uçurum sözü azərbaycan dilində

uçurum

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • uçurum • 94.0922%
  • Uçurum • 5.0432%
  • UÇURUM • 0.8646%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Uçurum (pyes)
"Uçurum" (azərb. Uçurum / اوچوروم‎) — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1917-ci ildə yazdığımənzum pyesi , dörd pərdəli faciə. Pyes ilk dəfə 1926-cı ildə Bakıda Azərbaycan Dövlət Nəşriyyatında çap edilmişdir. Pyes yalnız 1968-ci ildə Cavidin Seçilmiş əsərlərinin birinci cildində yenidən nəşr edilmişdir . Tamaşası ilk dəfə 1922-ci ildə baş tutdu. Belə ki, 1922/23-cü illərin teatr mövsümündə əsər rejissor Abbas-Mirzə Şərifzadə tərəfindən Dadaş Büniyatzadə adına Dövlət Türk (Azərbaycan) teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Bu, Hüseyn Cavidin elə dramlarından biridir ki, burada cəmiyyətin ədalətsizliyi ilə üz-üzə qalan, yaşadıqları ilə baş-başa qalan insanlar xüsusi yer tutur . Pyesin pantürkist əhvali-ruhiyyə ilə seçilməsi də güman edilirdi . == Xüsusiyyətləri == Hüseyn Cavidin önəm verdiyi məsələlərdən biri də yüksək əxlaq, ailə münasibətlərində sədaqətlilik prinsipi ümumiyyətlə namus, qeyrət və digər insani dəyərlərdir ki, bu da özünü şairin 1917-ci ildə yazdığı "Uçurum" mənzum pyesində daha qabarıq şəkildə büruzə verir. Bu əsərində o, ailə-məişət məsələlərinə müraciət etdiyindən sadə xalq dilində, daha doğrusu Məmməd Cəfərin "H.Cavidin sənəti haqqında qeydlər"ində vurğuladığı kimi heca vəznində yazmış, məsnəvi, qoşma, bayatılardan istifadə etməklə bərabər on bir, yeddi, səkkiz, on dörd, on beş və on altı hecalı şer formalarına da müraciət etmişdir.
Qızıl uçurum
Qızıl uçurum (rus. Золотая пропасть) — Azərbaycan filmi. == Məzmun == XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil(Əliabbas Qədirov) taleyin hökmü ilə neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur...Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır. == Film haqqında == Film aktrisa Həmidə Ömərovanın kinoda ilk işidir. Film yazıçı İbrahim bəy Musabəyovun "Neft və Milyonlar Səltənətində" povestinin motivləri əsasında çəkilmişdir.
Qızıl uçurum (film, 1980)
Qızıl uçurum (rus. Золотая пропасть) — Azərbaycan filmi. == Məzmun == XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil(Əliabbas Qədirov) taleyin hökmü ilə neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur...Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır. == Film haqqında == Film aktrisa Həmidə Ömərovanın kinoda ilk işidir. Film yazıçı İbrahim bəy Musabəyovun "Neft və Milyonlar Səltənətində" povestinin motivləri əsasında çəkilmişdir.
Uçurum üzərində cığır (film, 1979)
== Məzmun == Film 1978-ci il aprelin 6-da SSRİ Nazirlər Sovetinin "Sərxoşluğa və alkoqolizmə qarşı mübarizəni gücləndirmək üzrə əlavə tədbirlər haqqında" qərarına cavabdır.
Bandiaqara uçurumu
Bandiaqara — Malidə, doqon xalqının yaşadığı ərazidə uçurum. Qum daşı qayası aşağıdakı qumlu mənzillərdən təxminən 500 metr yuxarı qalxır. Uçurum təxminən 150 kilometr uzunluğa malikdir. Bandiaqara ərazisi bu gün Doqon xalqı tərəfindən məskunlaşmışdır. Doqonlardan əvvəl, ərazidə Tellem və Toloy xalqları yaşayırdı. Ərazidəki bir çox tikili tellemlərə aiddir. Bandiaqara uçurumu 1989-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bandiaqara qayaları cənubdan şimal-şərqə doğru 200 km-dən çox məsafədə, Qrandamiya massivinə qədər uzanan bir qumdaşı zənciridir. Massivin sonu Malinin ən yüksək zirvəsi olan, 1,155 metr (3,789 ft) hündürlüyündəki Hombori Tondo dağı ilə biitir. Arxeoloji, etnoloji və geoloji xüsusiyyətlərinə görə bütün ərazi Qərbi Afrikada ən təsirli yerlərdən biridir.
Çovdarlıqda uçurumdan qoruyan
Çovdarlıqda uçurumdan qoruyan — ABŞ yazıçısı Cerom Selincer tərəfindən 1951-ci ildə yazılmış roman. Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır. Roman, əsasən, cavanlar arasında böyük populyarlıq qazanıb və XX əsrin ikinci yarısında dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərib. Selincer "Çovdarlıqda uçurumdan qoruyan" romanı üzərində doqquz il işləyib. Müəllifin 1951-ci ildə yazılmış yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" olub. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılıb. == Mövzusu == Romanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müəllif öz dövrünün Amerikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə, insanlardakı "mənfi" təsirinə görə əsər uzun müddət qadağan edilməsinə baxmayaraq, dünyada ən çox oxunan kitablardan biri ola bilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.42 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 7.87
2004 ••••••••••••• 5.05
2005 •••••••••••••• 5.40
2006 ••••••• 2.48
2007 •••••••••• 3.59
2008 •••• 1.22
2009 •••••••• 2.88
2010 ••••••• 2.72
2011 ••••• 1.72
2012 •••••• 1.98
2013 ••••••••••• 3.94
2014 ••• 1.03
2015 •••••• 2.04
2016 •••• 1.21
2017 •••• 1.46
2018 ••••••• 2.40
2019 •••• 1.53
2020 ••••••• 2.39

uçurum sözünün leksik mənası və izahı

  • 1 is. 1. Çox sarp, dik və dərin yamac; yarğan, sıldırım. Sağımız dağ, solumuz qorxunc uçurum, meşəlik, dağlıqdır. S.Rüstəm. Uçurumun dibi böyük tikan kolları ilə örtülmüşdü. Ə.Məmmədxanlı. // sif. Uçurumlu, sıldırımlı, sıldırım. …Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. S.S.Axundov. Kəşfiyyatçılar iri gövdəli qalın meşədən birdən uçurum bir dərəyə düşdülər. S.Rəhimov. 2. məc. Dərin fərq, ayrılıq, ziddiyyət. [Rəşid Naşad] ər ilə arvad arasındakı uçurumu dərinləşdirirdi. S.Hüseyn. 3. məc. Təhlükə, dəhşət, faciə, fəlakət; fəlakətli aqibət. Qudurğan qasırğa, çarpaşıq yollar; Yolumda zülmət var, uçurumlar var. Ə.Cavad. Qarafikirli adamlar Təbriz xalqını … uçurumlara çəkirdi. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / uçurum

uçurum sözünün etimologiyası

uçurum sözünün sinonimləri (yaxın mənalı sözlər)

uçurum sözünün antonimləri (əks mənalı sözlər)

uçurum sözünün rus dilinə tərcüməsi

  • 1 обрыв, пропасть, стремнина, яр

    Azərbaycanca-rusca lüğət / uçurum
  • 2 сущ. 1. пропасть: 1) крутой, глубокий обрыв, очень глубокая расселина, бездна 2) перен. коренное различие, расхождение в чем-л. между кем-л., чем-л. Aralarında uçurum yarandı между ними образовалась пропасть, uçurumun aşkar olunması (üzə çıxarılması) обнаружение пропасти между кем-л. 3) перен. о грозящей опасности. Bu münaqişələr uçuruma gətirib çıxarda bilər эти конфликты могут привести к пропасти, uçuruma itələmək толкать в пропасть, uçurumun qaşında dayanmaq стоять, находиться на краю пропасти 2. обрыв (крутой откос, склон берега, оврага и т.п., возникший вследствие обвала)

    Azərbaycanca-rusca lüğət / uçurum

uçurum sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. (həm də məc.) precipice, abyss, (yerin səthində) gulf; (yarğan) ravine; cleft; cəmiyyətdə dövlətlilərlə kasıblar arasında kəskin ~ a sharp cleft in society between the rich and the poor; keçilməz ~ unbridgeable gulf; məc. ~un başında on the verge of disaster / ruin; ~da dayanmaq məc. to stand* on the edge of a precipice; yüksək dağın / qayanın ~u a precipice / steep of a high rock / mountain; Uçurumun dibi yox idi The abyss had no bottom; Yer titrədi və qəflətən qarşımızda böyük uçurum əmələ gəldi The ground trembled, and suddenly a great gulf opened before us; Fikirləriniz arasında uçurum var There is a gulf between your opinions II. s. steep, precipitous, abrupt; ~ sahil steep bank

    Azərbaycanca-ingiliscə lüğət / uçurum

uçurum sözünün fransız dilinə tərcüməsi

uçurum sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. гзаф тик ва дерин кьвал, чарх, дерин хай (цӀвер); // прил. кьвал квай, гзаф дерин, кутӀал, кӀан таквар (мес. ккам, чухур); 2. пер. чӀехи фаркь (тафават), ччаравал, аксивал; 3. пер. чӀехи хата, кичӀевал (бедбахтвал) арадал гъидай гьал (эхир), дегьшет, мусибат.

    Azərbaycanca-ləzgicə lüğəti / uçurum

uçurum sözünün türk dilinə tərcüməsi

"uçurum" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#uçurum nədir? #uçurum sözünün mənası #uçurum nə deməkdir? #uçurum sözünün izahı #uçurum sözünün yazılışı #uçurum necə yazılır? #uçurum sözünün düzgün yazılışı #uçurum leksik mənası #uçurum sözünün sinonimi #uçurum sözünün yaxın mənalı sözlər #uçurum sözünün əks mənası #uçurum sözünün etimologiyası #uçurum sözünün orfoqrafiyası #uçurum rusca #uçurum inglisça #uçurum fransızca #uçurum sözünün istifadəsi #sözlük