Aldanmış ulduzlar (opera)
Aldanmış ulduzlar - bəstəkar Məmməd Quliyevin görkəmli dramaturq Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı opera. Libretto - Vidadi Paşayev.
== Tarixçə ==
Aldanmış ulduzlar - Proloq, epiloq və dörd məclisdən ibarət opera.
Bəstəkar Məmməd Quliyev, Libretto - Vidadi Paşayev, Quruluşçu rejissor - Əflatun Nemətzadə, Musiqi rəhbər və Dirijor - Rauf Abdullayev, Quruluşçu rəssam - Ə. Almaszadə, Xormeysterlər - N. Məlikov, G. Koryakin, Baletmeysterlər - R. Axundova, M. Məmmədov.
Əsər ilk dəfə 1977-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.
== Məzmun ==
M. F. Axundovun povestinin əsas – xalq və hökmdarlar problemini bəstəkar özündə dram teatrı, balet və pantomima cizqilərini birləşdirən sintetik opera formasında canlandırır. Əsərin janr diapozonunu genişləndirməyə çalışmaqla, müəlliflər operada qədim milli teatr formalarının, bayramlarda meydanlarda göstərilən “Qaravəlli” tamaşaları ənənələrini canlandırmağa cəhd göstərirlər. Bu “teatrda teatr” forması xalq komik nağıllarının, oxşamalarının və teatr tamaşalarının ən müxtəlif personajlarını operaya daxil etməyə imkan verir. Məsələn, bir – birini tamamlayan Keçəl və Kosa belələrindəndir.
=== Qəhrəmanlar və ifaçilar ===
Kosa - Ə. Haqverdiyev
Keçəl - K. Hüseynov
Axund - B. Mirzəyev, (C. Əkbərov)
Səlma - X. Qasımova
Yusif Sərrac - A. Məlikov
Şah - F. Mehdiyev
Cəmaləddin (münaccim) - A. Kərimov
Başbilən (vəzir) - Q. Əliyev
Bəhbəhani (saray şairi) - İ. Ələkbərov
Yumruqoğlu (sərkərdə) - Ş. Quliyev
Fiqaro (əcnəbi elçi) - K. Məmmədov
II Elçi - İ. Məmmədov
III Elçi - V. Tahirov
Cəllad, hərəmlər, rəqqasələr, saray əhli, keşikçilər, xalq nümayəndələri
== Ədəbiyyat ==
Ю. ГАБАЙ. "ОБМАНУТЫЕ ЗВЕЗДЫ", Москва, Советская музыка, 1978, № 8, с.