uçur sözü azərbaycan dilində

uçur

Yazılış

  • uçur • 94.4020%
  • Uçur • 5.5980%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Durnalar uçur (film, 1957)
«Durnalar uçur» (rus. Летят журавли) — rejissor Mixail Kalatozovun 1957-ci ildə çəkdiyi film. == Məzmun == Filmdəki hadisələr Böyük Vətən müharibəsinə qədər olan dövrdə Boris (Aleksey Batalov) və Veronikanın (Tatyana Samoylova) məhəbbəti fonunda baş verir. == Film haqqında == Film rejissor Mixail Kalatozovun ən uğurlu kinoda işidir və məhşurlaşdıran da məhz bu film olmuşdur. Film Viktor Rozovun "Həmişə sağam" pyesinin motivləri əsasında çəkilib. Film 1958-ci ildə Kann Beynəlxalq kinofestivalında "Qızıl palma budağı" mükafatına layiq görülmüşdür. == Rollarda == Tatyana Samoylova — Veronika Aleksey Batalov — Boris Aleksandr Şvorin — Mark Vasili Merkuryev — Fyodor İvanoviç Antonina Boqdanova — Boris və İrinanın nənəsi Valentina Zubkov — Stepan Leonid Knyazov — Saçkov Boris Kokovkin — Çernov Konstantin Nikitin — Valodiya Nikolay Smorçkov — Zaxarov Svetlana Xaritonova — İrina Borozdina == Həmçinin bax == Rusiya filmlərinin siyahısı == Xarici keçidlər == Filmi izlə (azərbaycan dilində) Смотреть фильм «Летят журавли» в онлайн-кинотеатре «Мосфильма» (rus.) «Летят журавли» на сайте Наш Фильм Arxivləşdirilib 2007-09-26 at the Wayback Machine (rus.) Почему фильм «Летят журавли» — культовый?
Bandiaqara uçurumu
Bandiaqara — Malidə, doqon xalqının yaşadığı ərazidə uçurum. Qum daşı qayası aşağıdakı qumlu mənzillərdən təxminən 500 metr yuxarı qalxır. Uçurum təxminən 150 kilometr uzunluğa malikdir. Bandiaqara ərazisi bu gün Doqon xalqı tərəfindən məskunlaşmışdır. Doqonlardan əvvəl, ərazidə Tellem və Toloy xalqları yaşayırdı. Ərazidəki bir çox tikili tellemlərə aiddir. Bandiaqara uçurumu 1989-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bandiaqara qayaları cənubdan şimal-şərqə doğru 200 km-dən çox məsafədə, Qrandamiya massivinə qədər uzanan bir qumdaşı zənciridir. Massivin sonu Malinin ən yüksək zirvəsi olan, 1,155 metr (3,789 ft) hündürlüyündəki Hombori Tondo dağı ilə biitir. Arxeoloji, etnoloji və geoloji xüsusiyyətlərinə görə bütün ərazi Qərbi Afrikada ən təsirli yerlərdən biridir.
Qızıl uçurum (film, 1980)
Qızıl uçurum (rus. Золотая пропасть) — Azərbaycan filmi. == Məzmun == XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil(Əliabbas Qədirov) taleyin hökmü ilə neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur...Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır. == Film haqqında == Film aktrisa Həmidə Ömərovanın kinoda ilk işidir. Film yazıçı İbrahim bəy Musabəyovun "Neft və Milyonlar Səltənətində" povestinin motivləri əsasında çəkilmişdir.
Təyyarə uçurtma sistemi
Uçurdağ
Uçurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2573,0 m). Zəngəzur silsiləsinin Azərməsçid aşırımından (3474,7 m) cənub-qərb istiqamətdə ayrılan eyniadlı qolunun suayırıcısında zirvə. Pəzməri kəndindən 1,5 km cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşib, şimal-şərqdən və cənub-qərbdən şimal-qərb istiqamətli qırılma pozulmaları ilə kəsilmişdir.
Uçurtma qalxanı
Uçurtma qalxanı uçurtma şəklində olan orta əsr qalxanıdır. Uçurtma qalxanı bir çox cəngavər və insanlar tərəfindən qorunmaq üçün istifadə edildi, lakin iki əlli silahlar və daha çox hərəkətlilik üçün imtina edildi. Uçurtma qalxanlarının qalxan formasının səmərəliliyi süvari döyüşü baş verən zaman işə düşdü, bədənin çox hissəsini çiyinlərdən ayaqlara qədər qorumaq üçün faydalıdır və cəngavərə döyüşdə daha çox seçim imkanı verir.
Uçurum (pyes)
"Uçurum" (azərb. Uçurum / اوچوروم‎) — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1917-ci ildə yazdığımənzum pyesi , dörd pərdəli faciə. Pyes ilk dəfə 1926-cı ildə Bakıda Azərbaycan Dövlət Nəşriyyatında çap edilmişdir. Pyes yalnız 1968-ci ildə Cavidin Seçilmiş əsərlərinin birinci cildində yenidən nəşr edilmişdir . Tamaşası ilk dəfə 1922-ci ildə baş tutdu. Belə ki, 1922/23-cü illərin teatr mövsümündə əsər rejissor Abbas-Mirzə Şərifzadə tərəfindən Dadaş Büniyatzadə adına Dövlət Türk (Azərbaycan) teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Bu, Hüseyn Cavidin elə dramlarından biridir ki, burada cəmiyyətin ədalətsizliyi ilə üz-üzə qalan, yaşadıqları ilə baş-başa qalan insanlar xüsusi yer tutur . Pyesin pantürkist əhvali-ruhiyyə ilə seçilməsi də güman edilirdi . == Xüsusiyyətləri == Hüseyn Cavidin önəm verdiyi məsələlərdən biri də yüksək əxlaq, ailə münasibətlərində sədaqətlilik prinsipi ümumiyyətlə namus, qeyrət və digər insani dəyərlərdir ki, bu da özünü şairin 1917-ci ildə yazdığı "Uçurum" mənzum pyesində daha qabarıq şəkildə büruzə verir. Bu əsərində o, ailə-məişət məsələlərinə müraciət etdiyindən sadə xalq dilində, daha doğrusu Məmməd Cəfərin "H.Cavidin sənəti haqqında qeydlər"ində vurğuladığı kimi heca vəznində yazmış, məsnəvi, qoşma, bayatılardan istifadə etməklə bərabər on bir, yeddi, səkkiz, on dörd, on beş və on altı hecalı şer formalarına da müraciət etmişdir.
Uçurum üzərində cığır (film, 1979)
== Məzmun == Film 1978-ci il aprelin 6-da SSRİ Nazirlər Sovetinin "Sərxoşluğa və alkoqolizmə qarşı mübarizəni gücləndirmək üzrə əlavə tədbirlər haqqında" qərarına cavabdır.
Çovdarlıqda uçurumdan qoruyan
Çovdarlıqda uçurumdan qoruyan — ABŞ yazıçısı Cerom Selincer tərəfindən 1951-ci ildə yazılmış roman. Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır. Roman, əsasən, cavanlar arasında böyük populyarlıq qazanıb və XX əsrin ikinci yarısında dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərib. Selincer "Çovdarlıqda uçurumdan qoruyan" romanı üzərində doqquz il işləyib. Müəllifin 1951-ci ildə yazılmış yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" olub. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılıb. == Mövzusu == Romanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müəllif öz dövrünün Amerikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə, insanlardakı "mənfi" təsirinə görə əsər uzun müddət qadağan edilməsinə baxmayaraq, dünyada ən çox oxunan kitablardan biri ola bilmişdir.
Çərpələng uçuran
Çərpələng uçuran (ing. The Kite Runner) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2003-cü ildə çapdan çıxmış ilk romanı. == Məzmun == Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab edirlər. “Çərpələng uçuran” bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası müharibə, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış bucağı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlaşdırma, cinsi münasibətlər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan təmizlənmə haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir.
Çərpələng uçuran (film)
Çərpələng uçuran rejissor Mark Forster tərəfindən ekranlaşdırılan ABŞ filmi. == Süjet == Filmin süjet xətti əfqan əsilli yazıçı Xalid Hüseyninin eyni adlı romanından götürülmüşdür. Uzun illərdir ki, Kaliforniyada yaşayan Əmir adlı əfqan mühacir, uşaqlıq dostu olan Həsənin oğlunun başının bəlada olduğunu öyrəndikdən sonra uşağa kömək etmək üçün Talibanın nəzarəti altında olan doğma diyarına qayıdır...
Çərpələng uçuran (roman)
Çərpələng uçuran (ing. The Kite Runner) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2003-cü ildə çapdan çıxmış ilk romanı. == Məzmun == Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab edirlər. “Çərpələng uçuran” bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası müharibə, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış bucağı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlaşdırma, cinsi münasibətlər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan təmizlənmə haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir.
Qızıl uçurum
Qızıl uçurum (rus. Золотая пропасть) — Azərbaycan filmi. == Məzmun == XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil(Əliabbas Qədirov) taleyin hökmü ilə neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur...Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır. == Film haqqında == Film aktrisa Həmidə Ömərovanın kinoda ilk işidir. Film yazıçı İbrahim bəy Musabəyovun "Neft və Milyonlar Səltənətində" povestinin motivləri əsasında çəkilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.27 dəfə / 1 mln.
2003 ••••••••••••• 1.57
2004 ••••••••• 1.01
2006 •••••• 0.68
2007 •• 0.21
2008 •••••••••••••• 1.71
2009 ••••••••••••••• 1.76
2010 ••••••••••••• 1.54
2011 •••••••••••••••• 1.97
2012 •••••••••••••• 1.72
2013 •••••••••••••••••••• 2.48
2014 •••••••••••••••• 1.89
2015 ••••• 0.51
2016 ••• 0.35
2017 •••••••• 0.98
2018 ••••••••• 1.05
2019 •••• 0.42
2020 ••••••• 0.80

"uçur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#uçur nədir? #uçur sözünün mənası #uçur nə deməkdir? #uçur sözünün izahı #uçur sözünün yazılışı #uçur necə yazılır? #uçur sözünün düzgün yazılışı #uçur leksik mənası #uçur sözünün sinonimi #uçur sözünün yaxın mənalı sözlər #uçur sözünün əks mənası #uçur sözünün etimologiyası #uçur sözünün orfoqrafiyası #uçur rusca #uçur inglisça #uçur fransızca #uçur sözünün istifadəsi #sözlük