Vısotsk sözü azərbaycan dilində

Vısotsk

Yazılış

  • Vısotsk • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

OBASTAN VİKİ
Vısotsk
Vısotsk — Rusiya Federasiyasında yerləşən şəhər. Leninqrad vilayətinə daxildir.
Vladimir Vısotski
Vladimir Semyonoviç Vısotski (rus. Владимир Семёнович Высоцкий; 25 yanvar 1938[…], Moskva – 25 iyul 1980[…], Moskva) — Sovet şairi, aktyoru və musiqiçisi, SSRİ Dövlət mükafatı laureatı. Vladimir Semyonoviç Vısotski 1938-ci il yanvarın 25-də Moskvada anadan olmuşdur. Onun uşaqlığı müharibə illərinə təsadüf etmişdir. 1947-ci ildən 1949-cu ilə kimi atası və analığı ilə Almaniyada yaşamış, sonradan Moskvaya qayıdıb müəllimlər evindəki dram dərnəyinə getmişdir. Tikinti-mühəndisləri institutuna daxil olub, lakin oranı tərk edib Moskva Bədii Akademik teatrın nəzdindəki V.İ.Nemiroviç- Dançenko adına məktəb studiyasının aktyorluq şöbəsinə daxil olmuşdur. 1960-cı ildə oranı bitirib, A.S.Puşkin adına dram teatrında fəaliyyətə başlayıb. 1964-cü ildən ömrünün sonuna qədər Moskva dram və komediya teatrında işləmişdir. O, "Qalileyin həyatı", "Hamlet","Puqaçov", "Albalı bağı", "Cinayət və cəza" tamaşalarında baş rollarda çıxış etmişdir. Bir neçə tamaşada Vısotskinin mahnıları səslənmişdir.
İzolda Vısotskaya
İzolda (İza) Konstantinovna Vısotskaya (rus. Изольда (Иза) Константи́новна Высо́цкая; 22 yanvar 1937, Nijni Novqorod – 20 iyul 2018, Nijniy Taqil, Sverdlovsk vilayəti) — sovet və rus teatr aktrisası, memuarçı, Rusiya Federasiyasının Xalq artisti (2005), Vladimir Vısotskinin birinci həyat yoldaşı (25 aprel 1960 - may 1965). İzolda Vısotskaya 22 yanvar 1937-ci ildə Qorki (hazırda Nijni Novqorod) şəhərində anadan olub. 1958-ci ildə MİAT-ın məktəb-studiyasını bitirmişdir. Kiyevdə (Lesya Ukrainka adına Milli Akademik Rus Dram Teatrı, 1958-1959), в Rostov-na-Donuda (1963-), Permdə, Vladimirdə və Liepayada aktrisalıq etmişdir. Ömrünün sonuna qədər Nijni Tagildə yaşamış, 1970-ci ildən D.Mamin-Sibiryak adına Nijni Tagil Dramatik Teatrında çalışmışdır. 20 iyul 2018-ci ildə 82 yaşında vəfat etmişdir. Aktrisa ilə vida mərasimi 22 iyulda baş tutmuşdur. O, kremasiya olunmasını vəsiyyət etmiş, vəsiyyəti icra olunandan sonra isə aktrisanın külü olan urnanı oğlu Qleb Yekaterinburqa aparmışdır. ilk həyat yoldaşı — Jukov (1954-1959).
#vısotsk nədir? #vısotsk sözünün mənası #vısotsk nə deməkdir? #vısotsk sözünün izahı #vısotsk sözünün yazılışı #vısotsk necə yazılır? #vısotsk sözünün düzgün yazılışı #vısotsk leksik mənası #vısotsk sözünün sinonimi #vısotsk sözünün yaxın mənalı sözlər #vısotsk sözünün əks mənası #vısotsk sözünün etimologiyası #vısotsk sözünün orfoqrafiyası #vısotsk rusca #vısotsk inglisça #vısotsk fransızca #vısotsk sözünün istifadəsi #sözlük