USM sözü azərbaycan dilində

USM

Yazılış

  • USM • 98.4791%
  • usm • 1.5209%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alişer Usmanov
Alişer Burhanoviç Usmanov (özb. Alisher Burxonovich Usmonov; 9 sentyabr 1953 və ya 1953, Çust[d], Nəməngan vilayəti[…]) — özbək əsilli Rusiya sahibkarı, milyarder, USM Holdingsin təsisçisi.1994-1998-ci illərdə Usmanov İnterfin Banklararası İnvestisiya-Maliyyə Şirkətinin rəhbəri olarkən qaza görə borclar yığırdı. 1990-cı illərin sonunda Usmanov Rem Vyakhirevlə tanış oldu; “Qazprom” və “İnterfin” öz səylərini və maliyyə vəsaitlərini birləşdirərək Oskol Elektrometallurgiya Zavodunda (OEMK) və Lebedinski Mədən və Emalı Zavodunda nəzarət səhmlərini əldə edərək, onları Qazmetall-da birləşdirdilər. 2002-ci ildə Usmanovun “İnterfin” şirkəti “Qazprom”un bu şirkətdəki payını alıb və yeganə nəzarət paketi sahibi olub. 2005-ci ildə Usmanov Vasili Anisimov ilə birlikdə Mixaylovski GOK-u Boris İvanişvilidən aldı.
Qaytaq usmiliyi
Qaytaq usmiliyi — V–XIX əsrlərdə müasir Dağıstan Respublikasının Qaytaq, Dahadayev rayonlarının bütün ərazisi və Serqoqalla, Dərbənd və Qayakənd rayonlarının bir hissəsini tutan qaytaqların və cənub qumuqların feodal dövləti. Usmilik darginlərin məskunlaşdığı qaytağın şimalındakı dağətəyi əraziləri və qumuqların məskunlaşdığı sahil zonasının bir hissəsini ələ keçirirlər. Bu da onlara Dərbənd və Zaqafqaziyanı Şimali Qafqaz şəhərləri və Qara dəniz regionunun İtaliya koloniyaları ilə birləşdirən ticarət yoluna nəzarət etməyə imkan verirdi. Usmiliyin paytaxtı alınmaz bir dağda yerləşən qədim Qala-Köreyş qala şəhəri idi. XIV əsrin ikinci yarısında Usmilik Qızıl Orda tərəfdarı olduğu üçün Əmir Teymur dəhşətli hücumuna məruz qalır. Bu zərbədən yalnız XV əsrdə özünə gələ bilir. XVI əsrin sonunda Usmiliyin iqamətgahı qaytağın düz hissəsindəki Məcəlis kəndinə köçürülür, bundan sonra Usmilin dağlıq hissəsində təsiri zəifləyir. 1813-cü ildə Qaytaq usmiliyi Rusiya İmperiyasının Qaytaq-Tabasaran dairəsinin tərkibinə daxil olur. == Tarix == === Titulun mənşəyi === Qədim zamanlardan Ulluçay hövzəsinin orta hissəsində Qaytaq usmiliyi mövcud olmuşdur. Hökmdarın "usmi" titulunun mənşəyi aydın deyil: bir versiyaya görə o, ərəbcə "ismi" ("şöhrətli"), digərinə görə "qardaş" mənasını verən dargin "usi" sözündəndir.
USMLE
Amerika Birləşmiş Ştatlarının Tibbdə Lisenziya imtahanı (USMLE) - üç mərhələli (Step 1,2 ve 3) bir imtahan olub ABŞ xaricində alınan tıbb təhsilinin ABŞ-də qəbul edilməsi üçün gərəklidir . == USMLE (The United States Medical Licensing Examination) == USMLE, ABŞ əyalətlərinin səhiyyə orqanlarından təşkil olunan Federation of State Medical Boards (FSMB) ilə tibb sahəsində imtahan keçirməyə cavabdeh olan digər bir orqan National Board of Medical Examiners (NBME) tərəfindən təşkil edilməkdə və bu qurumlara əlavə olaraq xarici ölkələrdə tibb təhsili alanların diplom uyğunluğu ilə məşğul olan Educational Commission for Foreign Medical Graduates (ECFMG)-in dəstəyi ilə həyata keçirilməkdədir. USMLE həkimlərin bilikləri, anlayışları və prinsipləri xəstələrin müalicəsində etibarlı və effektiv bir şəkildə tətbiq etmə qabiliyyətini qiymətləndirək məqsədi ilə hazırlanmış bir imtahandır. İmtahanın üç mərhələsi də bir-birini tamamlayan tərkibdədir. Heç bir mərhələ ayrılıqda tibb lisensiyasını almaq üçün hazırlığı qiymətləndirə bilməz. == İmtahanın mərhələləri == USMLE imtahanı 3 mərhələdən ibarətdir.. === Step 1 === Step 1’in məqsədi sağlamlıq, xəstəlik və müalicə mexanizmləri ilə əlaqəli əsas bio-tibbi anlayışları qavrama və tətbiq etmə qəbiliyyətini qiymətləndirməkdir. Step 1, anatomiya, davranış elmi, biokimya, mikrobiologiya, patologiya, farmakologiya və psixologiya fənnləri ilə qidalanma, genetika və s. mövzularda suallardan ibarətdir. Test sualları əsasən qrafik və cədvəlləri şərh etmə, patoloji və normal nümunələri ayırd etmə və təməl klinik tibbi biliklərin tətbiqi mövzusundadır.
Usman
Usman — Rusiya Federasiyasında yerləşən şəhər, Lipetsk vilayətinə daxildir.
Usman (Baltas)
Usman (rus. Усманово, başq. Уҫман) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 151 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 14 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 78 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (91%) üstünlük təşkil edir.
Usman Dembele
Usman Dembele (15 may 1997, Vernon, Fransa) — İspaniya La Liqasında çıxış edən Barselonanın və Fransa milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur.
Usman Diakite
Usman Diakite (25 iyul 2000, Mali) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Malili futbolçudur. == Həyatı == 25 iyun 2000-ci ildə Bamakoda anadan olub. == Klub karyerası == === Liferinq === Diakite Yeelen Olimpik akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2018-ci ilin iyul ayında Red Bull Zalsburq klubu ilə 2023-cü ilin may ayına kimi müqavilə imzalamışdır. Diakite öz peşəkar karyerasında debütünü 27 iyul 2018-ci ildə Horn klubuna qarşı oyunda etmişdir. O, 93-cü dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 2015-ci ildə Diakite Malinin gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən FİFA U-17 Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Diakite Ekvador, Şimali Koreya və Belçika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. == Karyera statistikası == === Klub === 27 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Xasay xan Usmiyev
Xasay xan Usmiyev — çar ordusunun qumuq general-mayoru, Xurşidbanu Natəvanın birinci əri. == Həyatı == 1808-ci ilin 3 aprel tarixində Ağsaylı qumuq əsilzadəsi Musa Xan Usmiyevin ortancıl oğlu olaraq dünyaya gəlmişdir. Sultan Murad (d. 1841) adında böyük qardaşı və Adil adında kiçik qardaşı olmuşdur. Bacısı Tuti Bikə Xanım İsmayıl bəy Qutqaşınlı ilə evlənmişdir. İsmayıl bəy Rusiya imperiyasının nə yüksək mükafatı olan Müqəddəs Georgi Ordeni ilə mükafatlandırılan ilk azərbaycanlıdır. Uşaq ikən Tiflisə girov olaraq aparılmışdır. 1825-ci ildə Peterburqda yerləşən Pajes Korpusunu bitirdikdən ölümünə qədər Rusiya İmperator Ordusunda xidmət etmişdir. İlk öncə 43-cü Jaeger Alayında, 1833-cü ildən isə Xerson Qrenadyor Alayında xidmət etmişdir. 1834-cü ilin mart ayının 22-də zabit olmuş və 1841-ci ildə ştabs-kapitan rütbəsinə yüksəlmişdir.
Yulduz Usmanova
Yulduz Usmanova (12 dekabr 1963, Margilan, Fərqanə vilayəti) — Özbəkistan müğənnisi. Özbəkistan Respublikasının xalq artisti.
İmran Usmanov
İmran Qermanoviç Usmanov (2 mart 1953, Özkənd, Oş vilayəti – 11 iyul 2017, Qroznı) — Çeçen müğənnisi, şairi və bəstəkarı. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, Çeçenistan Respublikasının əməkdar incəsənət xadimi, Rusiya Yazıçılar İttifaqının üzvü. == Həyatı == 2 mart 1953-cü ildə Qırğızıstan SSR Oş vilayətinin Uzen şəhərində çeçenlərin və inquşların deportasiyası müddətində anadan olub. Deportasiya edilmiş xalqlar reabilitasiya olunduqdan sonra ailə öz vətənlərinə qayıdıb. 1960-cı ildə doğulduğu Naji-Yurt kəndində məktəbə gedib. Məktəb illərində özfəaliyyət tamaşalarında fəal iştirak edib. 1970-ci ildə orta məktəbi bitirib. Hələ 16 yaşında ikən o, respublika hitinə çevrilən "Malikə" mahnısını yazır. Təxminən eyni vaxtda Çeçenistan-İnquş Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin tələbəsi Raykom Dadaşev (sonralar professor, fizika-riyaziyyat elmləri doktoru) onu instrumental və rəqs ansamblları təşkil etməyə dəvət edir. Usmanovun bu işi uğurlu alındı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.02 dəfə / 1 mln.
2006 •• 0.45
2007 0.21
2009 ••• 0.64
2010 ••••• 1.00
2011 ••• 0.69
2012 •••• 0.77
2013 •••••• 1.17
2014 ••••• 1.03
2015 •• 0.34
2016 •••• 0.87
2017 •••••••• 1.63
2018 •••• 0.75
2019 •••••••••••••••••••• 4.59
2020 ••••••• 1.46

"usm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#usm nədir? #usm sözünün mənası #usm nə deməkdir? #usm sözünün izahı #usm sözünün yazılışı #usm necə yazılır? #usm sözünün düzgün yazılışı #usm leksik mənası #usm sözünün sinonimi #usm sözünün yaxın mənalı sözlər #usm sözünün əks mənası #usm sözünün etimologiyası #usm sözünün orfoqrafiyası #usm rusca #usm inglisça #usm fransızca #usm sözünün istifadəsi #sözlük