Lozanna univermağında partlayış
Lozanna univermağında partlayış (fr. Explosion dans un grand magasin à Lausanne) — 21 iyul 1981–ci ildə İsveçrənin Lozanna şəhərinin univermağındakı qadın geyimləri bölməsində baş verən partlayış. Partlayış nəticəsində 26 qadın yaralanmışdır.
Terror aktına görə məsuliyyəti ASALA-nın terrorçu dəstələrindən biri olan "9 iyun təşkilatı" öz üzərinə götürür.