urbanizm sözü azərbaycan dilində

urbanizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • urbanizm • 85.7143%
  • Urbanizm • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Urbanizm (jurnal)
Urbanizm — elmi-praktiki jurnal. == Haqqında == “Urbanizm” elmi-praktiki jurnalı dövri nəşriyyatdır. Jurnalın təsisçiləri və yaradıcıları – Azərbaycan Urbanistlər Cəmiyyəti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, İpək Yolu Ölkələrinin Beynəlxalq Urbanistlər Assosiyası, Azərbaycan Memarlar İttifaqı, Şərq Ölkələri Beynəxalq Memarlıq Akademiyası. Jurnalın redaksiya şurasına Azərbaycanın tanınmış memarları və elm xadimləri daxildir. Jurnalda çap olunmaq üçün məqalələrin seçilməsində əsas meyar – redaksiyaya daxil olan materialların yüksək ixtisas komissiyası və obyektiv ekspertiza tərəfindən müəyyənləşən yüksək elmi səviyyəsi. Dissertasiya və tədqiqatların elmi yeniliyə və praktiki əhəmiyyətə malik olan elmi nəticələri nəşr olunan jurnal aparıcı lisenziyalı elmi jurnalların və nəşriyyatların siyahısına daxildir. “Urbanizm” dövri elmi-praktiki jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış Azərbaycan Urbanistlər Cəmiyyətinin nəzdində nəşr edilir. Nəşriyyat Parisdə (Fransa) Beynəlxalq standart Seriya nömrəsi (İSSN 1811-6582), almışdır. “Urbanizm” jurnalı 2009-cu ildə Saratov şəhərində keçirilən Memarlıq Təhsilinə Yardım Regionlararası ictimai təşkilatın birinci Dərəcəli Diplomuna layiq görülmüşdür. “Urbanizm” jurnalında yarandığı vaxtdan (2001-ci il) etibarən müasir memarlıq və şəhərsalmanın, memarlıq nəzəriyyəsi və tarixinin, landşaft memarlığı və ekologiyanın, dizayn və reklamın aktual məsələlərinə həsr edilmiş 300-dən çox məqalə çap olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2006 •••••••••••••• 0.23
2007 •••••••••••••• 0.21
2012 ••••••••••• 0.17
2017 •••••••••••••••••••• 0.33

urbanizm sözünün leksik mənası və izahı

  • 1 [lat. urbanus – şəhər] kit. 1. Maddi və mənəvi mədəniyyətin iri şəhərlərdə cəmləşdirilməsini və kəndin zərərinə olaraq şəhərlərin inkişafının gücləndirilməsini tələb edən konsepsiya. 2. İri sənaye və ticarət şəhərlərinin həyatını təsvir edən incəsənət və ya ədəbi əsər.

    Azərbaycan dilinin izahlı lüğəti / urbanizm

urbanizm sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. урбанизм: 1. изображение и описание жизни большого современного города в искусстве и литературе 2. направление в градостроительстве XX века, считающее неизбежным и необходимым создание городов-гигантов с крупными зданиями II прил. урбанистический. Urbanizm tədqiqatları урбанистические исследования

    Azərbaycanca-rusca lüğət / urbanizm

urbanizm sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat. urbanus-şəhər] урбанизм (1. культура гьар жигьетдай ири шегьерриз жем авун ва хуьрерин зарардиз яз шегьеррин вилик финиф гужлу авун тӀалабзавай концепция; 2. ири санайи ва тижаратдин шегьеррин уьмуьрдикай тир харусенятдин ва я литературадин эсер).

    Azərbaycanca-ləzgicə lüğəti / urbanizm

Oxşar sözlər

#urbanizm nədir? #urbanizm sözünün mənası #urbanizm nə deməkdir? #urbanizm sözünün izahı #urbanizm sözünün yazılışı #urbanizm necə yazılır? #urbanizm sözünün düzgün yazılışı #urbanizm leksik mənası #urbanizm sözünün sinonimi #urbanizm sözünün yaxın mənalı sözlər #urbanizm sözünün əks mənası #urbanizm sözünün etimologiyası #urbanizm sözünün orfoqrafiyası #urbanizm rusca #urbanizm inglisça #urbanizm fransızca #urbanizm sözünün istifadəsi #sözlük