uzunqulaq sözü azərbaycan dilində

uzunqulaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • uzunqulaq • 81.1111%
  • Uzunqulaq • 17.7778%
  • UZUNQULAQ • 1.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Uzunqulaq
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Dünyada 40 milyondan çox uzunqulaq yaşayır və onların əksəriyyəti inkişaf etməmiş ölkələrdədir. Onlar tez-tez ağır yüklərin daşınması və ya arabaların çəkilməsi kimi işlərdə istifadə olunur və gücü və dözümlülüyü ilə tanınır. Uzunqulaqların ömrü təxminən 30 ilə yaxındır. Uzunqulaqlar ən çox istismara və pis rəftara məruz qalan heyvanlar sırasındadır. Uzunqularların hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.
Uzunqulaq atlanqaç
Uzunqulaq atlanqaç (lat. Elephantulus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinə aid heyvan cinsi.

uzunqulaq sözünün leksik mənası və izahı

  • 1 1. sif. Qulaqları uzun olan, uzun qulaqlı. Uzunqulaq tula. 2. is. evf. Eşşək. [Aslanın] dünya malından bir uzunqulağı, bir də … iki keçidən başqa heç bir şeyi yox idi. C.Cabbarlı. Camal kişi yedəyində odun yüklü at, uzunqulaq həyətə girdi. Ə.Vəliyev. 3. məc. Söyüş mənasında işlənir.

    Azərbaycan dilinin izahlı lüğəti / uzunqulaq

uzunqulaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 qanmaz — qanacaqsız — ədəbsiz — kobud

    Azərbaycan dilinin sinonimlər lüğəti / uzunqulaq
  • 2 1. UZUNQULAQ (qulaqları uzun olan, bəzən qulaqlı papağa da deyirlər) [Osmanlı] ..tez uzunqulaq papağım çıxardı, boş əlini qulağına apardı (Ə.Kərim); ÇƏPİŞQULAQ ..iriburun, yumru çənə, çəpiş qulaq, alagöz bu oğlanın suyu şirin idi (Ə.Vəliyev); EŞŞƏKQULAQ (evf.) Molla Qafar: ..Ay eşşəkqulaq, qaban baş, heç görmüsən yeriyən daş?.. (S.Vəliyev). 2. uzunqulaq bax ulaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / uzunqulaq

uzunqulaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. длинноухий, ушан; 2. осел;

    Azərbaycanca-rusca lüğət / uzunqulaq
  • 2 I прил. длинноухий, долгоухий II сущ. осёл: 1. домашнее животное с длинными ушами, обычно серой окраски 2. перен. о глупом, тупом человеке

    Azərbaycanca-rusca lüğət / uzunqulaq

uzunqulaq sözünün inglis dilinə tərcüməsi

uzunqulaq sözünün fransız dilinə tərcüməsi

uzunqulaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. япар яргъи, яргъи япар авай (мес. тула); 2. сущ. эвф. лам; 3. пер. лам (экъугъун манада).

    Azərbaycanca-ləzgicə lüğəti / uzunqulaq

"uzunqulaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#uzunqulaq nədir? #uzunqulaq sözünün mənası #uzunqulaq nə deməkdir? #uzunqulaq sözünün izahı #uzunqulaq sözünün yazılışı #uzunqulaq necə yazılır? #uzunqulaq sözünün düzgün yazılışı #uzunqulaq leksik mənası #uzunqulaq sözünün sinonimi #uzunqulaq sözünün yaxın mənalı sözlər #uzunqulaq sözünün əks mənası #uzunqulaq sözünün etimologiyası #uzunqulaq sözünün orfoqrafiyası #uzunqulaq rusca #uzunqulaq inglisça #uzunqulaq fransızca #uzunqulaq sözünün istifadəsi #sözlük