utilitarizm sözü azərbaycan dilində

utilitarizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • utilitarizm • 85.7143%
  • Utilitarizm • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Utilitarizm
Utilitarizm (lat. utilitas — fayda) — davranışın və ya hərəkətin mənəvi dəyəri onun faydalılığı ilə müəyyən edilən etika istiqaməti və ya etik nəzəriyyə. Bir hərəkətin(və ya əməlin) faydalılığı, hərəkətin nəticələrinin bu hərəkət(və ya əməl) zamanı təsirə məruz qalan bütün tərəflərin aldığı ayrılmaz həzz və ya xoşbəxtlikdir. Utilitarizm etik nəzəriyyələrin ardıcıl qrupuna aiddir, çünki o, bir hərəkəti özü ilə deyil, nəticələri ilə mühakimə edir. Bu nəzəriyyəyə əsasən "ən yaxşı əməl, ən çox insana ən çox xoşbəxtlik gətirən əməldir". Utilitarizm hedonizm və ya evdemonizm — dəyər (aksioloji) təlimlərə əsaslanır, ona görə (bu nəzəriyyəyə görə) ən yüksək dəyər həzz və ya xoşbəxtlikdir. Zövq(həzz) və xoşbəxtliyin sərt tərifləri hələlik problem olaraq qalır. Bu anlayışların eyni olub-olmaması sual(və ya problem) olaraq qalır. Müasir Qərb utilitarları onları eyniləşdirməyə meyllidirlər.

utilitarizm sözünün leksik mənası və izahı

  • 1 [lat.] 1. Etikada: eqoizmə, fərdiyyətçiliyə əsaslanan burjua cərəyanı (bu cərəyan tərəfdarları iddia edirlər ki, insanın bütün əməlləri ancaq hər şeydən fayda, xeyir götürmək prinsipinə əsaslanır). 2. Hər şeyə xeyir, fayda götürmək baxımından yanaşma; utilitarlıq.

    Azərbaycan dilinin izahlı lüğəti / utilitarizm

utilitarizm sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. утилитаризм: 1. позитивистское направление в этике, считающее пользу основой нравственности и критерием человеческих поступков 2. подход, отношение к чему-л., в основе которого лежит стремление из всего извлекать выгоду, пользу

    Azərbaycanca-rusca lüğət / utilitarizm

utilitarizm sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat.] утилитаризм (1. этикада: эгоизмдал, индивидуализмдал бинеламишнавай буржуазиядин рехъ; 2. гьар са затӀунив хийир, файда къачун патал эгечӀун; утилитарвал).

    Azərbaycanca-ləzgicə lüğəti / utilitarizm

utilitarizm sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – davranışın faydalılığı-nı onun əxlaqiliyinin meyarı kimi qəbul edən estetik nəzəriyyə.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Oxşar sözlər

#utilitarizm nədir? #utilitarizm sözünün mənası #utilitarizm nə deməkdir? #utilitarizm sözünün izahı #utilitarizm sözünün yazılışı #utilitarizm necə yazılır? #utilitarizm sözünün düzgün yazılışı #utilitarizm leksik mənası #utilitarizm sözünün sinonimi #utilitarizm sözünün yaxın mənalı sözlər #utilitarizm sözünün əks mənası #utilitarizm sözünün etimologiyası #utilitarizm sözünün orfoqrafiyası #utilitarizm rusca #utilitarizm inglisça #utilitarizm fransızca #utilitarizm sözünün istifadəsi #sözlük