Urfan sözü azərbaycan dilində

Urfan

Yazılış

  • Urfan • 97.2868%
  • urfan • 1.9380%
  • URFAN • 0.7752%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Urfan Abbasov
Abbasov Ürfan Ağamehdi oğlu (rus. Урфан Агамехти оглы Аббасов; 14 oktyabr 1992, Bakı, Azərbaycan) — Azərbaycan futbolçusu, "Qəbələ" klubunun müdafiəçisi. == Həyatı == == Klub karyerası == Həvəskar karyerasında 2011-ci ildə başlayan Ürfan 6 ay sonra Qəbələ ilə müqavilə imzalayır.
Urfan Məmmədov
Urfan Çingiz oğlu Məmmədov (28 iyun 1994; Quba rayonu, Azərbaycan — 28 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Urfan Məmmədov 1994-cü il iyunun 28-də Quba rayonunun Çartəpə kəndində anadan olmuşdur. Əmisi Mais Məmmədov Birinci Qarabağ müharibəsində həlak olmuşdur. Urfan Məmmədov 2000-2009-cu illərdə Quba rayon Çartəpə kənd tam orta məktəbində, 2009-2011-ci illərdə Nəsib Dadaşov adına Quba rayon Aşağı Xuc tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Urfan Məmmədov 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Cəlilabadda və Lənkəranda yerləşən "N" saylı hərbi hissələrdə yerinə yetirmişdir. Bu illər ərzində bir müddət xüsusi təyinatlı kurslarına da yazılmışdır. 2013-cü ildə hərbi xidmətini başa vuraraq mülki fəaliyyətinə davam etmişdir. Urfan Məmmədov 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "gizir" rütbəsində, Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun giziri olan Urfan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Urfan Vəlizadə
Urfan Üzeyir oğlu Vəlizadə (1 noyabr 1978, Bakı – 2 aprel 2016, Füzuli rayonu) — Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru. 2016-cı ildə Aprel döyüşləri zamanı Əbu Bəkir İsmayılov və Təbriz Musazadə ilə birgə ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü olub, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. == Həyatı == Urfan Vəlizadə 1978-ci ilin 1 noyabr günündə Bakı şəhərində anadan olub. Məktəbi bitirən kimi Türkiyə Hava Hərbi Məktəbinə daxil olan Urfan Vəlizadə burada beş il təhsil aldı və 2001-ci ildə Azərbaycanda xidmətə başladı. Urfan Vəlizadə 2006-cı il 26 iyunda Könül xanım ilə ailə həyatı qurdu; Zəhra (23.03.2008) və Betül (14.03.2015) adında iki qız övladı yadigar qalıb. == Hərbi xidməti == Mayor Urfan Vəlizadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Təbriz Musazadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü. Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Urfan Vəlizadə, Əbu Bəkir İsmayılov və Təbriz Musazadə, həmçinin döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutdu. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, habelə mayor Ramil Səfərov və bir sıra digər rəsmi şəxslər qatıldı.
Urfanı
Urfanı – Şərurun şah yallısıdır. Əzəmət, vüqar, mərdlik və sair hərəkətləri ilə zəngin olan mürəkkəb quruluşa malik və ifaçıdan yüksək rəqs etmək qabiliyyəti tələb edən, əsasən kişilərdən ibarət bu yallı ən qədim yallılar sırasına daxildir. Naxçıvan şəhərində, Şərur, Şahbuz, Ordubad və Kəngərli rayonlarında Urfanı yallısını qadınlar kişilərlə qarışıq halda ifa edirlər. Cavanlar çox vaxt öz oyunlarını, bacarıq və məharətlərini nümayiş etdirmək üçün məclis və toy şənliklərində bu rəqsi sifariş edirlər. Çox asta və iti ifa olunan "Urfanı" iki variantlıdır. Qeyd etmək lazımdır ki, bu yallı çox çətindir və onu asta-asta, ayrı-ayrı elementlərdən başlayaraq öyrənmək lazımdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.90 dəfə / 1 mln.
2003 •••• 0.39
2004 ••••••• 0.67
2006 ••• 0.23
2009 ••• 0.32
2010 ••••••• 0.73
2011 •••••••• 0.86
2012 ••••••••••••••••• 1.81
2013 •••••••• 0.88
2014 •••••••••••••••••••• 2.23
2015 ••••••• 0.68
2016 ••••••••••••••• 1.56
2017 •••••• 0.65
2018 ••••• 0.45
2019 •••••••••••••• 1.53
2020 ••••••••• 0.93

urfan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

bilik, mərifət; ariflik; yaxşılıq.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"urfan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#urfan nədir? #urfan sözünün mənası #urfan nə deməkdir? #urfan sözünün izahı #urfan sözünün yazılışı #urfan necə yazılır? #urfan sözünün düzgün yazılışı #urfan leksik mənası #urfan sözünün sinonimi #urfan sözünün yaxın mənalı sözlər #urfan sözünün əks mənası #urfan sözünün etimologiyası #urfan sözünün orfoqrafiyası #urfan rusca #urfan inglisça #urfan fransızca #urfan sözünün istifadəsi #sözlük