru, dörd filmin prodüseri Volter Brüs Uillis 1955-ci il 19 mart ayında Almaniyanın İdar-Oberşteyne şəhərində dünyaya gəlib. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı.
Cozayya Uillard Gibbs
'Cozayya Uillard Gibbs (d. 11 fevral, 1839 – ö. 28 aprel, 1903) — amerikan fiziki. Termodinamikanın və statik mexanikanın banilərindən biri. Jelsk universitetinin professoru olub (1871). Termodinamik sistemlərin tədqiqi üçün qrafik üsulları inkişaf etdirmiş, üçölçülü diaqramlar vermiş, maddənin həcmi, enerjisi və entropiyası arasındakı asılılığı müəyyənləşdirmiş, termodinamik potensiallar nəzəriyyəsini işləyib hazırlamış, fazalar qaydasını isbat etmiş səth hadisələrinin və elektrokimyəvi proseslərin termodinamikasını yaratmışdır. Gibbs entropiya prinsipini tamalamış, termodinamikanın ikinci qanununu bir sıra prosesə tətbiq etmişdir.Onun verdiyi heterogen tarazlıq nəzəriyyəsi elmdə mühüm yer tutur. Gibbsin işləyib hazırladığı statistik üsul maddənin halını xarakterizə edən termodinamik funksiyaları almağa imkan verir. O, həmçinin vektor hesabının banilərindən biri sayılır.
Nik Uillinq
Nik Uillinq (ing. Nick Willing; 1961, London) — Böyük Britaniya rejissoru, ssenari müəllifi və prodüseridir.
Ouen Uillans Riçardson
Ouen Uillans Riçardson (ing. Owen Willans Richardson; 26 aprel 1879[…], Dyusberi[d], Qərbi Yorkşir[d] – 15 fevral 1959[…], Olton[d], Hempşir qraflığı[d]) — termionik tədqiqatlar üzərində işinə və xüsusilə onun adını daşıyan qanunun kəşfinə görə 1928-ci ildə Fizika üzrə Nobel mükafatı laureatı, ingilis fiziki.O, 1913-cü ildə London Kral Cəmiyyətinin üzvü olub. == Həyatı və təhsili == Riçardson İngiltərənin Yorkşir qraflığının Dyusberi şəhərində Coşua Henri və Şarlotta Mariya Riçardsonun yeganə oğlu olaraq anadan olub. Kembricdəki Batley Grammar School və Triniti Kollecində təhsil alan Ouen buranı təbiət elmləri üzrə birinci dərəcəli fərqlənmə diplomu bitirib. Daha sonra təhsilini London Universitetində davam etdirib. 1900-cü ildə təhsilini başa vurduqdan sonra Kembricdəki Kavendiş laboratoriyasında isti cisimlərdən elektrik cərəyanının buraxılmasını tədqiq etməyə başladı və 1902-ci ilin oktyabrında Trinitidə tədqiqatçı oldu. 1901-ci ildə o, qızdırılan naqildən gələn cərəyanın Arrenius tənliyinə bənzər riyazi formada telin temperaturundan eksponensial asılı olduğunu nümayiş etdirdi. Riçardson qanunu kimi tanınan bu qanun özündə: "Əgər mənfi şüalanma metaldan çıxan cisimciklərə bağlıdırsa, doyma cərəyanı s qanununa tabe olmalıdır s = A T 1 / 2 e − b / T {\displaystyle s=A\,T^{1/2}\,e^{-b/T}} ." fikirlərini ehtiva edir.Riçardson 1906-1913-cü illərdə Prinston Universitetindən professor elmi adını aldıqdan sonra 1914-cü ildə Böyük Britaniyaya qayıdıb London Kral Kollecində fizika üzrə Uitstoun professoru olduqdan sonra burada daha sonra tədqiqat direktoru təyin edilir. 1927-ci ildə o, Belçikada Fizika İnstitutunda keçirilən fizika üzrə beşinci Solvey konfransının iştirakçılarından biri idi. 1944-cü ildə təqaüdə çıxan Ouen 1959-cu ildə vəfat edir.
Smit Uilloubi
Smit Uilloubi(Smith Willoughby) — 6 aprel 1828-17 iyul 1891 ingilis mühəndis-elektriki == Həyatı == Smit Uilloubi (Smith Willoughby) 6 aprel 1828-ci ildə anadan olmuşdur. == Fəaliyyəti == İngilis mühəndis-elektrik Smit Uilloubi (Smith Willoughby) Uilloubi televiziyanın ilk tədqiqatçılarından hesab edilir, belə ki, o, 1873-cü ildə ilk televiziya sistemlərində istifadə olunan selenin fotoötürmə effektini kəşf etmişdir. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Tomas Uillis
Tomas Uillis (ing. Thomas Willis; 27 yanvar 1621[…], Qreyt-Bedvin[d], Uiltşir[d] – 11 noyabr 1675[…], London) — İngiltərə həkimi. O, anatomiya, nevrologiya və psixiatriya tarixində əhəmiyyətli rol oynamış, London Kral Cəmiyyətinin qurucu üzvlərindən olmuşdur. == Həyatı == Tomas Uillis bədənin işini kimyəvi reaksiyalar biliklərinin köməyi ilə izah etməyə çalışan İngiltərə yatro kimyaçıların liderlərindən biri idi. İnsan sinir sistemi və müxtəlif xəstəlikləri hərtərəfli araşdırması ilə tanınır/ Onun fikirləri anatomiya, nevrologiya və psixiatriyanın inkişafında mühüm rol oynamışdır. O, 1660–1675-ci illərdə Oksford Universitetində təbiət fəlsəfəsi professoru olmuş, 1666-cı ildə Londonda tibb praktikası üçün məkan açmış və dövrün ən məşhur, ən nüfuzlu həkimlərindən biri olmuşdur. Uillis London Kral Cəmiyyətinin qurucularından biridir. Tomas Uillisin diabetin adlandırılmasında iştirak etmişdir. Hətta, İngiltərədə əvvəllər bu xəstəlik "Uillis xəstəliyi" adlandırılırdı. Uillis öz tiryək tinkturasını icad etmişdir.
Uilla Ford
Villa Ford (ing. Willa Ford); doğum adı Amanda Li Mondano (ing. Amanda Lee Modano); 22 yanvar 1981) — ABŞ aktrisa, prodüser, müğənni, mahnı müəllifi, teleaparıcı və rəqqasəsi. Karyerasına müğənni kimi 1999-cu ildə "Mandah" adı ilə başlayıb. Ancaq bir müddət sonra adını Uilla Forda dəyişdirib. == Həyatı == Əsl adı Amanda Li olan Uilla 1981-ci il yanvarın 22-si Raksin şəhərində anadan olub. 8 yaşında ikən uşaq xorunda oxumaqa, 11 yaşından isə incəsənət şirkəti olan "Tampa Bay Children's Choir"də çıxış eləməyə başlayıb. 2007-ci ildən xokkeist Mayk Modano ilə ailə həyatı qurmuş, 2012-ci ilin avqustunda boşanmışdır. == Karyerası == 1999–2000-ci illərdə "MCA", 2000–2004-cü illərdə isə "Lava" və "Atlantic" leyblları ilə işləmişdir. İki sola albomu var: "Willa Was Here" (2001) və "Sexysexobsessive" (2004).
Uillard van Orman Kuayn
Willard Van Orman Quine — (d.25 iyun 1908 - ö. 25 dekabr2000), Məntiqin əsasları və xüsusilə də semantik istiqamətləriylə əlaqədar bir qayda inkişaf etdirmiş olan ABŞ-lı müasir məntiqçi və filosofdur. Ümumiyyətlə Russell və Whitehead tərəfindən inkişaf etdirilmiş olan riyazi məntiqə sadiq qalmış olan Quinn, İngilis filosoflarının məntiqin ontoloji olaraq neytral olduğu ümumi fikirinə əleyhdar bir tərzdə , bir məntiq nəzəriyyəsinin qəbulunu ortaya çıxardığı ontoloji nəticələri dilə gətirməyə çalışmışdır. Düzəldilməsi mümkün olmayan analitik mülahizələrlə, təcrübə nəticəsində düzəldilə bilən sintetik mülahizələr arasında əsaslı bir ayrı-seçkilik olduğu nəzəriyyəsi ilə, mənalı hər mülahizənin, birbaşa və vasitəçisiz təcrübələrdən hərəkətlə yaradılmış bir şey olduğu fikirinə şiddətlə qarşı çıxan Quinn, Duhem'i izləyərək, elm adamının təcrübəni sınaqdan keçirməsinə, dağınıq bir mülahizəni deyil, bir sıra təklifləri qəbul etdiyini iddia etdi. Onun fikirinə görə, bir mülahizə yalnız "təcrübələrin yalın bir xülasəsi" deyil, lakin elmi sistemin bir hissəsidir. === Seçmə Kitabları === 1951 (1940). Mathematical Logic. Harvard Univ. Press. ISBN 0-674-55451-5.
Uilliams Velaskez
Uilliams Daniel Velaskez Reyes (4 aprel 1997-ci ildə anadan olub) — Venesuela Sequnda Diviziya təmsilçilərindən olan Estudiantes de Karakas klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Velazkez Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir. Vanuatu millisi ilə görüşdə Velazkez birinci qolun müəllifi olmuş və komandası 7-0 hesabı ilə qalib gəlmişdir.
Uillis Kerrier
Villis Kerrier (ing. Willis Haviland Carrier; XIX əsr – 7 oktyabr 1950, Nyu-York, Nyu-York ştatı) — Amerikan mühəndis, müasir kondisioner ixtirası ilə daha çox məşhurlaşan ixtiraçı. İlk kondinsioner 1902-ci ildə Kerrier tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 17 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır. == Həyatı == U.Kerrier 1876-cı il 26 Noyabrda Nyu-Yorkun Anqola kəndində, Duane Uilliams Kerrier (1836–1908) və Elizabet R. Haviland (1845–1888) cütlüyünün övladı olaraq dünyaya gəlib. O, Kornell Universitetində təhsil alıb. 1901-ci ildə universitetdən mühəndislik üzrə bakalavr dərəcəsi ilə məzun olub. == Fəaliyyəti == İlk müasir elektrikli kondisioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞ-nin Buffalo şəhərində ixtira olunub.
Uillis Lemb
Uillis Yucin Lemb (12 iyul 1913[…], Los-Anceles, Kaliforniya – 15 may 2008[…], Tuson, Arizona) — 1955-ci ildə "hidrogen spektrinin incə quruluşu ilə bağlı kəşflərinə görə" fizika üzrə Nobel mükafatını qazanan amerikalı fizik. Həmin il Nobel Komitəsinin təqdim etdiyi mükafatı Lemb, "elektronun maqnit momentini dəqiq təyin etdiyinə görə" Polikarp Kuşla bölüşür. Lemb bir hidrogen atomunda elektron enerjilərində təəccüblü bir yerdəyişməni dəqiq müəyyən edə bilmişdi (bax Lemb sürüşməsi). Lemb Arizona Universitetinin Optik Elmlər Kollecinin professoru idi. == Həyatı == Lemb ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub və Los Anceles Liseyində təhsil alıb. 1934-cü ildə Berkli Kaliforniya Universitetində kimya üzrə bakalavr dərəcəsini tamamlayır. C. Robert Oppenheymerin rəhbərliyi altında neytronların kristal tərəfindən səpilməsinə dair nəzəri işə görə o,1938-ci ildə fizika üzrə fəlsəfə doktoru dərəcəsini qazanır. O, nüvə nəzəriyyəsi, lazer fizikası və kvant mexanikasının yoxlanılması üzərində işləmişdir.Lemb 1951-1956-cı illərdə Stenford Universitetində fizika professoru olaraq çalışıb. Lemb 1956-1962-ci illərdə Oksford Universitetində fizika üzrə professor olub, həmçinin Yel, Kolumbiya və Arizona Universitetlərində dərs deyib. 1963-cü ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilmişdir.D.Kayzer Lembi "nadir nəzəriyyəçiyə çevrilmiş eksperimentalist" kimi vurğulayıb.
Uillis Tauer
Uillis Tauer (ing. Willis Tower), 2009-cu ilə qədər – Sirs Tauer (Sears Tower) – ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində yerləşir. Tikintisi 1973-cü ildə başa çatan həmin göydələn Çikaqonun ən nadir özəlliklərindən hesab edilir. 1973-cü ildən bəri 110 mərtəbəli binanın adı dəyişməz olaraq qalırdı. Həmin binanın hündürlüyü 442,3 metr təşkil edir. 1998-ci ilə qədər bina dünyada nəhəngliyinə görə birincilikdə idisə, bu vaxtdan sonra o öz yerini Kuala Lumpurdakı "Petronas" əkizlərinə verib. Binanın proekti "Sears, Roebuck and Company" tərəfindən baş arxitektor Brüs Qrem və proektin mühəndisi Fazlur Xana sifariş edilmişdi. Binanın tikintisi 1970-ci ilin avqustunda başlamış və 1973-cü ilin 3 may tarixində planlaşdırılmış ən yüksək hündürlüyə çatmışdı. Tamamlanmış Sirs Tauer Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzindən hündürlüyə görə dünya birinciliyini aldı. 1982-ci ilin fevralında binaya iki televiziya antennasının artırılması ilə binanın ümumi hündürlüyü 520 metrə çatmışdı.
Yozef Uilliam Foster
Yozef Uilliam Foster 1935-ci ilin 18 may tarixində İngiltərənin Bolton şəhərində anadan olmuşdur. O, (qardaşı ilə birgə) Reebok şirkətinin qurucusu kimi tanınır. O, öz babası ilə eyni gündə 18 mayda doğulmuşdur. Onun babası J.W. Foster and Sons şirkətinin təsisçisi idi və altı dişli olan qaçış ayaqqabılarını yaradan həmçinin inkişaf etdirən ilk şəxslərdən biri idi. 1943-cü ildə 8 yaşında ikən Co Boltonda keçiriən qaçış yarışında qalib gələrək American Webster's adlı lüğəti əldə etmişdir. O, 1960-cı ildə burada REEBOK hecasını tapmışdır (Niderland dilində yazıda). Əgər o, ingilis dilində lüğət qazanmış olsaydı söz olaraq Rhebok tapa bilərdi. Co və onun həlak olmuş qardaşı Ceff J W Foster & family business adlı ailədə anadan olmuşlar. Amma onlar 2 illik hərbi xidmətdən sonra evlərinə geri qayıtdıqda özlərinə gələcəkləri barədə sual verdilər. Artıq 1955-ci il idi və onlar iqtisadiyyatın 1930-cu illər kimi inkişafda olduğunu gördülər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.52 dəfə / 1 mln.
2005 ••••••••••• 0.67
2007 •••••••••••••••••••• 1.27
2009 ••• 0.16
2010 ••••••• 0.45
2011 ••••••••••• 0.69
2012 •••••••••••••••• 1.03
2013 •••••••••••••••••••• 1.31
2014 ••••••••••••••••••• 1.20
2016 ••••••••••• 0.69
2017 ••• 0.16
2018 ••• 0.15
2020 ••••••••• 0.53

"uill" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#uill nədir? #uill sözünün mənası #uill nə deməkdir? #uill sözünün izahı #uill sözünün yazılışı #uill necə yazılır? #uill sözünün düzgün yazılışı #uill leksik mənası #uill sözünün sinonimi #uill sözünün yaxın mənalı sözlər #uill sözünün əks mənası #uill sözünün etimologiyası #uill sözünün orfoqrafiyası #uill rusca #uill inglisça #uill fransızca #uill sözünün istifadəsi #sözlük