ulu-kiçi sözü azərbaycan dilində

ulu-kiçi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ulu-kiçi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ulu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Ulu (Xudafərin)
Ulu (fars. اولي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 300 nəfər yaşayır (70 ailə).
Ulu Ana
Ulu Ata
Ulu Qarabəy
Ulu Qarabəy (əvvəlki adı: Metsşen) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Metsşen kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Metsşen kəndi Ulu Qarabəy kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Yerli əhalinin məlumatına görə, vaxtilə Turaçayçayın Tərtər çayına töküldüyü yerdə mövcud olmuş Bəhram Qoçaq adlı kənd 1794-1795-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı dağıdılmışdı. Sonralar əhali burada Ulu Qarabəy, Kiçik Qarabəy və Yengicə məntəqələrini yaratdılar. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən (XIX əsr) sonra İrandan köçüb gəlmə erməni ailələri Ulu Qarabəydə yerləşdirildi və kəndin adı erməniləşdirilərək Metsşen (böyük kənd) adlandırıldı. 1992-ci ildə kəndin keçmiş adı bərpa olundu. Oykonim "böyük Qarabay kəndi" mənasındadır. == Tarixi == Ulu Qarabəy kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Ulu juz
Ulu jüz (qaz. Ұлы жүз) — Yeddisu, Cənubi Qazaxıstan ərazilərində, qərbi Çinin müasir ərazilərinin və Özbəkistanın Daşkənd vilayətinin bir hissəsində yerləşən qazax tayfaları. XIX əsrdə ulu jüzdəki qazax əhalisinin sayı 550 nəfər idi. == Ədəbiyyat == А. Т. Толеубаев, Ж. К. Касымбаев, М. К. Койгелдиниев, Е. Т. Калиева, Т. Т. Далаева, перевод с казахского языка С. Бакенова, Ф. Сугирбаева. — История Казахстана. Изд-во «Мектеп», 2006 г. — 240 с.
Ulu körpü
Ulu körpü — Qax rayonu ərazisində yerləşən orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidəsi. Körpü İlisu kəndinə gedən yolda Kürmükçayın üzərində salınmışdır. İnşa tarixi XVIII əsrə aid edilir.Dörd kərpic qalınlığındakı tağbəndin aşırımı 14,6 metrdir. Kənd ağsaqqallarının söylədiklərinə görə, körpü el sənətkarı usta Ömər tərəfindən inşa edilib. Deyilənlərə görə körpünün inşasında yumurta sarısından da istifadə olunub.
Ulu məscid
Ulu məscid (digər adı İlisu came məscidi) — Azərbaycanın Qax rayonunun İlisu kəndində yerləşən tarixi-memarlıq abidəsi. İlisu kəndində vaxtilə mövcüd olmuş 9 məsciddən 7-si dövrümüzə qədər salamat qalmışdır. Məscidlərin ən böyüyü və qədim tarixə malik olanı Came məscidi olduğu ücün yerli əhali onu Ulu məscid adlandırmışdır.
Adana Ulu məscidi
Adana Ulu məscidi — Adanada yerləşən XVI əsrdən qalma tarixi bir məsciddir. Adana Ulu məscidi adı ilə tanınır. Ramazanoğulları bəyliyinin şah əsəri olan məscid, şəhərin ən mühüm tarixi tikililərindən biridir. 1998-ci ildə Sabancı mərkəz məscidinin istifadəyə verilməsinə qədər Adananın ən böyük məscidi olma xüsusiyyətini saxlamışdır.Tikintisinə Ramazanoğlu Xəlil Bəy tərəfindən 1509-cu ildə başlanıb. Xəlil Bəyin ölümündən sonra tikintisi oğlu Piri Mehmet Paşa tərəfindən 1541-ci ildə tamamlanıb. Ramazanoğlu Xəlil Bəy və Piri Mehmed Paşa ilə Mehmet Paşanın iki oğlu məscidinin cənub-şərqindəki 1541-ci il tarixli türbəsində dəfn olunublar. Məscidin memarlığı Səlcuqlu və Məmlük üslubundadır. Divarları qara ağ mərmər daşlarla bəzədilmişdir. Qərb və şərq istiqamətində qapıları var. Qərb qapısı üzərində iki ilan şəkli olan bir günbəz və bir kitaba var.
Bursa Ulu məscidi
Bursa Ulu məscidi — əvvəl təkkə olaraq tikilib, sonradan məscid kimi istifadə edilməyə başlamasına baxmayaraq çox sütunlu məscid sxeminin ən klassik və monumental nümunəsi sayılır. I Bəyazid tərəfindən 1396-1399-cu illər arasında tikilmişdir. Düzbucaqlı planlı məscid təxminən cəmi 5 min kvadrat metr ölçüdə olub, 20 qübbə ilə örtülüdür. Səkkizbucaqlı halqalara oturan günbəzlər mehrab divarına dik beş cərgə halında düzülmüşdür. Ulu Məscid, bəzi din adamları tərəfindən İslamın 5-ci ən yüksək mərtəbəsində olan ibadətgah kimi qəbul etmişdilər. İslamda ən yüksək mərtəbəli məscid, Məkkədəki Məscid-i Haram, digərləri Mədinədəki Məscid-i Peyğəmbər, Qüdsdəki Məscid-i Axsa, Şamdakı Emeviye Məsciddir. Beşincilik bəzilərinə görə Anadoluda inşa edilən ilk məscid olan Diyarbəkirdəki Ulu Məscidə aiddir. Ancaq Əmir Sultan, Akşemsettin, Molla Gürani kimi din xadimlərinin bildirdiklərinə görə beşincilik Bursadakı Ulu Məscidindi. Ulu məscid, Bursanın ən görkəmli məscid və ən mühüm tarixi tikililərindəndir. Övliya Çələbinin ifadəsi ilə Bursanın Ayasofayasıdır.
Divriği Ulu məscidi
Divriği böyük məscidi və darüşşəfası — Məngüçlü bəyi Əhməd şah və Məleykə Turan tərəfindən, bəyliyin mərkəzi Sivas, Divriğidə inşa etdirilmiş böyük məscid və darüşşəfa (xəstəxana) kompleksi. Kompleks 1228-1229-cu illərdə inşa edilmişdir. Kompleksə daxil olan abidələrin memarı Əhlətli Xürrəmşah və Tiflisli Əhməddir. Kompleksə daxil olan məscidin xeyriyyə fondu 5 iyul 1243-cü ildə fəaliyyətə başlamışdır. Kompleksi ziyarət etmiş məşhur səyyah Övliya Çələbi yazır: "Ustad,...mərmər,bu camiyə elə əmək sərf edib, qapı və divarları elə naxışlamışdır ki, onu mədh eləməyə nə söz yetər, nə qələm yazar..." Kompleks Türkiyədən UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınmış ilk abidədir. == Tarixi == Kompleks Məngucuk bəyi Əhməd şahın xanımı Məleykə Turan tərəfindən inşa etdirilmiş və məscid, hamam və xəstəxanadan ibarət olmaqla Anadolunun bu tipli külliyələri içərisində ən qədimidir. Kompleksə daxil olan məscidin memarı Əhlətli Xürrəmşahdır. Darüşşəfa binası məscidin cənub divarına bitişik inşa edilmişdir. Bina üstü işıqlıq qübbəylə örtülmüş, giriş ilə birgə dörd eyvandan ibarətdir. Darüşşəfanın şimal-şərqində isə bir türbə vardır.
Harran Ulu məscidi
Harran Ulu məscidi (digər adı Firdevs Məscidi) — Türkiyənin Harran şəhərində məscid. == Tarixi == Əməvi hökmdarı II Mərvan tərəfindən tikilmişdir. 1269-cu Monqollar tərəfindən dağıdılmışdır. Xarab vəziyyətdə olan məscid 800 ildən sonra 2019-cu ildə restavrasya olunmağa başlanmışdır.
Qaoçe Ulu Bəyliyi
Qaoçe Ulu Bəyliyi — 487-ci ildə Afuçjilo bəyin başçılığı altında Jujan xaqanlığından müstəqil olaraq yaradılmış dövlətdir. == Tərkibi və qurulması == Qaoçelər 6 qəbilə və 12 ailədən ibarət idi. Qaoçelər Şelun tərəfindən fəth olunmuşdular. Fufuluo ailəsinin başçısı Afuçjilo 487-ci ildə Yuyçzülyü Tuluna üsyan edərək şimala köçdü və 490-cı ildə Yueban xaqanlığını işğal edərək Qaoçe Ulu Bəyliyini qurdu. == Yüksəlişi == Afuçjilo ordusunu hələ 481-ci ildə Qaoçanq krallığına yürüş etdirərək Jujan xaqanlığının vassalı olan kral Kan Şoquini öldürərək yerinə öz adamlarından biri olan Çanq Menminqi yerləşdirdi. Qaoçanq krallığı artıq Qaoçe bəylinin vassalı halına gəldi. Göytürklər dövrünə qədər Şərqi Türkistan Jujanların əlindən çıxıb Qaoçelərin əlinə keçdi. == Ağ Hunlardan asılılıq == 503-cü ildə Afuçjilodan sonra taxta keçən Biliyan bəy 505-ci ildə üsyan nəticəsində devrildi. Bu fürsətdən istifadə edən Ağ Hunların imperatoru Mihiraqula Afuçjilonun əmisi nəvəsi Mietunu bəy olaraq təyin etdi. Mietu dövründə bəylik gücləndi 508-ci ildə Jujan xaqanı Yuyçzülyü Futu onun tərəfindən öldürüldü.
Ulu Öndər (kitab)
"Ulu Öndər" (kitab) ― Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş kitab. == Ümumi məlumat == === I cild === Beş cilddən ibarət olan kitabın birinci cildində Ulu Öndərin respublikanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncəyə səfərləri, gəncəlilərə diqqət və qayğısı, şəhərin inkişafı istiqamətində gördüyü böyük işlər haqda geniş məlumat verilir. Kitabda həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfərlərindən və müasir dövrdə şəhərin hərtərəfli inkişafından bəhs olunur. === II cild === Kitabın ikinci cildində Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafına, respublikanın yaradıcı insanlarına və elm xadimlərinə diqqət və qayğısından bəhs olunur. === III cild === Kitabın üçüncü cildində Qafqazın sülh prosesinin vacibliyini doğuran sosial-siyasi, iqtisadi və mədəni amillər araşdırılır, "Ümumqafqaz Evi" ideyasının yaranmasında, Qafqazda sülh və təhlükəsizliyin təmin olunması və regionun dünyanın inkişaf etmiş dövlətləri ilə inteqrasiyası kimi qlobal proseslərdə Ulu Öndərin geniş fəaliyyəti haqda məulamt verilir. === IV === Kitabın dördüncü cildində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli-mədəni irsimizin qorunub saxlanması, təbliği və təşviqi yönündə apardığı ardıcıl fəaliyyətdən, təşəbbüsçüsü və iştirakçısı olduğu çoxsaylı beynəlxalq tədbirlərdən və xarici ölkələrdə həyata keçirdiyi əhəmiyyətli görüşlərdən, müxtəlif mükafat və fəxri adlara layiq görülməsindən bəhs olunur. === V cild === Kitabın beşinci cildində Heydər Əliyev Fondunun yaranması tarixindən, onun beynəlxalq əlaqələrindən, təşkil etdiyi dünya miqyaslı konfrans və tədbirlərdən, həyata keçirdiyi müxtəlif layihə və nəşrlərdən, fəxri qonaqlarından, xarici ölkələrdəki nümayəndəlikləri və onların fəaliyyətindən bəhs edilir.
Yeddi Ulu Ozan
Yeddi Ulu Ozan — Ələvilikdə söylədikləri deyişlərlə Ələvi inancını xalqa başa salan və yaradıcılıqları yaşadıqları dövrdən bu günə şifahi və yazılı ədəbiyyat yolu ilə çatdırılan kimisi hökmdar-şair, kimisi xalqdan, kimisi də Əhli Beyt nəslindən gələn şəxslər. == Etimologiya == Yeddi Ulu Ozan Ələvilik, 12 İmamlara bağlılıq və dövrün siyasi problemləri haqqında xalqı maarifləndirən şəxslərdir. Onlar o dövrdə geniş yayılmış ərəb və fars dillərini bilmələrinə baxmayaraq əsərlərini xalqın anladığı türk dilində yaradırdılar. İnanca görə həm Ələvilik inancı uğrunda apardıqları mübarizə və qatlaşdıqları zülm, həm də ədəbi əsərlərinin insanları cəzb etmə xarakteri səbəbilə onlardan sonra gələn ozanlar Yeddi Ulu Ozandan təsirlənmişdir. Sadalanan bu səbəblərdən başqa bəzilərinin Əhli Beyt nəslindən gəlməyi də bu ozanların bu gün qədər Yeddi Ulular olaraq adlandırılmasına səbəb olmuşdur. Demək olar ki, cəm evlərində oxunan deyişlərin hamısı bu ozanlara aiddir. Müqəddəs bir əmanət kimi nəsildən nəsilə keçən bu deyişlərin özünəməxsus ədəbi quruluşu və Ulu Ozanların lazım gəldikdə ölümdən çəkinməmələri onları xalq gözündə ululaşdırmışdır. Yeddi Ulular haqqında daha çox Türkiyə, Azərbaycan, Bolqarıstan, Makedoniya, Suriya və İranda, eləcə də keçmiş SSRİ-də araşdırmalar aparılmış, məqalələr nəşr olunmuşdur.
Yeddi ulu şair
Yeddi Ulu Ozan — Ələvilikdə söylədikləri deyişlərlə Ələvi inancını xalqa başa salan və yaradıcılıqları yaşadıqları dövrdən bu günə şifahi və yazılı ədəbiyyat yolu ilə çatdırılan kimisi hökmdar-şair, kimisi xalqdan, kimisi də Əhli Beyt nəslindən gələn şəxslər. == Etimologiya == Yeddi Ulu Ozan Ələvilik, 12 İmamlara bağlılıq və dövrün siyasi problemləri haqqında xalqı maarifləndirən şəxslərdir. Onlar o dövrdə geniş yayılmış ərəb və fars dillərini bilmələrinə baxmayaraq əsərlərini xalqın anladığı türk dilində yaradırdılar. İnanca görə həm Ələvilik inancı uğrunda apardıqları mübarizə və qatlaşdıqları zülm, həm də ədəbi əsərlərinin insanları cəzb etmə xarakteri səbəbilə onlardan sonra gələn ozanlar Yeddi Ulu Ozandan təsirlənmişdir. Sadalanan bu səbəblərdən başqa bəzilərinin Əhli Beyt nəslindən gəlməyi də bu ozanların bu gün qədər Yeddi Ulular olaraq adlandırılmasına səbəb olmuşdur. Demək olar ki, cəm evlərində oxunan deyişlərin hamısı bu ozanlara aiddir. Müqəddəs bir əmanət kimi nəsildən nəsilə keçən bu deyişlərin özünəməxsus ədəbi quruluşu və Ulu Ozanların lazım gəldikdə ölümdən çəkinməmələri onları xalq gözündə ululaşdırmışdır. Yeddi Ulular haqqında daha çox Türkiyə, Azərbaycan, Bolqarıstan, Makedoniya, Suriya və İranda, eləcə də keçmiş SSRİ-də araşdırmalar aparılmış, məqalələr nəşr olunmuşdur.
Ulu məscid (Van)
Ulu məscid — Türkiyənin Van ilinin köhnə Van şəhəri ərazisində yerləşən Qaraqoyunlu dövrü memarlıq abidəsi. ==== Tarixi ==== Abidə Van şəhərinin mərkəzində Təbriz qapı ilə Orta qapı yollarının kəsişməsində yerləşir. Günümüzdə qalıntıları qalan abidənin heç bir kitabəsi tapılmayıb. Bu səbəbdən onun tikilmə tarixi ilə bağlı tarixşünaslıqda dəqiq fikir yoxdur, lakin bu barədə prof. Oqtay Aslanpanın verdiyi tarix daha dəqiq hesab edilir. 1970–1973-cü illər arasında apardığı qazıntılar nəticəsində Oqtay Aslanpa abidənin Qaraqoyunlu Qara Yusifin səltənət dövründə inşa edildiyini söyləmişdir.O bildirir ki, qazıntıdan tapılan sərdabə qalıqları, divar bəzəkləri, məhlulun növü və texnikası da bu fikri təsdiq edir. Daha sonra bu fikir Culs Laurenin Türkiyə səyahəti ilə bağlı yayımladığı kitabında da öz əksini tapmışdır. O yazır ki, mərkəzləri Ərciş olan Qaraqoyunluların ən görkəmli abidəsi Vandakı Ulu məscididir. Tarixşünaslıqda Oqtay Aslanpanın irəli sürdüyü bu fikir bir çox tarixçi tərəfindən də dəstəklənir.Abidənin tarixi ilə bağlı bir digər fikir Faruq Sümər tərəfindən irəli sürülmüşdür. Sümərə görə 1385-ci ildə Vanda Hakkari hakimi İzzəddin Şir rəhbərlik edirdi.
Ulu Temburonq Milli Parkı
Ulu Temburonq Milli Parkı (ing. Ulu Temburong National Park) — Bruneydə yaradılmış ilk milli park. 1991-ci ildə qurulmuşdur. Milli park Bruneyin şərqində, Temburonq dairəsinin Amo mukimində yerləşir. Temburonq dairəsinin 40 %-lik hissəsini əhatə edir, sahəsi 550 km2-dir. Milli park Batu Apoy Meşə Qoruğunun içərisində yerləşir. Ulu Temburonq Milli Parkında böyük cəngəlliklər var və buna görə də "Bruneyin yaşıl cavahiri" ləqəbi ilə tanınır. Milli park "sultanlığın uğurlu meşə qoruğu siyasətinin gözəl nümunəsi" hesab olunur. Milli parkdan axan əsas çaylar Temburonq və Belalonq çaylarıdır. Qoruq ərazisi Bruneyin ekoturizm mərkəzi hesab olunur və burada Ulu Ulu kurortu yerləşir.
Ulu diyar (film, 1984)
== Məzmun == Film Naxçıvan MSSR-in əldə etdiyi nailiyyətlərdən, respublikanın şöhrətli əməkçilərindən danışır. Burada diyarın qədim memarlıq abidələri, ədəbiyyat və incəsənət əsərləri öz əksini tapmışdır. Kinolent muxtar respublikanın 60 illiyinə həsr edilmişdir. == Film haqqında == Film Naxçıvan MSSR Partiya Komitəsinin sifarişi ilə çəkilmişdir.
Ulu yurd (film, 1990)
== Məzmun == Film Azərbaycan Respublikasının Balakən bölgəsinin tarixindən, bu günündən bəhs edir.
Ulu diyarın harayı (film, 1993)
== Məzmun == Kinolentdə Naxçıvan Muxtar Respublikasının Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ağır blokada şəraitində yaşamasından bəhs olunur. == Film haqqında == Film "Bakı Fəhləsi" Zavodunun sifarişi ilə çəkilmişdir.

Oxşar sözlər

#ulu-kiçi nədir? #ulu-kiçi sözünün mənası #ulu-kiçi nə deməkdir? #ulu-kiçi sözünün izahı #ulu-kiçi sözünün yazılışı #ulu-kiçi necə yazılır? #ulu-kiçi sözünün düzgün yazılışı #ulu-kiçi leksik mənası #ulu-kiçi sözünün sinonimi #ulu-kiçi sözünün yaxın mənalı sözlər #ulu-kiçi sözünün əks mənası #ulu-kiçi sözünün etimologiyası #ulu-kiçi sözünün orfoqrafiyası #ulu-kiçi rusca #ulu-kiçi inglisça #ulu-kiçi fransızca #ulu-kiçi sözünün istifadəsi #sözlük