Universiteti sözü azərbaycan dilində

Universiteti

Yazılış

  • Universiteti • 92.7046%
  • universiteti • 7.2510%
  • UNİVERSİTETİ • 0.0317%
  • Universitetİ • 0.0127%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"ADA" Universiteti
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir. == Tərkibi == Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir: İctimai və Beynəlxalq Münasibətlər İnstitutu Biznes İnstitutu İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu Təhsilin İdarə Edilməsi İnstitutuBundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır.
ADA Universiteti
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir. == Tərkibi == Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir: İctimai və Beynəlxalq Münasibətlər İnstitutu Biznes İnstitutu İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu Təhsilin İdarə Edilməsi İnstitutuBundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır.
Adelaida Universiteti
Adelaida Universiteti (ing. University of Adelaide) — Avstraliyanın Cənubi Avstraliya ştatının Adelaida şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1872-ci ildə Cənubi Avstraliya Baptist, Konqreqasional və Presviterian kilsələri orta məktəbi bitirmiş gənclərə ali təhsil vermək üçün Kollec İttifaqı yaradırlar. Həmin il zəngin maldar və mis mədəni sahibi Valter Uotson Hyuz universitet yaradılması məqsədilə o dövr üçün böyük məbləğ hesab edilən 20000 funt-sterlinq yardım edir. Adelaida Universitetinin rəsmi açılışı 1874-cü il noyabrın 6-da baş tutur. Universitetin ilk kansleri hüquqşünas Riçard Hanson, vitse-kansleri isə yepiskop Avqust Şort seçilir. Adelaida Universitetində ilk bakalavr dərəcəsi 1876-cı ildən verilməyə başlanır. Bu universitet 1881-ci ildə Avstraliyada ilk dəfə qız tələbələri qəbul edən ali məktəb olur. Universitetin ilk məzunu da qız olub. Onu adı Edit Emili Dornvell idi.
Allahabad Universiteti
Allahabad Universiteti (ing. University of Allahabad, hind इलाहाबाद विश्वविद्यालय) — Hindistanın Uttar Pradeş ştatının Allahabad şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1887-ci ildə qoyulmuşdur.
Amsterdam Universiteti
Amsterdam Universiteti (nid. Universiteit van Amsterdam) — Niderland Krallığında, Amsterdam şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisəsi, Avropanın ən böyük universitetlərindən və Niderlandın dörd klassik ali təhsil ocaqlarından biri. Beynəlmiləlləşmiş ali məktəb olan Amsterdam Universitetində dərslər ingilis və holland dillərində keçilir. Hərdən Amsterdam Universitetini (AvU) Amsterdamda yerləşən digər universitetlərlə (xüsusi ilə VU — Azad Universitet (nid. Virje Universiteit) səhv salırlar. == Tarixi == Amsterdam Universitetinin sələfi XIV əsrdən fəaliyyət göstərən Athenaeum Illustre (latın dilindən tərcümədə "şöhrətləndirilmiş", "ali Ateney") məktəbi olmuşdur. 1632-ci ildən Amsterdam şəhərində həmin məktəbdə tarix və fəlsəfə, sonradan isə hüquq, ilahiyyat və təbabət elmləri öyrədilir. Kaspar Barlaeus və Cerard Vossius kimi dahi alimlər ilk mühazirələrini bu təhsil ocağında oxuyublar. Həmin dövrün ən məşhur məzunlarından hollandiyalı ilahiyyatçı və alim Kornelis Petrus Tieli qeyd etmək olar. XIX əsrə qədər Ateney çox da böyük olmayan bir təhsil müəssisəsi kimi fəaliyyət göstərir.
Andorra Universiteti
Andorra Universiteti (kat. Universitat d'Andorra) - Andorranın 1997-ci ildə yaradılmış dövlət universiteti. Olkənin yeganə ali məktəbi. Universitet sisteminə universitetin özü, idarəetmə və informatika məktəbi və onlayn-tədqiqatlar mərkəzi daxildir. Cant-Juliya-Loriya vilayətində yerləşir. 427 tələbəsi, 94 əməkdaşı vardır. Bəzi fakültələrində distans təhsil almaq mümkündür. Universitet Avropa Universitetlər Assosasiyasına, Beynəlxalq Universitetlər Assosasiyasına və Con Luis Vives İnstitutuna daxildir.
Andraşi Universiteti
Andraşi Budapeşt Universiteti (ing. Andrássy University Budapest, mac. Andrássy Gyula Budapesti Német Nyelvű Egyetem, alm. Andrássy Gyula Deutschsprachige Universität Budapest‎) və ya qısaca Andraşi Universiteti yalnız alman dilində fəaliyyət göstərən universitetdir. Ali məktəb Macarıstan, Almaniya və İsveçrə dövlətləri, eləcə də İtaliyanın Trentino-Cənubi Tirol Muxtar Vilayəti, Almaniyanın Bavariya və Baden-Vürtemberq ştatları tərəfindən maliyyələşdirilir. Buna görə də ali məktəb tələbələrinin yarısından çoxuna bir çox xərclərini qarşılayacaq təqaüd verilir. == Universitet haqqında == AUB, Macarıstanın “Milli üstünlük universitetidir” və Evalag (Evaluation Agency Baden-Württemberg) tərəfindən akkreditasiya olunan və xaricdə yerləşən yeganə universitetdir. 25 ölkədən çox ölkədən olan tələbələr, beynəlxalq mübadiləni təmin edir. Tələbələr öz təhsil xərclərini rəsmi təqaüdlərin hesabına qarşılıya bilər. Universitet, Macarıstanın məşhur siyasətçisi, keçmiş Baş naziri və Avstriya-Macarıstanın Xarici işlər naziri olan Düla Andraşinin adını daşıyır.
Antverpen Universiteti
Antverpen Universiteti (nid. Universiteit Antwerpen) — Belçikanın Antverpen şəhərində yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin üzvüdür. == Məşhur məzunları == Dris Beytart — "Drupal"ın yaradıcısı.
Ariel Universiteti
Ariel Universiteti (ivr. ‏אוניברסיטת אריאל בשומרון‏‎) — İsrail ali təhsil müəssisəsi. İordan çayının qərb sahilində, Samariyada, Ariel şəhərində yerləşir. 1982-ci ildə kiçik bir kollec kimi yaradlaraq universitet pilləsinə qədər inkişaf yolu keçib. 2014-cü ildə universitetdə 14 min nəfər tələbə təhsil alır və 100 nəfər professor çalışırdı. Universitet kampusunda yəhudilər, ərəblər, dünyəvi və dini təhsil nümayəndələri, ölkə vətəndaşları və xarici ölkələridə yaşayan yəhudi ailələrindən tələbələr təhsil alır. == Həmçinin bax == == Mənbə == Ариэльский университет, официальный сайт на русском языке "Ариэльский университет в Самарии (ing.)". en:Council for Higher Education in Israel. 2014-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 03 июля 2014.
Assam Universiteti
Assam Universiteti (assam. আসাম বিশ্ববিদ্যালয়) — Hindistanın Assam ştatının Silçar şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1994-cü ildə qoyulmuşdur.
"Naxçıvan" Universiteti
"Naxçıvan" Universiteti — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən özəl universitet. == Tarixi == "Naxçıvan" Universiteti 1994-cü ildən 1999-cu ilə kimi "Naxçıvan" bazası kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına almışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Azərbaycan Respublikasında xüsusi icazə tələb olunan fəaliyyət növlərinin siyahısına uyğun olaraq Naxçıvan Özəl Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin AB seriyalı 019008, qeydiyyat nömrəsi 08, 11 noyabr 1999-cu il tarixli lisenziya verilmişdir. Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev olmuşdur. 2019-cu ilin 5 dekabr tarixində Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Nurlana Əliyeva "Naxçıvan" Universitetinə rektor təyin edilmişdir. == Fakültələr == Pedoqoji fakültə İdarəetmə fakültəsi İqtisadiyyat fakültəsi Xarici dillər fakültəsi == Maddi-texniki bazası == "Naxçıvan" Universitetinin iki tədris korpusu vardır. Professor-müəllim heyətinin normal fəaliyyəti, eləcə də tələbələrin yüksək təhsil alması üçün əlverişli şəraiti olan lazımi avadanlıqlarla təchiz edilmiş otaqlar, auditoriyalar və kabinetlər yaradılmışdır. Universitetdə geniş imkanlara malik olan zəngin kitabxana oxu zalından və elmi ədəbiyyatla zənginləşdirilmiş kitab fondundan ibarətdir.
Aalto Universiteti
Aalto Universiteti — Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən ali təhsil müəssisəsi; Texnologiya və dizayn sahələri üzrə ixtisaslaşan müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Aalto Universitetinin əsası 2010-cu ildə qoyulub. Ali məktəb Helsinkinin 3 ali təhsil ocağının — Texnologiya Universiteti, İqtisadiyyat Məktəbi, İncəsənət və Dizayn Universitetinin birləşdirilməsi nəticəsində yaranıb. Yeni ali təhsil müəssisəsi finlandiyalı memar və dizayner, Şimali Avropada "modernizmin atası", müasir dizaynın banilərindən biri Alvar Aaltonun şərəfinə adlandırılıb. Üç universitet ittifaqı fənlərarası elmi araşdırmalar üçün yeni imkanlar açıb. Aalto Universiteti özündə təhsilə müasir yanaşmaları və qabaqcıl texnologiyaları əhatə edir. Bir qayda olaraq, ali təhsil müəssiəsinin tədris mərkəzləri, elmi tədqiqat institutları, tələbə yataqxanaları, kitabxana, auditoriyalar və yemək otaqlarının daxil olduğu tələbə şəhərcikləri Helsiki, Espo, Lahti, Mikkeli, Pori və Vaasada yerləşir. Ali məktəb kampusları gediş-gəlişin rahatlığı baxımından müntəzəm fəaliyyət göstərən nəqliyyat vasitələri ilə təmin olunub. Burada tələbələrin təhsili və istirahəti üçün çox gözəl infrastruktur yaradılıb. Kampuslarda yüksək standartlara cavab verən kitabxanalar, kompüter və idman zalları fəaliyyət göstərir.
Aarhus Universiteti
Orhus Universiteti (dan. Aarhus Universitet) — Danimarka Krallığının Orhus şəhərində yerləşən ali təhsil ocağı. == Tarixi == Orhus Universiteti 11 sentyabr 1928-ci ildə yaradılıb. Bu zamana qədər Danimarkada təkcə bir universitet - Kopenhagen Universiteti fəaliyyət göstərirdi. Ölkənin ikinci ən böyük şəhəri olan Orhusda universitet yaradılmasına ehtiyac duyulurdu. Bu zaman Orhus şəhərinin bələdiyyəsi yeni universitetin yaradılması üçün 33 min kron vəsait ayırır. 1928-ci ildən Orhus şəhərindəki Texniki Kollecin sinif otaqlarını icarəyə götürən Orhus Universitetinin Humanitar elmlər fakültəsi fəaliyyətə başlayır. Fakültənin müəllim heyəti fəlsəfə üzrə 1 professor, Danimarka, ingilis, alman və fransız dilləri üzrə 4 dosentdən ibarət olur. 1933-cü ildən yeni yaradılmış ali məktəb yerləşdiyi şəhərin adına əsasən rəsmi olaraq Orhus Universiteti adını daşıyır, bir il sonra isə universitetin humanitar fakültəsi akkreditasiyadan keçir və imtahan keçirmək hüququ qazanır. Həmin vaxtadək tələbələr tədqiqatlarını Kopenhagen Universitetində aparırdılar.
Aberdin Universiteti
Aberdin Universiteti — Şotlandiyada Aberdin şəhərində yerləşən universitetdir. Universitetin təməli 1495-ci ildə qoyulub və St. Andrews və Qlazqo Universitetindən sonra Şotlandiyada üçüncü ən qədim universitetdir. Universitet dünyada ingilis dilli 5-ci ən qədim universitetdir. Hazırkı universitet 1860-cı ildə iki bazlı kollecin-King's College (təməli 1495-ci ildə qoyulub və Aberdin Universiteti kimi hesab olunur) və Marischal College (1593-cü ildə təməli qoyulub və hazırda Aberdin şəhər mərkəzinə aid edilir). Bu gün Aberdin Universiteti mərkəzləşdirilmiş tədqiqat universiteti kimi fəaliyyət göstərir və dünyanın ilk 150 universiteti arasında mövqe tutur. Hazırda Aberdin universiteti Aberdin şəhərində yerləşində yerləşən 2 universitetdən biridir(digəri Robert Gordon Universitetidir). Universitet Aberdin şəhərinin simbolu olan rəmzi binaları ilə şəhər həyatında mühüm yer tutur. Universitetin 2 əsas şəhərciyi var: əsas tədbirlər və dərslər əsasən Old Aberdin Kings College şəhərciyində (əsasən 20-əsrdə tikilmiş binalar və qədim orjinal binalar yerləşir) baş verir.
Afina Universiteti
Kapodistrii adına Afina Milli Universiteti (yun. Εθνικό και Καποδιστριακό Πανεπιστήμιο Αθηνών), sadəcə Afina Universiteti — Yunanıstanın ən qədim universitetlərindən biri, əsası 1837-ci ildə qoyulub.
Alberta Universiteti
Alberta Universiteti (ing. University of Alberta) və ya qısaca U of A və ya UAlberta — Kanadanın Alberta əyalətinin Edmonton şəhərində yerləşən və əyalətin ən qədim ali təhsil ocağı. Kanadanın ən böyük universiteti olmaqla yanaşı, həm də ən nüfuzlu təhsil ocaqlarından biridir. == Tarixi == 1906-cı ildə yeni Qanunvericilik iclasının birinci sessiyasında Alberta əyalətinin Edmonton şəhərində universitet yaradılması haqqında qanun qəbul edilir. Ali məktəbin təsisçiləri onu Amerika ştat universitetlərinə bənzər formada yaratmaq niyyətində idilər. Yeni universitetin yaradılmasında Albertanın ilk baş naziri Aleksandr Kameron Rezerford və professor Henri Marşall Torinin böyük rolu olur. Henri Marşall Tori Alberta Universitetinin ilk prezidenti təyin edilir. 1908-ci ildə ali məktəb müvəqqəti olaraq bir sıra binaları icarəyə götürür və fəaliyyətə başlayır; bu zaman ərzində də universitetin ilk binası tikilir. XX əsrin əvvəllərində ali təhsil ənənəvi ilahiyyat, hüquq və tibb təhsili çərçivəsindən kənara çıxır. Alberta Universiteti ilk elmi dərəcəsini 1912-ci ildə vermiş və Genişləndirmə şöbəsini açmışdır.
Anadolu Universiteti
Anadolu Universiteti (AU) — 1958-ci ildə yaranmış, 1982-ci ildən isə Anadolu Universiteti adlandırılmışdır. == Tarixi == == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Ankara Universiteti
Ankara Universiteti — 1946-cı ildə Paytaxt Ankarada qurulmuş bir universitetdir. Ankara Universitetinin təməli şəxsən Atatürk tərəfindən atılmışdır. İlk olaraq 1925-ci ildə qurulan Hüquq Məktəbi, Türk cütçüsünə xidmət etmək üzrə 1933-cü ildə təhsilə başlayan Yüksək Əkinçilik İnstitutu, zəngin Anadolu mədəniyyətini araşdırmaq və Türkiyənin dünya ilə dil və mədəniyyət körpüsü qurmaq məqsədiylə 1935-ci ildə açılan Dil və Tarix-Coğrafiya Fakültəsi, 1859-cu ildən bəri Məktəbi Mülküyə adıyla üst səviyyə cəmiyyət idarəçiləri yetişdirən və 1936-cı ildə Paytaxt Ankaraya daşınan və Atatürkün xüsusi əmr və maraq əlaqələri ilə qurulan Siyasi Məlumatlar Məktəbini açmaq olmuşdur. Bunlara, hazırlıqları Atatürk tarfından başladılan ancaq quruluşu II Dünya Döyüşü səbəbiylə 1940-ın başına qalan Tibb və Fənn Fakültələrini əlavə etmək lazımdır. 1925-ci ildə qurulmuş olan Hüquq, 1935-ci ildə fəaliyyətə başlayan Dil və Tarix-Coğrafiya Fakültəsi, 1943-cü ildə açılan Fənn Fakültəsi, 1945-ci ildə quruluşu tamamlanan Tibb Fakültələrindən ibarət olan yaranan Ankara Universiteti 1946-cı ildə rəsmi olaraq quruldu. Universitet 1948-ci ildə Yüksək Əkinçilik İnstitutunun Əkinçilik və Baytar Fakültələrini bünyəsinə götürmüş, 1949-cu ildə İlahiyyat Fakültəsi, 1935-ci ildə qurulan 1950-ci ildə Fakültə adını alan Siyasi Məlumatlar Məktəbi, 1960-cı ildə Əczaçılıq Fakültəsi, 1963' te Yüksekokul olaraq qurulan 1977-ci ildə Fakültə olan Diş Həkimliyi Fakültəsi, 1965-ci ildə Təhsil Elmləri Fakültəsi və 1965-ci ildə də indi adı Ünsiyyət Fakültəsi olan Mətbuat Nəşr Yüksekokulu quruldu. Çankırı Meşə və Sağlamlıq Təhsili Fakültələri isə 1996-cı ildə təhsil-təhsilə açılmışdır.
Atatürk Universiteti
Atatürk Universiteti — 1957-ci ildə yaradılan universitetidir. == Tarix == Atatürk Universitetinin tarixi Türkiyə Cümhuriyyətinin önəmli röyalarından birinin gerçəkləşməsidir. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk 1 noyabr 1937-ci ildə Türkiyə Böyük Millət Məclisindəki nitqində Şərqi Anadoluda böyük bir universitetin qurulmasının lazım olduğunu ifadə etmiş, bu yöndə işlərin başlanmasına təlimat vermişdir. Atatürkün ölümündən sonra bu işlərə 12 il ara verilmiş və 1950-ci ildə yenidən gündəmə gətirilmişdir. 1951-ci ildə yaradılan komissiya Şərq Universitetinin Ərzurumda olmasına qərar verdi. 1954-cü ildə çıxarılan 6373 nömrəli qanunla da universitetin adı "Atatürk" qoyuldu. Həmin il Amerika Birləşmiş Ştatlarının USAİD təşkilatı vasitəsilə Atatürk Universiteti ilə Nebraska Universiteti arasında işbirliyi qurulmuşdur. Beləliklə, Atatürk Universitetinin gənc müəllim heyəti Nebraska Universitetinin texniki və akademik araşdırmaları təcrübəsindən yararlanmışlar. İlk olaraq universitetdə əkinçilik, dil-ədəbiyyat, mühəndislik və memarlıq fakültələri var idi. Hazırda isə Atatürk Universitetində 17 fakültə, 5 yüksək məktəb, 15 peşə məktəbi, 6 institut və 16 araşdırma mərkəzi var.
Azərbaycan Universiteti
Azərbaycan Universiteti və ya qısaca AU — Azərbaycanda fəaliyyət göstərən ilk özəl universitet. == Tarixi == Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən qoyulmuşdur. İlk özəl universitet – Azərbaycan Universiteti 1991-ci ildə fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov tərəfindən təsis olunmuşdur. Azərbaycan Universiteti Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli qərarları ilə dövlət qeydiyyatına alınmış, 01 saylı Dövlət reyestrinə qəbul edilmiş və ona sertifikat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 1995-ci il tarixli 72 saylı qərarı ilə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının rəyinə əsasən, tərkibində orta ixtisas kolleci və ingilis dilli gimnaziya olmaqla, qeyri-dövlət Azərbaycan Universiteti Dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Komissiyasının qərarına əsasən 24 fevral 2009-cu il tarixli 213 saylı əmri ilə ali təhsil müəssisəsi kimi təkrar akkreditə olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirinin 10.07.2009-cu il tarixli 929 saylı əmri ilə fəaliyyətinə verilmiş xüsusi razılığın müddəti daha 5 il uzadılmışdır. 2016–cı il fevralın 24-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərbaycan Universiteti” Məhdud Məsuliyyətli Cəmiyyətinə Ali təhsil fəaliyyətini müddətsiz davam etdirməyə icazə vermişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən Nazirliyin 20 iyul 2018 –ci il tarixli, F-520 nömrəli əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 (beş) il müddətinə təkrar akkreditə olunmuşdur. == Tədrisin təşkili == Universitet 2006-cı ildən başlayaraq Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərir.
Balamand Universiteti
Bələmənd Universiteti (ərəb. جامعة البلمند‎ Camiʿət əl-Bələmənd) — Livanda xüsusi universitet, əsası 1988-ci ildə qoyulub. Bələmənd Universitetinin prezidenti İlyas Vərraqdır.
Bamenda Universiteti
Bamenda Universiteti (fr. Université de Bamenda) — Kamerunun Bamenda şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 2011-ci ildə qoyulmuşdur.
Bergen Universiteti
Bergen Universiteti (norv. Universitetet i Bergen) — Norveçin Bergen şəhərində yerləşən ali təhsil müəssisəsi. Norveçin ikinci böyük universitetidir. == Tarixi == Tarixi 1825-ci ildən başlasa da bu ali məktəbin Bergen Universiteti kimi əsası 1946-cı ildə qoyulmuşdur. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin və Koimbra qrupunun üzvüdür.
Berkli Universiteti
Berkli Kaliforniya Universiteti (ing. University of California, Berkeley) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Berkli şəhərində yerləşən ali təhsil müəssisəsi. Berkli Kaliforniya Universiteti Amerika Universitetləri Assosiasiyasının yaradıcılarından biridir. == Tarixi == 1866-cı ildə özəl Kaliforniya Kolleci maliyyə çətinliyi səbəbindən dövlət tabeliyindəki Kənd Təsərrüfatı, Dağ-Mədən Sənayesi və Mexaniki İncəsənətlər kollecləri ilə birləşdirilərək Kaliforniya Universiteti yaradılır. 1868-ci il martın 23-də Kaliforniya ştatının qubernatoru Henri Heyt Kaliforniya Universitetinin yaradılması haqqında nizamnaməni imzalayır. 1870-ci ilədək universitetin prezidenti vəzifəsini professor Con Le Kont icra etsə də, həmin ildən etibarən Regentlər Şurası bu vəzifəyə özəl Kaliforniya Kollecinin yaradıcısı Henri Dyurantı seçir. Universitetin açılışı 1869-cu ilin sentyabrında müvəqqəti olaraq Oklend şəhərində yerləşən binada baş tutur. Regentlər Şurasının qərarına əsasən qızlar oğlanlarla birgə universitetdə təhsil almaq hüququna malik olurlar. 1873-cü ildə universitet 167 oğlan və 222 qız tələbəsi ilə Berkli şəhərində yeni tikilən Cənub və Şimal binalarına köçür. Universitet tədricən inkişaf edir, yeni-yeni korpuslar açılır, proqramlar qəbul edilir.
Berlin Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı
"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100 illiyi münasibətilə 14 dekabr 2021-ci ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Qanunun tətbiqi isə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2021-ci il tarixli 1530 nömrəli Fərmanı ilə müəyyən edilmişdir."Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm, təhsil və pedaqoji kadr hazırlığı sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları, o cümlədən keçmiş əməkdaşları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. Medala layiq görülən şəxslər Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən təltif edilirlər. "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalının təsviri 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfi daxili və xarici çevrələrlə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca tünd göy rəngli fonda "Azərbaycan Dövlət Pedaqoji Universiteti" sözləri, aşağı qövs boyunca "1921–2021" rəqəmləri yazılmışdır. "1921–2021" rəqəmlərindən sol və sağ tərəflərdə yuxarıya doğru uzanan sünbül budaqları, ondan sonra isə səkkizguşəli ulduz təsvir olunmuşdur.
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal."Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilir. == Təltif edilən şəxslər == "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Naziri tərəfindən təltif edilir. == Taxılma qaydası == "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "BAKI DÖVLƏT UNİVERSİTETİ" sözləri, aşağı qövs boyunca "1919–2019" sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz vardır. "1919–2019" sözlərindən sol və sağ tərəflərə doğru qövs boyu sünbüllərdən ibarət çələng yerləşir. Medalın daxili çevrəsinin mərkəzində təhsili simvolizə edən relyefli kitab emblemindən və elmi simvolizə edən relyefli atom təsvirindən ibarət kompozisiya vardır.
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal."Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilir. == Təltif edilən şəxslər == "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Naziri tərəfindən təltif edilir. == Taxılma qaydası == "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "BAKI DÖVLƏT UNİVERSİTETİ" sözləri, aşağı qövs boyunca "1919–2019" sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz vardır. "1919–2019" sözlərindən sol və sağ tərəflərə doğru qövs boyu sünbüllərdən ibarət çələng yerləşir. Medalın daxili çevrəsinin mərkəzində təhsili simvolizə edən relyefli kitab emblemindən və elmi simvolizə edən relyefli atom təsvirindən ibarət kompozisiya vardır.
ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsi
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir. == Tərkibi == Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir: İctimai və Beynəlxalq Münasibətlər İnstitutu Biznes İnstitutu İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu Təhsilin İdarə Edilməsi İnstitutuBundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır.
Abxaziya Dövlət Universiteti
Abxaziya Dövlət Universiteti (ADU; abx. Аҧсны Аҳәынҭқарратә Университет) — rəsmi olaraq Gürcüstanın Abxaziya Muxtar Respublikasının, de-fakto olaraq müstəqil Abxaziya Respublikasının Suxumi şəhərində yerləşən dövlət universiteti. == Tarixi == Universitet 4 fevral 1932-ci ildə Aqropedaqoji İnstitut olaraq təsis edilmişdir. 1933-cü ildə MŞ Qorki adına Suxumi Dövlət Pedaqoji İnstutu olaraq adlandırılmışdır. 1979-cu ildə Abxaziya Dövlət Universiteti olaraq adlandırılır. 2011-ci ildə Abxaziya Dövlət Universiteti və Urbin Universiteti arasında əməkdaşlıq protokolu imzalanmışdır. == Fakultə və kafedralar == === Fizika-Riyaziyyat fakultəsi === Dekan: Robert Larusiya Riyazi analiz kafedrası Tətbiqi riyaziyyat kafedrası Ümumi fizika kafedrası Suxumi Fizika Texnika İnstitutunun eksperimental fizika kafedrası === Biologiya-Coğrafiya fakultəsi === Dekan: Marina Qoqua Ekologiya və heyvan morfologiyası kafedrası İnsan və heyvan fiziologiyası kafedrası Kimya kafedrası Coğrafiya bölməsi AMA Botanika İnstitutunda Meşə və Botanika Departamenti kafedrası AMA-nın Eksperimental Patoloji və Təbabət İnstitutunun Eksperimental Biologiya və Təbabət İdarəsi kafedrası AMA Hidrofizika İnstitutunda tətbiq olunan Ekologiya İdarəsi kafedrası === Tarix fakultəsi === Dekan: Alik qabeliya Tarix kafedrası Abxaziyanın Arxeologiya və Etnoqologiya kafedrası Rusiya və xarici ölkələrin tarix kafedrası Beynəlxalq münasibətlər tarixinin kafedrası === Filologiya fakultəsi === Dekan: Otar Cicariya Abxaz dili kafedrası Abxaz ədəbiyyatı kafedrası Rus dili kafedrası Rus və xarici ədəbiyyat kafedrası Alman dili kafedrası İngilis dili kafedrası Jurnalistika kafedrası Aktyorluq və Rəssamlıq İncəsənəti kafedrası Abxaz Humanitar Tədqiqatlar İnstitutunda Abxaz Tədqiqatları kafedrası === Hüquq fakultəsi === Dekan: Serqety Smır Dövlət və hüquq kafedra Mülki və prosesual hüquq kafedrası İnzibati hüquq kafedrası === İqtisadiyyat fakultəsi === Dekan: Ozqan Yeva İqtisadi nəzəriyyə kafedrası Mühasibat və audit kafedrası Dövlət İdarəetmə və menecment kafedrası Milli İqtisadiyyat kafedrası Maliyyə və kredit kafedrası === Pedaqoji fakultə === Dekan: Lyudmila Beniya Pedaqogika və İbtidai təhsil metodları kafedrası Təsviri incəsənət kafedrası Bədən tərbiyəsi və idman kafedrası === Aqromühəndis fakultəsi === Dekan: Rozetta Smır Agronom kafedrası Kənd təsərrüfatının mexanikləşdirilməsi kafedrası Elektrikləşdirmə kafedrası === Ümumuniversitet kafedraları === Filologiya və mədəniyyətşünaslıq kafedrası Politalogiya və sosiologiya kafedrası Hərbi kafedra == Universitetin rektorları == Zurab Ançabadze (1979–1984) Aleko Qranamiya (1989-cu ildən) == Tanınmış məzun və əməkdaşları == Vladislav Arcinba Vaja zarandiya Anton Jarkov Aleksandr Jarkov Leonid Rozemlyun == Fəxri professorlar == Rəşid Xuqanov — Adıgey Dövlət Universitetinin rektoru (ADU) == Ünvan == Gürcüstan, Abxaziya Muxtar Respublikası, Suxumi şəhəri, Universitet küçəsi, 1.
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti (qaz. Абылай хан Қазақ халықаралық қатынастар және әлем тілдері университеті (ҚазХҚжӘТУ)) — Qazaxıstanın ali təhsil müəssisəsi. Xarici dildə və beynəlxalq profildə mütəxəssislər üçün peşə təhsili verir. == Tarixi == Qazaxıstan Dövlət Müəllimlər Xarici Dillər İnstitutu, SSRİ hökumətinin 16 sentyabr 1940-cı il tarixli 1696 saylı qərarı ilə quruldu. 1941-ci ilin yayında institut müəllim qəbul etməyə və tələbələrin ilk qəbuluna hazırlaşmağa başladı. 1941-ci ilin sonunda institutun ilk nizamnaməsi təsdiq edildi, ona görə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiqlənən müstəqil bir təhsil və elmi müəssisə idi. İnstitut üç fakültədən (İngilis, Alman, Fransız) ibarət idi, dekanları bu fakültənin aparıcı fənlərindəki professorlar və ya dosentlər arasından namizəd göstərildi və təkliflə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiq edildi. institut direktorunun. 1941–1942-ci tədris ilinin qəbulu göstərdi ki, respublikanın digər universitetlərində olduğu kimi İnstitutda da Qazax uyruğundan az sayda tələbə var idi, bununla əlaqədar 1 aprel 1942-ci ildən etibarən qazaxlar üçün dörd aylıq təlim kursları universitetlərdə 330 nəfərlik bir kontingentli qızlar təşkil edildi. Qazaxıstan SSR hökuməti 1944-cü ilin avqust ayında 30 nəfərlik bir şərqlə "Şərq dilləri fakültəsinin təşkili haqqında" bir qərar qəbul etdi.
Adıge Dövlət Universiteti
Adıge Dövlət Universiteti (rus. Адыгейский государственный университет, АГУ) — Rusiya Federasiyasına bağlı Adıge Respublikasının Maykop şəhərində yerləşən universitet. Respublikada aparıcı təhsil və tədqiqat mərkəzidir. == Tarixi == Adıge Dövlət Universiteti 1940-cı ildə ilk olaraq Maykop Müəllimlər İnstitutu kimi yaradılmışdır. 1952-ci ildə Adıge Pedaqoji İnstitutuna çevrilmiş, 1993-cü ildən isə müasir addan istifadə olunur. Universitet 2 institut, 10 fakültə və 52 şöbədən ibarətdir. Burada aşağıdakı ixtisaslar və istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir: riyaziyyat, fizika, iqtisadiyyat, pedaqogika, filologiya və mədəniyyət, hüquqşünaslıq, tarix və s. Universitetəqədər hazırlıq şöbəsinin, Pedaqoji Kollecin və Respublika Fizika-Riyaziyyat Məktəbinin, eləcə də aspiranturanın köməyi ilə təmin edilir. Universitetdə Təkmilləşdirmə İnstitutu, aspirantura (16 ixtisas üzrə) və doktorantura fəaliyyət göstərir. Universitetdə humanitar və texniki kollec (Maykop), peşə təhsili mərkəzi, Rusiya Elmlər Akademiyasının Kabardin-Balkar Elmi Mərkəzinin Dağ Ərazilərinin Ekologiya İnstitutunun şöbəsi var.
Andraşi Budapeşt Universiteti
Andraşi Budapeşt Universiteti (ing. Andrássy University Budapest, mac. Andrássy Gyula Budapesti Német Nyelvű Egyetem, alm. Andrássy Gyula Deutschsprachige Universität Budapest‎) və ya qısaca Andraşi Universiteti yalnız alman dilində fəaliyyət göstərən universitetdir. Ali məktəb Macarıstan, Almaniya və İsveçrə dövlətləri, eləcə də İtaliyanın Trentino-Cənubi Tirol Muxtar Vilayəti, Almaniyanın Bavariya və Baden-Vürtemberq ştatları tərəfindən maliyyələşdirilir. Buna görə də ali məktəb tələbələrinin yarısından çoxuna bir çox xərclərini qarşılayacaq təqaüd verilir. == Universitet haqqında == AUB, Macarıstanın “Milli üstünlük universitetidir” və Evalag (Evaluation Agency Baden-Württemberg) tərəfindən akkreditasiya olunan və xaricdə yerləşən yeganə universitetdir. 25 ölkədən çox ölkədən olan tələbələr, beynəlxalq mübadiləni təmin edir. Tələbələr öz təhsil xərclərini rəsmi təqaüdlərin hesabına qarşılıya bilər. Universitet, Macarıstanın məşhur siyasətçisi, keçmiş Baş naziri və Avstriya-Macarıstanın Xarici işlər naziri olan Düla Andraşinin adını daşıyır.
Astana Tibb Universiteti
Astana Tibb Universiteti — Qazaxıstan SSR Nazirlər Sovetinin 26 oktyabr 1964-cü il tarixli əmri ilə qurulan və Astana şəhərində yerləşən ali təhsil tibb müəssisəsi. Başlanğıcda universitet Tselinoqrad Dövlət Tibb İnstitutu (TDTU) adlandı, 2009-cu ildə Astana Tibb Universiteti adlandırıldı və Qazaxıstandakı tibb universitetləri arasında ilk səhmdar cəmiyyət oldu. == Missiya və hədəfləri == 1964-cü ildə universitet açıldıqdan sonra yalnız universitetin adı dəyişdirilmədi, eyni zamanda ixtisasların sayı da artdı, kredit təhsili texnologiyaları və üç mərhələli təhsil sistemi — bakalavr, magistr, doktorantura, aspirantura, akademik proqramlar tətbiq olundu. Universitetin reytinqi durmadan artır və bir neçə ildir ki, universitet Qazaxıstan Respublikasının üç aparıcı tibb universitetlərindən biridir. Gələcəkdə Astana Tibb Universiteti olmalıdır: Ali, aspirantura və davamlı tibbi təhsil, səhiyyə yenilikləri sistemində liderdir Qabaqcıl Tibbi Texnologiyalar Elmi və Klinik Mərkəzi, İntellektual İnkişaf; Korporativ idarəetmə standartlarının formalaşdırılması və tətbiqi mərkəzi; Elmi, sosial-mədəni, təhsil mühiti və infrastrukturunun formalaşdırılması mərkəzi. Əsas inkişaf prioritetləri: insan resurslarının inkişafı; keyfiyyətli tibbi təhsil vermək; öz klinik bazasının yaradılması; universitet elminin təkmilləşdirilməsi; beynəlxalq təhsil və elmi cəmiyyətə inteqrasiya.Formalaşdırılmış missiyaya əsasən, universitet aşağıdakı hədəfləri müəyyənləşdirdi: Qazaxıstan Respublikasının səhiyyə sistemi üçün rəqabət qabiliyyətli, yenilikçi texnologiyalara, biliklərə və qloballaşma şəraitində yüksək keyfiyyətli və təhlükəsiz tibbi xidmətlər göstərməyi bacaran ahəngdar inkişaf etmiş mütəxəssislərə peşəkar və mənəvi cəhətdən mükəmməl mütəxəssislər hazırlamaq keyfiyyətini təmin etmək dünya birliyinin; Təhsil fəaliyyətinin təkmilləşdirilməsi; Yenilikçi klinik fəaliyyətin təşkili; Tədqiqat işinin təkmilləşdirilməsi; Lisansüstü və davamlı peşə təhsili, güclü bir elmi məktəb, səhiyyə və əczaçılıq sahəsindəki yeniliklərin təkmilləşdirilməsi; Fəaliyyətlərin strateji planlaşdırılmasının inkişafı; Əməliyyatların və maliyyə və aktiv idarəetməsinin gücləndirilməsi; İnformasiya və texnologiyalar mənbəyi olan korporativ etik standartların formalaşdırılması və tətbiqi, elmi, sosial-mədəni, sağlam korporativ mühitin formalaşdırılması, səhiyyə sisteminə inam. Əsas hədəflərə uyğun olaraq Universitetin inkişafının strateji istiqamətləri formalaşdırıldı: Strateji istiqamət: Ali tibb təhsili sahəsində rəhbər vəzifələrin formalaşdırılması "Tibb Universiteti Astana" ASC tərəfindən göstərilən təhsil xidmətlərinin yüksək səviyyədə keyfiyyətinin təmin edilməsi Təhsil xidmətlərinin optimal həcminin və strukturunun təmin edilməsi Təhsil xidmətlərinin göstərilməsinə inteqrasiya olunmuş yanaşmanın təmin edilməsi (sosial aspekt) Strateji istiqamət: Korporativ idarəetmənin səmərəliliyinin artırılması.
Avstraliya Milli Universiteti
Avstraliya Mkjjjjkilli Universiteti (ing. Australian National University) — Avstraliyanın ən nüfuzlu və tanınmış dövlət ali məktəbidir. Avstraliyanın paytaxtı Kanberra şəhərində yerləşir. == Tarixi == II Dünya müharibəsindən sonra Avstraliya dövlətinin rəhbərliyi ölkənin həyatında əhəmiyyətli dəyişiklik etmək, dövlətin imicini formalaşdırmaq, qonşu dövlətlərlə əlaqələri və iqtisadi inkişafı gücləndirmək məqsədilə universitet yaratmaq qərarına gəlir. ölkənin baş naziri Bin Çifli və müharibədən sonra bərpa işləri üzrə nazir vəzifəsində çalışmış J.J. Dedman universitet yaradılması haqqında qanunu parlamentin müzakirəsinə verirlər. Beləliklə, 1 avqust 1946-cı ildə Avstraliya Federal Parlamenti Avstraliya Milli Universitetinin yaradılması haqqında akt qəbul edir və universitet Avstraliyada Federal Parlament tərəfindən yaradılan ilk və yeganə ali məktəb olur. Yarandığı gündən universitetdə Avstraliyanin dünyada tanınmış alimləri - radiolokasiya və nüvə fizikası üzrə layihələrilə lider olan Mark Olifant, penisillinin yaradıcısı ser Hovard Flori, tanınmış tarixçi Keyt Xenkoka, iqtisadçı Herbert Kumbs və s. çalışmağa başlayır. 1949-cu ildə universitetin əsas binası, Con Kertin Tibb Məktəbi və Fizika Elmləri Tədqiqatlar Məktəbi tikilir. Avstraliya Konstitusiyasının yaradıcılarından olmuş Robert Garran 1951-ci ildə Avstraliya Milli Universitetinin ilk fəxri doktorluq dərəcəsinə layiq görülür.
Ayn Şəms Universiteti
Ayn Şəms Universiteti— Ayn Şəms Universiteti Misirin üçüncü ən qədim universitetidir. 1950-ci ilin iyulunda İbrahim Paşa adı altında əsası qoyulmuşdur. Misir universitetlərinin missiyasını həyata keçirmək və ali təhsilə artan tələbi ehtiva etmək üçün Qahirə (əvvəllər Birinci Faud) və İskəndəriyyə (əvvəllər Birinci Faruk) Universitetləri ilə əməkdaşlıq etmişdir. Ayn Şəms universiteti ən nüfuzlu Ərəb universitetlərindən biri hesab edilir. == Tarixi == 23 iyul 1952-ci il inqlabından sonra Misir universitetlərinin adlarının ölkə tarixi və əlamətdar günləri ilə əlaqədar olması təkilifi irəli sürüldü. 21 fevral 1954-cü ildə universitetin adı dəyişdirilərək, Heliopolis Universiteti adlandırıldı. Elə həmin il, universitetin adı indiki, yəni Ayn Şəms adı ilə əvəz edildi. Ayn Şəms “Heliopolis” və yaxud tarixin ən qədim universiteti olan “On” kəliməsinin Ərəb dilinə tərcüməsidir. “On” Universitetinin əsası təxminən 5000 il bundan öncə qoyulmuşdur. Çox məşhur universitet idi, xüsusilə, astronomiya, həndəsə və tibb elmlərində bilik və elm qalası hesab olunurdu.
Azad Berlin Universiteti
Azad Berlin Universiteti (alm. Freie Universität Berlin‎) — Almaniya Federativ Respublikasının Berlin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin və Avropanın ən nüfuzlu tədqiqat universitetlərindən biridir. == Tarixi == Azad Berlin Universiteti 4 dekabr 1948-ci ildə ABŞ müttəfiqləri və Berlin siyasətçilərinin dəstəyi ilə bir qrup tələbə və alim tərəfindən Humboldt Universitetində tələbələrin təqib edilməsinə cavab olaraq yaradılmışdır. Universiteti yaradan tələbə və müəllimlər siyasi təsirdən uzaq olan ali məktəbdə oxumaq və tədqiqat aparmaq istəyirdilər. ABŞ tərəfindən edilən səxavətli yardım nəticəsində Azad Berlin Universitetinin bir neçə yeni bina kompleksi, eləcə də Bencamin Franklin Universitet Xəstəxanası, Henri Ford binası, Mərkəzi Mühazirə zalı tikilir. Həmin dövrdən etibarən universitetin şüarı "Həqiqət, ədalət və azadlıqǃ"dır. 1968, 1990, 2007-ci illər Azad Berlin Universitetinin tarixində dönüş mərhələləri kimi yadda qalır. 1960-cı ildə universitetdə birlik və demokratiya uğrunda tələbə nümayişləri baş qaldırır. 1990 və 2000-ci illərdə Almaniyanın birləşməsindən sonra Azad Berlin Universitetində köklü dəyişikliklər baş verir. Universitetin fəaliyyəti genişlənir, fundamental təhsil islahatları aparılır, idarəetmə sistemi müasirləşdirilir.
Azad Fikir Universiteti
Azad Fikir Universiteti — alternativ təhsil layihəsi. 2009-cu ilin oktyabrından fəaliyyət göstərir. == Ümumi məlumat == Azad Fikir Universiteti 2009-cu ilin oktyabrında öz fəaliyyətində başlamışdır. Layihənin məqsədi gəncliyin rahat toplaşaraq bilik əldə etməsi, müasir, demokratik dəyərlərlə tanış olması, sərbəst müzakirələr apara bilməsi, bir sözlə öz tələbəlik həyatını zənginləşdirməsidir. Azad Fikir Universiteti gənclər və tələbələr üçün alternativ bir təhsil və müzakirə məkanıdır. Layihə çərçivəsində hər çərşənbə axşamı və cümə axşamı iki saat uzunluğunda interaktiv mühazirələr keçirilir.Azad Fikir Universitetinin uğuru sərbəst mühitdə keçirilən mühazirələrin mövcudluğu və həmin mühazirələrin video və audio yazılarının internet vasitəsilə müxtəlif sosial şəbəkələrdə yayılması ilə əlaqədardır. 2010-cu ildə Azad Fikir Universiteti İnternetdə İfadə Azadlığı üzrə ilk illik diplomatik mükafatına layiq görülüb. 2011-ci ildə layihənin vebsəhifəsi Milli Net — Milli İnternet Mükafatının Elm və Təhsil kateqoriyası üzrə qalibi seçilmişdir. Layihə OL! Azərbaycan Gənclər Hərəkatı tərəfindən həyata keçirilir.
Azad Tbilisi Universiteti
Azad Tbilisi Universiteti (gürcü. თავისუფალი უნივერსიტეტი) Tbilisidə özəl ali təhsil müəssisəsidir. 2007-ci ildə qurulmuşdur. == Tarix == Universitet Avropa İdarəetmə Məktəbi Tbilisi ilə Asiya və Afrika Tbilisi İnstitutunun birləşməsi ilə təşkil edildi. Rusiyalı Bilik Fondunun təsisçisi olan gürcü sahibkar, biologiya elmləri namizədi Kaxa Bendukidze tərəfindən təsis edilmişdir. Aydınlığı nəzərə alaraq maddi vəziyyətindən asılı olmayaraq bütün böyüklər üçün yüksək keyfiyyətli təhsil xidməti göstərməyi qarşısına məqsəd qoymuşdur. == Quruluşu == Azad Universitet 7 fakültədən ibarətdir: Asiya və Afrika Araşdırmaları İnstitutu (Beynəlxalq Münasibətlər), İş Fakültəsi, Hüquq Fakültəsi, Fizika Fakültəsi, Kompüter Elmləri və Riyaziyyat Fakültəsi, İncəsənət və Dizayn Fakültəsi və İdarəetmə və Sosial Elmlər Fakültəsi. İdarəetmə Qəyyumlar Şurası və Bilik Fondu tərəfindən həyata keçirilir, hər fakültənin öz tədris proqramı və təhsil proqramları var. Mərkəzi bina Tbilisidə Gürcüstanın Aqrar Universitetinin yanında yerləşir, Azad Universitetin filialları ölkə daxilindədir (Anaseuli təhsil mərkəzi də daxil olmaqla). Universitetin rektoru Vaxtanq Lejavadır.
Azərbaycan Kooperasiya Universiteti
Azərbaycan Kooperasiya Universiteti və ya qısaca AKU — Azərittifaqın tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulmuşdur. Azərbaycan hökumətinin və Azərittifaqın İdarə Heyətinin müraciətinə əsasən keçmiş SSRİ Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı (Sentrosoyuz) İdarə Heyətinin 8 yanvar 1964-cü il tarixli qərarı ilə ilk dəfə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılaraq Ticarətin iqtisadiyyatı və Əmtəəşünaslıq ixtisasları üzrə tələbə qəbulu aparılmışdır. Bakı Tədris-Məsləhət Məntəqəsi keçmiş SSRİ Sentrosoyuzu İdarə Heyətinin müvafiq qərarları ilə 1969-cu ildə MKİ-nun Bakı Qiyabi İqtisad fakültəsinə, 1974-cü ildə MKİ-nun Bakı filialına çevrilmişdir. 1975-ci ildə Sentrosoyuzun qərarı ilə filial MKİ-nun tərkibindən çıxarılaraq Ukraynanın Poltava Kooperativ İnstitunun tərkibinə verilmiş, 1990-cı ildə yenidən MKİ-nun tabeliyinə keçirilmişdir. Bu illərdə filialda 5 ixtisas üzrə, o cümlədən respublikada ilk dəfə Kənd təsərrüfatı məhsulları tədarükünün iqtisadiyyatı və təşkili ixtisası üzrə ali təhsilli mütəxəssis hazırlığı aparılmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli 8 saylı qərarı ilə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı filialı Azərittifaqın mülkiyyətinə verilmiş, Azərittifaq İdarə Heyətinin 19 mart 1993-cü il tarixli 31 saylı qərarı ilə həmin filialın bazasında müstəqil Azərbaycan Kooperasiya İnstitutu yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. İnstitut yaradılarkən onun tərkibində 2 fakültə, 6 kafedra fəaliyyət göstərirdi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə 1997-ci ildən başlayaraq universitetdə magistr hazırlığı həyata keçirilir. Heydər Əliyevın 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanı ilə verilmiş tapşırığa müvafiq olaraq Azərittifaqın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə institutun profili genişləndirilərək 3 may 2011-ci ildə onun bazasında Azərbaycan Kooperasiya Universiteti yaradılmış, onun Nizamnaməsi 8 may 2002-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Dövlət qeydiyyatı haqqında 46 nömrəli Şəhadətnamə verilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 111.06 dəfə / 1 mln.
2002 ••••••••••••• 99.36
2003 •••••••••••• 92.12
2004 •••••••••••• 90.28
2005 ••••••••••• 87.72
2006 ••••••••••••••• 115.32
2007 ••••••••••••••• 119.25
2008 •••••••••••••• 105.97
2009 ••••••••••••• 99.99
2010 •••••••••••• 95.13
2011 •••••••••••••• 106.30
2012 •••••••••••••••• 121.67
2013 ••••••••• 65.21
2014 •••••••••• 78.77
2015 ••••••••••••••••• 132.01
2016 •••••••••••••••••••• 161.39
2017 •••••••••••••••• 125.68
2018 •••••••••••••••• 126.60
2019 ••••••••••••••••••• 147.16
2020 ••••••••••••• 101.05

"universiteti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#universiteti nədir? #universiteti sözünün mənası #universiteti nə deməkdir? #universiteti sözünün izahı #universiteti sözünün yazılışı #universiteti necə yazılır? #universiteti sözünün düzgün yazılışı #universiteti leksik mənası #universiteti sözünün sinonimi #universiteti sözünün yaxın mənalı sözlər #universiteti sözünün əks mənası #universiteti sözünün etimologiyası #universiteti sözünün orfoqrafiyası #universiteti rusca #universiteti inglisça #universiteti fransızca #universiteti sözünün istifadəsi #sözlük