* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Uğultu səsi çıxarmaq. Külək uğuldayır. – [Qəhrəman:] Kənarda buzlu ruzigar şikayətli bir yaralı heyvan iniltisi ilə telefon tellərinə toxunur və uğuldayırdı. H.Nəzərli. Çılğın kimi ruzigar uğuldar; Qar parçaları səmaya fırlar. A.Şaiq. // Bu cür səsin qulaqda hiss olunması haqqında. Bünyadın qulaqları uğuldayırdı. Ə.Əbülhəsən. Onun qulaqları uğuldadı, elə bil qorxunc, dəhşətli əks-səda eşidilirdi. Q.İlkin. 2. Göyərçinlərin çıxartdığı səs haqqında – quruldamaq. Məscidin damındakı göyərçinlər kəsik-kəsik uğuldayırdılar. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / uğuldamaq2 глаг. гудеть: 1. издавать длительный протяжный низкий звук. Salon uğuldayırdı зал гудел, dəniz uğuldayır море гудит, külək uğuldayır ветер гудит 2. ощущать такой звук, гул. Topların atəş səsləri hələ də qulağımda uğuldayır до сих пор в моих ушах гудят звуки пушечных выстрелов 3. издавать протяжные низкие звуки, сигналы с помощью особого приспособления; давать гудки. Gəmi uğuldayır пароход гудит, parovoz uğuldayır паровоз гудит
Azərbaycanca-rusca lüğət / uğuldamaq1 f. (alçaqdan) to drone; (camaat və s.) to buzz; (fit) to hoot; (avtomobil) to honk; Qulaqlarım uğuldayır There is a buzzing in my ears
Azərbaycanca-ingiliscə lüğət / uğuldamaq1 гл. 1. ву-у-у авун, куь-в-в авун (мес. гару); // гьахьтин ван гьатун, ванун (мес. япари); 2. кув-кув авун, кьуркьур авун, кьуркьурун (мес. лифери).
Azərbaycanca-ləzgicə lüğəti / uğuldamaq