uzunburun sözü azərbaycan dilində

uzunburun

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • uzunburun • 81.2500%
  • Uzunburun • 17.1875%
  • UZUNBURUN • 1.5625%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Uzunburun
Uzunburun (lat. Acipenser stellatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Uzunburun Xəzər, Qara və Azov dənizlərində yaşayır. Nərəkimilər içərisində uzunburun ölçülərinə görə ən kiçiyidir. Xəzər dənizində onun iki populyasiyasi mövcuddur: Cənubi-Xəzər və Şimali-Xəzər populyasiyaları. Xəzərin Azərbaycan sektorunda əksəriyyət təşkil edən Cənubi-Xəzər populyasiyası çoxalmaq üçün Kür çayına girir. Kür populyasiyası Şimali-Xəzər populyasiyasından gec cinsi yetişkənliyi, zəif böyümə tempi və az törəyib artması ilə fərqlənir. Uzunburun balığın mühüm təsərrüfat əhəmiyyəti var. Ümumi nərə ovunda o sayının çoxluğuna görə birinci yerdədir. Azərbaycanda uzunburun ehtiyatı əsasən süni yolla nərə balıqartırma zavodlarında bərpa olunur, qismən isə təbii yolla Kür (Varvara su anbarı aşağıda) və Araz (Qaradonlu kəndində, Bəhramtəpədən aşağı hissədə) çoxalır.
Uzunburun delfin
Uzunburun delfin (lat. Stenella longirostris) — elədə böyük olmayan tropik delfin. Dünya okeanının tropiklər arası ərazisində yayılmışlar. Bu növün 4 yarımnövü məlumdur. Ancaq başqa yarımnövlərin olması istisna deyildir. Onlar arasında ibritlərin olması istisna deyildir. Rəngi boz və ya tünd rənglərdə olur. Ölçü baxımından öz cinsinin digər növlərindən elədə böyük deyildir. Nadir halda qrup təşkil edirlər. Akrobatik tullanışlar edirlər.
Uzunburun meymun
Uzunburun meymun, və ya Kахаu (lat. Nasalis larvatus) — Əntərmeymunlar fəsiləsinin Nazik bədən meymunlar yarımfəsiləsinə aid növ. Kalimantan adası ərazisindəki meşələrdə yaşayırlar. Uzunburun meymunları digər meymunlardan fərqləndirən əsas xüsusiyyət onların uzun burunlarıdır. Burunları xiyara bənzəyir, bu xüsusiyyət ancaq erkəklərə məxsusdur. Burnun yuxarı hissəsi sarı-qəhvəyi, aşağı hissəsi isə ağ xəzlə örtülü olur. Ayaqları, əlləri və quyruğu boz, tüksüz üzü isə qırmızı olur. Burnuları 66-75 sm olur. Quyruğu uzun olur. Erkəklər 16-22 kq arası çəkiyə malik olurlar.
Uzunburun pazdimdik
Uzunburun pazdimdik (lat. Mergus serrator) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin pazdimdik cinsinə aid heyvan növü.
Uzunburun zirehli
Uzunburun zirehli (lat. Lepisosteus osseus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinin zirehli durnabalıqları fəsiləsinin kayman balığı cinsinə aid heyvan növü.
Fındıq uzunburunu
Fındıq uzunburunu (lat. Curculio nucum) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin uzunburun böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Fındıq uzunburun böcəyinin başı xortum şəklində irəliyə doğru uzanmışdır. Bu xortum dişi fərdlərdə bədəndəndə uzundur. Böcək qara rəngdədir, sarımtıl pulcuqlarla örtülmüşdür. Xortum və ayaqları qırmızımtıl-qonurdur. Bığcıqları xortumun düz ortasında yerləşmişdir. Yumurtası ellipsvaridir, təzə qoyulan vaxt ağ rəngdə olur, sonra qonurlaşır. Sürfəsi ayaqsızdır, sarılımtıldır, baş və döş buğumları qırmızı olur. axırıncı yaşda uzunluğu 10–15 mm olur, pupu ağ rənglidir, xortumu yaxşı seçilir.
Yonca kök yumrusu uzunburunu
Yonca kök yumrusu uzunburunu (lat. Sitona Longulus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ. 3–6 mm uzunluqdadır. Qısa, yoğun xortuma malikdir. Böcəyi uzunsov ovalvarıdır. Əksər hallarda bədənləri kül rəngindədir. Yumurtası ovalvarı olub, açıq sarı rənglidir. Uzunluğu 0,4 mm, eni təxminən 0,3 mm-dir. Sürfəsi ağ və ya çirkli-ağ rəngdə olub. Başı qonurdur.
Çuğundur adi uzunburunu
Şimali Xəzər uzunburunu
Uzunburun (lat. Acipenser stellatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Uzunburun Xəzər, Qara və Azov dənizlərində yaşayır. Nərəkimilər içərisində uzunburun ölçülərinə görə ən kiçiyidir. Xəzər dənizində onun iki populyasiyasi mövcuddur: Cənubi-Xəzər və Şimali-Xəzər populyasiyaları. Xəzərin Azərbaycan sektorunda əksəriyyət təşkil edən Cənubi-Xəzər populyasiyası çoxalmaq üçün Kür çayına girir. Kür populyasiyası Şimali-Xəzər populyasiyasından gec cinsi yetişkənliyi, zəif böyümə tempi və az törəyib artması ilə fərqlənir. Uzunburun balığın mühüm təsərrüfat əhəmiyyəti var. Ümumi nərə ovunda o sayının çoxluğuna görə birinci yerdədir. Azərbaycanda uzunburun ehtiyatı əsasən süni yolla nərə balıqartırma zavodlarında bərpa olunur, qismən isə təbii yolla Kür (Varvara su anbarı aşağıda) və Araz (Qaradonlu kəndində, Bəhramtəpədən aşağı hissədə) çoxalır.

uzunburun sözünün leksik mənası və izahı

uzunburun sözünün rus dilinə tərcüməsi

  • 1 длинноносый

    Azərbaycanca-rusca lüğət / uzunburun
  • 2 I прил. 1. длинноносый (имеющий длинный нос, долгоносый) 2. длинноклювый (обладающий длинным клювом) II сущ. зоол. долгоносик. Borubükən uzunburun долгоносик-трубковерт, toxumyeyən uzunburun долгоносик-семяед, atlanqac uzunburun долгоносик-прыгун

    Azərbaycanca-rusca lüğət / uzunburun

uzunburun sözünün inglis dilinə tərcüməsi

uzunburun sözünün fransız dilinə tərcüməsi

uzunburun sözünün ləzgi dilinə tərcüməsi

uzunburun sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Dərbənd, Xaçmaz, Quba) ağcaqanad. – Bu suluğda u qədər uzunburun var ki, durmağ ulmur (Xaçmaz)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"uzunburun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#uzunburun nədir? #uzunburun sözünün mənası #uzunburun nə deməkdir? #uzunburun sözünün izahı #uzunburun sözünün yazılışı #uzunburun necə yazılır? #uzunburun sözünün düzgün yazılışı #uzunburun leksik mənası #uzunburun sözünün sinonimi #uzunburun sözünün yaxın mənalı sözlər #uzunburun sözünün əks mənası #uzunburun sözünün etimologiyası #uzunburun sözünün orfoqrafiyası #uzunburun rusca #uzunburun inglisça #uzunburun fransızca #uzunburun sözünün istifadəsi #sözlük