* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••• | 27.41 |
2003 | •••••• | 20.08 |
2004 | ••••• | 16.51 |
2005 | ••••• | 15.52 |
2006 | •••••• | 19.82 |
2007 | ••••••• | 23.47 |
2008 | •••••••• | 26.31 |
2009 | ••••••• | 24.32 |
2010 | •••••••• | 28.87 |
2011 | ••••••••• | 30.54 |
2012 | •••••••••••• | 41.65 |
2013 | ••••••••••••••••••• | 66.23 |
2014 | •••••••••••••••••••• | 72.25 |
2015 | ••••••••• | 30.79 |
2016 | •••••••• | 27.94 |
2017 | ••••••••• | 29.10 |
2018 | •••••• | 19.48 |
2019 | •••••••••• | 34.36 |
2020 | ••••• | 16.18 |
1 is. 1. Öz təbiəti etibarilə günəşə bənzəyən və gecələr göydə parıldayaraq nöqtə kimi görünən göy cismi. Göydə ulduzlar parlayır. – Uzaq üfüqdə dağlar qaralır, göydə tez-tez ulduz uçurdu. İ.Əfəndiyev. Birbirinə sığınan ulduzlar sayrışmağa başladı. B.Bayramov. 2. məc. Hər hansı bir sahədə məşhur, tanınmış şəxs haqqında. Elm aləminin məşhur ulduzları. Kino ulduzu (ən məşhur kinoartist). Futbol ulduzu. 3. Dairə üzrə bərabər ucuşiş çıxıntıları olan həndəsi cisim; mərkəzdən çıxan şüaları olan fiqur; həmin fiqur şəklində olan şey. Beşguşəli ulduz. Ulduz şəkli çəkmək. //Həmin şəkildə olan fərqlənmə nişanı. Marşal ulduzu. // Təşbehlərdə: parlayan şey haqqında. Araz öz adını elə cəsarətlə dedi ki, fəhlələrin gözləri onun ulduz kimi yanan parlaq gözlərinə dikildi. A.Şaiq. ◊ Ulduz ulduzu çağırır şair. – gecə ulduzların par-par parıldaması haqqında. Onlar kəndə yetişəndə artıq gecə idi. Göydə ulduz ulduzu çağırırdı. M.Hüseyn. Ulduzu (ulduzları) barışmaq – bir-birilə dil tapmaq, yola getmək, bir-birilə xoş keçinmək. [Pakizə:] …Yox, bunların ulduzu barışıb, – deyə, o yoxsul ailənin keçirdiyi bu sadə həyata heyrət edirdi. A.Şaiq. [Qaraş Mayaya:] Sağ ol ki, görən kimi ulduzun barışdı, axı, gəlin-qayınana işi uzun işdir. M.İbrahimov. Ulduzu batmaq – bəxti sönmək, şöhrətdən düşmək, nüfuzunu itirmək, gözdən düşmək. Bircə günün içində xalqı tir-tir əsdirən qorodovoyun ulduzu batdı. S.Rəhman. Ulduzu doğmaq – xoşbəxtliyə çıxmaq, bəxti üzünə gülmək. [Cəmil bəy həqarətlə:] Demək ki, taleyimizin ulduzu doğmağa başlamış da xəbərimiz yox… H.Cavid.
Azərbaycan dilinin izahlı lüğəti / ulduz1 Gündüz, ulduz tipli sözlərdəki duz hissəsi “od”, “işıq” mənasını verən söz olub. Gündüz “gün işığı” deməkdir. Ulduz sözü sinonimlər birləşməsidir: ul (alov, ildırım...) və duz (işıq) sözlərindən əmələ gəlib. Ulduz kəlməsi mənbələrdə ruscaya “блеск” kimi tərcümə olunub, parlaqlıqla bağlıdır. İldırım, alov, ulduz kimi sözlərdəki il, al hissəsi eyni kəlmədir, bir qədər dəyişikliyə məruz qalıb. Gündüz sözü də sinonimlər birləşməsidir: Gün (əsli: küy) “od” deməkdir, duz “parıltı”, “işıq” anlamını əks etdirir. Türkmən dilində yıldırmaq feili var və “сверкать” anlamında işlədilir. Deməli, “ulduz”dakı duz hissəsi -dır4 şəkilçisinin dəyişmiş forması ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ulduz1 ULDUZ [Mirzə Sədrəddin:] Ağzım, dilim qurusun, ulduzlar göstərir ki, yaxın zamanda padşahın vücuduna böyük bir bəla toxunacaq (A.Şaiq); ƏXTƏR (kl.əd., şair.) Ulduzlar içində gözümə dəydi bir əxtər; Məftun olaraq sevdim onu, heyrətə daldım (A.Şaiq); KÖVKƏB (kl.əd.) Qədimdən gözlərim kövkəb kimidir (Xətayi); SİTARƏ Sonra başqa sitarəyə cəlb eləyir diqqəti; Söyləyir: “Boldur onun sahibinin dövləti” (M.Rahim).
Azərbaycan dilinin sinonimlər lüğəti / ulduz2 I сущ. 1. звезда: 1) небесное тело, состоящее из раскаленных газов и представляющееся взору человека на ночном небе светящейся точкой. Qütb ulduzu полярная звезда; астр. böyük işıqlı ulduz звезда повышенной светимости, mavi ulduz голубая звезда, örtüklü ulduz звезда с оболочкой 2) перен. судьба, участь. Bəxt ulduzu звезда счастья, ulduzu gülüb kimin улыбнулась звезда чья, кого 3) перен. о человеке, прославившемся в какой-л. сфере деятельности. Estrada ulduzu звезда эстрады, kino ulduzu звезда кино (кинозвезда) 4) геометрическая фигура с остроконечными выступами, равномерно расположенными по окружности. Beşguşəli ulduz пятиконечная звезда, səkkizguşəli ulduz восьмиконечная звезда (символ, герб Азербайджанской Республики) 5) предмет в форме звезды. Salonun tavanı ulduzlarla bəzənmişdi потолок зала был украшен звездами 6) воинский значок такой формы, носимый на фуражке, шапке, на погонах и т.п. 7) знак отличия, орден, имеющий форму звезды. Marşal ulduzu маршальская звезда 2. ушко (отверстие в тупом конце иглы, в которое продевается нитка). İynənin ulduzu ушко иглы II прил. звёздный. астр. Ulduz astronomiyası звездная астрономия, ulduz sistemi звездная система, ulduz kütləsi звездная масса, ulduz sıxlığı звездная плотность, ulduz vaxtı звездное время; эл.-тех. ulduz birləşməsi звездное соединение ◊ ulduz falı гороскоп (таблица расположения звезд, составляемая астрологами для мистических предсказаний о чьей-л. судьбе или исходе того или иного события); göydə ulduz ulduzu çağırır небо усеяно (усыпано) звездами (о ясном, звездном небе); ulduzları barışıb kimin живут в согласии кто; помирились кто с кем; ulduzları barışsın! чтобы они жили в любви и согласии (пожелание); ulduzları barışmamaq не ладить между собой; ulduzu üzünə gülmək родиться под счастливой звездой; ulduzu doğub kimin счастье улыбнулось к ому; ulduzu batdı лишился былой славы; iynənin ulduzu qədər də нисколько, ничуть; ilan ulduz görməsə ölməz пока гром не грянет, мужик не перекрестится
Azərbaycanca-rusca lüğət / ulduz1 I. i. star; qütb ~u the North star; ◊ bəxt / tale ~u stars; dan ~u morning star; sabit ~ astr. fixed star; beşguşəli ~ fivepointed star; Qırmızı ~ ordeni order of the Red Star; kino ~u film-star; poeziya ~u a star of the poetry; parlamağa başlayan ~ (məşhurlaşmağa başlayan alim, artist və s.) rising star; (cavan artist və s.) d.d. starlet; yolgöstərən ~ guiding star, lodestar; ~ları barışmaq to be* on good terms with..., to get* on well with, to marry; ~larla bəzəmək to star (d.); ~ larla örtülmüş göy starred sky; Göyün üzü ulduzlarla örtülmüşdür The sky was covered with stars II. s. starry; ~ ili star year, a year of star; ~ topası star-clusters; ~ işığı starlight; ~ sistemi star system; ~ işığına qərq olmuş mənzərə star-lit landscape; ~ xəritəsi celestial map
Azərbaycanca-ingiliscə lüğət / ulduz1 1) is. étoile f ; qütb ~u étoile polaire ; kino ~u star f ; vedette f ; ulduzları barışmaq entendre (s’) ; 2) sif. étoilé, -e ; stellaire ; ~ işığına qərq olmuş mənzərə paysage m étoilé ; ~ xəritəsi carte f céleste
Azərbaycanca-fransızca lüğət / ulduz1 сущ. 1. гъед (цава авай); // гъетрен; гъетерин; 2. пер. са кардал машгьур, тӀвар-ван авай кас; 3. гъед (фигура); beşguşəli ulduz вадпипӀен гъед; ulduz şəkli çəkmək гъетрен шикил чӀугун; // гьахьтин лишан; // тешпигьра: гъетре хьиз цӀарцӀар (экв, нур) гудай затӀунин (мес. вилерин) гьакъинда; ** ulduz ulduzu çağırır шаир. йифиз цӀарцӀар гуз гъетер алай, гъетери нур гузвай, алахьай цавукай рахадамаз; ulduzu (ulduzları) barışmaq са-садахъ галаз мез жугъурун, хъсандиз рекье фин; ulduzu batmaq пер. рагъ (гъед) акӀун, бахт элкъуьн, тӀвар-ван амукь тавун, гьуьрметдай аватун, виляй аватун; ulduzu doğmaq пер. рагъ акьун, хушбахтвилиз акъатун, бахт ахъа хьун.
Azərbaycanca-ləzgicə lüğəti / ulduzgecələr göydə parıldayan göy cismi.
Azərbaycan qadın adlarının izahlı lüğəti.