uzaqlaşdırmaq sözü azərbaycan dilində

uzaqlaşdırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • uzaqlaşdırmaq • 98.7109%
  • Uzaqlaşdırmaq • 0.9208%
  • UZAQLAŞDIRMAQ • 0.3683%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.70 dəfə / 1 mln.
2003 •••••••••••••••• 3.15
2004 •• 0.34
2005 ••••••••••• 2.02
2006 ••••••••••••• 2.48
2007 ••• 0.42
2008 ••• 0.49
2009 •••••••• 1.44
2010 •••••••••• 1.91
2011 •••••••••• 1.89
2012 •••••••• 1.46
2013 •••••••••••••••• 3.06
2014 •••••••••••••••••••• 3.95
2015 •••••••••••• 2.21
2016 •• 0.35
2017 •••••• 1.14
2018 ••• 0.45
2019 ••••••••••• 2.09
2020 ••••••••• 1.59

uzaqlaşdırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir qədər uzaq etmək, uzağa çəkmək, kənara çəkmək. Stolu özündən uzaqlaşdırmaq. Hədəfi on metr uzaqlaşdırmaq. // Getməyə, bir yeri tərk etməyə məcbur etmək. Qəhrəman balaca Sabiri arıxanadan uzaqlaşdırırdı. S.Rəhimov. [Ataş:] Yaxşısı budur Qönçəylə Mürsəli buradan müvəqqəti uzaqlaşdırım. Ə.Vəliyev. 2. Bir şeyin vaxtını gecikdirmək, daha uzaq bir vaxta keçirmək. Gözlənilməz hadisə məsələnin həllini uzaqlaşdırdı. 3. Əlaqələri kəsmək, yadlaşdırmaq. [Rüstəm bəy:] Nə edəcəyimi indidən deyə bilmərəm, ancaq onu bilirəm ki, hər nə olsa da, var qüvvəmlə rəqibimi məhbubəmdən uzaqlaşdırardım. Çəmənzəminli. Onu başımdan çıxarmaq, özümdən uzaqlaşdırmaq istəyirdim. S.Hüseyn. // Uzaqlaşmasına, əlaqəni kəsməsinə, yadlaşmasına səbəb olmaq. Onun bu münasibəti məni ondan uzaqlaşdırdı. 4. Qovmaq, rədd etmək, yaxın qoymamaq. Rəhim bəy, bir bəri gəl! Allahı sevirsən… al bu on manatı da qəndə, çaya ver, bu donuzu mənim qapımdan uzaqlaşdır. Ə.Haqverdiyev. // Eyni mənada bəzən “başından”, “özündən” və s. sözlərlə. Murad gözlərini açdı. Ayağa qalxdı, damağına hücum edən qara fikirləri özündən uzaqlaşdırmaq istədi. S.Hüseyn. Vaqonlar [Rübabəni] götürüb, sanki Gəldiyevin şərindən uzaqlaşdırmaq üçün yeyinlədi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / uzaqlaşdırmaq

uzaqlaşdırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. UZAQLAŞDIRMAQ [Səlimə:] Soyuq otaq mənə soyuq bir təlqin edir, həyatda gözəl, cazibədar nə varsa məndən uzaqlaşdırır (İ.Əfəndiyev); ARALAŞDIRMAQ Hatəmxan sağ əli ilə mollanın döşündən yapışaraq bütün gücü ilə onu özündən aralaşdırmağa çalışdı (S.Rəhimov); AYRI SALMAQ Gəlin çox yormayın sevgilinizi; Fələk ayn saldı deyəsən bizi (S.Vurğun); DUR ETMƏK Göz nurudur uyqu, onu dur etmə gözündən; Yol vermə məbada çıxa bir an sözündən (M.Ə.Sabir); MƏN ETMƏK Cavad: Müttəhim olduğumu yazıb bitirmək istəyirdim, lakin nədənsə bir qüvvə məni mən edir (A.Şaiq); SAQINDIRMAQ Əbülhəsən bəy: Bunun müqabilində mən səni iki böyük şərəfsizlikdən və tarixi xəyanətlərdən saqındırnağa çalışıram (M.S.Ordubadi); AYIRMAQ, İRAQLAŞDIRMAQ, KƏNARLAŞDIRMAQ (bax). 2. uzaqlaşdırmaq bax qovmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / uzaqlaşdırmaq

uzaqlaşdırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. отдалить, удалить, устранить, отстранить; 2. разъединить; 3. отстрочить;

    Azərbaycanca-rusca lüğət / uzaqlaşdırmaq
  • 2 глаг. 1. удалять, удалить: 1) переместить на более далекое расстояние. Obyekti uzaqlaşdırmaq удалить объект 2) заставить уйти, уехать откуда-л. Şəhərdən uzaqlaşdırmaq kimi удалить от города кого, məktəbdən uzaqlaşdırmaq удалить от школы 3) сделать менее близким. Özündən uzaqlaşdırmaq удалить от себя 4) лишить возможности участвовать в чем-л., заниматься чем-л. İşdən uzaqlaşdırmaq удалить от работы 2. отдалять, отдалить: 1) переместить на некоторое расстояние от кого-л., чего-л. Eynəyi gözündən uzaqlışdırmaq отдалить очки от глаз 2) сделать менее близким, прекратить близкие отношения с кем-л. Qonşunu özündən uzaqlaşdırmaq lazım deyil не надо отдалять соседа от себя 3. отчуждать (вызвать отчужденность, сделать далеким кого-л. от кого-л.), отдалять. Onun xasiyyəti adamları ondan uzaqlaşdırırdı его характер отчуждал людей от него 4. отстранять, отстранить. Vəzifədən uzaqlaşdırmaq отстранить от должности

    Azərbaycanca-rusca lüğət / uzaqlaşdırmaq

uzaqlaşdırmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to remove (d.); to estrange (d.); to move off / away (d.); to send* away (d.); 2. to separate (d.), to part (d.), to disjoin (d.); müharibə təhlükəsini ~ to remove the threat of war

    Azərbaycanca-ingiliscə lüğət / uzaqlaşdırmaq

uzaqlaşdırmaq sözünün fransız dilinə tərcüməsi

uzaqlaşdırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. яргъазун, яргъа(з) авун; яргъаз къакъудун; 2. яргъал вегьин, гежарун (вахт, кар); 3. алакъаяр атӀун, сад-садавай къакъудун, ччара авун; 4. чукурун, акъудун, алудун, ред авун.

    Azərbaycanca-ləzgicə lüğəti / uzaqlaşdırmaq

Oxşar sözlər

#uzaqlaşdırmaq nədir? #uzaqlaşdırmaq sözünün mənası #uzaqlaşdırmaq nə deməkdir? #uzaqlaşdırmaq sözünün izahı #uzaqlaşdırmaq sözünün yazılışı #uzaqlaşdırmaq necə yazılır? #uzaqlaşdırmaq sözünün düzgün yazılışı #uzaqlaşdırmaq leksik mənası #uzaqlaşdırmaq sözünün sinonimi #uzaqlaşdırmaq sözünün yaxın mənalı sözlər #uzaqlaşdırmaq sözünün əks mənası #uzaqlaşdırmaq sözünün etimologiyası #uzaqlaşdırmaq sözünün orfoqrafiyası #uzaqlaşdırmaq rusca #uzaqlaşdırmaq inglisça #uzaqlaşdırmaq fransızca #uzaqlaşdırmaq sözünün istifadəsi #sözlük