universitetlər sözü azərbaycan dilində

universitetlər

Yazılış

  • universitetlər • 76.1745%
  • Universitetlər • 23.7296%
  • universitetLƏR • 0.0959%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avrasiya Universitetlər Birliyi (EURAS)
Avrasiya Universitetlər Birliyi (EURAS) — Avropa və Asiya universitetləri arasında əməkdaşlıq qurmaq, müəllim, tələbə və müəllim mübadiləsini həyata keçirmək üçün Avrasiyanın yeddi dövlət universiteti tərəfindən təsis edilmiş, Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) bir hissəsi olan qeyri-kommersiya Avrasiya təşkilatıdır. Layihə Aİ-nin Erasmus proqramına bənzəyir, lakin Avropa (Aİ-yə daxil olmayan ölkələr də daxil olmaqla) və Asiya universitetlərini əhatə edir. == Azərbaycanda əməkdaşlıq etdiyi təşkilatlar == 28 mart 2023-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Avrasiya Universitetlər Birliyinə (EURAS) rəsmi üzvlüyünə qəbul edilib.
Qafqaz Universitetlər Birliyi
Qafqaz Universitetlər Birliyi (türk. Kafkasya Üniversiteler Birliği - KÜNİB) — Qafqazda yerləşən universitetlər arasında təcrübə mübadiləsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi məqsədilə yaradılmış universitetlər birliyi. Rəhbəri Ərdəhan Universitetinin rektoru Ramazan Qorxmazdır. == Tarixi == 11 noyabr 2009-cu ildə yaranmışdır. 2011-ci ilin may ayında isə Türkiyənin Ərdəhan Universitetində Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Rusiyanın 21 universitet rəhbərinin imzası ilə təsis olunmuşdur.
ABŞ universitetləri
Amerika Birləşmiş Ştatlarında universitetlər - ABŞ-də bakalavr və magistr təhsilini nəzərdə tutan tədqiqat yönümlü müəssisələr. Tarixi səbəblərə görə, Boston Kolleci, Dartmut Kolleci, Uilliam və Meri Kolleci kimi bəzi universitetlər "kollec" terminini qoruyub saxlayır. "Universitet" terminindən istifadə edən Qərb Universiteti kimi bəzi institutlar bir neçə bakalavr dərəcəsi verir. Məzun proqramları Fəlsəfə doktoru (Ph.D) kimi müxtəlif doktorantura dərəcələrindən əlavə, İncəsənət magistrı (M.A), Dəqiq elmlər üzrə magistr (M.S), Biznesin idarəsi olunması üzrə magistr (M.B.A) kimi müxtəlif magistr dərəcələri verir. Bəzi universitetlərdə elmi təqdiqatçılar əvəzinə, təcrübə aparan şəxslər tərəfindən təşkil olunmuş çoxlu sayda xüsusi məktəblər var. Misal olaraq, jurnalistika, biznes, tibb məktəbləri, hüquq, baytarlıq, stomatologiya kimi məktəblər buraya daxildir. Univeristetlər digər ölkələrdə fakültələrə bölündüyü halda, Amerikada məktəblər və ya kolleclər kimi müxtəlif bölmələrə ayrılır. Liberal kolleclər antropologiya kimi şöbələrə bölünür, daha böyük univesitetlər isə təbiət elmləri kimi müxtəlif şöbələrə ayrılır. Amerika Birləşmiş Ştatlarında federal hökumət xidmət akademiyaları və işçi kollecləri istisna olmaqla, universitetlərə birbaşa nəzrət etmir, buna baxmayaraq, onlara maliyyə yardımı edir. Ştat universitetlərinin bir hissəsi olan dövlət universitetlərinin əksəriyyəti ştatlar və onların əraziləri tərəfindən idarə olunur.
Albaniya universitetlərinin siyahısı
Ölkədə on iki dövlət , otuz iki özəl universitet fəaliyyət göstərir :
Almaniya universitetlərinin siyahısı
Almaniyanın ali təhsil ənənəsi — Avropada ən qədim və zəngin universitet ənənələrinə malikdir. Ən qədim alman ali məktəbi 1386-cı ildə yaradılmış Heydelberq Universitetidir. Bir çox universitetlərin artıq yüzillik tarixi vardır. Məsələn, Leypsiq Universiteti 1409-cu ildə yaradılıb, Rostok Universiteti isə 1419-cu ildə yaradılıb. Almaniyada təqribən 140 universitet var ki, doktorant mərhələsində təhsil verir. Bura 10 özəl və 11 kilsə universiteti daxil deyil. Eyni zamanda hal-hazırda digər ölkə ərazisində yerləşən alman universitetləri də vardır. Məsələn, Praqadakı Karlov Universiteti. Həmçinin, 14-15-ci əsrlərdə yaransalar da sonradan bağlanaraq, müasir dövrdə yenidən açılan universitetlər də vardır. Məsələn, Köln, Erfurt və Vürsburq universitetləri.
Anqola universitetlərinin siyahısı
Anqola universitetlərinin siyahısı: Aqostine Neto Universiteti, Luanda və Uamboda yerləşən ən böyük dövlət universiteti. Anqola Müstəqil Universiteti (Universidade Independente de Angola), özəl universitet,Luanda. Anqola Katolik Universiteti, kiçik özəl universitet, Luanda. Lusiada University, kiçik özəl Portuqaliya universiteti, Luanda, Benqela və Kabinda (şəhər)da kampusları vardır. Jean Piaget University of Angola, kiçik özəl universitet, Luanda və Benqelada yerləşir.
Argentina universitetlərinin siyahısı
Argentina universitetlərinin siyahısı: regionlar və mülkiyyət formasına görə göstərilir.
Avropa Tədqiqat Universitetləri Liqası
Avropa Tədqiqat Universitetləri Liqası (ing. League of European Research Universities, qısa LERU) — Avropa aparıcı elmi tədqiqat universitetlərinin birliyi. Təhsildə və elmi fəaliyyətdə yüksək nəticələr əldə etmək üçün bilik və təcrübə mübadiləsi, fundamental tədqiqatlar aparmaq və beynəlxalq aləmdə Avropa universitetlərinin rəqabət qabiliyyətini artırmaq naminə yaradılıb.. Mənzil-qərargahı Belçikanın Lyöven şəhərində yerləşir. 2009-cu ildən LERU-nun baş katibi professor Kurt Deketelerdir == Tarixi == LERU 2002-ci ildə Avropanın 12 universitetinin təşəbbüsü ilə yaradılıb. 2010-cu ildə birlik üzvlərinin sayı 21-ə çatıb. == LERU statistikası == 550 min tələbə, həmçinin 50 min doktorant; Magistrlərə 55 min, doktorlara 12 min təqaüdün ayrılması; Ümumi tədqiqat büdcəsi — 5 milyard avro; Qrantların ümumi həcmi 300 milyon avro; Tədqiqatları və ya təhsili LERU universitetləri ilə bağlı olan 230 Nobel mükafatı və Fildsov mükafatı laureatı; 55 min nəfər professor-müəllim heyəti.
Avstraliya universitetlərinin siyahısı
Ölkədə 2003-cü ildə qəbul edilmiş Ali təhsili dəstək aktına görə üç qrup təhsil xidməti göstərən müəssisə müəyyənləşib. Onların bütün tələbələrinin FEE-HELP-ə hüququ vardır. Ölkədən kənarda fəaliyyət göstərən ali məktəblər Dövlət təhsil, elm və tədris departamentinin nəzarəti altında fəaliyyət göstərir. == Universitetlər == === Milli === Avstraliya Katolik Universitet, Şimali Sidneydə, Stretfilddə, Brisbendə, Kanberrada, Ballaratda və Melburanda. Avstraliyada Notr-Dam Universiteti, Frementldə, Braumda və Sidneydə. === Avstraliya paytaxt ərazisi === Kanberra Universiteti, Kanberra Avstraliya Milli Universiteti, Kanberra === Yeni Cənubi Uels === Carlz Start Universiteti, Betxyorst, Uoqqa-Uoqqa, Olberi, dabbo, Menli, Oranj və Kanberrada kampusları Makuayri Universiteti, Sidney Yeni İngiltərə Universiteti, Armideyldə və s. === Viktoriya === Melburn Universiteti, Melburn (kampus Parkvilldədir) Monaşa Universiteti, Melburnda (Kleyton, Keulfild, bervik, Peninsul, Parkvil), Çörçil (Qippslend), Malayziya, CAR. Kral Melburn texnoloji İnstitutu, Melburn, Bransuik, Bandura,[Hanoy]], Xoşimin (şəhər) və s. === Kvinslend === Bond Universiteti, Qold-Kost Qriffirt Universiteti, Brisbern, Loqan və Qold-Kost Mərkəzi Kvinslend Universiteti, Bandeberq, Qledstoun, Mekey, Rokqempton və Brisbern və s. === Qərbi Avstraliya === Kyörtin Texnoloji Universitet, Perte, Sidney Edit Koun Universiteti, Perte, Banbyüri Merdok Universiteti, Perte və s. universitetlər === Cənubi Avstraliya === Adelaida Universiteti, Adelaida, Arrbrey və Rozuorsi Krenfild Universiteti, Adelaida Flinders Universiteti, Adelaida və s.
Avstriya universitetlərinin siyahısı
Avstriyada bütün universitetlər federal Elm və Nəqliyyat Nazirliyinin tabelindədir. Universitet müəllimləri və əməkdaşları dövlət qulluqçularısayılırlar. Bütün dövlət universitetləri dövlət büdcəsindən maliyyələşirlər və ölkə vətəndaşları üçün ali təhsil pulsuzdur. "Der Spiegel" jurnalının tədqiqatının nəticəsinə görə Avstriya universitetləri Avropa məkanında orta yerlərdədir. Vyana, Zalsburq və Qrats universitetlərinin dörd fakültəsi qitədə ən yaxşı reytinqdədir. Zalsburqda hüquq, Vyanada iqtisadiyyat, Qratsda texniki elmlər yüksək səviyyədə keçilir. Avstriya universitetlərində ümumilikdə 210 min tələbə təhsil alır, onun yarısı — 80 min nəfəri Vyana universitetinin tələbələridir. Tələbələrin 12% xarici tələbələrdir. Almaniya və İtaliyadan olan tələbələr kifayət qədər çoxdur. Universitetlərdə 18 min nəfər müəllim dərs deyir.
Azərbaycan universitetləri
Bu Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıdır.
Azərbaycan universitetlərinin siyahısı
Bu Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıdır.
Banqladeş universitetlərinin siyahısı
Banqladeş universitetləri üç tipə bölünürlər: dövlət (ictimai) universitetlər (dövlət tərəfindən maliyyələşirlər), özəl universitetər və beynəlxalq universitetlər (beynəlxalq təşkilatlar tərəfindən maliyyələşirlər. Məsələn, İslam Əməkdaşlıq Təşkilatı). 1921-ci ildə yaradılmış Dəkkə Universiteti ölkənin ən birinci universitetidir. O Banqladeş prezidenti tərəfindən 1973-cü ildə yaradılmış Banqladeş universitet qrantları komissiyası ilə sıx bağlıdır. Universitetlərin əksəriyyəti çox profillidir. Onların fəaliyyətinə tədris, biznes-tədqiqatlar, mühəndis və texnologiya tədqiqatları daxildir. Bunula yanaşı yeddi universitet islam, iki universitet aqrar sahəni tədris edir. Həmçinin tibb və veterinar istiqamətli universitetlər də vardır. == Dövlət universitetləri == Banqladeşdə 30 dövlət universiteti vardır. Onlar dövlət tərəfindən maliyyələşir və özünü idarəeədən dövlət müəssisəsi statusuna malikdirlər.
Belarus universitetlərinin siyahısı
Belarus universitetlərinin siyahısı — Belarusda 2010-cu ilə 43 dövlət və 10 özəl ali məktəb vardır. Onlarda 350 ixtisas və min ixtisaslaşma almaq mükündür..
Belçika universitetlərinin siyahısı
Belçika universitetlərinin siyahısı ― Belçika Krallığının hüdudları daxilində fəaliyyət göstərən və bir sıra göstəricilər üzrə müxtəlif kateqoriyalarda səciyyələnən ali təhsil müəssisələrinin siyahısı. Belçikada dövlətin federal quruluşda olması təhsil sistemində də özünü göstərir. Dövlətin federal subyektlərinin ali məktəblərin təşkili və diplomların tanınması hüquqları vardır. Sözügedən subyektlər flamand, fransız və alman icmalarından formalaşmışdır. Onlar yaşadıqları bölgələrdə müvafiq dillərdə təlim-tədris aparmaq imkanlarına malikdirlər. Aşağıdakı siyahı Belçika Krallığının hüdudları daxilində fəaliyyətləri rəsmən tanınan ali təhsil müəssisələrini ehtiva edir.
Beynəlxalq Tədqiqat Universitetləri Alyansı
Beynəlxalq Tədqiqat Universitetləri Alyansı (ing. International Alliance of Research Universities və ya qısaca IARU) — Dünyanın 10 aparıcı elmi-araşdırma universitetlərinin beynəlxalq birliyi. Mənzil-qərargahı Sinqapurda yerləşir. == Tarixi və fəaliyyəti == Alyans 2005-ci ilin sonlarında təsis edilmiş, fəaliyyətə 14 yanvar 2006-cı ildə başlamışdır.
Birləşmiş Krallıq universitetlərinin siyahısı
Birləşmiş Krallıq universitetlərinin siyahısı ― Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hüdudları daxilində fəaliyyət göstərən və bir sıra göstəricilər üzrə müxtəlif kateqoriyalarda səciyyələnən ali təhsil müəssisələrinin siyahısı. Birləşmiş Krallıqdakı universitetlərin fəaliyyətə başlaması ümumən kral imtiyaznaməsi, Roma papasının rəsmi razılığı, 1992-ci ildə qəbul olunmuş "Əlavə və ali təhsil qanunu", o cümlədən 2017-ci ildə qəbul olunmuş "Ali Təhsil və araşdırma qanunu" çərçivəsində mümkün olmuşdur. Elmi dərəcələrin verilməsi və rəsmən "universitet" adının istifadəsi kimi səlahiyyətlər mərkəzi qanunla tənzimlənsə də, Birləşmiş Krallığın hüdudları daxilindəki subyektlərin sözügedən dərəcə və adın verilməsi üçün spesifik tələbləri də mövcuddur. İndiki Birləşmiş Krallıq ərazisində ilk universitetin əsası XI-XII əsrlərdə İngiltərədə Oksford Universitetinin qurulması ilə qoyulmuşdur. Ardınca, Oksford Universitetini tərk etmiş bir sıra elm xadimləri 1209-cu ildə Kembric Universitetini formalaşdırmışlar. Sonrakı dövrlərdə, Şotlandiyada Sent-Endryus (1413), Qlazqo (1451), Aberdin (1495) və Edinburq (1582) Universitetləri, İrlandiyada isə Dublin Universiteti (1592) təşəkkül tapmışdır. Diplom vermə səlahiyyətləri olan qurumlar bir növ dövlət tərəfindən akkreditasiya olunduğu üçün "tanınan orqanlar" adlanır. Sözügedən siyahıya bütün universitetlər, universitet kollecləri, London Universitetinin subyektləri və digər statuslu ali təhsil müəssisələri daxildir. Birləşmiş Krallıqda fəaliyyət göstərən demək olar ki, bütün ali təhsil qurumlarında bakalavriat dərəcəsi üzrə tələbə müraciətləri "Universitetlər və Kolleclərə Qəbul Xidməti" (ing. UCAS) tərəfindən idarə olunur.
Böyük Britaniya universitetlərinin siyahısı
Birləşmiş Krallıq universitetlərinin siyahısı ― Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hüdudları daxilində fəaliyyət göstərən və bir sıra göstəricilər üzrə müxtəlif kateqoriyalarda səciyyələnən ali təhsil müəssisələrinin siyahısı. Birləşmiş Krallıqdakı universitetlərin fəaliyyətə başlaması ümumən kral imtiyaznaməsi, Roma papasının rəsmi razılığı, 1992-ci ildə qəbul olunmuş "Əlavə və ali təhsil qanunu", o cümlədən 2017-ci ildə qəbul olunmuş "Ali Təhsil və araşdırma qanunu" çərçivəsində mümkün olmuşdur. Elmi dərəcələrin verilməsi və rəsmən "universitet" adının istifadəsi kimi səlahiyyətlər mərkəzi qanunla tənzimlənsə də, Birləşmiş Krallığın hüdudları daxilindəki subyektlərin sözügedən dərəcə və adın verilməsi üçün spesifik tələbləri də mövcuddur. İndiki Birləşmiş Krallıq ərazisində ilk universitetin əsası XI-XII əsrlərdə İngiltərədə Oksford Universitetinin qurulması ilə qoyulmuşdur. Ardınca, Oksford Universitetini tərk etmiş bir sıra elm xadimləri 1209-cu ildə Kembric Universitetini formalaşdırmışlar. Sonrakı dövrlərdə, Şotlandiyada Sent-Endryus (1413), Qlazqo (1451), Aberdin (1495) və Edinburq (1582) Universitetləri, İrlandiyada isə Dublin Universiteti (1592) təşəkkül tapmışdır. Diplom vermə səlahiyyətləri olan qurumlar bir növ dövlət tərəfindən akkreditasiya olunduğu üçün "tanınan orqanlar" adlanır. Sözügedən siyahıya bütün universitetlər, universitet kollecləri, London Universitetinin subyektləri və digər statuslu ali təhsil müəssisələri daxildir. Birləşmiş Krallıqda fəaliyyət göstərən demək olar ki, bütün ali təhsil qurumlarında bakalavriat dərəcəsi üzrə tələbə müraciətləri "Universitetlər və Kolleclərə Qəbul Xidməti" (ing. UCAS) tərəfindən idarə olunur.
Cənubi Koreyanın SKY universitetləri
== Ümumi məlumat == SKY üç məşhur Kore universitetinin adının birləşməsindən yaranmışdır. Seul Milli Universiteti, Koreya Universiteti və Yonsey Universiteti. Statistikaya əsasən Koreyadakı dövlət məmurlarının 46 faizi, CEO-ların isə 50 faizi məhz SKY universitetlərinin məzunu olurlar. Eyni zamanda hər il universitetlərə qəbulda abituriyentlərin ən çox qəbul olmaq istədiyi universitet də məhz SKY universitetləri olur. Lakin bu o demək deyil ki, ən çox qəbul göstəriciləri məhz bu universitetlərdir. Əksinə SKY universitetlərində qəbul şərtləri həddindən artıq ağır olduğu üçün qəbul olunan tələbə sayında azlıq hər zaman onlara məxsus olur. Bəzi hallarda SKY universitetlərini “elitlərin universitetləri” adlandırmaqları da buradan irəli gəlir. Koreyanın nüfuzlu şəxslərinin övladları birmənalı şəkildə bu universitetlərdə təhsil alır. Belə deyək, əgər siz bu universitetlərdən birində oxuyursunuza, artıq 1-0 öndəsiniz və uğurlusunuz. Çünki SKY universitetlərində həqiqətən də profesional olmaq istəyənlər təhsil alır.
Dünya universitetlərinin akademik reytinqi
"Academic Ranking of World Universities" (azərb. Dünya universitetlərinin akademik reytinqi‎) və ya "Shanghai Ranking" (azərb. Şanxay reytinqi‎) və ya qısaca ARWU — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. 2003-cü ildən Şanxay Jiao Tonq Universiteti tərəfindən tərtib olunur.
Gürcüstan universitetləri
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti
Gürcüstan universitetlərinin siyahısı
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti
Kanada universitetləri
Kanadada beynəlxalq səviyyəli bir çox universitet yerləşir.
Kanada universitetlərinin siyahısı
Kanadada beynəlxalq səviyyəli bir çox universitet yerləşir.
Kosovo universitetlərinin siyahısı
Bu siyahıda Kosovo universitetləri göstərilib. == Dövlət universitetləri == Hacı Zəka Universiteti, Peç şəhəri Priştina Universiteti, Priştina Prizren Universiteti, Prizren Ferizajda Tətbiqi Elmlər Universiteti (alb.
Matariki Universitetləri Şəbəkəsi
Matariki Universitetləri Şəbəkəsi (ing. Matariki Network of Universities – MNU) — tədqiqat və bakalavr tədrisi ilə bağlı əlaqələrin qurulmasına yönəldilmiş universitetlərarası beynəlxalq birlik. == Adı == Maori dilində olan "Matariki" sözü Qədim yunan mifologiyasında "Yeddi Bacı" kimi tanınan "Ülkər" ulduzu deməkdir. Bu Şəbəkənin 7 təsisçisinin olmasında da özünü göstərir. == Tarixi == 2010-cu ildə yaranmışdır. == Fəaliyyəti == Şəbəkənin potensial fəaliyyətinə aşağıdakılar daxildir: inkişaf etmiş tələbə mübadiləsi; birgə magistr proqramları; sosial-məsuliyyət layihələri; tədqiqatlarla bağlı əməkdaşlığı; qarşılıqlı maraq doğuran mövzular üzrə konfranslar və seminarlar; ziyarət təqaüdü; fakültə və heyət mübadiləsi və ezamiyyə; qiymətləndirmə və ən yaxşı təcrübələrin mübadiləsi; mədəni və idman fəaliyyəti.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.49 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 ••• 1.57
2004 ••••••••• 6.40
2005 ••••• 3.37
2006 •• 1.13
2007 ••••• 2.96
2008 ••• 1.95
2009 ••••••••• 5.92
2010 ••••••••• 6.26
2011 ••••••••••••• 9.35
2012 •••••••••••• 8.00
2013 ••••• 3.21
2014 •••••••••• 7.21
2015 ••••••••• 6.46
2016 •••••••••••••••••••• 13.88
2017 •••••••••••••••• 10.89
2018 •••••••••••• 8.24
2019 •••••••••••••••••••• 14.47
2020 •••••••••••••• 9.81

"universitetlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#universitetlər nədir? #universitetlər sözünün mənası #universitetlər nə deməkdir? #universitetlər sözünün izahı #universitetlər sözünün yazılışı #universitetlər necə yazılır? #universitetlər sözünün düzgün yazılışı #universitetlər leksik mənası #universitetlər sözünün sinonimi #universitetlər sözünün yaxın mənalı sözlər #universitetlər sözünün əks mənası #universitetlər sözünün etimologiyası #universitetlər sözünün orfoqrafiyası #universitetlər rusca #universitetlər inglisça #universitetlər fransızca #universitetlər sözünün istifadəsi #sözlük