Sevgi utancaqlığı
Sevgi utancaqlığı (ing. Love shyness). Bu termin ilk dəfə psixoloq Brian G. Gilmartin tərəfindən xroniki utancaqlığın müəyyən bir növünü təsvir etmək üçün istifadə edilmişdir. 1979-cu ildə bu tezis üzərində işləmək üçün Obern Universitetindən maliyyə dəstəyi aldı. Shyness & Love: Causes, Consequences, and Treatments - Sevgi və utancaqlıq: səbəbləri, nəticələri və müalicə formaları adlı kitabında verdiyi izahata görə sevgidən xəcalət çəkən insanlar, potensial romantik və ya cinsi tərəfdaşlarla gündəlik münasibətlərdə özlərini iddialı hiss etməkdə çətinlik çəkirlər. Məsələn, eşqdən utanan bir heteroseksual kişi narahatlıqlarına görə qadınlarla dostluq etməkdə çətinlik çəkə bilər.
Dr. Gilmartin bu fenomeni yalnız heteroseksual kişilərdə tədqiq etmişdir. Gilmartinin kitabı 1987-ci ildə University Books (Universitet Kitabları) tərəfindən nəşr edilmişdir.
Gilmartin müəyyənləşdirdiyi 7 meyara görə sevgidən utanan insanları aşağıdakı kimi təsvir edir;
O bir kişidir;
Subaydır.